Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-134/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Gəncə klinik Xəstəxanada xadimə işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 7, mənzil 45-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmə haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) “Covid-19” virusu ilə bağlı test analizi verməklə 15.01.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduğu halda buna əməl etməyib 16.01.2021-ci il tarixdə xəstəxanaya müayinəyə getmək üçün yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib tanımadığı şəxslərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış və 16.01.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhər, Nizami rayon ərazisində H.Əliyev prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında sərtləşdirilmiş karantinlə əlaqədar yaradılmış stosianar polis postunda Gəncə şəhər BPİ-nin PPX-i Taborunun polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, COVİD-19 virusunun əlamətlərini özündə hiss etdiyi üçün test vermiş, 15 yanvar 2021-ci il tarixdə onun analiz testinin pozitiv çıxması ilə əlaqədar ona zəng edib məlumat verilmiş və ona karantin qaydalarına əməl etməsini və yaşadığı evi tərk etməməyini demişlər. Buna baxmayaraq onunla heç kim zəng edib maraqlanmamışdır. Onun yaşadığı evə heç bir tibb işçisi gəlib müalicə və müayinə etməmişdir. Buna baxmayaraq o, özündə heç bir narahatçılıq hiss etməmişdir. Həmin vaxt onda öksürək olduğu üçün o, 14.01.2021-ci il tarixdə COVİD 19 virusundan şübhələnib analiz vermiş, analizin cavabı 15.01.2021-ci il tarixdə pozitiv olması barədə məlumat verilmişdir. Onunla heç kim marqlanmadığı üçün özü qərara gəlmişdir ki, 3 nömrəli xəstəxanaya həkim müayinəsinə getsin. O, həyat yoldaşı Şahid2 xahiş etmişdir ki, onu özünə məxsus avtomobillə xəstəxanaya aparsın. Bunun üçün 16.01.2021-ci il tarixdə əri Şahid2la xəstəxanaya getmək üçün yaşadığı evi tərk etmişdir. Onlar Gəncə şəhəri H.Əliyev prospektində yerləşən stasionar polis postunu keçən zaman orda saxlayıb onları yoxlamışlar. Polis əməkdaşları onu yoxlayan zaman COVİD-19 virusuna yoluxduğunu və yaşadığı evi tərk etməməli olduğunu demişlər. O, da xəstəxanaya həkim yanına müayinə və müalicə üçün getdiyini demiş, lakin polis əməkdaşları bunun qanunsuz olduğunu bildirib onları yaşadığı evə qaytarmışlar. Bundan sonra o, 29.01.2021-ci il tarixə qədər yaşadığı evi tərk etməmişdir. Yaşadıqları evdə ondan başqa heç kim COVİD 19 virusuna yoluxmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdr ki, Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Gəncə şəhərinin giriş-çıxışına məhdudiyyət qoyulmuşdur. Bununla bağlı olaraq Gəncə şəhərinin giriş-çıxışında və şəhər daxilində stasionar polis postları qurulmuşdur. Həmin postlarda növbəli şəkildə Gəncə şəhər BPİ-nin və tabeli rayon polis idarələrinin polis əməkdaşları xidmət təşkil etmişlər. Xidməti vəzifəsinin icrası zamanı küçəyə çıxan şəxslərin icazəsinin olması və portal sistemində hüququ olub-olmaması yoxlanılmışdır. Həmin yoxlanışları onlara verilmiş xidməti portallarla həyata keçirmişlər. Portalda yoxlayan zaman izacəsi olan şəxslər qeyd olunur. Həmçinin COVİD 19 virusuna yoluxmuş şəxslər də həmin portalda görsənir. 16.01.2021-ci il tarixdə saat 10 radələrində qeyd etdiyi ərazidə xidmətdə olan zaman “VAZ 2106” markalı, ** CV *** nömrə nişanlı avtomobil stasionar postda yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsü portalda yoxlanılmış və onun icazəsinin olduğu müəyyən edilmişdir. Bundan sonra avtomobildə sağ tərəfdə bir nəfər qadın sərnişinin olmasını müəyyən edib həmin şəxsin şəxsiyyətini məlum etmək üçün portalda özünün dediyi Təqsirləndirilən şəxs adını yazmışlar. Həmin ad soyad həqiqətən də həmin şəxsə mənsub olmuşdur. Həmin şəxsin portalda adı soyadı qeyd edilən kimi COVİD 19 virusuna yoluxması qeyd edilmişdir. O, həmin şəxslə söhbət edən zaman özü də etiraf etmişdir ki, virusa yoluxması barədə həkim ona zəng edib, lakin müalicə yazdırmaq üçün əri ilə birlikdə həkimə gedir. Bu barədə Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə məlumat verilmiş, sonra digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs sənədləşdirib və TTY avtomaşını ilə yaşadığı evə yola salmışlar. Təqsirləndirilən şəxs xəstə olduğu müddətdə yaşadığı evi tərk etməməyi və izolyasiya qaydalarına əməl etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdr ki, Təqsirləndirilən şəxs onun arvadıdır. X4 14.01.2021-ci il tarixdə öksürdüyü üçün COVİD- 19 virusunun əlamətlərini özündə hiss edib analiz vermişdir. Analizin nəticəsi 15.01.2021ci il tarixdə pozitiv çıxmışdır. Bu barədə zəng edib Elnurəyə məlumat vermişlər, lakin heç kim onların yaşadığı evə gəlib Elnurəyə tibbi köməklik göstərməmiş, heç bir tibb işçisi onlara gəlib dərman pereparatları verməmiş və ya Elnurəni müalicə üçün müayinə etməmişlər. Bunun üçün Elnurə özü xəstəxanaya gedib həkim müayinəsindən keçmək üçün 16.01.2021-ci il tarixdə Elnurənin xəstəxanaya getməsi üçün yaşadıqları evi tərk etmişdir. O, özünə məxsus “VAZ 2106” markalı, ** CV *** nömrə nişanlı avtomobil ilə Elnurə ilə o, 3 nömrəli xəstəxanaya gedirmişlər. Gəncə şəhər H.Əliyev prospektində Mərkəzi Univermağın yaxınlığında stosianar polis postunda onları yoxlamaq üçün saxlamışlar. Onları portalda yoxlayan zaman Elnurənin COVİD 19 virusuna yoluxduğu məlum olmuşdur. Polis əməkdaşları Elnurəni yoxlayan zaman COVİD-19 virusuna yoluxduğunu və yaşadığı evi tərk etməməli olduğunu demişlər. Onlar da Xəstəxanaya həkim yanına müayinə və müalicə üçün getdiklərini demişlər, lakin polis əməkdaşları bunun qanunsuz olduğunu bildirib onları yaşadıqları evə qaytarmışlar. Bundan sonra Elnurə 29.01.2021-ci il tarixə qədər yaşadıqları evi tərk etməmişdir. Yaşadıqları evdə Elnurədən başqa heç kim COVİD 19 virusuna yoluxmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 09.02.2021-ci il tarixli 353 saylı məktubundan görünür ki, COVİD – 19 Milli Məlumat bazasında Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 7, mənzil 45də qeydiyyatad olan, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi ev 110-da yaşayan Təqsirləndirilən şəxs 15.01.2021-ci ildə COVİD 19 inveksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Bildirilir ki, adı qeyd edilən pozitiv xəstə 15.01.2021-ci il tarixdən 29.012021-ci il tarixədək ev karantinində olmuşdur. Ailə təmasları isə X3, X2rlar. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06.02.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sevinc Hacıyevanın təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi kartası” nın1-ci vərəqindən görünür ki, tibbi karta 15.01.2021-ci il tarixdə “Covid 19” testi pozitiv çıxmış 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmış və onunla 05.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, yorğunluq, halsızlıq, iybilmə və dadbilməmim itməsidir. Xəstəyə ev şəraitində müalicə olunması tövsiyyə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs 23.01.2921 tarixdə TƏBİB dərman paketi yazılmışdır. 25.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, Təqsirləndirilən şəxs yorğunluq, halsızlıq şikayətləri qeyd edilmişdir. 27.01,2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, Təqsirləndirilən şəxs yorğunluq, halsızlıq şikayətləri qeyd edilmişdir. 30.01.2021-ci il tarixdə müalicə müddəti bitmiş, əmək qabiliyyəti bərpa olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan ambulator xəstənin fərdi vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış xəstəliyin simptomlarına əsasən ona COVİD-19 diaqnozunun qoyulması qeyd edilmiş, həmin kartda xəstə Təqsirləndirilən şəxs aparılmış telefon əlaqələri barədə qeydlər vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilməsi və iş üzrə istintaq hərəkətləri protokolları, içərisində baş vermiş cinayətə dair video görüntü və məlumatlar olan 1 ədəd DVD disk, cinayət işinə əlavə olunmuş digər sənədlər sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, “Covid-19” virusu ilə bağlı test analizi verməklə 15.01.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda buna əməl etməyib 16.01.2021-ci il tarixdə xəstəxanaya müayinəyə getmək üçün yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib tanımadığı şəxslərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış və 16.01.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhər, Nizami rayon ərazisində H.Əliyev prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında sərtləşdirilmiş karantinlə əlaqədar yaradılmış stosianar polis postunda Gəncə şəhər BPİnin PPX-i Taborunun polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqları olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmaması və cəzasını yüngülləşdirən halların mövcudluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-134/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-134/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver