Məhkəmə qərarları › İş №1(044)-147/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-147/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-147/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu, Lək kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Atatürk prospekti 197, ev 1, mənzil 78də yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) 30.12.2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən evinin yataq otağında təmizlik işləri aparan zaman həmin otaqda olan paltar şkafındakı Rəsul İbrahimova məxsus qış gödəkcəsinin sol döş cibində olan 1530 manat dəyərində 900 ABŞ dolları və 100 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1630 (min altı yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə Təqsirləndirilən şəxs, tamah məqsədilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs, məhkəmə iclasında özünü ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, əvvəllər çayxanada xadiməçi işləyən zaman Zərərçəkmiş şəxs tanımış və Rəsulla bir neçə dədfə söhbəti olmuşdur. 30.12.2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs da Atatürk prospektində olan 13 saylı binada yaşadığı üçün Rəsulla çörək almağa gedən zaman rastlaşmış və söhbət zamanı o, Rəsula əvvəllər yaşlı şəxslərə baxıb aylıq pul aldığını, lakin karantin rejimi ilə bağlı iş olmadığını bildirmişdir. Həmin vaxt Rəsul ona evdə tək yaşadığını və ayda bir neçə dəfə onun evini təmizləməyini, yeməyini bişirməyini, bunun müqabilində 50 manat pul verəcəyini bildirmiş, o, razılaşmış və Rəsulla birlikdə evə gedərək təmizliyə başlamışdır. O, evi təmizləyən zaman Rəsul işi olduğunu demiş və evdən çıxıb aşağı düşmüşdür. Bu zaman o, evi təmizləməyə davam etmiş, evin yataq otağında olduğu üçün Rəsulun asılqanda olan pencək və digər paltarlarının cibini axtarmışdır. Bu zaman asılqana taxılmış pencəyin sol ön döş cibində 900 ABŞ dolları və 100 manat pul oğluduğu görmüş və gizlincə oğurlayıb cibinə qoymuşdur. Bir az sonra Rəsul evə gəlmiş və o, Rəsula evi təmizləyib bitirdiyini, Samux rayonuna gedəcəyini demiş və Rəsuldan 50 manat pul alıb evdən çıxmışdır. Sonra həmin pulu bayram vaxtı evinə bazarlıq etmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin puldan bayram bazarlığı etməsi üçün 200 manat tanışı Azərə vermiş, lakin o, pulun oğurluq olmasını Azərə deməmişdir. 04.01.2021-ci il tarixdə isə onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər və o, ilkin olaraq 500 ABŞ dolları oğurladığını desə də, sonradan Rəsulla üzləşən zaman 900 ABŞ dolları və 100 manat pul olduğunu etiraf etmişdir. Hazırda etdiyi hərəkətdən peşiman olmuş, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam ödəmiş, onunla barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ehtiyacı olduqda xərcləmək üçün 900 (doqquz yüz) ABŞ dolları pulu və 100 manat pulu yaşadığı ünvan 1 ünvanda yerləşən evdə olan paltar şkafının içərisində olan gözdəkcənin sol tərəf döş cibində saxlamışdır. 2020-ci ilin noyabr ayının sonlarında çayxanada ofisiant işləyən Təranə ilə tanış olmuş və Təranə ilə həmsöhbət olmuş, söhbət zamanı Təranə ərindən ayrıldığını, bir xəstə uşağa baxdığını və maddi imkanının pis olduğunu bildirmiş, sonra Təranə ilə sağollaşmış və evinə getmişdir. 30.12.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı binanın yaxınlığındfa təsadüfən çörək alan zaman Təranə ilə rastlaşmış, Təranə ona karantin rejimi ilə əlaqədar olaraq çayxananın bağlandığını, hazırda işsiz qaldığını, uşağa baxa bilmədiyini, iş tapmaqda köməklik etməsini xahiş etmişdir. O, da Təranəyə “evdə tək qalıram gedək bizə evi yığışdır, mən sənə pul verəcəm” demişdir. Təranə də etiraz etməmiş və onlar birlikdə onun ünvan 1 ünvanda yerləşən evinə getmişlər. Təranə onun evində təmizlik işləri aparan zaman o, avtomobilini yuduzdurmaq üçün evdən çıxmış və Təranəyə təmizliyə davam etməsini demişdir. Bundan sonra evi tərk edib avtomobilini yuduzdurmuş və təxminən 1 saat sonra evə qayıtmışdır. O, evə gələn zaman Təranənin təmizlik işlərini bitirdiyini görmüş, bu işin müqabilində Təranəyə 50 manat pul vermiş və Təranə çıxıb getmişdir. Həmin gündən sonra səhhətində narahatçılıq olduğundan bir neçə dəfə xəstəxanaya gedib müalicə olunmuşdur. 03.01.2021-ci il tarixdə müalicəsi üçün pul lazım olduğuna görə evdə yataq otağında yerləşən şkafda qış gödəkcəsinin sol tərəf döş cibində saxladığı 900 ABŞ dollarını və 100 manat pulu götürmək istədikdə pulun yerində olmadığını görmüş, bu zaman evə heç kim girmədiyi, evdə yalnız Təranənin olduğu üçün pulu da Təranənin oğurlaya biləcəyini bilmişdir. 03.01.2021-ci il tarixdə o, Təranənin mobil nömrəsinə zəng etmiş, Təranə isə mobil telefonla danışan zaman oğurluq etdiyini etiraf etmiş və səhəri gün qaytaracağını bildirmişdir. O, da Təranəyə görə həmin gün gözləmiş, 04.01.2021-ci il tarixdə isə zəng edən zaman pulu verməyəcəyini dediyi üçün o, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, sonradan Nizami rayon Polis İdarəsinə gələrək şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanb tam ödənilmişdir, odur ki, onunla barışmış və onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 30.12.2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən evinin yataq otağında təmizlik işləri aparan zaman həmin otaqda olan paltar şkafındakı Zərərçəkmiş şəxs məxsus qış gödəkcəsinin sol döş cibində olan 1530 manat dəyərində 900 ABŞ dolları və 100 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1630 (min altı yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 25.03.2021-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmədə elan edilmiş və işdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan 23.03.2017-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qızna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. 24.03.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini və buna nail olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (müsbət xasiyyətləndirilməsini, himayəsində, həmçinin ailəsində bir neçə əlilliyi olan şəxslərin olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə nəzər salsaq görərik ki,qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsns hal kimi qiymətləndiriılməsinin səbəbləri hökümdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin mötivi və məqsədini,təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Həmçinin məhkəmədə işə baxılarkan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkən şəxsə dəymiş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə razılıq əldə etməklə yuxarıda göstərildiyi kimi, törətmiş olduğu böyük ictimai təhlükə törətməyən cinayətin ictimai təhlükəliliyini azaltmışdır. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənləri, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halı, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini və buna nail olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olmasını müstəsna hal hesab edərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində göstərilən müstəsna hallar olduğundan, məhkəmə hesab edir ki, təqləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-nin 99- 1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona 200 (iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qrumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar