Məhkəmə qərarları › İş №1(044)-14/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-14/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-14/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,059 qram, 0,058 qram və 0,056 qram, ümumi çəkisi 0,173 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 17 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində həmin üç ədəd ayrı-ayrı bükümlərdə 0,059 qram, 0,058 qram və 0,056 qram, ümumi çəkisi 0,173 qram narkotik vasitə olan heroini Şahid3 yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 293 nömrəli evin yaxınlığında hər bir bükümü 15 manat pula, ümumilikdə 45 manat pul müqabilində sonuncuya satmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəlidir. Onunla qonşuluqda yaşayan Şahid3 tanıyır, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Şahid3 narkotik vasitələrin aludəçisi olması barədə məlumatı olmuşdur. O, özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur. Cəfər onun avtomobili ilə bir neçə dəfə Gəncə şəhərində Bağmanlar qəsəbəsinə gedib onu bir tərəfdə saxlatmış, özü isə gedib təxminən 5-7 dəqiqədən sonra avtomobilə qayıdıb gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəfər həmin yerə gedib narkotik vasitə almış, lakin Cəfərin narkotik vasitə aldığı şəxsi o, tanımamışdır. Cəfər avtomobilə əyləşdikdən sonra kağız bükümü açıb 10- 15 manata aldığı toz halında olan narkotik vasitəni ona göstərmişdir. O, heç vaxt Şahid3 narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, “kokos” kimi tanıdığı narkotik vasitə aludəçisidir. Təxminən 35-40 yaşlarında Elnur adlı qonşusu ilə dostluq münasibəti var və təxminən 2 aydır Elnurdan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroini satın alır. Sonuncu dəfə 17 sentyabr 2019-cu il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında Elnurdan şəxsi istifadəsi üçün bir bükümü 15 manat olmaqla 45 manat pulun müqabilində siqaret falqasına bükülmüş 3 büküm narkotik vasitə olan heroini satın almış və içərisində heroin olan bükümləri şalvarının sol cibinə qoyaraq axşam saatlarında istifadə etməyi planlaşdırmışdır. Belə ki o, narkotik vasitə olan heroini damara vurma yolu ilə qəbul edir. Təxminən saat 18 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə aparmışlar. Ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zamanı əynindəki tünd göy rəngli parça şalvarının sol cibində olan onun özünə məxsus siqaret qutusunun arxa hissəsində siqaret falqasına bükülmüş içərisində heroin olan 3 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilərək 0.41 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində taksi kimi ona zəng edib bir neçə dəfə avtomobili ilə gedib narkotik vasitə olan heroin almasını Elnur yalan demiş, özünü günahsız çıxarmaq üçün o cür ifadə vermişdir. Elnurla o, bir neçə dəfə narkotik vasitə olan heroin qəbul etmişlər. Elnur öz damarına düşə bilmədiyindən o, bir neçə dəfə Elnurun damarına iynə ilə heroin vurmuşdur. Elnur özü damara düşə bilmədiyi üçün adətən qol əzələsinə iynə ilə vurmuşdur. 17.10.2019-cu il tarixdə saat 12:30 radələrində o, Elnurun mobil telefonuna zəng edərək sonuncudan narkotik vasitə olan heroin satmasını istəmişdir. Elnur da bildirmişdir ki, 2-3 saata ona narkotik vasitə olan heroin təşkil edəcək. Həmin gün saat 13:30 radələrində Elnur onun mobil telefonuna zəng edərək heroin tapdığını və özü gətirib ona verəcəyini bildirmişdir. O da yaşadığı evin qarşısına çıxmış və saat 15 radələrində Elnurla görüşüb 45 manat pulu Elnura verib 3 büküm heroin almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cu ildən X4 xidmət edir. Şahid3 əvvəllər tanımamış, hər-hansı bir münasibəti olmamışdır.17 sentyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 293 nömrəli evdə yaşayan Şahid3 qanunsuz olaraq narkoik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqda qərar qəbul etmişdir. Bundan sonra İdarənin digər əməkdaşları Şahid2 və X2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2019-cu il tarixdə, saat 18 radələrində Şahid3 Atatürk prospekti 293 nömrəli evin qarşısında olduğu müəyyən edilmişdir. O, digər polis əməkdaşları ilə birlikdə həmin yerdə Cəfərə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla sonuncunu tanış etmişlər və üzərində narkotik vasitə olubolmadığını soruşanda Şahid3 üzərindəki narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Onlar Şahid3 Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Bundan sonra Şahid3 üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X1 Polis idarəsinə dəvət edib Qoşqar Cəfərova təqdim etmişlər və sonuncu təqdim olunmuş Elmira Həsənova tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Qoşqar Cəfərovun üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki şalvarın sol yan cibindən siqaret qutusunun arxa hissəsində 3 ədəd siqaret falqasına bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülü açılıb içərisinə baxış keçiriləndə orada narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Şahid3 həmin narkotik vasitənin heroin olduğunu və özü istifadə etmək məqəsədi ilə Elnur adlı qonşusundan alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra 3 ədəd bükülü elektron tərəzisində çəkilərək ümumi çəkisi 0.41 qram müəyyən edilmişdir. Bundan sonra Qoşqar Cəfərovun üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan 3 ədəd bükülü zərfə qoyularaq qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənmiş və zərfin üzəri baxış zamanı iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.09.2019-cu il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Şahid3 əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən ümumi çəkisi 0,41 qram olmaqla 3 ədəd siqaret falqasına bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxışın aparılması haqqında protokol”dan görünür ki, məhkəmənin qərarı əsasında Şahid3 istifadəsində olmuş ***-***-**-** nömrəli telefon nömrəsinin 01.08.2019-cu il tarixdən 18.09.2019-cu il tarixədək daxil və xaric olmuş zənglərin, daxil və xaric olmuş mesajların “CD” diskdə olan yazısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olmuş nömrə ilə 04.08.2019-cu il tarixdən başlayaraq müxtəlif tarixlərdə və vaxtlarda gün ərzində bir neçə dəfə olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng daxil olmuşdur. Şahid3 öz nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə 17.09.2019-cu il tarixdə saat 13:22-də və 13:26-da telefon danışıqları aparıb sonuncudan narkotik vasitə istədiyini bildirmişdir. Həmin vaxt Elnur narkotik vasitə tapıb gətirəcəyini və narkotikin qiyməti barəsində danışıb razılaşmışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2019-cu il tarixli, 512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Şahid3 üzərindən aşkar edilmiş içərisində «heroinə» bənzər kütlə olan 3 ədəd büküm….» sözlər və imzalar olan kağız paketdəki 3 (üç) ədəd «gümüşü» rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,058 qram və 0,056 qram, ümumi təmiz çəkisi 0,173 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2019-cu il tarixli, 791 nömrəli rəyindən görünür ki, Şahid3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2020-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid3 ilə Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə üzləşdirilərkən ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 narkotik vasitə almaq üçün gətirdiyi küçəni göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 üzərindən aşkar olunub götürülərək 1 ədəd zərfdə qablaşdırımış ümumi qalıq çəkisi 0,173 qram olan narkotik vasitə olan heroinin, 2 ədəd DVD disklərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,059 qram, 0,058 qram və 0,056 qram, ümumi çəkisi 0,173 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 17 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində həmin üç ədəd ayrı-ayrı bükümlərdə 0,059 qram, 0,058 qram və 0,056 qram, ümumi çəkisi 0,173 qram narkotik vasitə olan heroini Şahid3 yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 293 nömrəli evin yaxınlığında hər bir bükümü 15 manat pula, ümumilikdə 45 manat pul müqabilində sonuncuya satmışdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, üzləşdirmə protokolu, telefon danışıqlarının və mesajların olduğu CD diskə baxış aparılması haqqında protokol, maddi sübut, ekspertiza rəyləri, cinayət işinin digər materialları və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan sübutlarla tam inkar olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04.10.2019-cu il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.10.2019-cu il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.03.2021-ci il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin 05.04.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə Gəncə şəhərində müəyyən edilərək tutulmuş və həmin tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcı 05.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2020-ci il tarixli, 55 nömrəli rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Şahid3 üzərindən aşkar olunub götürülmüş və ekspertizadan qaytarılmış qalıq çəkisi 0,143 qram olan narkotik vasitə olan heroinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 1(044)-28/2020 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin materiallarına əlavə olunmuş 2 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2019-cu il tarixdən 06 oktyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 05.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şahid3 üzərindən aşkar olunub götürülmüş və ekspertizadan qaytarılmış qalıq çəkisi 0,143 qram olan narkotik vasitə olan heroinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 1(044)-28/2020 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Bundan başqa cinayət işinin materiallarına əlavə olunmuş 2 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar