Məhkəmə qərarları › İş №1(044)-146/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-146/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-146/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakları ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, 07.04.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə həmin tarixdən də, testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 08.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki ərazilərə, 09.04.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin yerləşdiyi ərazilərə, 10.04.2021-ci il tarixdə saat 11 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki ərazilərə, 11.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Gəncə- Yevlax şossesinin 15-ci kilometrliyində yerləşən ərazilərə, 12.04.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 4 ünvanının, Göygöl rayonu, Qızılqaya qəsəbəsinin yerləşdiyi ərazilərə, 13.04.2021-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki, Gəncə şəhəri, H.Əliyev prosepkti ilə D.Qorqud küçələrinin kəsişməsində yerləşən “Paşaoğlu” çay evinin yerləşdiyi ərazilərə, 14.04.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki ərzilərə, 15.04.2021-ci il tarixdə saat 10 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 6 ünvanının, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki ərazilərə, 16.04.2021-ci il tarixdə saat 10 radələrindən 17 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.ünvan 8 ünvanının həyətindəki ərazilərə, 17.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 9 ünvanında yerləşən “Şəlalə Aptek”ə, Gəncə-Yevlax şossesinin 15-ci kilometrliyində yerləşən ərazilərə, 18.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki, Gəncə şəhəri, Delux Hotelin yerləşdiyi ərazilərə, 19.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki, Gəncə şəhəri, Delux Hotelin yerləşdiyi ərazilərə, 20.04.2021-ci il tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Delux Hotelin yerləşdiyi ərazilərə, 21.04.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 12 Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsindəki ərazilərə getməklə, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək sonuncu dəfə cinayət hadisəsinin törədildiyi yer, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsi Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisinə aid olması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən hazırki cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini məhkəməyə təklif etdi. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 cinayət işinin ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət işinin ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Sədrlik edən tərəflərin fikrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, irəli sürülmüş ittihamdan və işin obyektiv hallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə cinayət hadisəsini Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsidə törətmişdir və bununla da onun cinayət əməli başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi yer - Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsinin kəsişməsi ərazi yurisdiksiyasına görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74.1, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar