Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-130/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi “Üç Qardaş” marketin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə və mobil telefonla qəsdən vuraraq burun sümüklərinin yerdəyişməyən sınığı, sol gözün alt qapağının qançırı, üst dodağın yumşaq toxumalarının əzilməsi, hematoması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi eləcə də işdə olan və tədqiq olan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2017-ci ildən tanıyır və onunla qeyri-rəsmi ər-arvad münasibəti olmuşdur. Son zamanlarda onunla bir neçə dəfə mübahisələri olmuş, ondan ayrılmaq qərarına gəlmiş və bu barədə Səbinənin özünə bildirmiş, ondan tələb etmişdir ki, daha ona zəng etməsin. Lakin buna baxmayaraq Səbinə mütəmadi olaraq onun mobil nömrəsinə zəng edərək onu narahat etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən Səbinənin oradan keçdiyini görmüş və ona yaxınlaşaraq bir daha ona zəng edib onu narahat etməməsini bildirmişdir. Sonra onlar birlikdə hərəkət edərək yaxınlıqdakı “Üç Qardaş” adlı marketi keçib həmin marketdən bir qədər aralanmışlar və dayanıb söhbət edərkən səbinəyə bir daha bildirmişdir ki, onu narahat etməsin və onunla birlikdə yaşamaq fikri yoxdur. Səbinə isə cavabında onu təhqir etmiş, o, da əsəbləşib qəsdən yumruqla və əlində olan Səbinənin mobil telefonu ilə Səbinənin sifətindən və bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döymüşdür. Həmin vaxtı Səbinəyə məxsus Redmi markalı mobil telefon əlindən yerə düşüb ekranı sınmış, Səbinənin burnundan qan gəlmişdir, o, oradan uzaqlaşıb getmiş və sonradan bilmişdir ki, Səbinə və onun bacısı Şahnaz onun barəsində polisə şikayət etmişlər. Hadisədən sonra hərəkətlərindən peşman olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş və Zərərçəkmiş şəxs ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən əməlindən peşman olmasını və zərərçəkmişlə barşmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhəri Avtozavod qəsəbəsində ünvansız evdə bacısı Şahid ilə birlikdə yaşayır. 2017-ci ili may ayından Təqsirləndirilən şəxs tanıyır, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, son zamanlarda isə Fəridlə onun arasında bir neçə dəfə münasibətləri olmuşdur. Belə ki, onu əsassız yerə qısqanıb, nalayiq ifadələrlə söyüb təhqir etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “OBA” marketin qarşısı ilə piyada yaşadığı ev istiqamətində gedən zaman təsadüfən Fəridlə qarşılaşmış və Fərid onu söyüb təhqir etmişdir Sonra onlar piyada hərəkət edib bir qədər aralıda yerləşən “Ucuzluq” adlanan geyim əşyaları satılan mağazanın yaxınlığına çatanda, o əli ilə onun boyun arxasından vurub mobil telefonunuəlindən almış və mobil telefonundakı yazışmalarına baxmışdır. Oradan piyada hərəkət edib Gülüstan qəsəbəsi “Üç Qardaş” adlı marketin qarşısından keçib bir qədər marketdən uzaqlaşmışlar. Həmin vaxt Fərid ətrafa baxıb gördü ki, heç kəs yoxdur və qəsdən yumruqla onun üzündən, başından və bədənin müxtəlif nahiyələrindən vurub onu döymüş, onun mobil telefonunu başına vurmuş və yerə ataraq sındırmışdır. Sonra isə Fərid onu təhqir edərək oradan çıxıb getmişdir. Fəridin zərbələrindən onun burnu sınmışdır. Sonra isə Fərid onu təhqir edərək oradan çıxıb getmişdir. Fəridin zərbələrindən onun burnu sınmış və digər xəsarətlər almışdır. Bundan sonra bu barədə bacısı Şahid zəng edib telefonla məlumat vermiş və onun bacısı onun yanına gələrək onun döyülmüş halda görərək baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edib məlumat vermişdir. Hadisə zamanı Fərid onun 1 ədəd “Redmi Note 7” markalı mobil telefonunu qəsdən sındırmış və ona təxminən 300 manat maddi ziyan vurmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs şikayət etməsinə baxmayaraq sonradan Fəridlə barışmışlar, Fərid ona dəymiş ziyanı ödəmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini etdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan “Məhkəmə Tibbi Ekspertiza və X3” şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1243 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüklərinin yerdəyişməyən sınığı, sol gözün alt qapağının qançırı, üst dodağın yumşaq toxumaların əzilməsi, hematoması, - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətəpozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi “Üç Qardaş” marketin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə və mobil telefonla vuraraq burun sümüklərinin yerdəyişməyən sınığı, sol gözün alt qapağının qançırı, üst dodağın yumşaq toxumalarının əzilməsi, hematoması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı ödədiyi üçün cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış və Zərərçəkmiş şəxs Şöhrət qızının ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmaları, Zərərçəkmiş şəxs şikayət və tələbinin olmaması və eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətində işin icraatına xitam verilməsinə mane olan halların olmadığını nəzərə alınaraq cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-130/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-130/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver