Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-15/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, zərərçəkmiş şəxsin nümayəndələri Nümayəndə1, Nümayəndə2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X4 və X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 58a, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını, dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 13 yanvar 2016-cı il tarixinə keçən gecə Şəmkir şəhəri Dostluq küçəsi ev 32-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BC-***dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 2016-cı il yanvar ayının 25-ə keçən gecə saat 01 radələrində Şəmkir rayonu Sarıtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq ümumlikdə 120 manat dəyərində 6 ədəd hind quşlarını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 fevral 2016-cı il tarixə keçən gecə Şəmkir rayonu Kraz yolu adlanan yerdə yerləşən "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası MMC-yə məxsus “Doosan” markalı sepli ekskavatordan 2 ədəd hər birinin qiyməti 140 manat olmaqla 100 amperlik «TAB» markalı, “Hyundaı” markalı ekskavatordan 2 ədəd hər birinin qiyməti 105 manat olmaqla 75 amperlik «VORTEX» markalı, Kamaz markalı yük avtomobilindən 2 ədəd hər birinin qiyməti 230 manat olmaqla 190 amperlik «PROBAT» markalı, ümumilikdə 950 manat dəyərində 6 ədəd akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 fevral 2016-ci il tarixdə Şəmkir rayonu Sarıtəpə kənd sakini Zərərçəkmiş şəxs6 məxsus artezian quyusundan 30 metr uzunluğunda bir metri 5 manata olmaqla ümumilikdə 150 manat dəyərində mis naqili kəsərək gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 05 fevral 2016-ci il tarixə keçən gecə Bakı-Qazax yolunun kənarında yerləşən "xxxx" yanacaqdoldurma MMC-nin həyətindəki həmin MMC-yə məxsus olan artezian quyusundan 70 metr uzunluğunda bir metri 5 manata olmaqla ümumilikdə 350 manat dəyərində mis naqili kəsərək gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 05 fevral 2016-ci il tarixdə Şəmkir rayonunda yerləşən "xxxx" MMC-yə məxsus 3 ədəd artezian quyularından ümumilikdə 120 metr uzunluğunda bir metri 5 manata olmaqla 600 manat dəyərində mis naqili kəsərək gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 fevral 2016-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs9 Goranboy rayonu Xoylu kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 fevral 2016-cı il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı Samux rayonu Alıuşağı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-CC-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 14 fevral 2016-ci il tarixinə keçən gecə Şəmkir rayon Subartezian Quyularının İstsmarı İdarəsinə məxsus Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən dövlət və ictimai əhəmiyyətli su xəttinin 03 ədəd aztezian quyularından bir metri 5 manata olmaqla 90 metr uzunluğunda 450 manat dəyərində mis naqili kəsərək gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 15 fevral 2016-cı il tarixinə keçən gecə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BN-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 17 fevral 2016-cı il tarixinə keçən gecə Şəmkir rayonu Muxtariyyə kəndinin Bakı-Qazax yoluna tərəf olan hissəsində dayanmış Zərərçəkmiş şəxs7 məxsus Kamaz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınından hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 2 ədəd 190 amperlik «Probat» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 18 fevral 2016-c ıil tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Samux rayonu Çobanabdallı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BF-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 24 fevral 2016-cı il tarixinə keçən gecə Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs8 məxsus artezian quyusundan çıxan dəmir borunun üstünə bağlanmış hər birinin dəyəri 175 manat olmaqla ümumilikdə 350 manat dəyərində 2 ədəd iri ölçülü vitelli su bağlayıcılarını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2016-cı il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən evinin hasarından aşıb həyətə düşərək ev sahibinin evdə olmamasından istifadə edərək saxlanc yeri hesab olunan zirzəmiyə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus bir ədəd 400 manat dəyərində qədimi samovarı, bir ədəd 60 manat dəyərində dreli, ümumi dəyəri 90 manat olan iki ədəd laqondanı, ümumi dəyəri 200 manat olan iki ədəd prefaratoru, ümumi dəyəri 440 manat olan iki ədəd mejmayini, bir ədəd 20 manat dəyərində mis qazanı, iki ədəd 60 manat dəyərində mis tiyənləri, iki ədəd 80 manat dəyərində mis güyümləri, iki ədəd 80 manat dəyərində elektrik mişarlarını, bir ədəd 200 manat dəyərində “Ceyran” emblemini, bir ədəd 100 manat dəyərində neveleri, ümumilikdə 1730 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Samux rayonu Zazalı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdən 29 fevral 2016-cı il tarixə keçən gecə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 144, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 220 manat olmaqla ümumilikdə 440 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 mart 2016-cı il tarixinə keçən gecə Zərərçəkmiş şəxs15 yaşadığı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayan dayısı evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 230 manat olmaqla ümumilikdə 460 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, BT 16 RUS 1709 tranzit nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BH-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 275 manat olmaqla ümumilikdə 550 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-ci il tarixdə saat 05 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 32, mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **- DA-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST 190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında, təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 13 yanvar 2016-cı il tarixinə keçən gecə Şəmkir şəhəri Dostluq küçəsi ev 32-də yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BC-***dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 fevral 2016-cı il tarixə keçən gecə Şəmkir rayonu Kraz yolu adlanan yerdə yerləşən "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası MMC-yə məxsus “Doosan” markalı sepli ekskavatordan 2 ədəd hər birinin qiyməti 140 manat olmaqla 100 amperlik «TAB» markalı, “Hyundai” markalı ekskavatordan 2 ədəd hər birinin qiyməti 105 manat olmaqla 75 amperlik «VORTEX» markalı, Kamaz markalı yük avtomobilindən 2 ədəd hər birinin qiyməti 230 manat olmaqla 190 amperlik «PROBAT» markalı, ümumilikdə 950 manat dəyərində 6 ədəd akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 fevral 2016-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs9 Goranboy rayonu Xoylu kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 fevral 2016-cıil tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı Samux rayonu Alıuşağı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-CC-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd «Mutlu» markalı 190 amperlik akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 15 fevral 2016-cı il tarixinə keçən gecə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evinin qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BN-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 18 fevral 2016-cı il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Samux rayonu Çobanabdallı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BF-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2016-cıil tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən evinin hasarından aşıb həyətə duşərək ev sahibinin evdə olmamasından istifadə edərək saxlanc yeri hesab olunan zirzəmiyə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus bir ədəd 400 manat dəyərində qədimi samovarı, bir ədəd 60 manat dəyərində dreli, ümumi dəyəri 90 manat olan iki ədəd laqondanı, ümumi dəyəri 200 manat olan iki ədəd prefaratoru, ümumi dəyəri 440 manat olan iki ədəd mejmayini, bir ədəd 20 manat dəyərində mis qazanı, iki ədəd 60 manat dəyərində mis tiyənləri, iki ədəd 80 manat dəyərində mis güyümləri, iki ədəd 80 manat dəyərində elektrik mişarlarını, bir ədəd 200 manat dəyərində “Ceyran” emblemini, bir ədəd 100 manat dəyərində neveleri, ümumilikdə 1730 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Samux rayonu Zazalı kəndində yerləşən evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2016-cı il tarixdən 29 fevral 2016-cı il tarixə keçən gecə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 144, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 220 manat olmaqla ümumilikdə 440 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 03 mart 2016-cı il tarixinə keçən gecə Zərərçəkmiş şəxs15 yaşadığı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayan dayısı evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BD-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 230 manat olmaqla ümumilikdə 460 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST-190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, BT 16 RUS 1709 tranzit nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-cı il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Samux şəhərindəki evinin qarşısından sonuncuya məxsus Kamaz markalı, **-BH-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 275 manat olmaqla ümumilikdə 550 manat dəyərində 2 ədəd 190 amperlik «Mutlu» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 04 mart 2016-ci il tarixdə saat 05 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 32, mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus Kamaz markalı, **- DA-*** dövlət nömrə nişanlı yük avtomaşınından hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 2 ədəd 190 amperlik «6 ST 190» markalı akkumlyatorları gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 15 ilə yaxındır ki tanıyır, birgə səyyari şəkildə avtomobil yumaqla məşğul olmuşlar. Lakin ailə vəziyyətinin pis olması səbəbindən pula ehtiyacı olmuş, ona görə qərara gəlmişdir ki, oğurluq etsin. O, bu barədə Həsənə demiş, Həsən isə tərəddüd etsə də sonradan razı olmuşdur. 2016-cı ilin əvvəllərində o və Həsən bir ara işləməmişlər, o, əvvəllər Şəmkir rayonunda ofisiant kimi işlədiyindən Şəmkir rayonunun ərazisini, özünü, kəndlərini yaxşı tanıyır. Onların pula ehtiyacı olmuş, ona görə də onlar belə qərara gəlmişlər ki, oğurluq etsinlər. İlk dəfə 2016-cı ilin yanvar ayında dəqiq tarixini xatırlmadığı vaxtda Həsənlə birlikdə Şəmkir rayonuna işləməyə getmişlər, orada şəhərin özündə bir Kamazın 2 ədəd akkumulyatorunu oğurlamışlar, akkumulyatoru gətirib Gəncə şəhərində Bakı yolu tərəfdə, dəqiq yadında qalmayan yerdə satmışlar, sonra həmin pulu xərləmişlər, sonra o, yenə də təklif etmişdir ki, oğurluq etsinlər, təxminən 20-25 gündən sonra yenə də Şəmkirə oğurluq etməyə getsinlər, bu qaydada yenə də onlar Akkord şirkətinə məxsus ekskavatorun və Kamazın hərəsinin iki dədə akkumulyatorlarını oğurlamışlar, yenə də onu gətirib satıb pul edib xərcləmişlər, ondan sonra o, özü təkcə Şəmkir rayonunun Sarıtəpə kəndinə getmiş, oradan bir həyətdən hind quşlarını oğurlamış, sonra bir neçə dəfə artezianlardan mis naqilləri oğurlayıb gətirib yenə də metal qəbulu yerlərinə vermiş, hind quşlarını da Gəncə Mərkəzi bazarda 15, 20, 25 manata satmaqla satıb 125 manat pul əldə eləmişdir. Bir dəfə də Həsənlə Goranboy rayonunun Xoylu kəndinə getmişlər, onda da Həsəni o, aparmış, orada da bir Kamaz markalı avtomobilin iki ədəd akkumulyatorunu oğurlayıb gətirib onu da o qaydada satıb pulunu xərcləmişlər. Bundan sonra dəqiq yadında qalmayan vaxtlarda, gah Samux rayonundan, gah da Şəmkir rayonundan Kamaz markalı avtomobillərin akkumulyatorlarını oğurlamışlar, tək bir dəfə Samux rayonunun Sərkar kəndinə evə girmişlər, Həsən çöldə onu gözləmiş, o, içəri daxil olub qazan, mis qabları və digər yadında qalmayan əşyaları oğurlamış, onları da o, aparıb Gəncə şəhəri Mərkəzi bazar dağılan vaxtlarda tanımadığı şəxslərə satıb pulunu bölüşdürmüşlər, Həsənlə xərcləmişdir. Həsən və o da iki dəfə Gəncə şəhərindən Kamaz markalı avtomobilllərin akkumulyatorlarını oğurlamışlar. Birini Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi notariusun yanından oğurlamışlar, o birisini də Gəncə şəhəri 5-ci mikrorayon ərazisində yenə də Kamaz markalı avtomobilin iki ədəd akkumulyatorunu oğurlayıb aparıb əridib satmışlar. O və Həsən tutularkən o, ümumilikdə Gəncə şəhərində etdiyi 2 oğurluğu, Goranboy rayonunda etdiyi 1 oğurluğu, Samux və Şəmkir rayonlarında etdiyi oğuruluğu, ümumilikdə 20 oğurluq əməli törətməyini etiraf etmiş, Həsən isə ümumilikdə 13 epizod üzrə oğurluq etməsini etiraf etmişdir. Həmin oğurluq cinayətlərini həqiqətən də onlar etmişlər. İbtidai istintaq zamanı onun ifadəsi yerində yoxlanılarkən haradan oğurluq etdiklərini göstərmiş, hazırda da həmin əvvəlki ifadələrini təsdiq edir, sadəcə olaraq müəyyən vaxt keçdiyi üçün tarix və yer yadında tam qalmamışdır. Onu dəqiq bilir ki, sonuncu oğurluğu Həsənlə birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində “Kövsər”in qarşısındakı binanın qabağındakı Kamazdan akkumulyator oğurlamışlar, ondan sonra heç bir oğurluq etməmişlər, ayrı bir cinayəti olmamışdır. O, etdiyi oğurluq əməllərindən peşimandır, hazırda özü şadlıq sarayında ofisiant işləməklə ailəsini dolandırır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 15 ilə yaxındır tanıyır, birgə səyyari şəkildə maşın yumaqla məşğul olmuşlar, o vaxtlar onunla yaxınlıq, dostluq münasibətləri olmuşdur. Hazırda evlənmiş, iki yetkinlik yaşına çatmayan uşağı var, özü fərdi əməklə məşğuldur. 2016-cı ildə bir ara işləməmiş, əvvəllər Nizami ilə avtomobil yuma yerlərində işləmişlər, sonra iş olmamış, yenə də dostu Təqsirləndirilən şəxs1 qoşulmuş, bir az pula ehtiyacı olmuşdur, ona görə də onlar belə qərara gəlmişlər ki, oğurluq etsinlər. Oğurluq etməyi ona Nizami təklif etmişdir. O, ilk öncə tərəddüd etsə də sonradan razı olmuşdur. İlk dəfə 2016-cı ilin yanvar ayında dəqiq tarixini xatırlmadığı vaxtda Nizami ilə birlikdə Şəmkir rayonuna işləməyə getmişlər, orada şəhərin özündə bir Kamazın 2 ədəd akkumulyatorunu oğurlamışlar, akkumulyatoru gətirib mis qəbulu yerində əridib satmışlar, sonra isə həmin pulu xərcləmişlər, Nizami təxminən 20-25 gündən sonra yenə də təklif etmişdir ki, Şəmkirə oğurluq etməyə getsinlər, bu qaydada yenə də onlar Akkord şirkətinə məxsus ekskovatorun və Kamazın hərəsinin iki ədəd akkumulyatorlarını oğurlamışlar, yenə də onu gətirib satıb pul edib xərcləmişlər, ondan sonra Nizami ilə bir dəfə Goranboy rayonunun Xoylu kəndinə qonaqlıq adı ilə getmişlər. Oraya tanımadıqları taksi ilə getmişlər, taksi sürücüsü onların oğurluğunu bilməmiş, kənarda onları gözləmiş, orada da bir Kamaz markalı avtomobilin iki ədəd akkumulyatorunu oğurlayıb gətirib onu da o qaydada satıb pulunu xərcləmişlər. Bundan sonra dəqiq yadında qalmayan vaxtlarda, gah Samux rayonundan, gah da Şəmkir rayonundan Kamaz markalı avtomobillərin akkumulyatorlarını oğurlamışlar, tək bir dəfə Samux rayonunun Sərkar kəndinə evə girmişlər, o, çöldə gözləmiş, Nizami həyətə daxil olub oradan qazan, mis qabları və digər yadında qalmayan əşyaları oğurlamışlar, onları da Nizami aparıb satıb, pulunu xərcləmişlər. Həmçinin Həsən və o, iki dəfə Gəncə şəhərindən Kamaz markalı avtomobilllərin akkumulyatorlarını oğurlamışlar. Birini Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi notariusun yanından oğurlamışlar, o birisini də Gəncə şəhəri 5-ci mikrorayon ərazisində yenə də Kamaz markalı avtomobilin iki ədəd akkumulyatorunu oğurlayıb aparıb əridib satmışlar. Onların sonuncu oğurluğu Yeni Gəncə qəsəbəsindəki Kamaz markalı avtomobilin akkumulyatorunu oğurlamağı olmuş, ondan sonra ayrı bir oğurluq etməmişlər. O, tutularkən ümumilikdə 13 epizod üzrə oğurluq etməsini etiraf etmişdir. İbtidai istintaq zamanı onun ifadəsi yerində yoxlanılarkən haradan oğurluq etdiklərini göstərmişdir, hazırda da o, həmin əvvəlki ifadələrini təsdiq edir, sadəcə olaraq müəyyən vaxt keçdiyi üçün tarix və yer yadında tam qalmamışdır. Ondan sonrakı oğurluqları Nizami onunla deyil, tək etmişdir, Nizami ondan əlavə Şəmkir rayonunun ərazinsində bir evdən hind quşları oğurlayıb satmışdır, bir neçə artezianlardan mis naqillər oğurlayıb satmışdır, onun həmin oğurluqlarından onun xəbəri olmamışdır, onun həmin oğurluqlarda heç bir iştirakı da olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Özünə məxsus “Kamaz” markalı **-DA-*** dövlət nömrə nişanlı yük maşını ilə sürücülük edib pul qazanaraq ailəsini dolandırır. 24.12.2016-cı tarixdə işdən gəlib özünə məxsus “Kamaz” markalı **-DA-*** dövlət nömrə nişanlı yük maşınını yaşadığı binanın qarşısında saxlamışdır. Həmin gün ailə problemi olduğundan ailəsi ilə birgə Bakı şəhərinə getmişdir. O, Bakı şəhərindən 05.03.2016-cı il tarixdə qayıdıb gəlmişdir. O, Bakı şəhərindən qayıdıb gəldikdən sonra yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 32 nömrəli binanın qarşısında saxladığı özünə məxsus “Kamaz” markalı **-DA-*** dövlət nömrə nişanlı yük maşınına diqqət yetirəndə görmüşdür ki, maşınının üzərində olan 2 ədəd akkumlyatorlar yoxdur və naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona görə o, da bu barədə ərizə ilə Gəncə şəhər Nizami RPB-nə müraciət etmişdir ki, avtomaşının akkumlyatorunu oğurlayan şəxsləri müəyyən edib cinayət məsuliyyətinə cəlb etsinlər. O, həmin akkumlyatorları hadisədən 1 il qabaq Gəncə şəhəri ərzaisində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazadan birini 200 manata almışdır. Onun maşınından 2 ədəd akkumlyator oğurlandığından ona 400 manat maddi ziyan dəymişdir. Ona məxsus yük maşınından 2 ədəd akkumlyatordan başqa əlavə heç nə oğurlanmamışdır. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, özünə məxsus Kamaz markalı, **-BP-*** dövlət nömrə nişanlı yük maşını ilə sürücülük edib pul qazanaraq ailəsini dolandırır. 28 fevral 2016cı il tarixdə, saat 23 radələrində həmin idarə etdiyi Kamaz markalı avtomobili ilə işdən evə qayıdıb yaşadığı binanın qarşısında avtomobili saxlamışdır. O, yatana kimi təxminən bir neçə dəfə avtomaşına pəncərədən baxıb nəzarət etmişdir. Sonra isə səhər tezdən durub işə gedəcəyi üçün yatmışdır. 29 fevral 2016-cı il tarixdə, saat 07:30 radələrində işə getmək üçün oyanmış, səhər yeməyi yedikdən sonra binanın qarşısına düşüb Kamaz markalı avtomobilinə əyləşərək mühərriki işə salmaq istəyəndə maşının üzərindəki 2 ədəd akkumlyatorların yerində olmadığını görmüşdür. O, avtomobilin üzərindəki Rusiya istehsalı olan iki ədəd 6-ST-190 markalı akumlyatorların naməlum şəxslər tərəfındən oğurlandığını başa düşüb bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və oğurluq hadisəsi barədə Polis İdarəsinə gedib şikayət ərizəsi yazmışdır. Bir ədəd akkumlyatorun dəyəri 220 manat olmaqla iki ədəd akkumlyatorların oğurlanması nəticəsində ona ümumilikdə 440 manat ziyan dəymişdir. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir və həmin zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Kamaz markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. 12 yanvar 2016-ci il tarixdə, saat 23:50 radələrində o, özünə məxsus Kamaz markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini həmişəki kimi Dostluq küçəsində yaşadığı evin qarşısında saxlayıb qapılarını bağlamışdır. Səhərisi gün işə getmək məqsədilə küçəyə çıxanda akkumlyator yerinin qapağının sındırıldığını və 2 ədəd akkumlyatorlarının oğurlandığını müəyyən etmişdir. O, polisə müraciət etməyib akkumlyatorlarını axtarmağa başlamış, bir müddət akkumlyatorlarını axtarsa da tapa bilmədiyi üçün məcbur qalıb hadisə barədə 04 mart 2016-cı il tarixdə polisə ərizə ilə müraciət etmişdir. Ona məxsus akkumlyatorlar Türkiyə istehsallı, 200 voltluq olmuş və hər birinin dəyəri 300 manat olmaqla, 2 ədəd akkumlyatorları 600 manata almışdır. Ona məxsus avtomobilindən oğurlanmış akkumulyatorların markası “Mutlu” markalı, 190 amperlik akkumulyatorlar olmuşdur. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir və həmin zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Yeni-Həyat kəndində yaşayır. Ailəlidir. 2 övladı vardır. Rəsmi qaydada heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Bir müddət olar ki, Şəmkir şəhər sakini X14 özünə məxsus Kamaz markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobilini onun yaşadığı evin qarşısında qoyub daş satırdı. O, da özünə məxsus iki ədəd akumlyatoru həmin avtomaşına qoyub arada bir avtomaşınını işə salmışdır ki, onda olan akumlyatorlar işlək vəziyyətini itirməsinlər. Bir müddət o, özünə məxsus akumlyatorları avtomaşından çaxarmamışdır və gündə bir dəfə avtomaşını işə salıb akumlyatorların xarab olmasının qarşısını almışdır. 14.02.2016-cı il tarixdə təxminən saat 22 radələrində o, sonuncu dəfə avtomaşına minib işə salmış və bir qədər avtomaşın işlək vəziyyətdə qaldıqdan sonra söndürmüşdür. O, təxminən saat 23 radələrində yatmağa getmişdir. Səhər yuxudan oyanan zaman təxminən saat 10 radələrində avtomaşının yanına gedən zaman görmüşdür ki, ona məxsus iki ədəd akumlyator Kamaz markalı avtomaşından oğurlanmışdır. O, həmin gün işləri olduğuna görə Gəncə şəhərinə getmişdir. Sonra isə yaşadığı Yeni Həyat kəndinə qayıdıb akumlyatoru axtarmağa başlamışdır. Bir müddət o, özü akumlyatoru axtardıqdan sonra tapa bilməmişdir. Həmin vaxtlar işləri çox olduğu üçün polis şöbəsinə də gələ bilməmişdir. 04.03.2016-cı il tarixdə o, polis şöbəsinə gələrək ona məxsus iki ədəd akumlyatorun oğurlanmasını bildirmişdir. O, həmin akumlyatorların birini 250 manata almışdır, ikisini isə 500 manata Gəncə şəhərindən almışdır. Hazırda oğurluq nəticəsində ona 500 manat ziyan dəymişdir. Oğurlanmış akkumulyatorların markası «Mutlu» markalı, 190 amperlik akkumulyatorlar olmuşdur. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, həyatyanı bağçasında hindquşu saxlayır. 24 yanvar 2016-cı il tarixdən 25 yanvar 2016-cı il tarixə keçən gecə naməlum şəxs tərəfindən həyatyanı bağ sahəsindən ona məxsus 6 ədəd hindquşu oğurlanmışdır. O, oğurlanmış hindquşlarını tezliklə tapacağını güman edərək əvvəlcə bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, lakin xeyli müddət keçdikdən sonra hindquşlarını oğurlayan şəxsləri özü tapa bilmədiyinə görə bu barədə Polis Şöbəsinə şikayət etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ona 120 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Ailəlidir, rəsmi qaydada heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün kənd təsərrüfatı ilə məşğul olur, həmçinin adına olan artezian quyusunun yaxınlığında su gedib çatan ərazidə olan kənd sakinlərinə su satıb ailəsini dolandırır. O, artezian quyusuna nəzarət edir, eyni zamanda artezian quyusunda yaranmış problemləri özü həll edir. 2016-cı ilin fevral ayının 04-də səhər saatlarında o, artezian quyusuna yaxınlaşıb artezianı işə salmaq istəmişdir, lakin artezian quyusuna yaxınlaşan zaman görmüşdür ki, quyudan transfarmatora gedən mis naqillər naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib oğurlanmışdır, artezian quyusu isə həmin naqillər olmasa işləmir. O, artezian quyusundan 30 metr mis naqili kəsilib oğurlanmışdır. Həmin artezian quuyusundan naqilin oğurlanması nəticəsində 17 nəfər susuz qalmışdır. Oğurluq nəticəsində ona 150 manat dəyərində ziyan dəymişdir. Əlavə olaraq bildirir ki, artezian quyusu ona məxsusdur, oğurluq nəticəsində maddi ziyan ona vurulmuşdur, 30 metr naqili 150 manata alıb artezianın fəaliyyətini o, özü bərpa etmişdir, artezianın suyunu kənd sakinlərinə saat hesabı ilə satıb çörək pulu qazanmaqla ailəsini dolandırır. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Kamaz markalı, **-BK-*** dövlət qeydiyyat nömrəli yük avtomobili ilə yük daşıyıb ailəsini dolandırır. 16 fevral 2016-cı il tarixdə yollar bağlı olduğu üçün o, özünə məxsus həmin Kamaz markalı avtomobilini Muxtariyyə kəndinin giriş hissəsində yerləşən “Ülvi” inşaat mağazasının qarşısında saxlamışdır. 18 fevral 2016-cı il tarixdə o, Muxtariyyə kəndinin giriş hissəsində yerləşən “Ülvi” inşaat mağazasının qarşısında saxladığı Kamaz markalı avtomobilinin yanına gələndə avtomobilin salonu ilə yük yerinin arasında yerləşən akkumlyatorlar yeşiyinin qapağının sındırıldığını və 2 ədəd akkumlyatorların yerində olmadığını görmüşdür. O, polisə müraciət etmədən akkumlyatorları axtarmağa başlasa da tapa bilmədiyinə görə məcbur qalıb 05 mart 2016-cı il tarixdə Polis Şöbəsinə gedib oğurluq cinayəti barədə şikayət ərizəsi yazmışdır. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Kamaz markalı avtomobildən 2 ədəd akkumlyatorlar oğurlanmış və oğurluq cinayəti nəticəsində ümumilikdə ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Onun avtomobilindən oğurlanmış akkumulyatorların markası “Probat” markalı, 190 amperlik akkumulyatorlar olmuşdur. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün kənd təsərrüfatı ilə məşğul olur, həmçinin adına olan artezian quyusunun yaxınlığında su gedib çatan ərazidə olan kənd sakinlərinə su satıb ailəsini dolandırır. Həmin artezian quyusundan 47 nəfər kənd sakini həyətlərində olan əkinlərini, ağaclarını suvarırlar. 2016-cı ilin fevral ayının 1-də səhər saatlarında o, artezian quyusuna yaxınlaşıb artezianı işə salmaq və növbədə dayanmış kənd sakinlərinə su vermək istəmiş, lakin artezian quyusuna yaxınlaşan zaman görmüşdür ki, quyudan çıxan su borusunun iki ədəd su bağlayıcısı yerində yoxdur. Belə ki, bağlayıcılar boruya bərkidilmiş boltundan açılıb oğurlanmışdır. Həmin su bağlayıcısı su borusunda olan suyu tənzimləmək üçün istifadə edilir. Həmin su bağlayıcısını o, hadisədən bir neçə ay əvvəl birini 175 manata almışdır. İki ədəd su bağlayıcısına cəmi 350 manat pul vermişdir. Hazırda ona 350 manat dəyərində ziyan dəymişdir, 47 kənd sakini isə susuz qalmışdır. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan Kamaz 5320 markalı, **-BD-*** dövlət qeydiyyat nömrəli avtomaşınla yük daşıyıb ailəsini dolandırır. O, həmin avtomobili yaşadığı Samux rayonu Zazalı kəndində evinin qarşısında saxlayır, evinin qapısının üstündən qaz borusu keçdiyi üçün avtomobili evin həyətinə sala bilmir. 27 fevral 2016-cı il tarixdə həmişə olduğu kimi avtomobilini evinin qarşısında saxlamış və həmin vaxt avtomobilinin akumlyatorları üstündə olmuşdur. 28 fevral 2016-cı il tarixdə səhər tezdən o, yuxudan oyanıb işinin dalınca getməli olduğu üçün küçəyə çıxmış, sükan arxasına əyləşib avtomobilin mühərrikini işə salmaq istəyəndə cərayan olmadığını görmüşdür. Kamaz markalı avtomobillərin akumluyotoru iki ədəd olur, avtomobilin sağ tərəfində arxa və qabaq təkərlər arasındakı avtomobilin raması üzərində yerləşdiyi üçün o, avtomobildən düşüb akumlyatorların yerində olub-olmadığını yoxlamaq üçün avtomobilin sağ tərəfinə keçəndə akumlyatorların yerində olmadığını görmüş və başa düşmüşdür ki, naməlum şəxs tərəfindən akumlyatorlar oğurlanmışdır. Bundan sonra o, öz istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib özünə məxsus avtomobilin üzərindən akumlyatorların oğurlanması barədə məlumat vermişdir. O, iki ədəd həmin akumluyotorları 2015-ci ilin dekabr ayında ümumilikdə 480 manata almışdır. Həmin akkumlyatorların markası “Mutlu” markalı, 190 amperlik akkumulytorlar olmuş, oğurluq hadisəsi də 28 fevral 2016-cı il tarixinə keçən gecə olmuşdur. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Samux rayonunun Sərkar kəndində yerləşən özünə məxsus evdə yaşayır. 27 fevral 2016-cı il tarixdə o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaxın qohumunun toy məclisində iştirak etməyə gedərkən evin qapısını bağlayaraq açarları da özü ilə götürmüşdür. 29 fevral 2016-cı il tarixdə ailə üzvləri Bakıda qalmış, o, isə tək yaşadığı Samux rayonuna qayıtmışdır. O, açarla qapını açaraq həyətə daxil olanda aynabəndin qapısının yanına evə girəcək qapının zamaskasının töküldüyünü görmüşdür. O, küləyin təsiri nəticəsində rəngin töküldüyünü güman etmişdir. O, buna əhəmiyyət verməyib gecəni yatmış, səhərisi gün yataq otağındakı şkafın üstündə saxladıqları 5 litrlik samovarın yerində olmadığını görmüşdür. O, uşaqları tərəfindən samovarın götürülərək başqa yerə qoyulduğunu güman etmiş və buna da əhəmiyyət verməmişdir. O, direl aləti götürmək məqsədilə həyətin baş tərəfindəki ev əşyalarının saxlanıldığı qaraja getmiş və qarajda direli tapa bilməmişdir. Bundan başqa iki ədəd laqonda və iki ədəd perefaratorun da yerində olmadığını görmüşdür. Təxminən 2 gün keçdikdən sonra o, qarajı bir daha axtaranda görmüşdür ki, iki ədəd mis mejmayı da qapaqları ilə birlikdə yerində yoxdur. Bundan başqa o, görmüşdür ki, bir ədəd mis qazan, iki ədəd mis tiyən, bir ədəd avtomobilin üzərinə qoyulan “Ceyran” emblemi yoxdur. O, evin ətrafını axtarmağa başlamış və yuxarıda adları çəkilən əşyalardan başqa evin damından iki ədəd mis güyüm, iki ədəd elektrik mişarı, bir ədəd yolun tikintisində istifadə olunan nevelirin oğurlandığını müəyyən etmişdir. O, zəng edib həmin əşyaların harada olduğunu həyat yoldaşından maraqlananda sonuncu xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra o, məcbur qalıb oğurluq cinayəti barədə Polis Şöbəsinə müraciət etmişdir. Naməlum şəxs tərəfindən oğurlanmış ona məxsus bir ədəd samovar 400 manat dəyərində, bir ədəd direl 60 manat dəyərində, iki ədəd laqonda ümumilikdə 90 manat dəyərində, iki ədəd prefarator ümumilikdə 200 manat dəyərində, iki ədəd mejmayı ümumilikdə 440 manat dəyərində, bir ədəd mis qazan 20 manat dəyərində, iki ədəd mis tiyənlər 60 manat dəyərində, iki ədəd mis güyümlər 80 manat dəyərində, iki ədəd elektrik mişarları ümumilikdə 80 manat dəyərində, bir ədəd “Ceyran” emblemi 200 manat dəyərində, bir ədəd nevelir aləti 100 manat dəyərində olmuş və oğurluq cinayət nəticəsində ümumilikdə ona 1730 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün Kamaz- Furqon markalı ** BF *** dövlət nömrə nişanlı avtomobil ilə yük daşıyıb pul qazanıb ailəsini dolandırır. O, avtomobili adətən yaşadığı evin qarşısında saxlayır. Avtomobilin istismarı üçün nəzərdə tutulmuş iki ədəd akkumlyatorlar avtomobilin açıq yerində ramanın üstündə quraşdırılır. Onun avtomobili üzərində olan akumlyatorları iki ədəd olmuşdur. Çünki həmin avtomobillərə iki ədəd akumluyotor quraşdırılmalıdır. Akumluyotorun biri 12 kilovotluqdu, ikisi bir yerdə 24 kilovot təşkil edir. Akumluyotorları o, təzə almış və həmin akumlyatorların alınmasına 480 manat pul vermişdir. 18 fevral 2016-cı il tarixdə o, evdən çıxıb avtomobili istəmişdir ki, işə salsın. O, avtomobilin işə düşmədiyini görüb səbəbi ilə maraqlanmışdır və ona məlum olmuşdur ki, avtomobilin akumlyotorları yerində yoxdur. Buna görə də baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Onun avtomobilindən oğurlanmış akkumlyatorların markası “Probat” marklı, 190 amperlik akkumulyatorlar olmuş, oğurluq hadisəsi də 18 fevral 2016-ı il tarixinə keçən gecə olmuşdur. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün özünə məxsus olan Kamaz markalı özüaşıran ** CC *** avtomobillə yük daşıyır. O, avtomobili həmişə yaşadığı evin qarşısında saxlayır. 11 fevral 2016-cı il tarixdə, o, həmişə olduğu kimi axşam avtomobili yaşadığı evin qarşısında saxlamışdır. 12 fevral 2016-cı il tarixdə, səhər tezdən o, evdən çıxıb və avtomobilin yanına gəlmişdir ki, avtomomobili işə salsın. Lakin avtomobil işə düşməmiş, baxanda görmüşdür ki, avtomobilin iki ədəd akkumlyatoru qoyulduğu yerdən oğurlanmışdır. Birinci dəfə idi ki, belə bir hadisə baş verirdi. O, özü bir müddət axtarmağa başlamış, maraqlanmışdır, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun avtomobilinin akkumlyatorlarını o, təxminən hadisədən 1 il qabaq almışdır. Birini 240 manata, cəmi 480 manata almışdır. Odur ki, həmin oğurluq nəticəsində ona 480 manat ziyan dəymişdir. Ona məxsus olan avtomobilindən oğurlanmış akkumlyatorların markası «Mutlu» markalı, 190 amperlik akkumlyatorlar olmuşdur, oğurluq hadisəsi də 12 fevral 2016-cı il tarixinə keçən gecə baş vermişdir. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o,ailəsi ilə brilikdə Samux rayonu Kolayr kəndində yaşayır. Onun evi fərdi yaşayış evidir. O, heç bir yerdə rəsmi olaraq işləmir. Ailəsini dolandırmaq üçün özünə məxsus olan Kamaz markalı ** BH *** dövlət nömrə nişanlı avtomobil ilə yük daşıyıb pul qazanıb ailəsini dolandırır. O, avtomobili adətən yaşadığı evin qarşısında saxlayır. Avtomobilin istismarı üçün nəzərdə tutulmuş iki ədəd akkumlyotorları avtomobilin açıq yerində ramanın üstündə quraşdırılır. Onun avtomobili üzərində olan “Mutlu” akkumlyatorları iki ədəd olmuşdur. Çünki həmin avtomobillərə iki ədəd akkumlyator quraşdırılmalıdır. Akkumlyotorun biri 12 kilovotluqdu, ikisi bir yerdə 24 kilovot təşkil edir. Akkumluyotorları o, təzə almışdı və həmin akkumlyatorların alınmasına 550 manat pul vermişdir. 2016-cı ilin mart ayının əvvəllərində o, reysdən gəlib və avtomobili yaşadığı evin qarşısında saxlamışdır. 04 mart 2015-ci il tarixdə o, istəmişdir ki, avtomobili işə salsın. O, avtomobilin işə düşmədiyini görüb səbəbi ilə maraqlanmış və ona məlum olmuşduur ki, avtomobilin akkumlyatorları yerində yoxdur. Buna görə də baş vermiş hadisə ilə bağlı o, Polis Şöbəsinə məlumat verib ərizə yazmışdır. Polisdə aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişlər. Onun avtomobilindən oğurlanmış akkumlyatorların markası «Mutlu» markalı, 190 amperlik akkumlyatorlar olmuşdur, oğurluq hadisəsi də 04 mart 2016-cı il tarixinə keçən gecə baş vermişdir. O, hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün özünə məxsus olan Kamaz-5511 markalı ** BD *** avtomobillə yük daşıyır. O, adətən avtomobili Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yaşayan dayısı qızıgilin evlərinin yanında saxlayır. Belə ki, onun avtomobili qoşquludur, öz həyətində saxlaya bilmir, avtomobili onun həyətinə salmaq olmur. 02 mart 2016-cı il tarixdə o, həmişə olduğu kimi avtomobili gətirib dayısı qızı Nənəşgilin evlərinin qarşısında, yolun kənarında saxlayıb getmişdir. 03 mart 2016-cı il tarixdə səhər saat 08 radələrində o, evdən çıxıb avtomobilinin yanına gəlmişdir. Baxanda görmüşdür ki, avtomobilin akkumlyatorları yoxdur. Kamaz avtomobillərinin akkumlyatorları sağ tərəfdə, arxa təkərlə kabinanın arasında avtomobilin raması üzərində olur. Onu açıb aparmaq çətin deyil. O, başa düşmüşdür ki, akkumlyatoru oğurlayıblar. O, öz istifadəsində olan ***-***-**-** nömrəli telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Avtomobilinin akkumlyatorlarını o, hadisədən təxminən 3 ay əvvəl, hər birini 230 manata, cəmi 460 manata almışdır. Odur ki, həmin oğurluq nəticəsində ona 460 manat ziyan dəymişdir. Avtomobilindən oğurlanmış akkumlyatorların markası 6ST 190 markalı, 190 amperlik akkumulyatorlar olmuş, oğurluq hadisəsi isə 03 mart 2016-cı il tarixinə keçən gecə olmuşdur. Ona dəymiş zərər hal-hazırda ödənilməmişdir, lakin o, dəymiş zərəri tələb etmir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, özü Samux rayonu Mənzil Komunal Təsərrüfat İstehsal Birliyində sürücü işləyir. O, Kamaz markalı avtomobil idarə edir. Avtomobilin hal-hazırda nömrə nişanları tranzitdir. Avtomobil üzərində bütün maddi cavabdehlik onun üzərindədir. 04 mart 2015-ci il tarixdə o, işini gec qurtardığı üçün idarə etdiyi avtomobili gətirib yaşadığı evin qarşısında saxlamışdır. Onun evi Samux şəhərində yerləşir. Avtomobilin qapılarını bağlayıb evinə gedib yatmışdır. Səhər tezdən yuxudan durmuşdur ki, avtomaşına minib işə getsin. Lakin avtomobili işə salmaq istəyəndə görmüşdür ki, işə düşmür. Baxanda görmüşdür ki, avtomobilin akkumlyatorları yerində yoxdur. Həmin akkumlyatorlar “Mutlu” akkumlyatorları olmuşdur. Biri 12 kilovotluq olmuşdur. İki akumluyotorlar bir yerdə 24 kilovotluq olmuşdurlar. Həmin akkumlyatorların birinin dəyəri 240 manat olmaqla, cəmi dəyəri 480 manat təşkil etmişdir. O, həmin akkumlyatorları avtomobilin üstünə yeni quraşdırmışdır, çox bir müddət istismar etməmişdir. Avtomobilin akkumlyatorları avtomaşının raması üzərində açıq yerdə quraşdırılır. Baş vermiş hadisə ilə bağlı o, Polis Şöbəsinə məlumat verib ərizə yazmışdır. Avtomobil ona təhkim olunduğu üçün avtomobilin bütün cavabdehliyini o, daşıyır. Ona məxsus olan avtomobilindən oğurlanan akkumlyatorların markası «Mutlu» markalı, 190 amperlik akkumlyatorlar olmuş, oğurluq hadisəsi isə 04 mart 2016-cı il tarixinə keçən gecə olmuşdur. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, "xxxx" MMC-də şərabçı işləyir. İşlədiyi MMC-də şərab istehsal olunur. Həmin şərabı istehsal etmək üçün isə MMC binasına yaxın yerdə iki ədəd subartezian quyusu fəaliyyət göstərir, rəhbərlik tərəfindən həmin subartezian quyularına nəzarət edilməsi ona həvalə edilmişdir. 2016-cı ilin fevral ayının 13də səhər saatlarında o, artezian quyusuna baxan zaman görmüşdür ki, həmin artezian quyularının birindən 3 ədəd 5 metr, cəmi 15 metr uzunluğunda mis naqil oğurlanmışdır. Həmin vaxt o, digər artezian quyusuna baxmış və oradan uzunluğu təxminən 30 metr uzunluğunda 3 ədəd kabel, cəmi 90 metr kabel oğurlandığını bilmişdir. Qeyd etdiyi əşyalar işlədiyi şirkətə məxsus Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən artezian quyusundan oğurlanmışdır. Oğurluq nəticəsində işlədiyi şirkətə məxsus artezian quyularından cəmi 120 metr uzunluğunda naqil oğurlanmışdır. Həmin oğurluq zamanı "xxxx" MMC-yə cəmi 600 manat dəyərində ziyan dəymişdir. "xxxx" MMC-yə dəymiş zərər hal-hazırda ödənilməmişdir və dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, o, rəsmi olaraq Şəmkir rayonu Dəllər subartezian idarəsində nəzarətçi işləyir. Onun nəzarətində Şəmkir rayonu Sarıtəpə kəndində olan artezian quyularıdır. Həmin artezian quyularına o, cavabdehdir. Nəzarətində olan artezian quyuları ilə Sarıtəpə kənd sakinləri həyətlərini suvarmaq üçün istifadə edirlər. Hər yerləşdiyi yerdən asılı olaraq artezian quyuları Sarıtəpə kənd sakinləri və həmin ərazidə torpaq sahəsi olan digər sakinlərin əkinlərini suvarmaq üçün istifadə edilir. 2016-cı ilin fevral ayının 1-i işlədiyi subartezian idarəsinin onun nəzarətinə verilən artezianlarının mis naqillərinin ümumilikdə 90 metri naməlum şəxs və ya şəxslər tərəfındən oğurlanmışdır. Ona görə də o, bu barədə polis şöbəsinə gəlib ərizə vermişdir. Oğurluq nəticəsində artezian quyularından ümumilikdə 450 manat dəyərində mis naqili kəsilib oğurlanmışdır. Şəmkir rayonu Dəllər subartezian idarəsinə dəymiş zərər hal-hazırda ödənilməmişdir və dəymiş zərərin ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 2015-ci ilin sentyabr ayında atası ona «Kamaz» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili almış və avtomobili onun adına sənədləşdirmişdir. O, həmin avtomobillə yük daşımaqla gəlir əldə edib kreditini ödəmişdir. Onun yaşadığı küçə ensiz olduğundan o, avtomobili adətən yaşadığı evin yanında kənd arası yolda yolların kəsişməsində saxlayır. 12 fevral 2016-ci il tarixdə, saat 16:30 radələrində o, işdən evə gəlmiş, həmişəki kimi Kamazı yaşadığı evin sol tərəf yanında yolda saxlayıb evə daxil olmuşdur. Həmin gün saat 16:55 radələrində o, evində dincələn vaxt atası ona zəng edib Kamazın akkumlyatorlarının qapağının yerdə olduğunu, akkumlyatorların isə yerində olmadığını bildirmişdir. O, dərhal evdən çıxıb küçədə saxladığı Kamazın yanına getmiş, həqiqətən də akkumlyatorun üzərinə qoyulmuş dəmir qapağın açılmış vəziyyətdə olduğunu, akkumlyatorların isə yerində olmadığını görmüşdür. Onlar Kamazın üzərindəki hər biri 190 amper gücündə olan 2 ədəd «Mutlu» markalı akkumlyatorların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması qənaətinə gələrək, DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişlər. O, həmin akkumlyatorları təxminən hadisədən 1-2 ay əvvəl Dəliməmmədli şəhərində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazadan 200 (iki yüz) manata hissə-hissə ödəmək şərti ilə almış, hazırda isə həmin akkumlyatorların birinin dəyəri 300 (üç yüz) manatdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2012-ci ilin mart ayından oğurluq cinayəti baş verən tarixədək "xxxx" X2 Şəmkir layihəsinin düşərgə rəhbəri vəzifəsində işləmişdir. Şirkətin əsas fəaliyyəti Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasından ibarətdir. Bununla əlaqədar olaraq şirkətə məxsus texnikalardan istifadə olunur. 03 fevral 2016-cı il tarixdə səhər saatlarında şirkətin iş icraçısı Ruslan Musayev ona zəng edib bildirmişdir ki, layihə üzrə Şəmkir rayonunun “Kraz” yolu adlanan ərazisində iş görən vaxt naməlum şəxslər tərəfindən şirkətə məxsus texnikalardan ümumilikdə 6 ədəd akkumlyatorlar oğurlanmışdır. O, həmin yerə getmiş, yolun kənarında dayanmış “Doosan” markalı sepli ekskavatordan 2 (iki) ədəd 100 amperlik, “Hyundai” markalı ekskavatordan 2 (iki) ədəd 75 amperlik, Kamaz markalı özüboşaldan avtomobildən isə 2 (iki) ədəd 190 amperlik akkumlyatorların oğurlandığını müəyyən etmişdir. Həmin atvomobillərin üzərindəki akkumlyatorları oğurlayan şəxslərin müəyyən edilməsi istiqamətində şirkət tərəfindən müəyyən araşdırmalar aparılsa da, hər hansı bir nəticə əldə olunmamış və öz vəsaitləri hesabına 6 ədəd akkumlyatorlar alınaraq texnikalar üzərinə qoyulmuşdur. Bundan sonra baş vermiş oğurluq cinayəti barədə Polis Şöbəsinə rəsmi qaydada müraciət olunmuşdur. Baş vermiş oğurluq cinayəti nəticəsində şirkətə məxsus avtomobillərdən 6 ədəd akkumlyatorlar oğurlanmış və ümumilikdə şirkətə 950 manat maddi ziyan dəymişdir. “Doosan” markalı sepli ekskavatordakı akkumulyator 100 amperlik, «TAB» markal akkumulyator olmuş, hər birinin qiyməti 140 manatdır, «Hyundaı» markalı ekskovatordakı akkumulyator 75 amperlik olmuş, markası «Vortex» markalı olmuşdur, hər birinin qiyməti 105 manatdır, Kamaz markalı avtomobildəki akkumulyator isə 190 amperlik olmuş, markası «Probat» markalı olmuşdur, hər birinin qiyməti 230 manat olmuşdur. Ümumilikdə şirkətə 950 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, rəsmi olaraq Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yerləşən "xxxx" yanacaqdoldurma məntəqəsində mühasib vəzifəsində işləmişdir. 05.02.2016-cı il tarixdə səhər saatlarında o, iş yerinə gələn zaman görmüşdür ki, yanacaq doldurma məntəqəsinin həyətində olan artezian quyusunun 70 metr mis naqili naməlum şəxs tərəfındən kəsilib oğurlanmışdır. O, həmin mis naqilinin bir metrini 5 manata almışdır. Oğurluq nəticəsində şirkətə 350 manat dəyərində ziyan dəymişdir. Oğurluq olmuş artezian quyusu şirkətə aiddir, şirkətin tələbatını ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin sentyabr ayında o, oğlu Zərərçəkmiş şəxs9 «Kamaz» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili almış və avtomobili oğlunun adına sənədləşdirmişdir. Zərərçəkmiş şəxs9 həmin avtomobillə yük daşımaqla gəlir əldə edib kreditini ödəyir. Onların yaşadığı küçə ensiz olduğundan oğlu Zərərçəkmiş şəxs9 avtomobili adətən yaşadığı evin yanında kənd arası yolda yolların kəsişməsində saxlayır. 12 fevral 2016-ci il tarixdə, saat 16:30 radələrində oğlu Zərərçəkmiş şəxs9 işdən evə gəlmiş, həmişəki kimi Kamazı yaşadığı evin sol tərəf yanında yolda saxlayıb evə daxil olmuş və istirahət etməyə başlamışdır. Həmin gün saat 16:45 radələrində o, küçəyə çıxıb avtomobilə nəzər salmış və Kamaza pilləkən düzəltdirmək barədə fikirləşmişdir. O, avtomobilə nəzər salıb saat 16:53 radələrində ölçü işləri görmək üçün metrə götürmək məqsədilə evə daxil olmuş, metrəni götürüb küçəyə çıxaraq avtomobilin yanına gedəndə Kamazın akkumlyatorlarının üzərindəki dəmir qapağın yerdə olduğunu görmüşdür. Sonra akkumlyatorlar olan hissəyə baxanda hər biri 190 amper gücündə olan 2 ədəd «Mutlu» markalı akkumlyatorların yerində olmadığını görmüşdür. O, bu barədə evdən və qonşulardan maraqlansa da, heç kim oğlu Arzuya məxsus Kamaz markalı avtomobilin üzərindəki akkumlyatorları görmədiklərini bildirmişlər. Onlar Kamazın üzərindəki 2 ədəd «Mutlu» markalı akkumlyatorların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması qənaətinə gələrək DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişlər. Həmin akkumlyatorları hadisədən təxminən 1-2 ay əvvəl Dəliməmmədli şəhərində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazadan 200 (iki yüz) manata hissə-hissə ödəmək şərti ilə almışlar, hazırda isə həmin akkumlyatorların dəyəri 300 (üç yüz) manatdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Gəncə şəhəri Avtozavod qəsəbəsində müvəqqəti olaraq metal qəbulu məntəqəsi işlətmişdir. 2016-cı ilin fevral ayının ortalarında əvvəl tanımadığı, sonradan adını Nizami kimi bildiyi şəxs onun işlətdiyi obyektə gələrək iki ədəd akkumlyator, bir də missqurğuşun gətirib metal kimi satacağını bildirmişdir. O, Nizami ilə danışanda sonuncu bildirmişdir ki, atasının Kamaz markalı avtomobili olmuşdur, o vaxtdan akkumulyatorlar qalmışdır, mis-qurğuşunu da özü qalıq miss və aliminium hissələrdən əridib topladığını bildirmişdir. O da akkumulyatorları 20- 25 manata almış, mis və qurğuşun ərintilərini də çəkib çəki hesabına götürmüşdür, ondan sonra Nizami onun işlədiyi obyektə gəlməmişdir. Nizaminin ona satdığı akkumlyatorun birini yoldan keçən tanımadığı bir şəxsə 45 manata satmış, biri qalmış, onu da Şəmkir polisində gəlib onun iştirakı ilə baxış keçirib götürmüşlər. Nizami ona akkumlyatorların və mis-qurğuşun hissələrin oğurluq olmasını deməmiş, onun bundan hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə ünvanlamış teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərəri tələb etmir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs “Akkord X2” MMC-nin məhkəməyə ünvanlamış ərizəsindən görünür ki, MMC-yə dəymiş 950 manat məbləğində zərərin ödənilməsi təqsirləndirilən şəxslərdən tələb edilir, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmiş və məhkəmə iclasının həmin MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs Şəmkir şəhəri ərazisinə fəaliyyət göstərən "xxxx" yanacaqdoldurma məntəqəsinin direktoru tərəfindən məhkəməyə ünvanlamış ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən dəymiş zərəri tələb etmirlər, təqsirləndirilən şəxslərdən şikayətçi deyillər, təqsirləndirilən şəxslərin barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 fevral 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Goranboy rayonunun Xoylu kənd sakini Şahid1 yaşadığı evin yaxınlığına baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28 fevral 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Samux rayonunun Zazalı kənd sakini Zərərçəkmiş şəxs10 yaşadığı evin yaxınlığına baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 fevral 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Kamaz markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və oğurluq cinayəti törədilən vaxt avtomobilin dayandığı yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Şəmkir şəhəri Dostluq küçəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer «Akkord X2» MMC-yə məxsus avtomaşınların müvəqqəti olaraq dayandığı yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Şəmkir rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Şəmkir rayonu Sarıtəpə kənd sakini Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Şəmkir şəhərində yerləşən "xxxx" MMC-nin ərazisindəki artezian quyularının yerləşdiyi yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Şəmkir rayonu Sarıtəpə kəndində Dəllər subartezian idarəsinə məxsus quyuya baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yerə Şəmkir rayonu Sarıtəpə kəndində Zərərçəkmiş şəxs6 məxsus artezian quyusuna baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Kamaz markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə və oğurluq cinayəti törədilən vaxt avtomobilin dayandığı yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şəmkir rayonu Muxtariyyə yolunun Bakı-Qazax yoluna tərəf olan hissəsində dayanmış Zərərçəkmiş şəxs7 məxsus Kamaz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yerə, yəni Şəmkir şəhərində Bakı-Qazax yolunun kənarında yerləşən "xxxx" yanacaq doldurma məntəqəsinin həyətində yerləşən artezian quyusuna baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayətinin baş verdiyi yerə, yəni Şəmkir rayonu Seyfəli kəndində Zərərçəkmiş şəxs8 məxsus artezian quyusuna baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 mart 2016-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq cinayətinin baş verdiyi yer Samux rayonu Sərkar kənd sakini Zərərçəkmiş şəxs11 yaşadığı evə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 mart 2016-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı bir ədəd akkumlyator Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 mart 2016-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə götürülmüş bir ədəd akkumlyator digər iki ədəd akkumlyatorlarla birlikdə sahibi vətəndaş Zərərçəkmiş şəxs3 təqdim olunmuşdur. Zərərçəkmiş şəxs3 həmin akkumlyatorlara nəzər salaraq bildirmişdir ki, həmin üç ədəd akkumlyatorların arasında olan bir ədəd akkumlyator ona məxsusdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11 mart 2016-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ifadəsinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 may 2016-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs1 məxsus Kamaz markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etdiklərini etiraf etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 may 2016-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs1 məxsus Kamaz markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq törətdiklərini etiraf etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş 1 (bir) ədəd akkumlyator cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır, məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Prime Legal Ekspertiza və Hüquq şirkətinin 10.03.2020-ci il tarixli, 45 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 190 amperlik «Mutlu» markalı akkumulyatorun bir ədədinin qiyməti 180 manata, 75 amperlik «Vortex» markalı akkumulyatorun bir ədədinin qiyməti 50 manat, 100 amperlik «TAB» markalı akkumulyatorun qiyməti 80 manata, 190 amperlik «Probat» markalı akkumulyatorun qiyməti 150 manata, 190 amperlik «6 ST-190» markalı akkumulyatorun bir ədədinin qiyməti 150 manata olmuş, hind quşlarının, mis naqillərin əmtəə-keyfiyyət göstricələri kifayət etmədiyi üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Artezian quyusunda istifadə edilən iri ölçülü ventil bağlayıcının qiyməti 40 manata olmuşdur. Həmçinin bir ədəd elektrik drelin qiyməti 15 manata, elektrik laqondanın qiyməti 25 manata, elektrik prefaratorun qiyməti 80 manata, elektrik mişarın qiyməti 20 manata, mis qazanın qiyməti 20 manata, mis tiyənin qiyməti 20 manata, mis güyünün qiyməti 25 manata olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 mart 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən Şahid2 ilətdiyi metal qəbulu məntəqəsindən götürülmüş 1 (bir) ədəd akkumlyatorun cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş, istintaq zamanı zərərçəkmiş şəxslərin dəymiş ziyanla bağlı ifadələrində göstərdikləri məbləğlər iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğlərlə ziddiyət olduğu üçün zərər çəkmiş şəxslərin göstərdiyi məbləğlər əsas götürülmüşdür. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğlunun isə Cinayət 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləri zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir və onların həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2005-ci il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, “Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə, həmçinin təqsirləndirilən şəxslərin özlərinin ifadələri ilə də təsdiq edilmişdir ki, təqsirləndirilən şəxslər özgə əmlakının talanmasına yönəlmiş cinayətkar niyyətlərini həyata keçirməmişdən əvvəl öz aralarında razılaşmışlar və qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 13.03.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmələrini və barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, həmçinin təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları, eyni zamanda təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 04 mart 2016-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 04 mart 2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.03.2016-cı il tarixli qərardan görünür ki, Zeynalov X1 Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.03.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılndığı Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi olaraq hər biri 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir və onlar məhkəmə iclas zalında dərhal həbs edilməlidir, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş, maddi sübut kimi tanınmış 1 (bir) ədəd akkumlyatorun sahibi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "Prime Legal Ekspertiza və Hüquq şirkəti"nin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlar dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 60 iş saatı, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 60 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pul köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 17.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 17.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "Prime Legal Ekspertiza və Hüquq şirkəti"nin hesabına keçirilsin. İşi üzrə maddi sübut Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş 1 (bir) ədəd akkumlyatorun hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat və X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-15/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-15/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver