Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-135/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclas zalında hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdəı təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılmasıməqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, cinayət işinin başlanmasına səbəb X2, vahid niyyətlə istintaqa məlum olmayan tarixdə və mənbəədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram.ü mumilikdə 6.975 qram güclü təsir edən maddə olan 31 ədəd tramadol dərman preparatını əldə edərək, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə 4.5 qram təşkil edən 20 ədə tramadol dərman preparatını istintaqa məlum olmayan yerdə saxlamış, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.225 qram, ümumilikdə isə 2.475 qram təşkil edən 11 ədəd tramadol dərman preparatını eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı hər birində tramadolun miqdarı 0.225 qram, ümumilikdə isə 2.25 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramatol dərman preparatlarının 10 ədədini xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə Bağbanlar küçəsinin kəsişməsindəki dairənin taxınlığında tanışı X3 ilə görüşüb 15 manat pul müqabilində sonuncuya qanunsuz olaraq satmış, Gəncə şəhər Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami Vəliyev eyni tarixdə, saat 18 radələrində həmin dairənin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Nizami RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 2,25 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 10 ədəd tramadol dərman preparatları aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə o, eyni tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Təbriz küçəsi ilə B.Məmmədov küçəsinin kəsişməsində saxlanılaraq qeyd olunan ünvanda yerləşən Gəncə şəhər Nizami RPB-nin inzibati binasında gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən tərkibində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram təşkil etməklə Nizami Vəliyevin üzərindən aşkar edilmiş güclü təsir edən maddə olan tramadol dərman preparatları ilə tərkibinə görə eynilik təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 01 ədəd tramadol dərman preparatı aşkar edilərək götürülmüş, bundan sonra o, istintaqa məlum olmayan yerdə saxladığı hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə 4,5 qram təşkil edən 20 ədəd tramadol dərman preparatını satış məqsədilə götürüb üzərində daşıyaraq Gəncə şəhəri, Ozan küçəsində hərəkətdə olan zaman Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 5 saylı korpusunun yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 4,5 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 20 ədəd tramadol dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasındaşikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli ağır cinayət kateqoriyasına daxildir. Buna görə də hazırkı cinayət işinə məhkəmə aidiyyəti üzrə həmin ərizənin aid olduğu birinci instansiya məhkəməsində, yəni Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasındaşikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1, 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-135/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-135/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver