Məhkəmə qərarları › İş №1(044)-132/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-132/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-132/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu adlanan ərazidə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan torbada 475 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib əlində saxlamış və daşımış, xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Cavadxan qəsəbəsində “Daşqın İnşaat” adlanan bazarda saxlanılaraq, Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmiş üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı 1 ədəd sellofan torbada 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,təxminən 6 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, narkotikdən daimi istifadə etdiyi üçün onda asılılıq yaranmışdır. Bədənində ağrılar olduqda narkotik vasitə qəbul etmək istəyir. İşləmədiyi və hər hansı digər qazancı olmadığından narkotik vasitə almağa çox vaxt pulu olmur. xx xxx 2020-ci il tarixdə səhər saatlarında o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində piyada gəzərkən binaların arasında yerdə sellofan torba olduğunu görmüş, sellofan torbaya yaxınlaşıb içərisinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görmüş, həmin torbanı götürüb əlində saxlamışdır. Bundan sonra Gəncə şəhəri, Cavadxan qəsəbəsinə “Daşqın İnşaat” adlanan bazara getmiş, həmin gün təxminən saat 17 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onlarla birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getməyi təklif etmişdilər. Həmin vaxt Avtozavod qəsəbəsindən tapdığı sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana sellofanın içərisində olmuş, həmin sellofanı əlində saxlamışdır. Polis əməkdaşları ona Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getməyi təklif etdikdə onlarla razılaşmış və birlikdə idarəyə getmişlər, idarənin inzibati binasında şübhəli şəxs qismində saxlanılmışdır. Ona dövlət büdcəsi hesabına vəkil Müdafiəçi kimi təyin edilmişdir. Müdafiəçi idarəyə gəldikdən sonra hüquq və vəzifələri ona izah edilmiş, video şəkilişlə üzərində şəxsi axtarış aparılmış və əlində saxladığı sellofan torbanın içərisinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Əlində saxladığı və polis əməkdaşlarına təqdim etdiyi sellofan torbaya baxış zamanı polis əməkdaşları ondan həmin sellofan torbanın içərisində olan kəskin iyə malik kütlənin nə olduğunu soruşmuş, o, da öz növbəsində onlara həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda, onlara həmin narkotik vasitə qurudulmuş marixuananı Gəncə şəhərində Avtozavod qəsəbəsində binaların arasından yerdən tapdığını və istifadə etmək üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim etdiyi 1 ədəd sellofan və içirisindəki qurudulmuş marixuana ilə birlikdə çəkilmiş və çəkisi 480 qram təşkil etmişdir. Daha sonra həmin sellofan zərfə qoyularaq qablaşdırılmış, baxışın nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin 1 ədəd sellofan torbada olan qurudulmuş marixuananı Avtozavod qəsəbəsində yerdən tapmış, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlər etməyəcəyini bildirdi. Məhkəmədən onun barəsində yüngül çəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafayıl oğlu ifadəsində bildirdi ki, o, Gəncə şəhər Nizami rayon X3 Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlanan bazarın yaxınlığına getmişlər. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Cavadxan qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlanan bazarın yaxınlığın görüb ona yaxınlaşmışlar və həmin vaxt Rəşadın əlində selofan torba olmuşdur. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş, onu Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Aqil Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Aqil Əliyev, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Bundan sonra müdafiəçi dəvət olunmuş, müfadafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edildikdən sonra Təqsirləndirilən şəxs üzrərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predtmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs əlində olan sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni Avtozavod qəsəbəsində binaların arasında yolun kənarından tapdığını bildirmiş, həmin qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə ümumilikdə 480 qram təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Nizami rayon X3 Axtarışı Şöbəsinin kiçik inspektoru vəzifəsində xidmət edir. xx xxx 2020-ci il tarixdə Cinayət Axtarışı Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlanan bazarın yaxınlığına getmişlər. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Cavadxan qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlanan bazarın yaxınlığında görüb ona yaxınlaşmışlar. Həmin vaxt Rəşadın əlində selofan torba olmuşdur. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş, onu Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət olunmuş, müfadafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra Təqsirləndirilən şəxs üzrərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predtmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni Avtozavod qəsəbəsində binaların arasında yolun kənarından tapdığını bildirmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 480 qram təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/374 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan paket 480 qram..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 475 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 475 qram, tədqiqata cəmi sərf edildi-02 qram, qalıq-474.8 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 726 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkuim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz raon İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 321 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əlində olan 1 ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 474.8 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd disk iş üzrə maddi sübut növü kimi qiymətləndirimişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmənövündəcəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-c iil tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474.8 qram təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 (il) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə dair xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474.8 qram təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin , həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 günmüddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar