Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-146/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasının Kaluqa vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator işləyən, məhkum olunmamış, Samux rayonunun Ziyadlı kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, o, 08.12.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 15.12.2020-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 16.12.2020-ci il tarixdə saat 08 radələrindən 11 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Gəncə şəhəri, Xətai prospektinin yerləşdiyi ərazilərdə, bundan başqa 17.12.2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, X13 prospekti 155 ünvanının yerləşdiyi ərazilərdə, bundan başqa, 18.12.2020-ci il tarixdə saat 11 radələrindən saat 12-radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, X13 prospekti 155 və ünvan 5 ünvanı ərazisində, bundan başqa 20.12.2020-ci il tarixdə saat 16 radələrindən saat 19 radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 6l tarixdə saat 18 radələrindən saat 23 radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, X13 prospekti 155 ünvanında, bundan başqa 22.12.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, X13 prospekti 155 ünvanı ərazisində, bundan başqa 23.12.2020-ci il saat 12 radələrindən saat 15 radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Lyuks Otel ərazisində, bundan başqa 24.12.2020-ci il tarixdə saat 18 radələrindən 21 radələrinədək yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri Lyuks Otel ərazisində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası X2 ilə birlikdə yaşayır və "xxxx" dərman firmasının Şəmkir rayonunda yerləşən sahəsində işləyir. O, gündəlik olaraq yaşadığı evdən çıxaraq Şəmkir rayonuna iş yerinə gedir. 08.12.2020-ci il tarixdə qızdırması olduğu üçün Gəncə şəhəri 3 saylı TTYX-na gedərək “Covid-19” infeksiyası ilə bağlı analiz vermişdir.15.12.2020-ci il tarixdə “Covid-19” virusuna yoluxmağı barədə ***- ***-**-** telefon nömrəsinə İTS.GOV.AZ saytdan bildiriş mesajı gəlmişdir. Həmin mesajda test nəticələrinin pozitiv olması və karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbardarlıq yazılmışdır. Bundan dərhal sonra anası X1 Samux rayonu, Ziyadlı kəndindəki evlərinə yola salmışdır.15.12.2020-ci il tarixdə adını bilmədiyi sahə həkimi ona zəng edib və səhhəti ilə maraqlanmışdır.O isə həkimə səhhəti ilə bağlı məlumat vermişdir. Həkim ona immunitet gücləndirən dərmanlardan istifadə etməyi də tövsiyə etmişdir. Lakin özünü yaxşı hiss etdiyi üçün işə getmək qərarına gəlmiş və 16.12.2020-ci il tarixdə saat 09 radələrində özünü, nömrəsini və markasını xatırlamadığı taksi şahmatı nişanı üzərində olan avtomobilə minərək Şəmkir rayonuna getmək üçün yola düşmüşdür. Həmin vaxt Gəncə şəhərindən Şəmkir rayonu istiqamətində Gəncə-Şəmkir şossesində karantin postu var idi. O posta çatan zaman polis əməkdaşları avtomobili postda saxlayaraq, onun ad, soyadını soruşmuşlar. Polis əməkdaşları onun ad, soyadını portala daxil edəndən sonra portalda onun “Covid-19” virusuna yoluxmağı barədə məlumat əks edildiyini ona bildirmişlər. Sonra polis əməkdaşları onu avtomobildən düşürdərək və insanlardan kənarda dayanmağını bildirmişlər. Biraz sonra başqa polis əməkdaşları ora gəlmiş və onun aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda nə üçün evi tərk etdiyini soruşmuşlar. Həmin vaxt qorxduğu üçün bu barədə məlumatının olmadığını polislərə bildirmiş və ona mesajın gəlməməsini demişdir. Bundan sonra videogörüntü çəkilmiş və polis əməkdaşları xüsusi geyimlərdə onu yaşadığı ünvan 1 ünvanına gətirib düşürüb getmişlər. Daha sonra iş yerinə “Covid-19” virusuna yoluxmağı ilə bağlı məlumat vermişdir. Hətta evlərinə tibbi personal gələrək evlərini dezinfeksiya da etmişlər. Bundan sonra o, bir daha yaşadığı evdən çölə çıxmamışdır. 29.12.2020-ci il tarixdə isə onun mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. Bundan sonra o, işinə geri dönmüşdür. Törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, daxili işlər orqanlarında 2003-cü ildən xidmət edir. Gəncə şəhəri BPİ-nin Xüsusi Təyinatlı Bölmələrinin manqa komandiri vəzifəsində çalışır. Funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə halhazırda ölkədə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarəti həyata keçirirlər. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və sair üsullardan istifadə edirlər. 16.12.2020-ci il tarixdə saat 09 radələrində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq Gəncə-Şəmkir magistral yolunun Gəncə şəhərindən çıxış hissəsində quraşdırılmış stasionar postda Gəncə şəhər BPİ-nin XTP-nin polis serjantları Şahid3 və Şahid1 ilə xidmət aparan zaman markası və nömrəsini xatırlamadığı üzərində taksi şahmatı olan minik avtomobilini saxlamışlar. Saxlayan zaman xidmətlərinə uyğun olaraq hər bir şəxsin icazəsinin olubolmaması ilə bağlı “milli-axtarış-portalı“ vasitəsilə yoxlayırmışlar. Gəncə şəhər BPİ-nin polis serjantı Şahid1 həmin taksidə sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs adını portala daxil etmiş və yoxlayan zaman həmin şəxsin aktiv “Covid-19” virusunun daşıyıcısı olduğunu, özünütəcrid qaydalarına əməl edərək yaşayış yerini tərk etməməli olduğunu müəyyən etmişlər. O, “Covid-19” virusunun daşıyıcısı olan Təqsirləndirilən şəxs maşından düşürərək insanlardan kənar yerdə olmasını bildirmiş və həmin yerdən hərəkət etməməsini tapşırmışdır. Aktiv “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək onun yaşadığı ünvan 11 ünvanına getməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, Əkbər Babayev 19 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və ünvan 13əzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra xəstələrin sayı artdığı üçün sahə həkimləri ilə bərabər o da ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və o, poliklinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edir. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikalarının sakini, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatda olan ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişdilər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına və əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə Vitamin D həblərinin, Ezgoferon, Aritromitsin, Flukonazor dərman vasitələrini qəbul etməsi tövsiyə etmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq etmişdir. Eyni qaydada 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 28.12.2020-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədiyi üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə “Covid-19” virusu aşkar edilmiş, həmin tarixdə, yəni 15.12.2020-ci ildə bu barədə onun özünə məlumat verilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla 29.12.2020-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Ambulator xəstənin tibbi karta”sına baxış keçirilmiş, bu zaman tibbi kartanın 1-ci vərəqindən müəyyən edilmişdir tibbi karta 15.12.2020-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1987-ci il təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kartanın növbəti vərəqələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə 15.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti 36.7 dərəcə hərarət, öskürək, tənginəfəslik, halsızlıqdır. Xəsətəyə ev şəraitində müalicə olunması tövsiyyə edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə 16.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti 36.7 dərəcə hərarət, dadbilmə, iybilmə hissiyatlarının itməsi, halsızlıqdır. Xəstəyə ev şəraitində müalicə olunması tövsiyyə edilir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 17.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti dadbilmə, iybilmə hissiyatlarının itməsi, ümumi halsızlıqdır. Xəstəyə ev şəraitində müalicəsini davam etdirməsi tövsiyyə edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə 18.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti dadbilmə, iybilmə hissiyatlarının itməsi, ümumi halsızlıq, iştahının olmamasıdır. Xəstəyə ev şəraitində müalicəsini davam etdirməsi tövsiyyə edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə 19.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti dadbilmə, iybilmə hissiyatlarının itməsi, ümumi halsızlıqdır. Xəstəyə ev şəraitində müalicəsini davam etdirməsi tövsiyyə edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə 20.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti dadbilmə, iybilmə hissiyatlarının itməsi, ümumi halsızlıqdır. Xəstəyə ev şəraitində müalicəsini davam etdirməsi tövsiyyə edilir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 28.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayəti olmamışdır. Müalicə müddəti bitib, əmək qabiliyyəti bərpa olunub. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilmədi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X4 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X10 Sindromu (X9 Syndrome Coronavirus - MERS-CoV) ve X7 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslər 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusu insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Gəncə şəhəri, Xətai prospekti yerləşdiyi ərazilərdə, bundan başqa 17.12.2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, X13 prospekti 155 ünvanının yerləşdiyi ərazilərdə, bundan başqa, 18.12.2020-ci il tarixdə saat 11 radələrindən saat 12-radələrinədək Gəncə şəhəri, X13 prospekti 155 və ünvan 5 ünvanı ərazisində, bundan başqa 20.12.2020-ci il tarixdə saat 16 radələrindən saat 19 radələrinədək ünvan 14 ünvanında, bundan başqa 21.12.2020-ci il tarixdə saat 18 radələrindən saat 23 radələrinədək Gəncə şəhəri, X13 prospekti 155 ünvanında, bundan başqa 22.12.2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, X13 prospekti 155 ünvanı ərazisində, bundan başqa 23.12.2020-ci il saat 12 radələrindən saat 15 radələrinədək Gəncə şəhəri Lyuks Otel ərazisində, bundan başqa 24.12.2020-ci il tarixdə saat 18 radələrindən 21 radələrinədək Gəncə şəhəri Lyuks Otel ərazisində, bundan başqa 25.12.2020-ci il tarixdə saat 21 radələrindən yaşadığı ünvan 15 ünvanının yerləşdiyi ərazidə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdən 29.12.2020-ci il tarixədək olan müddət ərzində ünvan 1 ünvanında ev şəratinində karantində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və bu barədə iltizam alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, eləcə də, karantin rejimlərini pozmasına görə ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 139-1.2-ci maddəsilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs “COVİD-19” inkeksiyasına görə müayinəsinin test nəticəsinin pozitiv çıxdığı 21.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixdək olan müddət ərzində yaşayış yerini tərk edərkən ictimai yerlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozuması ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş materiallarında olan digər sənədlər ilə Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X6 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** və ********** saylı mobil nömrələr ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** və ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-146/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-146/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver