Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-144/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili Heydərov Nadim NBadir oğlunun, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, F.Bayramov küçəsi, ev 76 qeydiyyatda olan və yaşayan, barəsində valideynlərinin nəzarəti altına vermə qətimkan seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24.12.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı Gəncə şəhəri F.Bayramov küçəsi ev 76 ünvanında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs ilə həmin evlə əlaqədar aralarında yaranmış şəxsi münasibətlər zəminində aralarında mülki mübahisə ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu mobil telefonu ilə videomüşahidəyə alması səbəbindən sağ əli ilə onun sağ əlinə qəsdən bir zərbə vuraraq ona sağ əlin ikinci əldaraq sümüyünün sınığı ilə müşaiyət olunan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında anası Qanuni nümayəndə iştirakı ilə dindirilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Hüseynəliyev Müşviq Sabir oğlu onun atasıdır. Atası Müşviq anasından təxminən bir ildir ki, ayrılmış və hazırda ayrı yaşayırlar. ünvan 1 ünvanda o, və anası Təranə yaşayır. Atası Müşviq isə başqa bir qadınla başqa bir ünvanda kirayədə yaşayır. Bəzi vaxtlarda isə yaşadıqları ünvana gələrək anası ilə və onunla mübahisə yaratmışdır. 22.12.2020-ci il tarixdə səhər saatlarında atası Müşviq yanında tanımadığı iki nəfər kişi və bir nəfər Gülnar adlı qadın ilə yaşadıqları evə gəlmişlər. Həmin vaxt o, evdə tək olmuş, anası Təranə isə evdə olmamışdır. Həmin şəxslərin həyətdə olduğunu görmüş və həyətə çıxıb atası Müşviqdən əlavə orada olan şəxslərin kim olduqlarını soruşmuşdur. Bu zaman adını sonradan bildiyi Gülnar adlı qadın bacısı oğlu Sabutayın, evi atası Müşviqdən satın aldığını demişdir. Sonra Gülnar adlı qadın anası ilə onun evdən çıxmalı olduqlarını demiş və əgər evdən çıxmasa onları öldürücəyi ilə hədələmişlər. O, isə evə dair mübahisələri məhkəmə prosesinin davam etdiyini, ona görə də onlara evdən çıxmalarını demiş, bu vaxt orada olan digər şəxs ona səsinin tonunu aşağı salmağını demiş, sonradan həmin şəxslər həyətdən çıxmışlar, həyətdən çıxdıqdan sonra Gülnar ona mobil telefon nömrəsini vermiş və anası Təranəyə evə gələndə Gülnara zəng etməsini bildirmişdir. Bundan əlavə Gülnar adlı həmin qadının mobil telelfonunda özünün polis formasında şəklinin olduğunu görmüşdür. 24.12.2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadıqları evdə olan zaman qapıları döyülmüş və o, qapını açan zaman Gülnar adlı qadın yanında iki polis əməkdaşı ilə gəldiyini görmüşdür. O, qapının içərisndə durub Gülnargilə baxan zaman polis əməkdaşlarından biri ondan nə məsələ olduğunu soruşmuş, o, isə Gülnar ilə aralarında olan mübahisənin ev üstündə olduğunu və əmisi Əmirin isə evi qanunsuz olaraq satdığına görə atası Müşfiqi məhkəməyə verdiyini demişdir. Həmin vaxt anası Təranə də evdən çıxıb yanlarına, qapının qarşısına gəlmişdir. Bu zaman polislərdən biri “ay bajı bu adamın qohumu evi alıb, niyə qoymursuz evə girsin” demiş, bu zaman Gülnar mobil telefonunu cibindən çıxarıb “mən niyə siznən belə danışıram, qoy çəkim sübutnan danışajam” demiş və mobil telefonunun videoçəkilişini işə salmış, həmin vaxt o, Gülnara “sən kimsən anamı videoya çəkirsən” demiş və Gülnarla mübahisə etmişdir. Lakin Gülnar onun sözünə məhəl qoymamış və çəkilişə davam etmişdir. O, da Gülnarın bu hərəkətindən əsəbləşmiş və əli ilə Gülnarın sağ əlində olan telefonu aşağı çəkməsi üçün itələmişdir. Bu zaman telefon Gülnarın sağ əlindən yerə düşmüş və Gülnar telefonunu yerdən götürüb telefonunun qırıldığını və Gülnarı onlara ödədəciyini demişdir. Bundan sonra kənarda dayanan avtomobildən nalayiq sözlər deyilmiş, lakin həmin şəxs onların yanına gəlməmişdir. Daha sonra isə o, və anası yaşadıqları evə keçmişlər. Əməlindən peşmandır. O, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Gəncə şəhəri F.Bayramov küçəsi ev 76 ünvanında yerləşən ev onun qohumu X5 məxsusdur. Sabutay həmin evi X1 almış və hazırda Sabutay Zeynalovun adına həmin evə dair çıxarış vardır. O, söhbət zamanı Sabutaya həmin evi kirayəyə vermək istədiyini demiş, sonra o, həmin ünvana getmiş və qapını Müşviq Hüseynəliyev açmış və evi ona təqdim etmişdir. Sonra Müşvfiq ona iki günə evdən çıxacağını bildirmişdir. Sonra Müşviq ona “Təranə adlı qadından Azad adlı bir övladı da var, məndən pay istəyir, birdən bura gedib gələndə problem yaradar” sözlərini demişdir. O, da evə baxıb bəyənmiş və bir neçə şəxsi kirayəyə yerləşdirə biləcəyini demiş və sonra sağollaşıb getmişdir. Sonra Sabutayla görüşən zaman Sabutay uzun müddət burada olmayacağını, ona görə də ona etibarnamə verə biləcəyini demiş, o, da razılşamışdır. 18 dekabr 2020-ci il tarixdə Sabutay ona həmin F.Bayramov küçəsi ev 76 ünvanında yerləşən evin kirayəyə verilməsinə dair etibarnamə vermişdir. O, 19 dekabr 2020-ci il tarixdə ünvana gedən zaman qapını açarla açmış və həyətdə suyu qoşan zaman zirzəmidən bir nəfər adını sornadan bildiyi Azad adlı şəxs çıxmışdır. O, Azada evdə nə gəzdiyini soruşmuş və Azad ona adının Azad olduğunu, Müfiqin oğlu olmasını və evin Azada məxsus olduğunu demişdir. Bundan sonra o, Azaddan anasının harada olmasını soruşmuşdur. Azad isə anasının adının Təranə olduğunu və hazırda evdə olmadığını demiş, o, isə Azada mobil nömrəsini demiş və anası gələndə onunla əlaqə saxlamasını bildirmiş, sonra çıxıb getmişdir. Həmin gün axşam Təranə onun mobil telefonuna zəng etmiş və evin Təranəyə məxsus olduğunu, Müşfiqin evi səhv edib satdığını bildirmişdir. Bu zaman telefonda Təranə mübahisə etmişdir. Sonradan Təranə dəfələrlə mobil nömrəsinə zəng edib onu təhqir etmişdir. 24 dekabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində o, sahə rəisi Kənana zəng etmiş və Təranə ilə mobil telefonda mübahisə etdiyi üçün Kənanla birlikdə həmin ünvana getmiş, Sahə rəisi Kənan qapını döyən zaman Təranə və oğlu Azad çölə çıxmışdır. Bu zaman Kənan “bu evdə qeydiyyata kimlər var” demiş, Təranə isə evdə heç kimin qeydiyatda olmadığını, işlərinin məhkəmədə olduğunu, məhkəmə qərar çıxarana kimi evdən çıxmayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə olmuş və mübahisə zamanı o, onlara heçnə etmədiyini göstərmək məqsədilə özünə məxsus “Samsung A 71” markalı mobil telefonu ilə Təranənin oğlu Azadı video görüntüyə çəkməyə başlamışdır. Bu zaman Azad təpiklə mobil telefonu tutduğu sağ əlinə bir dəfə vurmuş, bu zaman onun sağdan ikinci barmağında şiddətli ağrı hiss etmişdir, polis onları aralamış və o, oradan uzaqlaşmışdır. O, barmağı ağrıdığı üçün həmin gün 3 saylı TTYX-na getmişdir. Lakin o, əvvəl şikayət etmək məqsədi olmadığı üçün həkimə yıxılaraq xəsarət aldığını demiş, sonra həmin onun barmağını gipsə qoymuş və o, evinə getmişdir. 26.12.2020-ci il tarxdə isə Azad və Təranə onun barəsində şikayət etdiyi üçün onu izahat vermək üçün Nizami RPİ-nə dəvət etmişlər. O, da ora gedən zaman Azadın barmağını sındırması barədə demişdir. Sonra bu barədə ərizə ilə müraciət etmiş və tibbi ekspertizadan keçmişdir. Hazırda o, Təqsirləndirilən şəxs Müşviq oğlu ilə barışmış, ona dəyən ziyan tam şəkildə ödənilmiş, onun barəsində olan cinayət işinə xitam verməyinizi xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, X7 2014-cü ildən, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. O, 01.01.2021-ci ilədək Gəncə şəhər Nizami RPİ-də sahə rəisi vəzifəsində işləmiş, hazırda isə Gəncə şəhəri Nizami Rayon Polis Bölməsidə əməliyyat müvəkkili işləyir. 24.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək qohumunun Gəncə şəhəri F.Bayramov küçəsi ev 76 ünvanında yerləşən evi aldığını, hazırda qohumunun Gülnara etibarnamə verdiyini, lakin tanımadığı şəxsilərin evdən çıxmadığını bildirmişdir. Həmin gün digər ərizələri icra etdiyi üçün Zərərçəkmiş şəxs ərizəsini təxminən saat 18 radələrinə qalmışdır. Lakin avtomobili təmirdə olduğu üçün o, iş yoldaşı Ramildən onu həmin ünvana aparmasını xahiş etmiş və o, Ramillə ünvan 2şlər. Onlar ora çatan zaman həmin vaxt şikayət edən şəxs Zərərçəkmiş şəxsn başqa bir “Nissan Tida” markalı avtomobillə həmin ünvanın yaxınlığına gəlib dayandığını görmüşdür. Həmin avtomobildə bir nəfər oğlan da olmuşdur. Lakin oğlan avtomobildən düşməmiş, yalnız Gülnar avtomobildən düşüb yanlarına gəlmişdir. Bundan sonra o, həmin ünvanda yerləşən evin qapısını döymüş, bu zaman qapını adını sonradan bildiyi Azad adlı oğlan açmış və qapıdan çölə çıxmışdır. O, Azada evdə kimlərin yaşadığını, evin kimin mülkiyyətində olmasını soruşmuş və bu barədə şikayət olduğunu Azada izah eləmişdir. Bu zaman Azadın anası Qanuni nümayəndə da çölə çıxıb yanlarına gəlmiş və evin Təranənin keçmiş əri Müşfiqə məxsus olduğunu, Müşfiqin evi satdığını, Müşfiqi mülki iddia ilə bağlı məhkəməyə verdiklərini bildirmiş və yüksək səslə Gülnara “xeyirdimi bura gəlmisiniz” demişdir. Bu zaman Gülnarla Təranə və oğlu Azad arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı Təranəni vidoçəkilişə çəksin deyə Gülnar mobil telefonunu çıxarmış, həmin vaxt Ramil və o, Təranəni və Gülnarı sakitləşdirməyə çalışdırmışdır. Bu zaman Təranənin oğlu Azad əli ilə Gülnarın mobil telefonu tutduğu sağ əlinə möhkəm zərbə vurmuş, telefon Gülnarın əlindən düşmüş, Gülnar orada barmağını digər əli ilə tutmuş və barmağının ağrımasını bildirmiş, avtomobildə olan oğlan da aralıdan Azadla sözlə mübahisə etmişdir. Lakin onların yanına gəlməmişdir. Gülnar isə telefonu götürmüş və oradan aralaşıb getmişdir. Onlar da Təranənigili sakitləşdirdikdən sonra çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində bildirdi ki, Hüseynəliyev Müşviq Sabir oğlu onun keçmiş əridir. Müşfiqlə təxminən bir ilə yaxındır ki, ayrı yaşayırlar. Hal-hazırda Müşviq başqa bir qadınla başqa bir ünvanda kirayədə yaşayır. Bəzi vaxtlarda isə yaşadıqları ünvana gələrək onunla mübahisə yaratmışdır. 22 dekabr 2020-ci il tarixdə axşam saat 19 radələrində evə gələn zaman Azad ona həmin gün atası Müşfiqin Gülnar adlı qadınla evə gəldiyini, Gülnarın qohumunun evi aldığını və Gülnarın öz mobil nömrəsini veridyini demiş, o, da Gülnara zəng etmiş və Gülnarla telefonda sözlə mübahisələri olmuşdur. 24 dekabr 2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadıqları evdə olan zaman qapıları döyülmüş və oğlu Azad qapını açmaq üçün getmiş, bir az sonra da o, qapıya tərəf getmiş və Gülnar adlı qadın yanında iki polis əməkdaşı ilə gəldiyini görmüşdür. Onlar polislərə Gülnar ilə aralarında olan mübahisənin ev üstündə olduğunu və qaynı Əmirin isə evi qanunsuz olaraq satdığına görə Müşfiqi məhkəməyə verdiyini demişdir. Bu zaman polislərədn biri “ay bajı bu adamın qohumu evi alıb, niyə qoymursuz evə girsin” demiş, Gülnar isə mobil telefonunu cibindən çıxarıb “mən niyə siznən belə danışıram, qoy çəkim sübutnan danışajam” demiş və mobil telefonunun videoçəkilişini işə salmışdır. Həmin vaxt Azad Gülnara “sən kimsən anamı videoya çəkirsən” demiş və Gülnarla mübahisə etmişdir. Lakin Gülnar məhəl qoymamış və çəkilişə davam etmişdir. Azad da sağ əli ilə Gülnarın sağ əlinə vurmuşdur. Bu zaman mübahisə olmuş və mübahisə zamanı onun sağ bud nahiyyəsinə zərbə dəymiş, lakin onu kimin vurduğunu o, bilməmişdir. Bu zaman telefon Gülnarın sağ əlindən yerə düşmüş və Gülnar telefonunu yerdən götürüb telefonunun qırıldığını və onlara ödədəciyini demişdir. Bundan sonra kənarda dayanan avtomobildəki tanımadığı şəxs nalayiq sözlər demiş, lakin həmin şəxs onların yanına gəlməmiş, daha sonra isə Gülnar və həmin şəxs oradan uzaqlaşıb getmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli 2(044)-3023/2020 saylı qətnamənin surətindən görünür ki, iddi təmin edilmiş, cavabdehlər Məhərrəmov Sabir Məhərrəm oğlunun və Təqsirləndirilən şəxsMüşviq oğlunun X6 məxsus ünvan 3 ünvandan istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 08.10.2020-ci il tarixli ********** qeydiyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvan X4 adına qeyd edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 26.12.2020ci il tarixli 1939 saylı rəyindən görünür ki, 1985-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİ əldaraq sümüyünün sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.12.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.01.2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntüdə bir nəfər qadının yüksək səslə qışqırdığı, bir nəfər polis əməkdaşının onu sakitləşdirdiyi, bir nəfər oğlanın isə əli ilə telefonun kamerasına vurduğu və bundan sonra görüntüdə ağ rəngli görüntü olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi görüntü olan bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyi üçün cinayət işinə əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 26.12.2020ci il tarixli 1941 saylı rəyindən görünür ki, 1975-cı il təvəllüdlü Qanuni nümayəndə bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud nahiyəsinin hematoması, əzilməsi, sağ baldır nahiyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.12.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfidən 03.032021-ci il tarixdə verilmiş 1303 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfidən 03.032021-ci il tarixdə verilmiş 1150 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, 24.12.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı Gəncə şəhəri F.Bayramov küçəsi ev 76 ünvanında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs ilə həmin evlə əlaqədar aralarında yaranmış şəxsi münasibətlər zəminində aralarında mülki mübahisə ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu mobil telefonu ilə videomüşahidəyə alması səbəbindən sağ əli ilə onun sağ əlinə qəsdən bir zərbə vuraraq ona sağ əlin ikinci əldaraq sümüyünün sınığı ilə müşaiyət olunan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in127.1-ci maddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 15.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-144/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-144/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver