Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-140/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 10.xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş YusifovNicat Azər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasına poliklinikanın arxa pəncərəsini vintaçan ilə açıb qanunsuz daxil olduqdan sonra həmin poliklinikanın baş həkimi Zərərçəkmiş şəxs1 xidməti iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 10 manat olan bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefonu, dəyəri 60 manat olan bir ədəd işlənmiş halda 51 sm dioqanallı “LG” markalı monitoru və dəyəri 200 manat olan bir ədəd üzərində “alhua, DH- XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, üstündə birləşmə kabelləri və komplektinə daxil edilən digər hissələri olmayan, xarici görünüşünə görə istismarda olmuş təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatını, həmçinin eyni vaxtda həmin klinikanın həkim-stomotoloqu Zərərçəkmiş şəxs2 iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 20 manat olan bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzini, dəyəri 30 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 40 manat olan qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqlarını, dəyəri 45 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 50 manat olan bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji aləti, dəyəri 60 manat olan metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 60 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqlarını, dəyəri 75 manat olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 80 manat olan 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələrini, dəyəri 105 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 160 manat olan titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqlarını, dəyəri 187 manat 20 qəpik olan sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 210 manat olan xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqları, dəyəri 332 manat 16 qəpik olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 270 manat və Zərərçəkmiş şəxs2 1754,36 manat olmaqla, vahid niyyətlə ümumilikdə 2024,36 manat məbləğində əmlaklarını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X1 qəsəbəsində onunla qonşu binada yaşayır, İsmayılla dostluq münasibəti vardır. Təxminən iki ay bundan əvvəl pula ehtiyyacı olduğu üçün Ağcəbədi rayonunda yaşayan digər tanışı Tural adlı şəxsdən 200 manat borca pul götürmüşdür. Lakin son vaxtlar Tural ondan pulunu istəmiş, onda isə pul olmadığı üçün Turalın borcunu qaytara bilməmişdir. Pula ehtiyyacı olduğu üçün İsmayıla təklif etmişdir ki, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasından oğurluq etsinlər. İsmayıl da onunla razılaşmışdır. xx xxx 2020-ci il tarixindən, xx xxx 2020-ci il tarixə keçən gecə saat 02-03 radələrində özü, İsmayılla sonuncunun yaşadığı evin yaxınlığında görüşmüşdür. O, özü ilə vintaçan və kiçik bıçaq götürmüşdür, İsmayıl da özü ilə vintaçan, kəlbətin və kiçik bıçaq götürmüşdür. Gecə saat 02-03 radələri olardı. O, və İsmayıl 3 saylı uşaq poliklinikasının yan tərəfınə yaxınlaşmış, İsmayıl vintaçanla pəncərəni aralayıb itələmiş və ayna açılmış və onlar içəri daxil olmuşdular. Onlar bilirdilər ki, həmin poliklinikada mühafizəçi yoxdur, yalnız kameralar içəridə çəkir. Ona görə də İsmayıl poliklinikanın manitor olan otağına getmiş, qapısını vintaçanla itələmiş və qapı açılandan sonra onlar otağa daxil olmuşdular və İsmayıl tez bir zamanda DVR yaddaş qurgusunun elektrik cərəyanını çıxartmış və naqillərini sökmüşdür ki, çəkiliş getməsin. Daha sonra İsmayıl masanın üzərində olan LC manitorunu cərayandan çıxartmışdır. İsmayıl həmin manitoru və DVR aparatı aparıb daxil olduqları pəncərənin yanına yığmışdır. Bundan sonra İsmayıl yenə həmin otağa qayıdaraq seyfın üz qapısını kəlpətinlə aralamaq istəmiş, lakin seyfı aça bilməmişdir. O, da həmin otaqda olmuş və masanın siyirməsindən 1 ədəd “Samsung GT 72-62” markalı mobil telefonu götürmüş, həmin otaqda başqa bir qiymətli əşya tapa bilməmişdir. Daha sonra onlar həmin otaqdan çıxdıb stomatolojı kabinetə tərəf getmişdilər. Qapını həmin üsulla İsmayıl və o, vintaçanla açmış, onlar həmin kabinetə daxil olmuşdular. Bundan sonra İsmayıl siyirmələrə baxmış və oradan salafanda olan plasmas materiala yapışdırılmış protez dişlərin nümunələrini və qara qutuda olan kiçik ölçülü tərəzi daşlarını götürmüşdür. Həmin vaxtı isə o, stomatolojı kreslosuna şlanqlarla bərkidilmiş 4 ədəd ucluq, 1 ədəd stomatolojı alət və bir neçə titan materialdan olan təxminən 10 ədəd diş qapaqlarını özü ilə götürmüşdür. Həmin otaqda başqa bir dəyərli şey tapa bilməmişdilər. Həmin oğurladıqları əşyaları onlar daxil olduqları pəncərənin yanına yığmışdılar. Təxminən 1 saata yaxın onlar poliklinikada olmuşdular. Artıq hava işıqlaşdığından onlar oğurladıqları əşyaları oradan götürüb özləri ilə aparıb 12 nömrəli məktəbin yaxınlığında yarımçıq tikilidə çantanın içərisində gizlətmişdilər. O, oğurluqda istifadə etdiyi vintaçanı və kiçik bıçağı evin yaxınlığında zibil qutusuna atmışdır. Təxminən 3 gündən sonra yəni xx.xx.2020-ci il taixdə günorta saatlarında onlar həmin əşyaları gizlətdikləri yerə getmiş və o, poliklinikadan oğurladıqları 10 yaxın titan dişlərin qapaqlarını və “Samsung” markalı telefonu özü götürmüş, İsmayıl isə digər əşyaları aparıb yaşadığı binanın dam hissəsində gizlətmişdir. O, İsmayıla demişdir ki, əşyaları satandan sonra pulu bölərlər. İsmayıl isə həmin əşyalardan yalnız manitoru özü ilə götürərək Ağstafa şəhərinə gedib orada 40 manata tanımadığı şəxsə satmış, pulu onlar bir yerdə xərcləmişdilər. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları onunla Gülüstan qəsəbəsində söhbət edən zaman o, İsmayılla törətdiyi cinayəti etiraf etmiş və oğurladıqları, həmdə evində saxladığı 10 ədəd titan dişlərin qapaqlarını və “Samsung” markalı telefonu polislərə təhvil vermişdir. Onlar qeyd edilən poliklinikadan oğurluq etməmişdən qabaq ətrafa nəzər salıb heç kimin olmadığından əmin olduqdan sonra oğurluq etmişdilər. Ona görə də onları heç kim görməmişdir. Onlar etdikləri oğurluq barədə heç kimə heçnə deməmişdilər, heçkəsin bundan xəbəri olmamışdır. Qeyd edilən oğurluqdan başqa ayrı cinayət hadisəsi törətməmişdilər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasında həkim-stomatoloq vəzifəsində işləyir. Poliklinikadakı kabinetimdə olan əmlak ona məxsusdur. xx xxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində poliklinikanın baş həkimi Mehriban xanım poliklinikanın qapılarını bağlayıb getmişdir. Səhərisi günü, yəni xx xxx 2020-ci il tarixdə səhər saat 09 radələrində işlədikləri 3 saylı uşaq poliklinikasına gəlib qapını açıb içəri daxil olan zaman görmüşdür ki, iş otağının plastikdən olan qapısı açıq vəziyyətdə olmaqla Mehriban xanımın iş otağından oğurluq olubdur. Daha sonra otaqdan dəhlizə çıxan zaman görmüşdür ki, ona məxsus iş otağınında qapısı açıq vəziyyətdədir. Mehriban xanım bu barədə zəng edib ona məlumat vermiş və o, da poliklinikaya gələn zaman görmüşdür ki, iş otağından oğurluq olubdur. İş otağına diqqət yetirəndə görmüşdür ki, otaqdan ona məxsus ümumi dəyəri 700 manat olan stomotoloji oturacağın rezin borularına birləşdirilmiş 4 ədəd ucluqları boruları ilə birgə, bir ədədinin qiyməti 20 manat olan 23 ədəd istifadə edilməmiş keramik materialdan olan diş qapaqları, bir ədədinin qiyməti 20 manat olan 12 ədəd istifadə edilməmiş titan materialdan olan diş qapaqları, bir ədədinin dəyəri 30 manat olan 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, dəyəri 50 manat olan bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunn stomotoloji alət, dəyəri 25 manat olan bir ədəd sirkon diş qapağı, dəyəri 20 manat olan bir ədəd metal diş qapağı, dəyəri 20 manat olan bir ədəd üst çənənin metal körpüsü və bir dəst daşları ilə birgə kiçik ölçülü tərəzi oğurlanmışdır. Ona görədə baş vermiş oğurluq hadisəsi ilə bağlı o, polisə müraciət etmişdir. Polis İdarəsində ona məlum olmuşdur ki, onun iş otağından oğurluğu Təqsirləndirilən şəxs və X3 etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1655 manat maddi ziyan dəymişdir. Onun iş otağından oğurluq edilən zaman heç bir sınma və qırılma olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasında baş həkim vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, poliklinikanın qapılarını bağlayıb yaşadığı evə getmişdir. Səhərisi günü, yəni xx xxx 2020-ci il tarixdə səhər saat 09 radələrində işlədiyi 3 saylı uşaq poliklinikasına gəlib qapını açıb içəri daxil olan zaman görmüşdür ki, onun iş otağının plastikdən olan qapısı açıq vəziyyətdədir. O, iş otağına daxil olan zaman görmüşdür ki, iş otağı dağınıq vəziyyətdədir və iş otağında olan stolunun üzərindəki təhlükəsizlik kameralarını izlədiyi dəyəri 60 manat olan “LG” markalı 51 sm diaqanallı monitor yoxdur. O, həmin vaxt bilmişdir ki, otağından oğurluq olubdur. Digər əşyalarına diqqət yetirən zaman ona məlum olmuşdur ki, otağa daxil olan naməlum şəxs(lər) otaqda olan iş stolunun siyirməsindən ona məxsus dəyəri 70 manat olan “Samsung GT-S7272” markalı mobil telefonu və pəncərənin yan hissəsində divara quraşdırılmış təhlüksizlik kamerasının dəyəri 250 manat olan “alhua” markal yaddaş qurğusu oğurlanmışdır. O, otaqdan dəhlizə çıxan zaman görmüşdür ki, həkim stomotoloq Zərərçəkmiş şəxs2 məxsus iş otağınında qapısı açıq vəziyyətdədir. O, bu barədə zəng edib Fərqanə xanıma məlumat vermiş və Fərqanə gələn zaman məlum olmuşdur ki, Fərqanəyə məxsus iş otağından titan və sirkon materialdan olan diş qapaqları, stomotoloji oturacağın rezin borularına bərkidilmiş ucluqları, diş uçun kiçik tərəzi daşları və plastmas materiala yapışdırılmış protez dişlərin nümunələrini oğurlanmışdır. Ona görədə baş vermiş oğurluq hadisəsi ilə bağlı o, polisə müraciət etmişdir. Polis İdarəsində ona məlum olmuşdur ki, onun iş otağından oğurluğu Təqsirləndirilən şəxs və X3 etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 380 manat maddi ziyan dəymişdir. Onun iş otağından oğurluq edilən zaman heç bir sınma və qırılma aşkar edilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci zərfin içərisində olan - 3,00 qram kütləli 8 ədəd tünd sarı rəngli diş qapaqları titan əsaslı ərintidən hazırlanmış, 2,12 qram kütləli 2 ədəd açıq sarı rəngli diş qapaqları qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmış, 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 3 ədəd dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır. Həmçinin ikinci zərfin içərisində olan 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 14 ədəd gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı xrom əsaslı ərintidən hazırlanmış, 4,01 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 5 ədəd dişəbənzər elementdən ibarət (dişlərin 1 ədədi gümüşü, 4 ədədi ağ rənglidir, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 7 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 2,60 qram kütləli 1 ədəd birbirinə bitişik formalı 4 ədəd ağ rəngli dişəbənzər elementdən ibarətdiş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 3 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin hər iki kənarında sarı rəngli metal hissələr vardır) diş qapağının sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış, 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin alt tərəfində gümüşü rəngli metal hissə, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış, 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3115 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş və edilməmiş tədqiqat obyektlərinin, xx xxx 2020-ci il tarixə, Mərkəzin sənədlərin texniki ekspertiza şöbəsinin kompyuter-texniki ekspertizasının və fiziki-kimyəvi tədqiqatın nəticələrini və istismar müddətinə fiziki köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən qiymətləri 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları titan əsaslı ərintidən hazırlanmışdır 160,00 manat, 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır 40,00 manat, 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır 60,00 manat, 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı xrom əsaslı ərintidən hazırlanmışdır 210,00 manat, 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət (dişlərin 1 ədədi gümüşü, 4 ədədi ağ rənglidir, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 75,00 manat, 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 105,00 manat, 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 60,00 manat, 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 45,00 manat, 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin hər iki kənarında sarı rəngli metal hissələr vardır) diş qapağının sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmışdır 187,20 manat, 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin alt tərəfində gümüşü rəngli metal hissə, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmaqla 332,16 manat, 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 30,00 manat, bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon 10,00 mannat, bir ədəd üzərində “alhua, DH- XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, üstündə birləşmə kabelləri və komplektinə daxil edilən digər hissələri olmayan, xarici görünüşünə görə istismarda olmuş təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı 200,00 manat, 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar 300,00 manat, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş, stomatoloji alət 50,00 manat, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş (dəstin bir neçə daşları yoxdur, şüşə sınmışdır) daşları ilə birgə kiçik ölçülü tərəzi 20,00 manat, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri 80,00 manat, bir ədəd işlənmiş halda olan 51 sm dioqanallı “LG” markalı monitor nəzəri hesablama yolu ilə təxminən 60,00 manat olmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş və edilməmiş tədqiqat obyektlərinin xx xxx 2020-ci il tarixinə olan orta bazar pərakəndə satış qiymətləri ilə ümumi dəyəri təxminən 2024,36 manat müəyyən olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin 270 manat Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin 1754,36 manat olması əsas götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri, Narkoloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri, Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 2016-cı ildən “Emosional Davranış şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə-psixiatriya ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmaqla, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini olçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 3 saylı uşaq poliklinikadan ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək oğurluq etdiyi yeri göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi 3 saylı Uşaq Poliklinikasında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də oğurladığı 10 ədəd diş qapaqları və Samsung GT 7262 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 Gəncə şəhəri 3 saylı uşaq poliklinikasından oğlurladığı əşyaları Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 4 saylı binanın dam hissəsində gizlətdiyi stomatoloji alətlər, dəmir qutuda olan kiçik ölçülü tərəzi daşları və DVR yaddaş qurğusu aşkar olunararq götürülümüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından əməl həmin maddəyə tövsif edilməmişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 186-cı maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, bıçağın soyuq silah olub olmaması müəyyənləşdirilmədiyindən Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə ittiham elan edilməmişdir, Təqsirləndirilən şəxs və X2 əməlləri vahid niyyət kimi qiymətləndirilərək onlarar CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilməmişdir, istintaq zamanı ekspertizaya təqim edilmiş mallar maddi sübut kimi tanınmışdır, təqsirləndirilən və zərərçəkmiş şəxslər tanış olduqdan sonra qeyd edilən əşyalarən sahibinə qaytarılması nəzərə alınsın, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin 270 manat olması əsas götürülmüşdür, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin 1754,36 manat olması əsas götürülmüşdür, ********* nömrəli cinayət işinin materiallarından təqsirlndirilən şəxs X2 barəsində CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, tanışı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasına poliklinikanın arxa pəncərəsini vintaçan ilə açıb qanunsuz daxil olduqdan sonra həmin poliklinikanın baş həkimi Zərərçəkmiş şəxs1 xidməti iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 10 manat olan bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefonu, dəyəri 60 manat olan bir ədəd işlənmiş halda 51 sm dioqanallı “LG” markalı monitoru və dəyəri 200 manat olan bir ədəd üzərində “alhua, DH-XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, üstündə birləşmə kabelləri və komplektinə daxil edilən digər hissələri olmayan, xarici görünüşünə görə istismarda olmuş təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatını, həmçinin eyni vaxtda həmin klinikanın həkim-stomotoloqu Zərərçəkmiş şəxs2 iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 20 manat olan bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzini, dəyəri 30 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 40 manat olan qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqlarını, dəyəri 45 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 50 manat olan bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji aləti, dəyəri 60 manat olan metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 60 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqlarını, dəyəri 75 manat olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 80 manat olan 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələrini, dəyəri 105 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 160 manat olan titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqlarını, dəyəri 187 manat 20 qəpik olan sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 210 manat olan xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqları, dəyəri 332 manat 16 qəpik olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 270 manat və Zərərçəkmiş şəxs2 1754,36 manat olmaqla, vahid niyyətlə ümumilikdə 2024,36 manat məbləğində əmlaklarını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, CM-in 177.2.1 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 270 saylı Evlər üçlüyünün xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”Publik hüquqi şəxs Gəncə şəhər 3 nömrəli Uşaq Poliklinikasının baş həkimi Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış və möhürlənmiş arayışdan görünür ki, X7 tərəfindən 3 nömrəli uşaq poliklinikasına dəymiş ziyan tam şəkildə ödənilmişdir.Ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, X7 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş,heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin onun yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir və Gəncə şəhər Baş polis İdarəsinin MSYdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon, bir ədəd üzərində “alhua, DH- XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzi, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji alət, metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqları, sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları, sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar və sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 140 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə (KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba) keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəi şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 mənzil 5-də yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon, bir ədəd üzərində “alhua, DH- XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzi, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji alət, metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqları, sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları, sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar və sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə (KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəziVÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-140/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-140/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver