Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-132/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin iclas katibi Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 100-də qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 06.01.2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri 6 saylı şəhər xətt avtobusunda Gəncə şəhər, Atatürk prospekti ilə A.Ziyadxanov küçəsinin kəsişməsində, Gəncə şəhər 38 saylı Hərbi şəhərcik bina 390, mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs paltosunun cibində olan 600 manat dəyərindəki, “Samsung A50” markalı telefonu cibindən çıxararaq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. 06.01.2021-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti ilə Nizami prospektinin kəsişməsində 6 saylı şəhər xətt avtobusuna əyləşmiş, Gəncə şəhər Atatürk prospekti ilə Ş.İ.Xətai prospektiki kəsişməsi istiqamətində getmiş, o, yolda olan zaman 1 nəfər tanımadığı gənc qadının paltosunun sağ cibində telefon olduğunu görmüş, bu zaman o, əvvəllər də cibgirlik etdiyindən, həm də maddi durumu yaxşı olmadığından Gəncə şəhəri Atatürk prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində həmin telefonu qadının cibindən çıxararaq oğurlamaq qərarına gəlmiş, avtobus dayanacağa yaxınlaşıb dayanan zaman o, telefonu həmin qadının cibindən çıxarıb dərhal da avtomaşından düşüb yolun digər tərəfində keçmiş, o, yolu keçib Gəncə şəhər Atatürk prospekti 2371 saylı binanın yanına çatan zaman bir nəfər gənc qadın səsi eşidib dayanmış, həmin qadına baxan zaman həmin şəxsin onun telefonunu cibindən çıxardığı şəxs olduğunu görmüş, bu zaman qadın ondan telefonu tələb etmiş, o, isə həmin qadına yalandan telefonu yerdən tapdığını demiş, həmin qadın oğurluğu onun etdiyini bildirmiş və telefonu geri qaytarmaq qərarına gəlmiş, o, telefonu geri qaytardıqdan sonra həmin şəxs ona polis çağırdığını deyən zaman o, qorxub telefonu oğurlamadığını, yerdən tapdığını demiş, həmin qadın o, telefonu həmin qadının cibindən çıxaran zaman onu heç kim görməmiş, sadəcə olaraq həmin qadın ondan şübhələnib arxası ilə gedib telefonu ondan tələb etmişdir. O, törətmiş olduğu əməldən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmədə dindirmə protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokol,tanınmaya təqdim etmə haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 06.01.2021-ci il tarixdə Gəncə şəhəri Atatürk prospektində, “Xan bağı” parkının yanından 6 saylı avtobusa əyləşərək Gəncə şəhəri, Atatürk prospekti ilə Adilxan Ziyadxanov küçəsi istiqamətində getmiş, bu zaman o, ilkin olaraq avtobusda oturmuş, lakin avtobus onun getdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsinə yaxınlaşdığı üçün o, ayağa qalxmış, sürücü olan tərəfə getmiş, sürücüyə pul vermiş, pulunun qalığını aldıqdan sonra avtobusdan düşmüş, əlini əynində olan zoğalı gəngli olan paltonun cibinə atan zaman özünə məxsus olan “Samsung A50” markalı telefonun cibində olmadığını görmüş, o, avtobusun sürücüsünə dayandırmağı, telefonunu avtobusda qoyduğunu demiş, orada olan şəxslər telefonun avtobusda olmadığını ona dediklərindən, o, avtobusdan ondan bir qədər əvvəl düşən yaşlı kişinin onun telefonunu oğurlamaq ehtimalını düşünüb yolun digər hissəsinə, yəni həmin kişi getdiyi istiqamətə keçmiş, o, tələsik həmin kişinin arxasınca gedib ona yaxınlaşmış, həmin şəxsdən özünə məxsus olan, 600 manat dəyərindəki “Samsung A50” markalı telefonunu tələb etmiş, həmin şəxs isə ilkin olaraq onda telefon olmadığını desə də sonradan telefonu çıxarıb ona vermişdir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə saat 13 radələrində ona məxsus olan, 600 manat dəyərindəki “Samsung A50” markalı telefonunu zoğalı rəngli paltosunun sağ yan cibindən oğurlamış, lakin sonradan o, həmin şəxsin arxası ilə gedib telefonunu tələb edən zaman isə həmin şəxs öz iradəsindən asılı olmayaraq oğurluğu başa çatdıra bilməmiş, oğurluğa cəhd etmişdir. Məhkəmədə tədqiq edilmiş 06.01.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Samsung A50” markalı telefonunun oğurlandığını aşkar etdiyi yer Gəncə şəhəri, Atatürk prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağı olmuş, həmin yerə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Şəmkir Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 1(076)-195/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Probasiya Şöbəsinin 04.05.2021-ci il tarixli 128/2020 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)-195/2020 saylı 20.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 4(044)-49/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarda həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu 13.03.2021-ci il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində olan 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 13.03.2021-ci il tarixə qədər 03 ay 10 gün hissəsini çəkmiş, 02 il 08 ay 14 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 12.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizan” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 14.01.2021-ci il tarixli qərraın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizan” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 15.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd “Samsung A50” markalı telefonu götürülmüş və iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli 9/806 saylı rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung A50” markalı, SM-A505FN/DS” modelli mobil telefon aparatı satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 280 manat müəyyən olunmuşdur (ekspertiza xərci 50 manat). Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 01.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə tövsif edilmiş, Zərərçəkmiş şəxs məxsus “Samsung A50” markalı telefonu maddi sübut kimi tanınmış və “Samsung A50” markalı telefonu Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri 6 saylı şəhər xətt avtobusunda Gəncə şəhər, Atatürk prospekti ilə A.Ziyadxanov küçəsinin kəsişməsində, Gəncə şəhər 38 saylı Hərbi şəhərcik bina 390, mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs paltosunun cibində olan 600 manat dəyərindəki, “Samsung A50” markalı telefonu cibindən çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM–nin 15.3-cü maddələri nə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 177.2.5-ci maddəsi təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1. maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 41.2. maddələrinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1. maddələri nin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12. maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14. maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməsi, məhkumluğunun ödənilməməsini və götürülməməsini, yenidən qəsdən cinayət törətməsi onun cəzasını ağırlaşdıran hal hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.5-ci maddələri ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra o, 06.01.2020-ci il tarixdə yenidən az ağır cinayət əməlini törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 20.10.2020-ci il tarixli azadlığın məhdudlaşdırılması barədə hökmü ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.2. və 177.2.5-ci maddələri ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ona hazırki cinayət işi üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzan təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddələrinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət əməlini törətməsini) və təqsirkarın şəxsiyyətini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 05.05.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prossesual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 01(bir) il 04 (dörd) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gün - 05.05.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. İş üzrə maddi sübut “Samsunq A50” markalı telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-132/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-132/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver