Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-152/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatət verərək həmin cinayət işi üzrə məhkəmə aidiyyətinin Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olduğunu bildirib cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan edilmiş ittihama əsasən cinayət əməli Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisində törədilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, 08.01.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə eyni tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 08.01.2021-ci il tarixdə, saat 09 radələrində ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri, 28 May küçəsində yerləşən X1 Mərkəzinə gedərək oradakı insanlarla təxminən yarım saat təmasda olmaqla, həmçinin 09.01.2021-ci il tarixdə, saat 12:12 dəqiqədən həmin tarixdə saat 19:24-dək ünvan 3 ünvanında, eyni tarixdə saat 19:24-də Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı ərazisində, eyni tarixdə saat 19:30-dən 12.01.2021-ci il tarixə, saat 09:43-dək ünvan 3 ünvanında, eyni tarixdə saat 09:43-də ünvan 5də saat 11:13-dən 13.01.2021-ci il tarixə, saat 10:54-dək ünvan 3 ünvanında, eyni tarixdə saat 10:54–dən saat 12:10-dək ünvan 6at 12:10-dən saat 18:38-dək ünvan 3 ünvanında, eyni tarixdə saat 18:38-də ünvan 6at 18:40-dən 14.01.2021-ci il tarixə, saat 09:21-dək ünvan 3 ünvanında, 14.01.2021-ci il tarixdə, saat 09:21-də ünvan 7 16 saylı məktəbin yanında qeyri-yaşayış binasında, eyni tarixdə saat 17:06-də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında, eyni tarixdə saat 17:38-də ünvan 8əsişməsində, eyni tarixdə saat 19:59-də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında, eyni tarixdə saat 20:48-də ünvan 8əsişməsində, 15.01.2021-ci il tarixdə, saat 12:09-də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında, eyni tarixdə saat 13:43 və saat 15:14-da ünvan 8əsişməsində, eyni tarixdə saat 15:51-də ünvan 9 ünvanında, eyni tarixdə saat 16:05-da ünvan 101-ci il tarixdə saat 09:50-də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında, eyni tarixdə saat 09:53-dan saat 12:44dək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62 ünvanında, 19.01.2021-ci il tarixdə, saat 12:44də və saat 19:20-də ünvan 8əsişməsində, 20.01.2021-ci il tarixdə, saat 10:03-dən saat 13:04-dək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62 ünvanında, eyni tarixdə saat 13:04-də, eləcə də 21.01.2021-ci il tarixdə, saat 12:42-də və saat 12:42-də ünvan 8əsişməsində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs cinayət əməli 21.01.2021-ci il tarixdə, saat 12:42-də ünvan 8əsişməsində başa çatmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin 08 iyun 2021-ci il tarixli, 03/530 saylı məktubundan görünür ki, Gəncə şəhəri, T.Arani küçəsi (indiki A.Bayrağı) ilə Ş.İ.Xətai prospektinin kəsişməsi Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan edilmiş ittihama əsasən cinayət əməlinin başa çatdığı ünvan 8əsişməsi ərazi yurisdiksiyasına görə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü, 74.1-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74.1, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilsin. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-152/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-152/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver