Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-137/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi,Təzə Məhəllələr yaşayış massivində yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 06.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 09.12.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi Təzə Məhəllələr yaşayış massivində yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib X8 Mərkəzinə gedən zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o əvvəllər də ağciyərində müəyyən problemlər olduğundan hər il müalicə götürmüşdür. 2020-ci ilin dekabr ayının əvvəllərində onun ağrıları şiddətlənmiş, nəfəs almasında çətinlikləri yaranmış, tənginəfəslik, yüksək hərarət halları olduğu üçün “Covid-19” virusuna yoluxmağından şübhələnmiş və 04 dekabr 2020-ci il tarixdə Gəncə şəhəri, X8 mərkəzinə gedib orada boğazından yaxma götürülməklə analiz vermiş, o, həmin analizi verəndən sonra 06 dekabr 2020-ci il tarixdə bazar günü X8 mərkəzindən onun istifadəsində olan, orada mobil istifadə nömrə kimi qeyd etdirdiyi ***-***-**-** mobil nömrəsinə mesaj göndərilmişdir. Həmin mesajın mətnini oxuyub bilmişdir ki, onun analizinin nəticəsi pozitiv çıxmışdır, yəni o, “Covid-19” virusuna yoluxmuşdur. Bundan sonra o, başqa bir xəstəxanada analiz verməmiş, sonra onların yaşadığı yer üzrə poliknikanın həkimi Sevda həkim onlarla əlaqə saxlamış, ona bildirmişdir ki, onun stasionar şəraitdə müalicəyə ehtiyacı yoxdur. Ondan 1-2 gün sonra da oğlu Şahid3 da bu virusa yoluxmuş, oğlu da analiz vermiş, onda da “Covid19” virusu aşkar edilmişdir. Onlar hər ikisi evdə müalicə almışlar. 09 dekabr 2020-ci il tarixdə saat 13 radələrində ona tanımadığı nömrədən gəlmiş və zəng edən şəxs ona bildirmişdir ki, evi dezinfeksiya üçün gələcəklər.Zəng edən şəxs həyətə düşərək dezinfeksiya edən şəxsləri qarşılamağı təklif etmiş, o da həyətə o məqsədlə düşmüşdür. Bundan sonra o və oğlu Taleh evdən çıxırmışlar. Onlar evlərindən çıxıb küçənin başına çatanda küçənin baş tərəfində iki nəfər şəxs onlara yaxınlaşmış, onlara özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar polislərin xəbərdarlığından sonra qayıdıb evlərinə gəlmişlər, ondan sonra o, yaşayış yerini tərk etməmiş, daha heç bir yoxlanışa da getməmişdir. O, 20 dekabr 2020-ci il tarixdə də müalicəsini başa vurmuş, onun mobil telefonuna yeni bir mesa gəlmişdir ki, müalicəsi başa çatmışdır. O, 09.12.2020-ci il tarixdə saat 13 radələrindən başqa, müalicə olunduğu vaxtda yaşayış yerini tərk etməmiş, heç bir yerə getməmişdir, 09.12.2020-ci il tarixdə də yanında təkcə oğlu Taleh olmuş, yanında ayrı kimsə də olmamışdır. O, yoluxandan sonra evdə ailə üzvlərini evdən çıxartmış, həyat yoldaşı burada olmamış, təkcə oğlu Taleh evdə qalmış, Taleh ona qulluq etmiş, yəqin ki, Talehə də ondan virus keçmişdir. Başqa bir kəslə ünsiyyətdə olmamış, heç kəs yoluxmamışdır, yəqin ki, Taleh də ondan yoluxmuşdur, çünki Taleh ona qulluq etmiş, Taleh ayrı bir yerə çıxmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, о, 2011-ci ildən DİO-da, 2017-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Covid-19 virusuna yoluxmuş və ev şəraitində müalicə alaraq karantində olan şəxslərin telefonun yerdəyişmə məlumatları Gəncə şəhər BPİ-də nəzarətdə saxlanılırdı. 2020-ci ili dekabr ayında Covid- 19 virusuna yoluxanların sayı çoxaldığı üçün polis daim vətəndaşlarla profloktiki söhbətlər aparıb qoyulmuş qaydalara əməl olunması izah edilmişdir. Həmçinin COVİD-19 virusuna yoluxmuş və yaşadığı evi tərk edən şəxsləri müəyyən edib həmin şəxsləri evlərinə qayıtmasını və karantin müddətində evlərini tərk etməmələri bildirilmişdir. 09 dekabr 2020ci il tarixdə rəhbərlik tərəfindən verilən təlimata əsasən о və idarənin digər kiçik əməliyyat müvvəkkili, polis serjantı Şahid2la Gəncə şəhəri, Nizami rayonu, Gülüsatan qəsəbəsi ərazisində xidmət təşkil edяркян щəmin gün saat 13 radələrində idarədən məlumat daxil olmuşdur ki, Covid-19 virusuna yoluxmuş Allahverdiyevа Ulduz İslam qızı oğlu Şahid3 ilə birlikdə yaşadığı ünvanı tərk edərək hərəkət etməkdədirlər.Onlar həmin şəxsi Gəncə şəhəri, Gülüstan qəsəbəsində oğlu Şahid3 idarə etdiyi Mercedes Benz markalı, ** DM *** nömrə nişanlı avtomobillə hərəkətədə olarkən saxlamışlar. Həmin vaxt avtomobili Ulduz Allahverdiyevin oğlu, digər COVİD-19 virusuna yoluxmuş Талеh Allahverdiyev idarə etmiş, onlar həmin şəxsləri saxlayıb onlarla proflaktiki söhbətlər aparıb yaşadığı evə qayıtmalarını bildirmişlər. Şahid3 bildirmişdir ki, anası Təqsirləndirilən şəxs və özünü müayinə etdirmək üçün X8 mərkəzinə gedirlər. Onlar bunun qarşısını alıb həmin şəxsləri yaşadıqları evə qaytarmışlar, bildirmişlər ki, bir daha yaşadıqları evi tərk etməsinlər, yaşadıqları evi tərk edib harasa getməklərinə dair vətəndaşların sağlamlıqları üçün real təhlükələr yaradır. Bundan sonra o şəxslərin evlərinə qaytarıb xidmətlərini davam etdirmişlər. Sonradan o şəxslərin yaşadıqları evi tərk etmələri barədə, yerdəyişmə olunmaları barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Ulduz onun anasıdır. Anasının tez-tez boğulma ilə müşayət edilən öskürməsi olurdu. O bu barədə TTY-nin 103 xidmətinə və TƏBİB-in qaynar xətt nömrəsinə zəng edərək məlumat verməyinə baxmayaraq onlara heç bir tibbi və ya digər kömək göstərməmişlər. O, məcbur olub 09.12.2020-ci il tarixdə, saat 13 radələrində anasını X8 Mərkəzinə aparıb həkim müayinəsindən keçirmək istəyirdi.O evdən çıxarkən polis əməkdaşları onlara yaxınlaşmış və onların COVİD-19 virusuna yoluxduqları halda evdən çıxmalarına irad bildirmişlər.O isə polis əməkdaşlarına anasını xəstəxnaya apardıqğını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 13 dekabr 2020-ci il tarixli 4559 saylı məktubundan görünür ki,COVİD-19 Milli Məlumat bazasında Gəncə şəhəri Nizami rayonu,İ.Əliyev küçəsi,ev 27-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 05.12.2020-ci ildə Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər PsixoNevroloji dispanserin 06.01.2021-ci il tarixli 49 saylı Arayışından görünür ki,Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 21.01.2021-ci il atrixli 254 saylı Arayışından görünür ki,Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş X8 Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixində İntermedservis MMC-nin X8 Mərkəzində Laboratoriya COVİD-19 RT-PCR analizindən keçmişdir və nəticə pozitiv çıxmışdır. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərkən Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən küçədə saxlanılarkən çəkilmiş video görüntü olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etmiş və avtomoildə əyləşmiş vəziyyətdədir. İş materiallarında olan 003308 nömrəli vəsiqədən görünür ki, X1 müharibə veteranıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə saat 13 radələrində ona tanımadığı nömrədən gəlmiş və zəng edən şəxs ona bildirmişdir ki, evi dezinfeksiya üçün gələcəklər.Zəng edən şəxs həyətə düşərək dezinfeksiya edən şəxsləri qarşılamağı təklif etmiş, o da həyətə o məqsədlə düşmüşdür. Məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsin məsuliyyətdən azad olmaq üçün seçdiyi müdafiə vasitəsi kimi qiymətləndirir. Belə ki, əvvəla evi dezinfeksiya üçün gələnləri qarşılamaq məqsəsi ilə həyətə düşməsinə dair ifadənin dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, göründüyü kimi Təqsirləndirilən şəxs özü ilə birlikdə oğlu Talehlə həyətə düşmüşdür. Taleh evdə olduğu halda ikisinin də dezinfeksiya edən şəxsləri qarşılamaq üçün düşmələri inandırıcı deyildir. 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərkən Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən küçədə saxlanılarkən çəkilmiş video görüntü olan diskdən də göründüyü kimi Təqsirləndirilən şəxs avtomobildə əyləşmiş və yaşayış yerini tərk edən zaman saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ərinin müharibə veteranı olmasını, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, ilk dəfə cinayət törətməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğuı maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X5 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-137/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-137/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver