Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-13/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X3 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1969-cu ildə Quba rayonunun Vəl-Vələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayonunun Vəl-Vələ kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsetibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəldən tanıdığı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin balansında olan yeni inşa edilmiş binalardan ucuz qiymətəipoteka krediti yolu ilə ev almaq imkanları olması barədə yalan vədlər verib inandırmaqla 2017-ci ilin iyun ayının ikinci on günlüyündə dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında mənzilin alınması üçün ilkin ödəniş kimi sonuncudan 3404(üç min dörd yüz dörd) manat 60 (altmış) qəpik dəyərində 2000 ABŞ dolları və 1640 manat nəğd pul alaraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 5044(beş min qırx dörd) manat 60 (altmış) qəpik nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o,Quba rayonu, Vəl-Vələ kəndində qeydiyyatda olsada, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyi, bina 1, mənzil 76-da oğlu X9 ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs uzaq qohumu Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, o, öz şəxsi işi ilə bağlı 2017-ci ilin aprel ayında o, Bakı şəhərindən Kamilə ilə birlikdə Kamilənin idarə etdiyi qara rəngli markasını və qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə Eleonoranın Göygöl şəhərindəki evinə qonaq getmişlər. Kamilə onu Eleonora ilə tanış edib yaxın rəfiqəsi olduğunu demişdir. Həmin vaxt Eleonoranın oğlu sonradan tanıdığı Bəhruzun ailəsi də orada olmuşdur. Söhbət əsnasında Eleonora oğlu Bəhruza iş tapmaq lazım olduğunu Kamiləyə demişdir. O da Kamiləyə sakitcə demişdir ki, “Anara niyə demirsən, o, işə düzəldir. Anar ona demişdir ki, “Socar” şirkətinə pul müqabilində işə adam düzəldir”. Kamilə də ona demişdir ki, “sakit dur, lazım olsa deyərəm”. Lakin Kamilə ona Anar barədə bir söz deməmişdir. Eleonora ona oğlunu hərbiyə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəltmək istədiyini demişdir. O da Eleonoraya oğlunun qeydiyyatda olduğu rayonun hərbi komissarlığına müraciət etməsini bildirmiş və orada işə qəbulla bağlı Bəhruzu başa salacaqlarını demişdir. Sonra Eleonora ondan mobil telefon nömrəsini istəmişdir ki, bir-biri ilə əlaqə saxlayıb danışsınlar. O, həmin vaxtlar istifadəsində olan 055 *** ** ** telefon nömrəsini Eleonoraya, Eleonora isə ona 055 *** ** ** nömrəli mobil telefon nömrəsini vermişdir. Həmin günü o, qudasının Gəncə şəhərində yerləşən evində qalmış, səhəri günü isə Kamilə ilə birlikdə Kamilənin idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıdıb getmişdir. Bundan bir neçə gün sonra Eleonora zəng edib onu Gəncə şəhərinə yaşadığı evə qonaq çağırmışdır. Eyni zamanda ona demişdir ki, oğlu Bəhruzu hərbiyə işə düzəltmək istəyir, necə etsin. O, yenə də Eleonoraya oğlunun qeydiyyatda olduğu rayonda komissarın yanına getməyini, orada işə necə qəbul olmaq lazım olduğunu başa salacaqlarını demişdir. Bundan bir neçə saat sonra Bəhruz yadında qalmayan telefon nömrəsi ilə ona zəng edib demişdir ki, Nizami rayon hərbi komissarlığına gediblər, orada işə düzəlməsi ilə bağlı kimə yaxınlaşmaq lazım olduğunu soruşmuşdur. O da Bəhruza komissarın yanına gedib işlə bağlı müraciət etməyi bildirmişdir. Sonra Bəhruz ona zəng edib bildirmişdir ki, necə müraciət etməyi bilmir, ona görə o, Bəhruza demişdir ki, orada işləyən bir nəfərə telefonu versin həmin şəxslə telefonla danışıb başa salacaq ki, Bəhruzu komissarın qəbuluna salsın. Həmin vaxtı Bəhruz telefonu orada işləyən bir şəxsə vermiş və həmin şəxslə o, danışıb Bəhruzun hərbiyə işə düzəlmək üçün müraciət etmək istədiyini, bunun üçün həmin şəxsdən Bəhruzu komissarın qəbuluna salmasını xahiş etmişdir. Sonra Eleonora ona zəng edib demişdir ki, oğlu Bəhruzun yaşı çox olduğu üçün hərbiyə qəbul etməmişlər. Eleonora ona demişdir ki, “Anar adlı şəxs deyirdiz, həmin adam oğlu Bəhruzu işə düzəldə bilərmi?”. O da Eleonoraya demişdir ki, “Anarın mobil telefon nömrəsini sizə verim, özünüz əlaqə saxlayın, danışın, görün nə deyir, Anar “Socar” şirkətində işləyir, pulla işə adam düzəldir”. O, həmin vaxtlar Anarın istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini Eleonoraya vermişdir. Sonradan onların Anarla danışıb-danışmamaları barədə məlumatı olmamışdır. 2017-ci ilin iyun ayının ilk günlərində dəqiq gününü xatırlamadığı vaxtda Eleonora ona zəng edib demişdir ki, “yayın istisində Bakıda qalma, gəl Göygöl rayonuna bizim evdə qal”. O da həmin ərəfələrdə avtobusla Göygöl rayonuna getmiş, iki gün Eleonoranın Göygöl rayonunda yerləşən evində qalmış, sonra Eleonora onu Gəncə şəhərində dəqiq ünvanını bilmədiyi evinə gətirmişdir. Təxminən 10 gün müddətində Eleonoranın Gəncə şəhərində yerləşən evində qalmışdır. O, orada qaldığı müddətdə Eleonora ona demişdir ki, Anarla danışıblar, oğlu Bəhruzu “Socar” şirkətinə işə düzəltmək üçün Anara ümumilikdə poçt vasitəsilə 700 manat pul yollayıblar. Eyni zamanda qohumunu da həmin yerə işə düzəltməsi üçün Anara əlavə 700 manat pul yollayıblar. Sonra Eleonora ona demişdir ki, Anar əlavə olaraq onlardan iş üçün oğlu Bəhruzun və qohumunun işi üçün ümumilikdə 500 manat pul istəyir. Həmin gün şənbə günü idi, Bəhruz 500 manat pulu götürüb poçta gedib-gəlmiş və demişdir ki, poçt bağlı olduğundan pulu göndərə bilməmişdir. O, demişdir ki, Bakı şəhərinə evə gedəcək, pulu ona versinlər, o, aparıb pulu Bakı şəhərində Anara çatdırar. Eleonora 500 manat pulu ona vermişdir ki, Anara çatdırsın. O da səhəri günü Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatandan sonra pulu Anara vermək üçün ona zəng edib demişdir ki, “Eleonora mənə 500 manat pul verib ki, sənə verim”. Anardan harada olmasını soruşanda Anar ona demişdir ki, hazırda Şəki şəhərindədir. Eleonoranın verdiyi pul onda üç gün qalmış, sonra Elenora ona zəng edib demişdir ki, oğlu ilə qohumu imtahan veriblər, oğlu qəbul olmasa da, qohumu işə qəbul olunubdir, lakin maaş qane etmədiyi üçün işi qəbul etməyibdir. Buna görə də o, Eleonoranın ona verdiyi 500 manat pulu evində usta işləyən Elşən adlı şəxsin vasitəsi ilə poçtla yollamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Anar onları aldadıb pullarını ələ keçirib qaytarmır. O,Zərərçəkmiş şəxs Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin balansında olan yeni inşa edilmiş binalardan ucuz qiymətəipoteka krediti yolu ilə ev almaq üçün sonuncudan 3404(üç min dörd yüz dörd) manat 60 (altmış) qəpik dəyərində 2000 ABŞ dolları və 1640 manat, ümumilikdə 5044(beş min qırx dörd) manat 60 (altmış) qəpik pul almamışdır. Eyni zamanda o, özünün Dövlət Təhlükəsizlik Xidmətində və ya hər hansı dövlət orqanında işlədiyini, hər hansı rütbəsinin olduğunu və ya zabit kimi xidmət etməsini deməmişdir. Ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, qohumları tərəfindən Zərərçəkmiş şəxs 4600 (dörd min altı yüz) manat pul ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər o, ünvan 6 yaşamış, lakin hazırda Göygöl şəhərində qeydiyyatda olduğu ünvanda yaşayır. Hazırda heç bir işdə işləmir, təqaüdçüdür. Oğlu Şahid2 Gəncə şəhəri, Z.Tağıyev küçəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır, o da arada-bir gedib həmin evdə qalır. 2017-ci ilin aprel ayının təxminən ilk günlərində, günü dəqiq yadında qalmayan tarixdə o, Gəncə şəhərində yerləşən Z.Tağıyev küçəsi, ev 41-də olan zaman uzun illərdir tanışı olan Şahid1 ona zəng edib bildirmişdir ki, Göygöl şəhərində yerləşən evinə qonaq gəliblər. O da Kamiləyə demişdir ki, Gəncə şəhərində yerləşən evindədir. Bundan sonra Kamilə həmin günü onun Gəncə şəhərində yerləşən evinə gəlmişdir. Onun yanında əvvəllər tanımadığı bir qadın olmuşdur. Kamilə həmin qadını ona təqdim edib bildirmişdir ki, adı Xatirədir, Xatirənin qızı bacısı qızının gəlinidir, qohum kimi münasibətdə olduğunu demişdir. Kamilə ona Xatirənin Milli Təhlükəsizlik Xidmətində işlədiyini və rütbəsinin polkovnik olduğunu demişdir. Həmin ərəfələrdə oğlu Şahid2 işsiz olduğu üçün ona iş axtardığndan Kamilə ilə söhbət əsnasında Bəhruzun işsizliyi ilə bağlı danışmışdır. Xatirə ona demişdir ki, özünün əlaqələri var, pul müqabilində onun oğlunu işə düzəldə bilər. Xatirə ondan 055 *** ** ** telefon nömrəsini qeyd edib götürmüşdür ki, onunla zəng edib əlaqə saxlayacaqdır. Bundan təxminən iki gün sonra Xatirə ona dəqiq xatırlamadığı *** *** ** **, *** *** ** **, 051 *** ** ** və 055 *** ** ** nömrələrdən birindən onun istifadəsində olan 055 *** ** ** telefon nömrəsinə zəng edib demişdir ki, Bəhruz getsin Nizami rayon hərbi komissarlığına müraciət etsin, orada işə götürürlər. Lakin Xatirə ona demişdir ki, orada Xatirənin adını verməsin, sadəcə gedib işə düzəlməsini bildirsin. Oğlu Bəhruz da hərbi komissarlığa getmiş, lakin orada ona iş olmadığını bildirmişdilər. Ona görə də o, Xatirəyə zəng edib demişdir ki, oğlu gedib komissarlığa, lakin iş olmadığını bildiriblər. Xatirə də ona demişdir ki, “gəl sənin oğlunu “Socar” şirkətinə işə düzəldək”. Xatirə ona “Socar”ın Bakı şəhərində yerləşən ofisində Anar adlı işçi olduğunu deyib Anarın telefon nömrəsini vermişdir. Oğlu Bəhruz da Anar adlı şəxsə zəng edib danışıb, sonuncunun telefon nömrəsini Xatirənin verdiyini bildirdikdə Anar oğluna demişdir ki, Əlibayramlı və digər rayonlarda “picup” avtomobilinə sürücü işçi yeri vardır, həmçinin Anar oğluna bildirmişdir ki, 700 manat ona pul yollasın ki, Bəhruzun adını qeyd etdirsin, eyni zamanda oğluna sənədlərin surətlərini yollamasını demişdir. Sonra bildirmişdir ki, “qalan məsələni də Xatirə ilə danışarsız”. Həmin vaxtı pulu olmadığı üçün oğlu Bəhruz Anara demişdir ki, ilkin olaraq 400 manat versin, yerdə qalanını sonra verəcək. xx xxx 2017-ci il tarixdə oğlu Bəhruz poçt vasitəsilə Anarın dediyi X1 adına 400 manat, 7,60 manat göndəriş rüsumu olmaqla pul yollamışdır. Bəhruz həmin pulu yollamamışdan öncə Anar ona demişdir ki, hazırda şəhərdə yoxdur, pulu Zakir adlı şəxsin adına yollasın, buna görə də Bəhruz pulu Zakir adlı şəxsin adına yollamışdır. Eyni zamanda Bəhruz Anarın ona dediyi sənədlərin surətini faksla yollamışdır. Səhəri gün, yəni xx xxx 2017-ci il tarixdə Bəhruz əlavə olaraq Zakir adlı şəxsin adına 265 manat, 9 manat göndəriş rüsumu olmaqla pul yollamışdır. Anar Bəhruza demişdir ki, telefonunun balansına 25 manat pul yükləsin, sonradan işə düzəltmək üçün aldığı 700 manat puldan çıxar. Bəhruz da 25 manat onun telefonunun balansına yükləmişdir, buna görə də 265 manat yollamışdır. Bundan başqa qardaşının nəvəsi Şahid3 da işsiz olduğu üçün oğlu Bəhruz ona demişdir ki, Anar adlı şəxs “Socar” şirkətinə 700 manata işə düzəldir. Həmin ərəfələrdə oğlu “Socar”ın internet səhifəsində iş elanları ilə maraqlanmış, həqiqətən də Anarın dediyi işin mövcud olduğunu görmüşlər. Bəhruz 700 manat pul Anara göndərəndən sonra Cavidan da öz növbəsində işə düzəlməsi üçün telefonla danışıb Anara 700 manat pul yollamışdır. Bu ərəfələrdə Orxan adlı başqa bir nəfər Bəhruza demişdir ki, onu da Anarla tanış etsin və Anar onu da işə düzəltsin. Orxan oğlu Bəhruzun vasitəsi ilə Anarla danışmışdır. Anar ondan 500 manat işə düzəlməyə pul istəmişdi və Anar yalandan Orxana demişdir ki, güya onun düzələcəyi işin əmək haqqı bir az azdır, ona görə onun işi 700 manata deyil, 500 manata düzəlir. Orxan da Bəhruzun vasitəsi ilə poçtla Anara 500 manat pul göndərmişdir. 2017-ci ilin may ayının təxminən 29da Xatirə ona zəng edib bildirmişdir ki, Gəncə şəhərinə yoxlamaya gəliblər, hazıra “Panda” marketin yaxınlığında gözləyir, evin yerini tapa bilmirlər. Bəhruz da gedib Xatirəni qarşılayıb evə gətirmişdir. Xatirə ağ rəngli markasını dəqiq bilmədiyi “VAZ” avtomobili ilə gəlmişdir, onun yanında avtomobili idarə edən tanımadığı oğlan olmuşdur. Xatirə evə daxil olmuş və ona demişdir ki, Gəncə şəhərinə yoxlamağa gəlibdir. Xatirə gəldiyi avtomobilin sürücüsünün adının Anar olduğunu, Nəqliyyat departamentində işlədiyini demişdir. Həmçinin, Xatirə ona demişdir ki, 24 gün Gəncə şəhərində qalacaqdır. O da Xatirəyə evində qalmağa razılıq vermişdir. Xatirə ona demişdir ki, “bu işin qiyməti 1000 manatdır, Bəhruzla Cavidanın işi ilə bağlı ayrı-ayrılıqda 700 manat pul Anara vermisiniz, Orxan da 500 manat veribdir. Cavidanla Bəhruz hərəsi 300 manat, Orxan isə 500 manat mənə verin ki, “Socar” şirkətində işləyən dayım Rizvana yollayacam ki, oğlunla Cavidanın və Orxanın işlə bağlı imtahan verəndə onlara köməklik etsin. 2017-ci ilin iyun ayının təxminən ilk günlərində Bəhruzla Cavidən Bakı şəhərinə imtahana gedəndə Cavidan 300 manat, Orxan da 500 manat pul gətirib onun evində ona vermiş, o da 300 manat pul özündən qoyub, 1100 manat Xatirəyə vermişdir. Xatirə də kimləsə telefonla danışdı və güya Rizvan adlı şəxslə danışdığını dedi. Xatirə yalandan demişdir ki, o, danışmışdır, uşaqlar işə qəbul olunacaqlar, heç bir narahatçılıq yoxdur. Həmin günü Bəhruzla Cavidan imtahana Bakı şəhərinə gedib-gəlmişlər, oğlu Bəhruz imtahandan keçə bilməsə də, Cavidan imtahandan 2-ci tura keçmişdir. Bundan sonra o, Xatirəyə bildirmişdir ki, “Bəhruz imtahandan kəsilib, siz Rizvanla necə danışmısınız”. Xatirə də onun yanında bir nəfərə zəng etmiş, güya dayısı kimi təqdim etdiyi Rizvana zəng etdiyini demiş və telefonda Bəhruzu imtahandan keçirməsini bildirmişdir. Xatirə telefonla danışandan sonra ona demişdir ki, “narahat olmayın, Rizvan Bəhruzu imtahandan keçirəcəkdir”. Xatirənin özü də Bəhruza demişdir ki, narahat olmasın onun işini düzəldəcək. Bu ərəfələrdə o, Xatirəyə demişdir ki, Cavidan ikinci imtahanı verdi və yenə imtahandan keçdi. 2017-ci ilin iyun ayının təxminən 10-12-si arası Xatirə ona demişdir ki, “Bakı şəhərində Təhlükəsizlik Xidmətinin balansında olan evlər vardır, özü də oradan evlər götürübdür, ilkin ödəniş 5000 manat pul verməlisən, qalan pulu da Bəhruz işə düzələcək, 700 manat maaş alacaq, aldığı maaşla da hər ay hissə-hissə pulunu verər”. Lakin o, konkret olaraq evin hansı məbləğdə satıldığını deməmişdir. Ondan şəxsiyyət vəsiqəninin sürətini istəmişdir ki, evi onun adına sənədləşdirsin. O da demişdir ki, evin pulunu Bəhruz ödəyəcəkdir, qoy Bəhruzun adına sənədləşdirilsin. Xatirə demişdir ki, “qoy sənin adına sənədləşdirilsin”. O da bu barədə oğluna deməmiş, istəmişdir ki, ona sürpriz etsin. Həmin vaxtı onun özünə məxsus pulu olmuş, həmin pulu, yəni 2000 ABŞ dolları və 1640 manat pulu o, Xatirəyə vermişdir. Xatirə də ona demişdir ki, gedib Bakı şəhərinə evlə bağlı sənədləşmə aparacaqdır, sənədləşməyə 40 manat lazım olduğunu dediyi üçün Xatirəyə o, 2000 ABŞ dolları və 1640 manat vermişdir, 2000 ABŞ dolları 3400 manat dəyərində olmuşdur. Eyni zamanda o, Xatirəyə oğlu Bəhruzun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Xatirə onlarda qaldığı dövrdə Göygöl rayonunda hərbi hissədə işləyən Bəhram adlı şəxs Xatirənin arxası ilə avtomaşın, eyni zamanda hərbi geyim forması yollamışdır. xx xxxx 2017-ci il tarixdə Xatirə Bakı şəhərinə getmişdir. xx xxxx 2017-ci il tarixdə o, Kamiləyə zəng edib, söhbət əsnasında Xatirəni ondan soruşmuşdur. O, demişdir ki, Xatirə Naxçıvanda ayağından güllə xəsarəti almışdır. Sonra o, gəlininə məxsus telefonun whatsapp nömrəsi ilə Xatirənin nömrəsində olan whatsappla Xatirəyə səsli və əl yazma mesajı yazmışlar ki, “eşitmişik ki, ayağından güllə xəsarəti almısan, necəsən?”. Xatirə isə Bakı şəhərindən Naxçıvana getdiyini, orada ayağından güllə xəsarəti aldığını bildirmişdir. Halbuki, Xatirə onun evdə qaldığı müddət ərzində ona demişdir ki, sağ ayağından güllə yarası almışdır, hətta Xatirə onun evində qalarkən özü ayağını bint sarğısı ilə bağlamışdır. O da Xatirəyə demişdir ki, “xx xxxx 2017-ci il tarixdə sən bizim evdən çıxıb Bakı şəhərinə getdiyini bildirmisən, necə oldu ki, iki gün müddətində sən Naxçıvana gedib ayağından xəsarət almısan?” Xatirə də demişdir ki, Bakı şəhərinə gedəndən sonra dərhal Naxçıvana qayıdıbdır, orada da əməliyyat zamanı ayağından güllə xəsarəti almışdır. O da Xatirəyə demişdir ki, bəs ondan ev almaq adı ilə pul almışdır və oğlunu da işə düzəlməsi üçün pul vermişdir, bunlar necə olacaqdır. Xatirə ona narahat olmamağı, oğlunun işə düzələcəyini, ev məsələsini də həll edəcəyini demişdir. Buna baxmayaraq, oğlu işə düzəlməmiş, eyni zamanda Xatirə vəd etdiyi evi verməmişdir. Buna görə də o, pulunu tələb etmək üçün Xatirə ilə əlaqə saxlamağa çalışsa da, onunla əlaqə yarada bilməmişdir. Həmin ərəfələrdə Cavidan gedib işlə maraqlananda ona demişlər ki, orada işə qəbul üçün heç kimdən pul almırlar, sadəcə SV verib imtahandan keçirsən, əmək haqqı da 700 manat deyil, 300 manatdır. Ona görə də Cavidan da işə getməyə etiraz etmiş və bundan sonra o, Anarla telefonla danışıb oğlunun, Cavidanın və Orxanın işə düzəlməsi üçün verdiyi pulları tələb etməyə başlamışdır. Anar da onları aldadıb deyirdi ki, ona göndərdiyi pulları Xatirəyə vermişdir. Beləcə onlar bunu bir-birilərinin üstünə atmağa çalışmışlar. İşlər alınmadıqda o da məcbur olub özündən 1000 manat pul Cavidana ödəmişdir ki, Xatirəni özü onunla tanış edib, qohum olduqlarına görə Cavidanla söz-söhbət yaranmasın. Bundan başqa o, dəfələrlə pulunu tələb etdiyi üçün Xatirə 500 manat pul poçt vasitəsilə göndərmiş, Anar da öz növbəsində 700 manat pul poçt vasitəsilə Bəhruza yollamaqla aldığı puldan qaytarmışdır. Qalan pulu da qaytaracağını desə də, bildirmişdir ki, pulun hamısını Xatirəyə vermişdir. Bundan sonra nə Xatirə, nə də Anar onun pulunu qaytarmayaraq onu aldatmışlar. Onların qaytardığı ümumilikdə 1200 manat puldan 1000 manatını Cavidana vermişdir. Oğlu Bəhruzun və Cavidanın işə düzəlməsi üçün ilkin olaraq ayrı-ayrılıqda poçt vasitəsilə Anar adlı şəxsə göndərilmiş, Bəhruzun və Cavidanın işi ilə bağlı ondan 300 manat və Cavidandan da 300 manat pulu Xatirə onun Gəncə şəhərində yaşadığı evdə almışdır, həmin vaxtı evdə oğlu Bəhruz və Cavidan bu hadisənin iştirakçısı olmuşdur. Anara göndərdiyi pulları poçt vasitəsilə yollamışdır. Qalan məbləğ isə ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş zərərdən 4600 (dörd min altı yüz) manat pul ödənilmişdir.Qalan 444 (dörd yüz qırx dörd) manat 60 (altmış) qəpik pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun anasıdır. Anası ünvan 5 mənzil 1-də qeydiyyatda olmaqla həmin evdə yaşayır. Lakin hərdən onun Gəncə şəhərində yaşadığı evdə də gəlib qalır. 2017-ci ilin aprel ayında o, işsiz olduğu üçün istəyirdi ki, rəsmi bir işə düzəlib işləsin. 2017-ci ilin aprel ayının təxminən ilk günlərində dəqiq günü yadında qalmayan tarixdə anası onun yaşadığı evdə olan zaman anasının rəfiqəsi Şahid1 yanında əvvəllər tanımadığı bir qadınla onun evinə qonaq gəlmişlər. Anasının rəfiqəsi Kamilə onunla birlikdə gəlmiş qadını təqdim edib, demişdir ki, adı Xatirədir, uzaq qohumluq əlaqəsi vardır, həmçinin Kamilə demişdir ki, Xatirə Milli Təhlükəsizlik Xidmətində polkovnik işləyir. Anası Kamilə ilə söhbət əsnasında onun iş axtarmağı ilə bağlı söhbət edəndə Xatirə ona demişdi ki, Bakı şəhərində tanışları var, pul müqabilində onu işə düzəldə bilər. Xatirə anasının telefon nömrəsini götürmüşdür ki, əlaqə saxlayıb işlə bağlı məlumat versin. Bundan təxminən iki gün sonra Xatirə anasına zəng edib bildirmişdir ki, o, Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gedib orada işlə bağlı müraciət etsin,lakin Xatirənin adını verməsin. O da onun dediyi kimi Nizami hərbi komissarlığına getmiş, lakin orada hər hansı bir vakant iş yerinin olmadığını ona bildirmişlər. Anası da Xatirəyə zəng edib bunu deyəndə, Xatirə anasına demişdir ki, onu “Socar” şirkətinə işə düzəldəcək. Xatirə anasına bildirmişdir ki, “Socar”ın Bakı şəhərində yerləşən ofisində Anar adlı işçi vardır, işə götürən şəxsdir, Anarla telefon əlaqəsi saxlayaq o, nə lazımdırsa deyəcəkdir. O da Xatirənin anasına verdiyi Anar adlı şəxsin 055 *** ** ** telefon nömrəsinə özünə məxsus 055 *** ** ** nömrəli mobil telefonla zəng edib danışmışdır. Anara demişdir ki, nömrəsini Xatirə adlı qadın veribdir ki, işlə bağlı sənə zəng etsin. Anarda Xatirəni tanıdığını bildirib, ona demişdir ki, Şirvan şəhərində “Socar” şirkətinə məxsus “picup” tipli avtomobilə sürücü kimi işçi yeri vardır, hər ay əmək haqqı 700 manat olacaqdır, bundan başqa yemək və qalmaq təmənnasız olaraq qarşılanır. Bunun üçün Anar ondan tibbi sığorta və digər sənədləşmə üçün 700 manat pul və şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının surətini, hərbi biletinin surətini, diplomun surətini, arayış və şəkil istəmişdir. O da Anardan 700 manatı əvvəlcədən nə səbəbə verməsini soruşmuş, Anar ona demişdir ki, “bu rüsumdur, verməlisən ki, sənədləşmə aparılsın, əgər iş alınmasa pul sənə qaytarılacaqdır”. Anar onu bu vədlərlə inandırdığı üçün onunla razılaşmış, əlaqə saxlayacağını demişdir. Bununla bağlı o, dayısının nəvəsi Cavidana da bu barədə demişdir, o, da razılaşmışdır. Sonra o, Cavidanla “Socar” şirkətinin internet saytına daxil olub iş elanları ilə maraqlanmış, həqiqətən də görmüşdür ki, Şirvan şəhəri ərazisi üçün avtomobil sürücüsü kimi vakant iş yeri vardır. xx xxx 2017-ci il tarixdə o, Anarla telefonla əlaqəsi saxlayıb pulun bir qismini göndərmək istədiyini deyəndə Anarona pulu Bakı şəhərinə poçt vasitəsilə göndərməyini, hazırda şəhərdə olmadığını, pulu X1 adına yollamağı, özünün həmin şəxsdən götürəcəyini demişdir. Buna görə də o, həmin gün Gəncə şəhərindən poçt vasitəsilə Anarın ona dediyi X1 adına 400 manat, 7,60 manat göndəriş rüsumu olmaqla pul yollamışdır. Eyni zamanda o, poçtla Anarın ona verdiyi xatırlamadığı faks nömrəsinə Anarın ondan istədiyi müvafiq sənədlərin surətlərini də yollamışdır. xx xxx 2017-ci il tarixdə o, Anara pul yollamaq üçün onunla telefon əlaqəsi saxlamış, Anar ona demişdir ki, “göndərəcəyin 300 manat puldan 25 manatını götür telefonumun balansına yüklə, qalan 265 manatı poçt vasitəsilə X1 adına yolla”. O da həmin gün 300 manat götürüb, 25 manatını Anarın mobil telefon nömrəsinin balansına “milliön” ödəmə terminalı vasitəsilə yükləmişdir. 265 manat pulu isə Zakir adlı şəxsin adına 9 manat göndəriş rüsumu olmaqla yollamışdır. Bununla o, ümumilikdə Anara 700 manat pul göndərmişdir. xx xxx 2017-ci il tarixdə isə Cavidan özü Anarla əlaqə saxlayıb Anara poçt vasitəsilə 700 manat yollamışdır. Bu ərəfələrdə Orxan adlı başqa bir tanışı söhbət əsnasında onun “Socar”a işə düzəlməyini bilmişdir. Orxan da istəmişdir ki, burada işə qəbul olunsun. Orxan ondan onu Anarla tanış etməyi istəmişdir. O, telefonla Anarla Orxanı tanış etmişdir, Orxan onun vasitəsi ilə Anarla danışmış, Anar ondan 500 manat işə düzəlməyə pul istəmişdir. Anar yalandan Orxana demişdir ki, güya Orxanın düzələcəyi işin əmək haqqı bir az azdır, ona görə Orxanın işi 700 manata deyil, 500 manata düzəlir. Orxanda onun vasitəsi ilə poçtla Anara 500 manat pul göndərmişdir. 2017-ci ilin may ayının təxminən 29-da Xatirə anasına zəng edib Gəncə şəhərinə gəldiyini, onların yaşadığı evin yolunu tanımadığı üçün onu qarşılamağı bildirmişdir. O da gedib “Panda” marketin yaxınlığında Xatirəni qarşılamışdır. Xatirə ağ rəngli “VAZ-2107” markalı, nömrə nişanını dəqiq bilmədiyi avtomobillə gəlmişdir. O, Xatirəni qarşılayıb yaşadığı evə gətirmişdir. Xatirə evə daxil olsa da, onu gətirən avtomobilin sürücüsü evə girməyib çıxıb getmişdir. O, gəldiyi avtomobilin sürücüsünün adının Anar olduğunu, guya ona dövlət tərəfindən ayrılmış avtomobili idarə etdiyini bildirmişdir. Xatirə onlara demişdir ki, Gəncə şəhərinə və bölgələrə yoxlama ilə əlaqədar gəlmişdir, 24 gün Gəncə şəhərində qalacaqdır. Anası da Xatirənin onların evində qalmağına razı olmuşdur. Xatirə onlara demişdir ki, “Bəhruzundüzəldiyi işin qiyməti 1000 manatdır, Anara 700 manat pul yollamısınız, səninlə Cavidan hərəniz 300 manat, Orxan isə 500 manat da mənə verin ki, “Socar” şirkətində işləyən dayım Rizvana yollayacam ki, Bəhruz və Cavidan işlə bağlı imtahan verəndə onlara köməklik etsin”. Anar pulla yanaşı, elektron poçtunun ünvanını istəmişdir ki, “Socar” şirkətindən imtahanla bağlı məktub göndəriləcəkdir. Ona görə də o, özünə məxsus mailto:bek1982az@inbox.ruElektron ünvan elektron poçt ünvanını Anara vermişdir. Sonradan qeyd etdiyi elektron poçt ünvanına “Socar” şirkətindən xx xxxx 2017-ci il tarixdə Bakı şəhərinə imtahana dəvət edilməyi barədə məktub gəlmişdir. Eyni zamanda Cavidanın da Anara verdiyi email ünvanına imtahanla bağlı məktub gəlmişdir. Bu məktub onlara gələndən sonra Cavidanla o, hərəsi ayrı-ayrılıqda 300 manat anasına vermişlər, Orxanında 500 manatını Orxandan alıb anasına vermişdir ki, Xatirəyə versin. Anası da evlərində onların yanında ümumilikdə 1100 manat pulu Xatirəyə vermişdir. Xatirə də Rizvan dediyi şəxslə telefonla danışıb, demişdir ki, Bəhruzgil gəlir imtahana. Həmin gün o, Cavidanla Bakı şəhərinə gedib “Socar” şirkətinin baş ofisində imtahan verib qayıtmışlar. Sonra onun elektron poçt ünvanına “Socar”dan məktub gəlmişdir ki, o, imtahanın birinci mərhələsindən keçməmişdir, lakin Cavidan ona bildirmişdir ki, o, imtahanın birinci mərhələsindən keçmişdir.Anası Xatirəyə dayısı kimi təqdim etdiyi Rizvana zəng edib, onu imtahandan keçirməsini demişdir. Xatirə telefonla danışandan sonra anasına demişdir ki, narahat olmayın, Rizvan onu imtahandan keçirəcəkdir. Xatirə ona bildirmişdir ki, narahat olma səni işə düzəldəcəm. Cavidan sonra ikinci mərhələnin imtahanını vermiş və işə qəbul olunmuş, lakin o, qəbul ola bilməmişdir. İş uzandığı üçün o, bilmişdir ki, Xatirə ilə Anar onları aldadıb pulunu ələ keçiriblər. Sonradan anası ona demişdir ki, ondan xəbərsiz Xatirə Bakı şəhərində ev almaq adı ilə ondan 2000 ABŞ dolları və 1640 manat pul alıb aldatmışdır, yəni Xatirə anasına demişdir ki, Dövlət Təhlükəsizlik Xidmətinin balansında olan evlər vardır, Xatirənin özü də oradan evlər götürübdür, ilkin ödəniş 5000 manat pulver, qalan pulu da guya Bəhruz işə düzələndən sonra hissə-hissə verərər. Anasıda ondan xəbərsiz ona sürpriz etmək üçün 2000 ABŞ dolları və 1640 manat pul Xatirəyə vermişdir. Bu ərəfələrdə məlum olmuşdur ki, onlara təklif edilən işə heç kimi pulla qəbul etmirlər və orada əmək haqqı Anarın onlara dediyi kimi 700 manat deyil, 300 manatdır. Bu səbəbdəndə Cavidanda işə getməkdən imtina etmişdir. Bundan sonra onlar pullarını Anardan və Xatirədən tələb etmişlər. xx xxxx 2017-ci il tarixdə Xatirə X4 adı ilə poçt vasitəsilə onun adına 500 manat, xx xxxx 2017-ci il tarixdə isə Anar ona poçt vasitəsilə 700 manat pul yollamışdır. Anarla Xatirənin qaytardığı ümumilikdə 1200 manat puldan 1000 manatını Cavidana vermişlər, onun Anar adlı şəxsə göndərdiyi pul göndərişləri ilə bağlı onda X16 filialından çıxardığı çıxarış da var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Göygöl şəhəri, Hummel küçəsi, ev 15-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumudur. 2017-ci ilin may ayında Bəhruzla arasında olan söhbət əsnasında Bəhruz “Socar” şirkətinin Şirvan rayonunda olan filialına işə düzələcəyini demişdir. Bəhruzun deməsindən ona məlum olmuşdur ki, onlara bir nəfər Xatirə adlı qadın gəlib, həmin Xatirə adlı qadın bibisi Eleonoranı Anar adlı şəxslə telefon vasitəsilətanış edib və telefonda Anar “Socar”ın işçisi olduğunu, istənilən adamı “Socar”ın Şirvan rayonunda yerləşən filialına qəbul etdirə biləcəyini deyib. O da işsiz olduğu üçün Bəhruza demişdir ki, Anar adlı şəxslə danışsın, onu da işə düzəltsin. X18 elə vədlər vermişdir ki, güya həmin yerdə əmək haqqı 700 manatdan artıqdır. Bəhruzda Anarla onu telefonda tanış etmiş, o, Anarın telefon nömrəsini götürüb onunla əlaqə saxlamış və Anar ona həmin yerdə iş olduğunu və əmək haqqıda 700 manatdan çox olmasını bildirmişdir. Anar ona işə qəbul üçün 700 manat pul verməli olduğunu demiş və eyni zamanda ona demişdir ki, şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin sürətini ona göndərsin. O da xx xxx 2017-ci il tarixdə gedib Göygöl rayon mərkəzi poçtundan Anarın adına 700 manat pul göndərmiş və Anarın ona verdiyi elektron poçtla qeyd etdiyi sənədləri göndərmişdir. Aradan bir müddət keçdikdən sonra Bəhruz ona demişdir ki, Xatirə onlara gəlib deyir ki, işə qəbulla bağlı hərəsi 300 manatda pul verməlidir, o da 300 manat pulu aparıb bibisi Eleonoranın yaşadığı evdə ona vermişdir ki, Xatirəyə versin, güya Xatirədə həmin pulu “Socar”da işləyən Rizvan adlı şəxsə verəcəkdir. Həmin gün Bəhruzun işi ilə də bağlı bibisi Xatirə 300 manat vermişdir. Sonradan eşitmişdir ki, Bəhruzun tanışı Orxan adlı şəxsdən Anar 500 manat pul alıb, Xatirə də sonradan gəlib ondan 500 manat alıbdır ki, güya Orxan da onlar kimi işə qəbul olunacaq. Sonra Bəhruzla onu Bakı şəhərinə çağırdılar ki, müsabiqəyə gəlsinlər. Bu çağırış onların elektron poçtuna gəlmişdir. Bakı şəhərinə gedib ona göndərilən hazırda xatırlamadığı ofisdə avtomobilə aid test suallarına cavab vermişdir. Orada onlara məlum olmuşdur ki, onlara təklif edilən işə qəbulla bağlı sadəcə olaraq kim istəyirsə SV verir və sürücü kimi gəlib avtomobilin ehtiyat hissələrinə və digər iş üçün lazım olan test suallarına cavab verirsə işə qəbul olunur, lakin heç kimdən işə qəbulla bağlı hər hansı bir məbləğdə pul alınmır. O, imtahandan keçsədə ona məlum olmuşdur ki, orada əmək haqqı 700 manat deyil, 300 manatdır. O, Anarın və Xatirənin onları aldadıb pul almasını biləndən sonra pullarını geri tələb etməyə başlamışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 1-də yaşayır. Hazırda Bakı şəhərində yerləşən 4 saylı Kəlbəcər rayon uşaq bağçasının müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşən gündən tanıyır. İlk günlər Zərərçəkmiş şəxs evində qalmışdır. O vaxtdan da münasibətləri yaxşı olmuşdur, hazırda da münasibətləri yaxşıdır, rəfiqədirlər, bir-birilərinin evinə gedib-gəlirlər. Eleonoranın Gəncə şəhərində də evi vardır, həmin evdə oğlu Bəhruz ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, bacısı qızının qudasıdır. Həmin toy məclisində də onunla tanış olmuş vəhəmin vaxtdan da onu tanıyır. Toydan öncə bacısı qızının əri Ziyəddin və bacısının qızı Sədaqət ona Xatirəni nəzərdə tutub demişdir ki, güya Xatirə Milli Təhlükəsizlik Xidmətində işləyir və rütbəsi polkovnikdir. Eyni zamanda Xatirənin özü də ona həmin xidmətdə əks kəşfiyyat rəisi vəzifəsində işlədiyini demişdir. Xatirə ona demişdir ki, tanış adamlardan kimsə olsa pul müqabilində işə düzəldə bilər. 2017-ci ilin aprel ayının təxminən ilk günlərində dəqiq günü yadında qalmayan tarixdə qohumlarını ziyarət etmək üçün Gəncə şəhərinə gəlmiş, həmin vaxt Xatirə də Gəncə şəhərində ərdə olan qızını ziyarət etmək üçün gəlmişdir. O, Xatirə ilə birlikdə Eleonoranın Göygöl rayonunda yaşadığı evə getmiş, lakin Eleonora evdə olmadığı üçün zəng etmiş, Eleonora ona Gəncə şəhərində Z.Tağıyev küçəsində yerləşən evində olduğunu demişdir. Onun Gəncə şəhərində yerləşən evinə əvvəllər gedib-gəldiyi üçün tanımışdır. Bu səbəbdən də Xatirə ilə birlikdə Eleonoranın Gəncə şəhərində yerləşən evinə qonaq gəlmişdir. O, Xatirəni Eleonoraya təqdim edib Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və polkovnik olduğunu demişdir. Eyni zamanda Xatirənin özü də işlədiyi yeri Eleonoraya demişdir.Söhbət əsnasında Eleonora oğlu Bəhruzun işsiz olduğunu, iş axtardığını deyəndə Xatirə demişdir ki, onun əlaqələri vardır, pul müqabilində Bəhruzu işə düzəldə bilər. Ona görə də Xatirə Eleonora ilə əlaqə saxlamaq üçün onun telefon nömrəsini götürmüşdür.Həmin gün o, Xatirə ilə birlikdə həmin vaxtlar idarə etdiyi “Mercedes” markalı, ** DG *** nömrə nişanlı avtomobillə Bakı şəhərinə qayıdıb getmişlər. Sonradan Xatirə ona demişdir ki, Eleonoradan oğlu Bəhruzu “Socar” şirkətinin Əlibayramlı və digər rayonlarda “picup” avtomobilinin sürücüsü kimi işə düzəltmək adı ilə Anar adlı şəxslə əlbir olub 1000 manat, eyni zamanda Bakı şəhərində ev almaq adı ilə 2000 ABŞ dolları və 1640 manat pul alıb aldatmışdır. Bundan başqa onun qohumlarından Cavidan və Orxan adlı şəxsləri də işə düzəltmək adı ilə pul alıb aldatmışdır. Xatirənin Anarla tanışlığını o,əvvəldən bilsədə, Xatirə onu elə inandırmışdır ki, o da Anarın normal, hörmətli bir adam olmasını düşünmüşdür. O, elə fikirləşmişdir ki, Xatirənin dediyi Anar adlı şəxs həqiqətəndə “Socar” şirkətinin işçisidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan Bakı şəhərindən ev almaq adı ilə 2000 ABŞ dolları və 1640 manat nəğd pul alıb aldatması, eyni zamanda oğlu Bəhruz və qohumu Cavidan və Orxan adlı şəxslərin işə düzəlməsi ilə bağlı Anara verdiyi pullardan başqa, Cavidan və Bəhruzun adına ayrıayrılıqda 300 manat, Orxan adlı şəxsin adına isə 500 manat almasını Təqsirləndirilən şəxs üzünə demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə dediklərini təkzib edərək Zərərçəkmiş şəxs Bəhruz və Cavidanın işi ilə bağlı Anara Bakı şəhərində çatdırmaq üçün 500 manat aldığını, sonradan da Anarın onları aldatmasını bildikdən sonra 500 manat pulu geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki,üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs onu aldadaraq özünü ona polkovnik rütbəsində xidmət edən şəxs olduğuna inandırmasını Təqsirləndirilən şəxs üzünə demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid1 onun üzünə dediklərini təkzib edərək heç vaxt onlara polkovnik olmasını demədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxx 2018-ci il tarixli “təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi sənədlərin sürətinə baxış keçirilmiş vəbaxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş sənədlərdən 01 vərəqdə X16 filialı tərəfindən Şahid2 xx.xx.2017-ci il tarixli müraciəti əsasında verilmiş məktubdur. Həminməktubda göstərilmişdir:-sizin tərəfinizdən X6 və X2 adına göndərilmiş pul köçürmələri aşağıdakı kimidir: xx.xx.2017-ci ildə X16 Filialının MXŞ-də ********* nömrəli 400 manat məbləğində X1 adına olan pul köçürməsi xx.xx.2017-ci il tarixdə Bakı 100 saylı poçt şöbəsində AZE 14902953 nömrəli, xx.xx.2014-cü il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən ödənilmişdir. xx.xx.2017-ci ildə X16 Filialının 2 saylı PŞ-də ********* nömrəli 265 manat məbləğində X1 adına olan pul köçürməsi xx.xx.2017-ci il tarixdə Bakı 100 saylı poçt şöbəsində AZE 14902953 nömrəli, xx.xx.2014-cü il tarixdə Abşeron RPŞ tərəfındən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən odənilmişdir. xx.xx.2017-ci ildə X16 Filialının MXŞ-də ********* nömrəli 500 manat məbləğində X2 adına olan pul köçürməsi xx.xx.2017-ci il tarixdə Bakı 100 saylı poçt şöbəsində AZE 09926890 nömrəli, xx.xx.2012-ci il tarixdə Şəki ŞPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən ödənilmişdir Bundan başqa, Şahid2 təqdim etdiyi digər sənədlər onun X16 Filialının MXŞ-dən yuxarıda qeyd edilən pul göndərişlərinə, həmçinin X2 Şahid2 poçt vasitəsi ilə göndərilən pulların qəbzləridir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanZərərçəkmiş şəxs ərizə ilə istintaq orqanına təqdim etdiyi A4 formatlı, 13 vərəqədə çıxarılmış whatsapp proqramlı mesajlara baxış keçirilməsindən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən vərəqlərdə olan mesaj yazıları Zərərçəkmiş şəxs ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında olan yazışmalardır. Həmin yazışmalarda Təqsirləndirilən şəxs özünün şərəfli bir zabit olduğunu zərərçəkmiş tərəfə təqdim etməklə heç kimi aldatmadığını, Anarın onları aldatmasını bildirməsini göstərən movzular ətrafında olan yazılardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 300 manat, Şahid2 300 manat və Orxan adlı şəxsin 500 manat pulunun ələ keçirməsi xüsusatları ilə əlaqədar, eləcə də X2, Şahid2 700 manat, Şahid3 700 manat, şəxsiyyəti istintaqa tam olaraq məlum olmayan Orxan adlı şəxsin 500 manat nəğd pulunu ələ keçirilməsi faktları ilə əlaqədar Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahid3 300 manat, Şahid2 300 manat və Orxan adlı şəxsin 500 manat pulunu ələ keçirməsi xüsusatları ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı tədbir görülməsi üçün qərarın sürəti inzibati icraat açılması üçün Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi A4 formatlı 13 vərəqədə çıxarılmış whatsapp proqramı ilə yazılmış mesajların yazıldığı sənədlər və Şahid2 təqdim etdiyi poçt sənədlərinin sürətləri iş üzrə sübut kimi qiymətləndirilmiş, rədd edilmiş xüsusatlarla bağlı material ayrılaraq Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X15 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-36/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin29, 178.2.2, 29, 178.2.4, 178.2.2, 178.2.4-cü maddələri ilə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 310-cu maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(107)-167/2019 saylı qərarından görünür ki, X15 Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasındaZərərçəkmiş şəxs tərəfindən təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki,Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş zərərdən 4600 (dörd min altı yüz) manat pul ödənilmişdir. Dəymiş zərərin qalan hissəsinin isə ödənilməsini tələb edir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgəninetibarından sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, ...Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Plenum qərarının 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Plenum qərarının 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini, yəni Zərərçəkmiş şəxs Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin balansında olan yeni inşa edilmiş binalardan ucuz qiymətəipoteka krediti yolu ilə ev almaq üçün ilkin ödəniş kimi sonuncudan 3404(üç min dörd yüz dörd) manat 60 (altmış) qəpik dəyərində 2000 ABŞ dolları və 1640 manat, ümumilikdə 5044(beş min qırx dörd) manat 60 (altmış) qəpik nəğd pul almadığını göstərməsini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələrindən, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə onun arasında yaranmış etibarlı münasibətlərdən istifadə edərək törətdiyi dələduzluq cinayətinin üsulu kimi yalan, həqiqətə uyğun olmayan özünün hər hansı qulluq səlahiyyətlərinin olması kimi məlumatları ətrafındakı şəxslərə, zərərçəkmişə bildirməklə yaratdığı etibardan sui-istifadə edərək və zərərçəkmişi aldadaraq onun xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq əldə edərək dələduzluq cinayətini törətmişdir. Qeyd edilən hallar yuxarıda göstərilən sübut növləri ilə yanaşı, həmçinin cinayət işinin materiallarına əlavə olunmuş whatsapp proqramı vasitəsilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında olan Təqsirləndirilən şəxs özünün şərəfli bir zabit olduğunu və heç kimi aldatmadığını göstərməsinin əks olunduğu mesaj yazışmaları ilə də təsdiq olunur. Beləliklə də, qeyd edilən xüsusatlar, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək və aldatma yolu ilə sonuncunun xeyli miqdarda pulunu ələ keçirməməsi ilə bağlı ifadəsində göstərdikləri məhkəmə araşdırması nəticəsində tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə ittihamın qanuni, əsaslı vəədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübut növləriniAzərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinin124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət- Prosessual Məcəlləsinin143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 178.2.4-cü maddəsindənəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, bu cinayətin törədilməsində təqsirlidir.Ona görə dəo, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə vurulmuş maddi ziyanın xeyli hissəsinin ödənilməsini Təqsirləndirilən şəxsAzərbaycan RespublikasınınCinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxscəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, barəsində olan X15 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-36/2019 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X15 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-36/2019 saylıhökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsbarəsində olan əvvəlki hökm üzrə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinin 132, 197.1.4, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs X15 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-36/2019 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsbarəsində olan əvvəlki hökm üzrə müəyyən edilmiş xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-13/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-13/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver