Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-142/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olan, Yevlax rayonu, Malbinəsi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhər sakini Zərərçəkmiş şəxs evdə olmamasına tam əmin olduqdan sonra tamah məqsədi ilə 12.02.2021-ci il tarixdə gündüz saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan, daha sonra isə evə açıq qapıdan qanunsuz daxil olub evin yataq otağından 290 manat dəyərində 1 ədəd “Galaksi” markalı, üzərində “OR-WO 20” yazıları olan tozsoranı, 280 manat dəyərində 1 ədəd “Galaksi” markalı, üzərində “X16 4-ü bir arada” yazıları olan tozsoranı və 295 manat dəyərində 1 ədəd “Galaksi” markalı, üzərində “9 Granite” yazıları olan 5 predmetdən ibarət qazan dəstini, ümumlikdə zərərçəkmiş şəxsin 865 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Yevlax rayonu, Malbinəsi kəndində yaşayır, yaşadığı kənddə çobanlıq edərək ailəsinə çörəkpulu qazanır. Zərərçəkmiş şəxs onun qardaşıdır və Gəncə şəhərində yaşamaqla firmada sürücü işləyir, işi ilə əlaqədar olaraq da, tez-tez müxtəlif rayonlara gedib-gəlir. Həbib rayonlara getdikdə bir neçə gün orada qaldığı üçün sonuncunun arvadı İradə də Həbiblə birlikdə həmin rayonda qalmalı olur. O, qardaşının evinə gedib-gəldiyi üçün evdə qardaşının, işlədiyi firmadan özü üçün aldığı və istifadə edilməyərək qutunun içərisində saxladığı tozsoran, qazan dəstləri və digər əşyalar görmüşdür. Onun son vaxtlar maddi cəhətdən problemləri yaranmış, uşağının dərmanı üçün pula ehtiytacı olmuş və pul tapa bilmədiyi üçün qardaşının evində, 2020-ci ilin noyabr ayında bağlı qutularda gördüyü 2 ədəd tozsoranı və qazan dəstini oğurlayaraq satmaq fikrinə düşmüşdür. Təxminən 2021-ci ilin fevral ayının 11-də qardaşına zəng edərək hal-əhval tutduqdan sonra harada olduqlarını soruşmuş və qardaşı, arvadı İradə ilə birlikdə işi ilə əlaqədar Ucar rayonunda olduğunu və bir neçə gündən sonra evlərinə qayıdacaqlarını demişdir. O, qardaşıgilin evdə olmadıqlarına əmin olduqdan sonra səhəri günü, yəni 12.02.2021-ci il tarixdə özü təkcənə yaşadığı kənddən Gəncə şəhərinə gələrək saat təxminən 12 radələrində qardaşının evinə çatmışdır. Həbibin evinin darvazası bağlı olduğundan hasardan keçərək həyətyanı sahəyə daxil olmuş, sonra isə evin giriş qapısına yaxınlaşmış və qapını itələdikdə qapının açıq olduğunu görmüşdür. O, evin yataq otağına keçərək orada qutunun içərisində olan “Galaksi” firmasına məxsus iki ədəd tozsoranı və bir ədəd qazan dəstini götürüb, həmin əşyaların satılmasından əldə edəcəyi pulun ona bəs edəcəyini fikirləşib evdən çölə çıxmışdır. O, həmin əşyaları hasardan çölə çıxarmış, piyada olaraq əlində yolun kənarına qədər gətirmiş, sonra isə tanımadığı taksi ilə həmin əşyaları yaşadığı evə apararaq bir kənarda gizlətmiş və bu barədə heç kəsə məlumat verməmişdir. O, həmin əşyaları satmaq istəsə də, törətdiyi əməldən peşmançılıq çəkərək əşyaları satmamış və evində saxlayaraq hansısa yolla qardaşına qaytarmaq istəmişdir. 2021-ci ilin fevral ayının 18-də isə atası ona zəng edərək qardaşının evindən oğurluq olduğunu ona bildirmiş, o, ilk öncə həmin oğurluğu törətdiyini atasına bildirmək istəməsə də, sonradan atasına törətdiyi oğurluq cinayətini etiraf etmiş və əşyaları da götürüb polis idarəsinə gəlmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışdığını, himayəsində 3 azyaşlı uşağı olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, 2020-ci ilin may ayından “Galaksi” firmasında sürücü işləyir və işlədiyi müddət ərzində özləri üçün “Galaksi” firmasına məxsus 2 ədəd tozsoran, 1 ədəd qazan dəsti, ütü, yorğan dəsti və sair əşyalar alıb yaşadığı evində yataq otağında saxlamış, həmin əşyalar təzə olmaqla qutusunda olmuş və istifadə etmədikləri üçün açılmamışdır. Onun işlədiyi firma Ucar rayonunda yerləşir, o, işi ilə əlaqədar olaraq tez-tez Ucar rayonuna gedib müəyyən müddətə qalmalı olur, arvadı İradə də onunla birlikdə Ucar rayonunda qalır. Onlar sonuncu dəfə 10 fevral 2021-ci il tarixdə evdə olmuşlar və evdəki bütün əşyalar yerində olmuş, həmin tarixdə o, İradə ilə birlikdə evdən çıxaraq qapıları bağlayıb işi ilə əlaqədar Ucar rayonuna getmişdir. 17 fevral 2021-ci il tarixdə evə baş çəkmək üçün İradə ilə birlikdə Ucar rayonundan çıxmış və Gəncə şəhərinə gəlmiş, 18.02.2021-ci il tarixdə, gecə qaat 01 radələrində Gəncə şəhərinə çatmışlar və evə daxil olarkən evin giriş qapısının açıq olduğunu görmüşlər. Lakin onlar heç nədən şübhələnməmişlər və fikirləşmişdilər ki, yəqin evdən çıxarkən qapını bağlamağı unutmuşlar. Onlar evin yataq otağına daxıl olduqda yataq otağına, qapının arxasına yığdıqları “Galaksi” firmasına məxsus 2 ədəd tozsoranın və 1 ədəd qazan dəstinin yerində olmadığını görüb başa düşmüşdülər ki, onlar evdə olmadıqları müddət ərzində evə kimsə girərək həmin əşyaları oğurlamışdır. Buna görə o, “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. 18.02.2021-ci il tarixdə axşam saatlarında isə atası Ələkbər ona zəng edərək evindən oğurluq edən şəxsin böyük qardaşı Təqsirləndirilən şəxs olduğunu ona bildirmişdir. Belə ki, qardaşı Elvin əvvəllər də oğurluq etdiyinə görə məhkum edilmiş və buna görə atası Elvindən şübhələnərək sonuncuya zəng edib onun evindən oğurluq edib-etmədiyini soruşmuş, Elvin də çıxılmaz vəziyyətdə qalaraq evindən oğurluq etdiyini etiraf etmişdir. Oğurlanmış tozsoranlardan su filtiri ilə işləyəni 280 manata, adi filtirlə işləyəni 290 manata, qazan dəstini isə 295 manata almışdır ki, ümumilikdə ona 865 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, ərizə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs onun oğlanlarıdır. O, rəsmi olaraq heç bir yerdə işləmir, lakin dolanışıq məqsədilə Ağstafa rayonunda yerləşən fermada çoban işləyib pul qazanır. Təqsirləndirilən şəxs onun böyük oğlu, Zərərçəkmiş şəxs isə onun kiçik oğludur. Təqsirləndirilən şəxs hal-hazırda Yevlax rayonunda yerləşən iri buynuzlu heyvanların saxlanıldığı fermada naxırçı işləyir və ailəsi ilə birlikdə işlədiyi fermada yaşayır. Böyük oğlu Təqsirləndirilən şəxs əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuş və təxminən 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ara-bir onların yaşadıqları evə gəlib-getmişdir. 10.02.2021ci il tarixdə kiçik oğlu Zərərçəkmiş şəxs həyat yoldaşı İradə ilə birlikdə işlə əlaqədar olaraq Ucar rayonuna getmişlər, o, da həmin vaxt Ağstafa rayonunda fermada olmuş, arvadı X5 isə həmin ərəfədə atasının hüzür yerində, yəni Şəmkir rayonunun Seyfəli kəndində olmuşdur. 18.02.2021-ci il tarixdə kiçik oğlu Zərərçəkmiş şəxs ona zəng edib bildirmişdir ki, işlədiyi “Galaksi” firmasına məxsus, yaşadıqları evdə saxladığı 2 ədəd tozsoran və bir ədəd qazan dəsti naməlum şəxs tərəfindən oğurlanmışdır. O, da böyük oğlu Təqsirləndirilən şəxs əvvəllər oğurluq etiyi üçün sonuncudan şübhələnmiş, zəng edib bu barədə Elvindən soruşmuş, lakin Elvin ona oğurluq etmədiyini bildirmiş, Həbib isə artıq bu barədə polisə məlumat vermişdir. Aradan təxminən 1-2 saat keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib yaşadıqları evdən 2 ədəd tozsoranı və 1 ədəd qazan dəstini oğurlamasını etiraf etmiş və bildirmişdir ki, həmin əşyalar hazırda özündədir. O, da buna görə gedib Elvinin işlədiyi fermadan həmin əşyaları götürmüş və Elvinlə birlikdə gətirib polis əməkdaşlarına təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə tərəflərin razılığı ilə ifadəsi elan olunmuş Şahid1 Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “hadisə yerinə baxış keçirilməsi haqqında” 18.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi ünvan 1 ünvanında baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - 19.02.2021-ci il tarixli “könüllü təqdim etmə və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd tozsoran və 1 ədəd qazan dəsti “Galaksi” firmasına məxsusdurlar, istifadə edilməmişlər və hər biri öz qutusunun içərisindədir. Həmin əşyalar Gəncə ŞBPİ-nin İTİ-nin baş müstəntiqi Rauf Atakişiyev tərəfindən hal şahidləri X6 və X3 iştirakı ilə götürülmüş, götürmə istintaq hərəkətinin fotoşəkilləri “Samsung” markalı fotoaparatla çəkilərək protokola əlavə edilmişdir. - 22.02.2021-ci il taixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə taılaraq əldə edilmiş “Galaksi” markalı 2 ədəd tozsoran və 1 ədəd qazan dəsti ayrı-ayrılıqda tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib qeyd edilən əşyaları göstərərək rənginə, markasına, istifadə edilmə vəziyyətinə görə həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. - 25.02.2021-ci il tarixli “ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, ünvan 1 ünvanında yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.03.2021-ci il tarixli, 9/1004 nömrəli rəyindən görünür ki, 2021-ci ilin fevral ayına 1 ədəd “Galaksi” markalı, üzərində “OR-WO 20” yazıları olan tozsoranın orta bazar qiyməti 250 manat, 1 ədəd “Galaksi” markalı, üzərində “X16 4-ü bir arada” yazıları olan tozsoranın orta bazar qiyməti 240 manat, 1 ədəd “Galaksi” markalı, üzərində “9 Granite” yazıları olan 5 predmetdən ibarət qazan dəstinin orta bazar qiyməti 280 manat müəyyən edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.07.2011-ci il təvəllüdlü X11, 20.08.2014-cü il təvəllüdlü X12, 18.07.2019-cu il təvəllüdlü X7 adlı 3 azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 26.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02.05.2020-ci il tarixdə cəzasını tam çəkib qutarmış, lakin məkhumluğu ödənilməmişdir. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutların – 2 ədəd tozsoranın və 1 ədəd qazan dəstinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 7 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutların – 02 ədəd tozsoranın və 01 ədəd qazan dəstinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-142/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-142/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver