Məhkəmə qərarları › İş №1(044)-145/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-145/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-145/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, A.M.Hüseynov küçəsi, ev 5, mənzil 48-də qeydiyyatda olan və Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 9, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində işlədiyi Gəncə şəhəri, S.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında əri Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək əlindəki kağız kəsən bıçaqla sağ qoluna qəsdən vuraraq, sağ bazu nahiyyəsinin yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 9, mənzil 17-də ata evində yaşayır. 2015-ci ildən Zərərçəkmiş şəxs ilə ailə quraraq nikah bağlamışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir. Son zamanlarda Şahmarla onun arasında bir neçə dəfə mübahisə olmuşdur. Bu səbəbdən boşanma ilə bağlı Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində işlədiyi Gəncə şəhəri, S.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında olarkən iş yoldaşı Şahid ilə söhbət edirdi. Həmin vaxt Şahmar oboy dükanına gələrək onunla barışmaq istədiyini bildirmişdir. Lakin Şahmara onunla barışmayacağını demişdir. Həmin vaxt Şahmar onu təhqir etmişdir. O da Şahmarın qolundan tutub tələb etmişdir ki, dükandan çıxsın. Lakin Şahmar əsəbləşib əli ilə onun qolundan vurmuş, onu itələyən zaman Şahmar əli ilə onun sağ göz nahiyyəsindən bir zərbə vurmuşdur. O da masanın üzərində olan kağız kəsən bıçağını götürmüş və onun sağ qolundan vuraraq xəsarət yetirmişdir. Dünya gəlib onları aralamışdır. Bundan sonra Şahmar dükanı tərk etmişdir. Məhkəmədən törətdiyi cinayətə görə səmimi peşmançılıq keçirdiyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, A.M.Hüseynov küçəsi, ev 5, mənzil 48-də yaşayır. 2015-ci ildən Təqsirləndirilən şəxs ilə ailə quraraq, nikah bağlamışlar. Birgə yaşadığı müddətdə xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağı dünyaya gəlmişdir. Son zamanlarda Aysellə onun arasında bir neçə dəfə mübahisəsi olmuşdur. Bu səbəbdən Aysel boşanma ilə bağlı Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Ayselin işlədiyi Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanına getmişdir ki, Aysellə barışmaq barədə söhbət etsin. Həmin vaxt Aysel onunla barışmayacağını demiş və onu təhqir etmişdir. Ayselin iş yoldaşı Dünya da orada olmuşdur. Aysel onu təhqir etdiyinə görə əli ilə onun sağ göz nahiyyəsindən bir zərbə vurmuşdur. Bundan sonra Aysel masanın üzərindən kağız kəsən bıçağı götürərək qəflətən sağ qol nahiyyəsindən vurub kəsərək ona xəsarət yetirmişdir. Dünya onları aralamışdır. Bundan sonra dükandan çıxaraq piyada “Zabitlər” evi tərəfə getmiş, bir qədər keçəndən sonra tibbi yardım almaq üçün X7 Yardım Xidmətinə müraciət etmiş və sağ qoluna 9 ədəd cərrahi tikiş vurulmuşdur. Arvadı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və onunla barışmaq istəmədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında işləyirlər. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində işlədiyi “Monte Solaro” oboy dükanında olarkən iş yoldaşı Aysellə söhbət edirdi. Həmin vaxt Ayselin əri Şahmar oboy dükanına gələrək Aysellə barışmaq istədiyini bildirmiş, lakin Aysel ona etirazını bildirmişdir. Bu vaxt Şahmar Ayseli təhqir etmiş, Aysel də onun qolundan tutub tələb etmişdir ki, Şahmar dükandan çıxsın. Şahmar əsəbləşib əl yumuruğu ilə Ayselin sağ göz nahiyyəsindən bir zərbə vurmuşdur. Aysel də masanın üzərində olan kağız kəsən bıçağı götürmüş və Şahmarın sağ qolundan vuraraqxəsarət yetirmişdir. O da gəlib onları aralamışdır. Bundan sonra Şahmar dükanı tərk etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1494 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bazu nahiyyəsinin yarası-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığayüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “DVD diskə baxış keçirilməsi” barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində işlədiyi Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında olarkən əri Zərərçəkmiş şəxs ilə mübahisə zamanı Zərərçəkmiş şəxs kağız kəsən bıçaqla sağ qolundan vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3065 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X4 qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3030 saylı arayışdan görünür ki, Kərimova X3 Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmişdir, eyni zamanda Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami rayon Polis İdarəsinin İTB-nə göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə vurmuş olduğu kağız kəsən bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, səhhəti ilə əlaqədar ona dəymiş zərərin ödənilməsini tələb edir və onun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsxx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində işlədiyi Gəncə şəhəri, S.Bahəddin küçəsi, 40 saylı ünvanda yerləşən “Monte Solaro” oboy dükanında əri Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək əlindəki kağız kəsən bıçaqla sağ qoluna qəsdən vuraraq, sağ bazu nahiyyəsinin yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyəncinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. MəhkəməAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayətişiüzrəmaddisübutkimi tanınmış və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin saxlanc yerindəsaxlanılanTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə vurmuş olduğu kağız kəsən bıçaq istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir.Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar