Məhkəmə qərarları › İş №1(044)-139/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-139/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-139/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X4, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1980-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, İmişli şəhər, Təbriz küçəsi, ev 14-dı qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan qəsəsbəsi, 2-ci küçə, ev 19 üvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 2-ci küçəı, ev 19-da yerəşən fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zəminində sağ əli ilə Zərərçəkmiş şəxs baş və üç nahiyələrinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs sol qulaq-gicgah nahiyyəsinin hematoması, əzilməsi xəsarətləri ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs Səhrəddin qızı ilə 2012-ci il tarixdə ailə qurmuş, Ayişə onun ilk həyat yoldaşı olsa da, Ayişə əvvəl bir dəfə ailə qurub boşanmışır. Onun Ayişə ilə olan münasibətlərindən xx.xx.2013-cü il traixdə X6 və xx.xx.2015-ci ildə X2 adlı iki uşaqları var. Ayişə ilə ailə aurduqdan sonra Ayişənin ilk evliliyindən olan bir qız övladını da adına keçirtmişdir. 2017-ci il tarixdə o, Rusiya Federasiyasında olarkən Ayişənin anası ona burada işlərini yekunlaşdırmasını və ailəsinin yanına qayıtmasını bildirmişdir. Ayişənin anası ona demişdir ki, Ayişə harada isə işləyir. O, isə Ayişənin heç bir yerdə işləməsiniistəməmiş və dəflərlə bu mövzuda onların arasında mübahisələr olmuşdur. Həmin vaxt o, Azərbaycana qayıtmış və bundan sonra Ayişə işə getməmiş, bayıra belə çıxmamağa başlamışdır. Bir müddət keçdikdən sonra Ayişə yenidən işləmək istədiyini bildirdikdə isə onların arasında davamlı mübahisələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə o, Avtozavod qəsəbəsində yolun kənarında olarkən Ayişənin avtobusla yanından gəlib keçdiyini görmüş və bildirmişdir ki, Ayişə özü də önu görmüşdür. Lakin Ayişə bir az irəlidə olan “Al market”in yaxınlığında avtobusdan enmişdir. O, Ayişəyə nə üçün onu görsə də enməməsini, Ayişə isə ona cavabında yaxınlıqda işi olduğunu bildirmişdir. Həmin axşam evdə olan zaman Ayişənin bu hərəkəti ona təsir etdiyindən bir daha Ayişəyə bunun səbəbini soruşmuş, lakin Ayişə ona heç bir məhəl qoymamış və o da əsəbiləşərək əlinin arxa hissəsi ilə onun sol gicgah nahiyyəsinə zərbə endirmişdir. Bundan sonra o, evi tərk etmiş, onların arasında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə baş verərkən onların yanında böyük qızı Aytən Əzizova olmuşdur. O, zərərçəkən Zərərçəkmiş şəxs ilə barışmışdır, söz verir ki, bir daha onu incitməyəcəkdir. Barışmalarını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə qurmuşdur. O, Turalın ikinci həyat yoldaşıdır. xx.xx.2022ci il tarixdə gecə saat 12 radələrində yaşadıqları evdə olarkən Tural ona, şəhər daxili avtobusada olarkən günorta saatlarında onu gördüyünü lakin hansı səbəbdən avtobusdan düşmədiyini bildirmiş, o, isə Turala onu görmədiyini bildirsə də, Tural ona zərbə endirmişdir. O, artıq bu həddə zərbələrə və söyüş təhqirlərə dözməmiş nəticədə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Onların arasında olan mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Tural onun sol gicgah nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, işə xitam verilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkən Zərərçəkmiş şəxs ünvan 1 ünvanında hadisə yerini göstərmiş və bu barədə fotoşəkillər çəkilərək, protokola əlavə edilmişir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 528 saylı rəyindən görünür ki, 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol qulaq-gicgah nahiyyəsinin hematoması, əzilməsi-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 2-ci küçəı, ev 19-da yerəşən fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zəminində sağ əli ilə Zərərçəkmiş şəxs baş və üç nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol qulaqgicgah nahiyyəsinin hematoması, əzilməsi xəsarətləri ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci addəsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar