Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-141/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2inun ştirakları ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan,Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və Gəncə şəhəri,3-mik,ev 22,mənzil 17-də yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə təkrarən 02.01.2021-ci il tarixdə X2 məxsus Gəncə şəhəri,H.Əliyev küçəsində yolun kənarında saxladığı vaz 2107 markalı, **-DK-*** dövlət qeydiyyat nörmə nişanlı avtomobilin kilidi açıq qapısını açmaqla həmin avtomobildən 495(dörd yüz doxsan beş)manat dəyərində Samsung A 51 markalı telefonunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra təkrarən Gəncə şəhəri D.Qorqud küçəsində yolun kənarında dayanmış Ford Tranzit markalı, ** HF *** dövlət qeydiyyat nömrə nişanlı qapısı açıq avtomobildə olan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 35 manat olan əl çantası ilə birlikdə içərisində 3354 (üç min üç yüz əlli dörd) manat pul, 49 (qırx doqquz) manat dəyərində Xiaomi markalı, 10000 MHZ (meqaamperli) xarici akkumlyator (Poverbank) və 100 (yüz) manat dəyərində İbadət etmək üçün istifadə olunan möhürü gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 3538 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində müəyyən şəxslərə borcu olduğuna görə 02.01.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində Mərkəzi univermağa yaxın yerdə VAZ 2107 markalı avtomobilin gül mağazasının qarşısında dayandığını, içərisində olan şəxslərin hamısı avtomobildən düşdükdən sonra avtomobilin qapılarının açıq qaldığını müəyyən etmiş, belə olan halda avtomobilə yaxınlaşmış və onun içərisinə baxan zaman avtomobilin içərisində elektrik naqilinə qoşulmuş telefon olduğunu görmüş və həmin telefonu götürüb Univermağa tərəf getmişdir. Univermağın qarşısında olan zaman VAZ 2107 markalı avtomobilin içərisindən götürdüyü Samsung A 51 markalı mobil telefonu əvvəllər tanımadığı şəxsə 140 (yüz qırx) manat pul qarşılığında satmışdır. Bundan sonra əldə etdiyi həmin pulu Gəncə şəhəri ərazisində xərcləmişdir. 05.01.2020-ci il tarixdə oğurluq yolu ilə əldə etdiyi pul bitdikdən sonra Gəncə şəhəri Bağman adlanan əraziyə qonaq getmişdir. Həmin pulu xərclədikdən sonra yenə də ona pul lazım olmuşdur. Bu vaxt Gəncə şəhəri ərazisində D.Qorqud küçəsi ilə Pasyolka istiqamətində piyada düşmüşdür. Həmin vaxt Sultan marketi keçdikdən sonra 1 ədəd firmalarda çalışan Ford markalı avtomobilin dəftərxana ləvazimatları satılan mağazaya yeni mallar gətirdiyini görmüşdür. Həmin vaxt Ford markalı avtomobilin sürücüsünün başının qarışıq olduğunu görmüş və avtomobilin sürücü tərəf qapısını sakitcə açmış, lakin açmamışdan əvvəl orada kiçik əl çantasının olduğunu görmüşdür. O birinci dəfə qapını açmış, həmin çantanı götürməmişdir. Lakin ikinci dəfə qapını açmış və əl çantasını sürücü əyləşən oturacağın üzərindən götürmüşdür. Tez həmin çantanı əynində olan gödəkcənin içərisində gizlətmiş və yaxınlıqda yerləşən binanın blokuna girmişdir. Həmin binanın blokunda 4-cü mərtəbəyə qalxmış və əl çantasını açdıqdan sonra çantada 3354 (üç min üç yüz əlli dörd) manat pul olduğunu görmüşdür. Dərhal həmin pulu götürmüş, əl çantasını 4-cü mərtəbədə yerləşən elektrik sayğacının qutusunun içərisində gizlətmiş və həmin binadan çıxaraq taksiyə minmiş və uzaqlaşmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, özünə geyim əşyaları almış və geridə qalan 980 (doqquz yüz səksən) manatını isə yaşadığı evdə cins şalvarının cibinə qoyaraq yataq otağında gizlətmişdir. Onun VAZ 2107 markalı avtomobildən Samsung A51 və Ford Tranzit markalı avtomobildən 3354 (üç min üç yüz əlli dörd) manat pulu oğurlamağı barədə heç kimin məlumatı olmamışdır. Yuxarıda sadaladığı hər iki oğurluq əməlini tək törətmiş, yanında heç kim olmamış,. o həmin zərərçəkmiş şəxslərdən heç birini əvvəllər tanımamışdır, onlarla arasında heç bir ədavət olmamış, ona borcları olmamışdır. Onu heç kim görməmiş, oğurluq etməzdən əvvəl ətrafa nəzər yetirmiş, kənar şəxslərin olmasına baxmayaraq onların hiss etmədiyi şəraitdə oğurluq əməllərini gizli törətmişdir. Onda pul olması və hər hansısa oğurluq əməlini törətməyi barədə ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. Odur ki, məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq hal-hazırda Bakı şəhərində yerləşən dəftərxana ləvazimatlarının istehsalını və satışını həyata keçirən “Təkamül MMC” ilə onunla birlikdə sürücü kimi işləyən Şahid1 ilə müqavilə bağlayaraq həmin dəftərxana mallarının satışını həyata keçirirlər. Şahid1 sürücü qismində çalışır, o isə “Təkamül MMC” dən dəftərxana ləvazimtalarını topdan qiymətinə alır, həmin ləvazimatları Bakı şəhərində və ölkənin digər regionlarında pərakəndə formada satışını həyata keçirir. O həmin firma ilə 6 ay əvvəl müqavilə bağlamışdır. Şahid1 həmin firma ilə müqavilə bağlayıb işlədiyi vaxtdan tanımağa başlamışdır və birlikdə işləyirlər. Onlar ölkənin bir neçə regionunda daimi müştəriləri var, o Şahid1 ilə birlikdə həmin müştərilərə dəftərxana ləvazimatlarının çatdırılması və pərakəndə qiymətə satışını yerinə yetirirlər. 07.01.2021-ci il tarixdə o adəti üzrə Şahid1 ilə birlikdə Bakı şəhərində regionlar üzrə qəbul etdikləri sifarişləri ünvanlara təhvil verməyə başlamışlar. Həmçinin əvvəllər sifarişləri verdikləri şəxslərdə olan borclarını yığmağa başlamışlar. Həmin gün Gəncə şəhərinə təxminən saat 20 radələrində gəlmişlər. Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “FF” adlı oteldə gecələdikdən sonra növbəti gün, yəni 08.01.2021-ci il tarixdə saat təxminən 10 radələrindən 11 radələrinədək D.Qorqud küçəsi 21 saylı ünvanda yerləşən Dəftərxana ləvazimatları satılan mağazaya gəlmişlər. Sürücü Şahid1 idarə etdiyi Ford Tranzit markalı, **-HF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını həmin mağazanın qarşısında yolun sol hissəsində saxlamışlar. Həmin vaxt o avtomobilin yük yerində olmuş və mağaza sahibinə yeni gəlmiş malları göstərirmiş. Bu vaxt onunla birlikdə işləyən sürücü Şahid1 da onların yanlarında olmuşdur. O həmin vaxt ona məxsus süni dəri üzlüklü 35 (otuz beş) manat dəyərində əl çantası ilə birlikdə içərisində 920 (doqquz yüz iyirmi) manat və 3354 (üç min üç yüz əlli dörd) manat olan pulu, bir ədəd 49 (qırx doqquz) manat dəyərində Xiaomi markalı, 10000 MHZ (meqaamperli) “Poverbank”ı, Namaz qılınması üçün istifadə olunan mərmər materialından hazırlanmış möhür və ödəniş barədə qəbzləri həmin avtomobilin sərnişin üçün nəzərdə tutulan oturacağın üzərində olmuşdur. O Şahid1 ilə birlikdə həmin müştəriyə istədiyi malları verdikdən sonra Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən digər dəftərxana ləvazimatları satılan mağazaya getmişlər. Yenə də adəti üzrə həmin mağazaya sifarişləri verdikdən sonra Ford Tranzit markalı, **-HF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına mindikdən sonra əl çantasında olan puldan istifadə etmək istəyən zaman çantanın avtomobildə olmadığını müəyyən etmişdir. Bu vaxt ilk ağlına gələn həmin çantanın oğurlanması olduğu üçün Azərbaycan Respublikası DİNnin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Həmin yerə polis əməkdaşları gəlmişdir. Ona məxsus əl çantasının təxminən Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən mağazanın qarşısında oğurlanmadığı videomüşahidə kameraları vasitəsilə müəyyən oldunmuşdur. Lakin Gəncə şəhər, D.Qorqud küçəsində yerləşən mağazanın ətrafında olan videomüşahidə kameralarına baxan zaman bir nəfər şəxsin avtomobilin sürücü tərəfdə yerləşən qapısını açaraq əl çantasını oğurladığını aşkar etmişlər. Polis idarəsində olan zaman ona məxsus əl çantası və içərisində olan pul və əşyalarla birlikdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir.Hazırda ona dəymiş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən mülki iddia təmin edilməklə təqsirləndirilən şəxs barədə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o hal-hazırda Gəncə şəhərində yerləşən ərzaq mallarının satışını və istehsalını həyata keçirən “ALDA- Lyuks” firmasında satış təmsilçisi (ekspedirot) işləyir. O gündəlik olaraq hər gün səhər saat 08:30 radələrində evdən çıxaraq işlədiyi firmaya gedir. İş saatı 09 radələrində başlayır. Hər gün Gəncə şəhəri ərazisində işlədiyi firmanın müqaviləsi mövcud olduğu mağazalara gedərək Alda Lyuks firmasının istehsalı olan və satışını həyata keçirdiyi ərzaq mallarına ehtiyac olan qədər siyahıya qeyd edir və həmin siyahını firmaya təqdim edərək Gəncə şəhəri ərazisində yerləşən partnyor mağazalara malların çatdırılmasını təmin edir. 02.01.2021-ci il tarixdə yaşadığı evdən atası Şahid3 və anası İsgəndərzadə Vüsalə ilə birlikdə ona məxsus VAZ 2107 markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə şəhidlər xiyabanını ziyarət etmək və hərbi xidmətdən geri qayıdan yaxın qohumu ilə görüşə getməyi qərara almışlar. Əvvəlcə onlar Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Əminə marketə getmişlər. Həmin marketin qarşısında olan zaman anası və atası birlikdə marketə girmişlər. O isə avtomobildə qalmışdır. Bu vaxt ona məxsus Samsung A51 markalı mobil telefon üzərində olmuşdur. Anası və atası Əminə marketdən qayıtdıqdan sonra Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Gül-çiçəyim” adlı gül mağazasına getmişlər. Həmin mağazadan Şəhidlər xiyabanını ziyarət etmək üçün gül almalı olmuşlar. Həmin gül mağazasının qarşısında ona məxsus VAZ 2107 markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yolun kənarında saxlamış, atası və anası ilə birlikdə avtomobildən düşərək mağazaya doğru getmişlər. Avtomobildən düşən zaman valideynləri avtomobilin qapı və şüşələrini bağlamağı barədə ona xəbərdarlıq etsələr də, o gül mağazasından tez qayıdacaqlarını düşünərək avtomobilin qapı və şüşələrini bağlamamışdır. Onlar gül mağazasında olan zaman həmin mağazada təbii güllərin qalmadığını öyrənmiş və süni gül almaq məcburiyyətində olduqlarına görə mağazadan gec qayıtmışlar. Mağazadan qayıtdıqdan sonra ona məxsus avtomobilin içərisində elektrik naqilinə qoşularaq qol altlığı kimi istifadə olunan yerə qoyulmuş Samsung A51 markalı telefonunun yerində olmadığını və ona qoşulmuş elektrik naqilinin oturacağın üzərində olduğunu aşkar etmişdir. O ilk öncə ona məxsus telefonun cibindən düşərək itdiyini düşünmüş. Daha sonra gül mağazasına qayıdaraq telefonumun orada olub-olmadığını soruşduqdan sonra ona məxsus telefonun avtomobilindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Həmin vaxt telefonunun oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Ona məxsus Samsung A51 markalı mobil telefonu 30.11.2020-ci il tarixdə Gəncə şəhərində yerləşən Baku-Elektroniks adlı mağazadan kreditlə əldə etmiş, ümumilikdə həmin telefonun ödənişinə 18 ay ərzində 675 manat pul ödəməli olmuşdur. Lakin həmin telefonun nağd alış zamanı qiyməti 495 manatdır. Sonradan ona məxsus Samsung A51 markalı telefonu oğurlayan şəxsin polis idarəsində olan zaman Gəncə şəhər sakini Təqsirləndirilən şəxs olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də belə ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxs barədə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Gəncə şəhərində 2003-cü ildən telefon alqı-satqısı işi ilə məşğul olur. Əvvəllər Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında yerləşən yeraltı keçiddə telefon alqı-satqısı ilə məşğul olmuşdur. Lakin sonradan həmin yerdə alver qadağan olunduğuna görə Mərkəzi Univermağın birinci mərtəbəsində yerləşən mağazaların birini icarəyə götürərək işləməyə başlamışdır. Həmin vaxtdan bu günə qədər o müəyyən fasilələr olsa da telefon alqı-satqısı işini davam etdirir. Gündəlik olaraq işlənmiş və ikinci əl telefonları alaraq digər şəxslərə satmaqla qazanc əldə edir və ailəsinin gündəlik tələbatını ödəyir. O işlənmiş telefonları satmaq istəyən şəxslərdən ilk öncə satmasının səbəbini soruşur və həmin telefonları satan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə alır. Aldıqdan sonra telefonun istehsalçı zavod tərəfdən nömrələmiş olduğu İMEİ kodunu həmin şəxsiyyət vəsiqəsinin kserosurətinin əks olunduğu kağıza yazır. Adətən telefonlar ikinci dəfə istifadə olunmuş və işlənmiş formada alınır deyə həmin telefonların zavod tərəfindən verilmiş qutusu və digər sənədləri olmur. Həmin qutu və sənədləri tələb edən zaman isə telefonu satan şəxslər ya itirdiyini, yada yararsız halda olduğunu bildirirlər. O hər gün bir neçə şəxslərlə ünsiyyətdə olur və hamısını yadında saxlaya bilmir. Lakin Təqsirləndirilən şəxs əvvəllər tanıyır. Həmin şəxsi bir neçə dəfə Mərkəzi Univermaqda görmüşdür. Lakin yaxından tanışlığı yoxdur. 2021-ci il yanvar ayının əvvəllərində Naib adlı şəxs ona yaxınlaşmış və Samsung A51 markalı telefonu olduğunu, borclarının çox olduğu üçün həmin telefonu satmaq istədiyini bildirmişdir. O həmin telefonun kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşmuş, həmin vaxt Naib telefonun özünün olduğunu, evdə istifadə etdiklərini bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edərək ikinci əl olduğu üçün həmin telefonu ona 140 (yüz qırx) manata satmışdır. O isə həmin telefonu Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti əsasında almışdır. Həmin telefonu alarkən kimdən aldığını qeyd etsə də, lakin kimə satdığını qeyd etmədiyinə görə həmin telefonu hal-hazırda kimə satdığını xatırlamır. Bir neçə gün sonra Naib yenidən onun yanına gəlmiş və istifadəsində olan demək olar ki, yararsız vəziyyətdə olan Xiaomi Redmi A6 markalı telefonu satdığını demişdir. O həmin telefona baxmış və telefonun istifadəyə yararsız olduğunu, həmin telefonun satılmasının mümkün olmadığını bildirmişdir. Həmin vaxt X8 A6 markalı telefonu ehtiyat hissəsi kimi almağını istəmiş, o isə telefon istifadəyə yararsız olduğuna görə həmin telefonu 20 (iyirmi) manat qarşılığında almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində oğlu Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli, 9/1079 nömrəli rəyindən görünür ki, 2 adda mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450,00 manat müəyyən edilir.O cümlədən: 1 ədəd “Xiaomi Redmi A6 markalı telefon-100,00,1 ədəd “Samsung A51” markalı telefon-350,0 manat müəyyən edilmişdir. Digər 1 ədəd dəri materialından olan əl çantası haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə elan edilmiş ittihamı dəyişdirmək və əlavələr etmək zərurəti yaranmadığı üçün ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3,29 və 177.2.4,180.2.2-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir.Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs OBA marketin saxlanc yerindən Xiaomi Redmi A6 markalı telefon oğurlaması faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. göstərilmiş qiymətlərdən daha yüksək olduğundan oğurlanmış əşyaların sahiblərinin, yəni iş üzrə zərərçəkmiş şəxslərin göstərdikləri qiymətlər əsas götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs1 “Ford Transit” markalı avtomobilin salonuna oğurluq olan yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,Gəncə şəhəri, H.Əliyev prospekti Gül mağazasının qarşısına Zərərçəkmiş şəxs2 məxsus maşından A-51 markalı telefonun oğurlandığı yerə baxış keçirilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən 02.01.2021-ci il tarixdə X2 məxsus Gəncə şəhəri, H.Əliyev küçəsində yolun kənarında saxladığı vaz 2107 markalı, **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kilidi açıq qapısını açmaqla həmin avtomobildən 495 (dörd yüz doxsan beş) manat dəyərində Samsung A51 markalı telefonunu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 495 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra təkrarən Gəncə şəhəri D.Qorqud küçəsində yolun kənarında dayanmış Ford Tranzit markalı, ** HF *** dövlət qeydiyyat nömrə nişanlı qapısı açıq avtomobildə olan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 35 manat olan əl çantası ilə birlikdə içərisində 3354 (üç min üç yüz əlli dörd) manat pul, 49 (qırx doqquz) manat dəyərində Xiaomi markalı, 10000 MHZ (meqaamperli) xarici akkumlyator (Poverbank) və 100 (yüz) manat dəyərində İbadət etmək üçün istifadə olunan möhürü gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 3538 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 08 noyabr 2019-cu ildə azad edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsə də onun ondan heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda məhkəmə digər Zərərçəkmiş şəxs1 münasibətdə onu qeyd edir ki, iş materiallarından göründüyü kimi 980 manat pul Təqsirləndirilən şəxs götürülərək Zərərçəkmiş şəxs1 saxlanılması üşün verilmişdir. Məhkəmə həmin halları cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə 01 (bir) il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 08 noyabr 2019-cu ildə azad edilmişdir. CM-nin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd edilən Məcəllənin 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, Cinayət Məcəlləsinin 58, 59-cu və 61-ci maddələrinin tələblərinə uyğun olaraq ona cəza təyin edilən zaman nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini, Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eyni zamanda təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs dəfələrlə xırda talama ilə inzibati məsuliyyətə və cinayət məsuliyyətə cəlb edilməsinə baxmayaraq, ona verilmiş tənbehlərdən və cəzalardan da nəticə çıxarmayaraq yenidən talam cinayətini törətmişdir. Həmin hallar onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmasa da belə məhkəmə hesab edir ki, bu kimi hallar onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti, onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 10 yanvar 2021-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinıə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, iş üzrə maddi sübut olan 1 ədəd “Polo Videng”markalı əl çantası,980 manat pul və ibadət etmək üçün möhürün zərərçəkmiş şəxsə saxlanmaq üçün verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə mülki iddianı cinayət işinin materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı 3538 manat məbləğində dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edir. Cinayət işi üzrə isə müəyyən edilmişdir ki, dəyəri 35 manat olan əl çantası ilə birlikdə içərisində 3354 manat məbləğində pul, 49 manat dəyərində Xiaomi markalı, 10000 MHZ poverbank və 100 manat dəyərində ibadət etmək üçün istifadə olunan möhürün oğurlanması nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymiş, həmin ziyandan 980 manat məbləğində pul, 1 ədəd “Polo Videng”markalı əl çantası və ibadət etmək üçün möhür saxlanılması üçün sahibinə təhvil verilmişdir. Oğurlanmış pulun qalan hissəsi və dəyəri 49 manat məbləğində olan Xiaomi markalı, 10000 MHZ poverbank isə təqsirləndirilən şəxs tərəfindən sahibinə qaytarılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi zərərçəkmiş şəxsin özünə saxlanca verilmiş əşyalara və pula münasibətdə təmin edilməməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, mülki iddia qismən təmin edilməli, 2374 manat pul, Xiaomi markalı 10000 MHZ Poverbank, həmin əşya naturada mövcud olmadığı təqdirdə onun dəyəri olan 49 manat pul cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Eyni zamanda digər vəkil Müdafiəçi istintaqda da hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş və 17 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat, digər vəkil X1 göstərdiyi hüquqi yardıma görə isə 90 manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 980 manat məbləğində pulun, 1 ədəd “Polo Videng”markalı əl çantasının və ibadət etmək üçün möhürün saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. 2374 manat pul və Xiaomi markalı 10000 MHZ Poverbank, Xiaomi markalı 10000 MHZ Poverbank naturada mövcud olmadığı təqdirdə onun dəyəri olan 49 manat pul cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat, digər vəkil X1 göstərdiyi hüquqi yardıma görə isə 90 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-141/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-141/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver