Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-153/2021 09.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2ində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs), 15.12.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 21.12.2020-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək özünütəcrid müddətini yaşadığı evdə keçirməli olduğu halda 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək olan özünütəcrid müddəti ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 20-ci küçədə yerləşən fərdi yaşayış evini mütəmadi olaraq tərk edib işlədiyi Gəncə şəhəri, M.Bağı, 14 saylı binanın arxasında yerləşən avtoyuma məntəqəsinə getməklə və istintaq zamanı müəyyən edilməmiş digər yerlərdə olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozaraq yeni növ koronavirus infeksiyasınınyayılması üçün real təhlükə yaratmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla evdə yoldaşı Şahid1 Nurəddin qızı, 2011-ci il təvəllüdlü X1 və 2012-ci il təvəllüdlü X2 yaşamış və o, fərdi əmək kimi Gəncə şəhəri, M.Bağı qəsəbəsində yerləşən avtoyuma məntəqəğsində yuyucu işləmişdir. 15.12.2020-ci il tarixdə qonşuluqda yaşayan bir nəfər qadına tibbi yardım göstərilməsi üçün təcili Tibbi Yardım maşının gəlməsini görmüş, o, həmin avtomaşında olan tibb işçilərinə yaxınlaşıb, şübhədən çıxmaq üçün onu da “COVİD-19” xəstəliyinin olub-olmamasını müəyyən etmələrinə görə analiz götürmələrini xahiş etmiş, həmin gün tibb işçiləri ondan yaşadığı evdə “COVİD-19” xəstəliyinə yoluxub-yoluxmadığını müəyyən etmək üçün burnundan selik nümunəsi götürmüşlər. 21.12.2020-ci il tarixdə səhər saatlarında onun istifadəsində olan ***-***-**-** mobil nömrəsində onun “COVİD-19” virusuna yoluxması və yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq müsajı gəlmiş, həmin vaxt o, işdə olmuş və işini yarımçıq qoyaraq evə getməmişdir. İşini qurtardıqdan sonra saat təxminən 20 radələrində işlədiyi Gəncə şəhəri M.Bağı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən yaşadığı evə getmiş, 22.12.2020-ci il tarixdə sahə həkimi tərəfindən zəng edilərək “COVİD-19” testinin pozitiv çıxması bildirilərək səhhəti barədə maraqlanılmış, o, özünü normal hiss etdiyini bildirmiş, ona xəstəliyin müalicəsi ilə bağlı tövsiyələr verilmiş və dərman preparatları göndəriləcəyi bildirilmiş, həkim tərəfindən onun yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, daha sonra onun yaşadığı ünvana dərman preparatları göndərilmiş, lakin o, özünü yaxşı hiss etdiyi üçün xəstəliyə yoluxmağına baxmayaraq mütəmadi olaraq 22.12.2020-ci il tarixdən yenədə öz işlədiyi avtoyuma məntəqəsinə getmiş, müştərilərlə ünsiyyət quraraq avtomobillərini təmizləyib xidmət gösərmişdir. O, özünütəcrid müddətində, mütəmadi olaraq yaşadığı evi tərk edərək işlədiyi avtoyuma məntəqəsində, müxtəlif mağazalara, apteklərə, tərəvəz mağazalarına getmiş və ictimai nəqliyyatdan istifadə etmiş və işlədiyi zaman çox vaxt maskadan istifadə etməmişdir. Bundan başqa 05.01.2021-ci il tarixdə onun mobil telefonina mesaj gəlmiş və ona özünütəcrid müddətinin başa çatması bildirilmişdir. O, xəstəliyi ağır keçirməmiş, həmin gün həkim tərəfindən ona bir daha zəng edilərək özünütəcrid müddətinin başa çatması bildirilmişdir. 13.01.2021-ci il tarixdə polis əməkdaşı tərəfindən ona zəng edilərək özünütəcrid müddətində, yəni 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixə kimi yaşadığı evi tərk edib-etməməsi soruşulmuş, o, həmin müddət ərzində hər gün yaşadığı evi tərk etməsini səmimi olaraq etiraf etmişdir. Daha sonra polis əməkdaşı Seymur Arikov ilə birlikdə işlədiyi avtoyuma məntəqəsində getmiş, avtoyuma məntəqəsində kameranın yaddaşında qalmış görüntülərə baxmış və həmin görüntülərdə də onun özünütəcrid müddətində olduğu dalbadal bir neçə gün avtoyuma məntəqəsində maskasız vəziyyətdə avtomobilləri yuması aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdr ki, o, fərdi əmək kimi Gəncə şəhəri, M.Bağı qəsəbəsində yerləşən avtoyuma məntəqəsində yuyucu işləmiş, Təqsirləndirilən şəxs onun keçmiş iş yoldaşı olmuş və həmin avtoyuma məntəqəsində yuyucu işləmişdir. Orxan və ondan başqa həmin avtoyuma məntəqəsində heç kim işləməmişdir. 2021-ci ili mart ayının əvvəllərindən Orxan həmin avtoyuma məntəqəsində işləməmiş, onun Orxanla münasibəti yaxşı olmuş və Orxanla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2021-ci ili yanvar ayının ortalarında polis əməkdaşı Şahid3 tərəfindən avtoyuma məntəqəsinin müşahidə kameralarına baxış keçirilmiş, kamera görüntülərinə baxış zamanı Orxan 2020-ci ilin dekabr ayının sonlarından 2021-ci ilin yanvar ayının əvvəllərinə qədər avtoyuma məntəqəsində mütəmadi olaraq işlədiyi müəyyən edilmişdir. Həmin vaxr polis əməkdaşı tərəfindən ona Orxanın “Covid 19” testinin pozitiv çıxması və xəstəliyə yoluxması barədə məlumat verilmiş, məhz ona bu zaman Orxanın “Covid 19” xəstəliyinə yoluxduğu məlum olmuşdur. Ondan şifahi olaraq 2020-ci ilin dekabr ayının sonlarından 2021-ci ilin yanvar ayının əvvəllərinə kimi işə gəlibgəlməməsi soruşulmuş, o, Orxanla birlikdə fasilə vermədən mütəmadi olaraq avtoyuma məntəqəsində işlədiklərini demişdir. Ona polis əməkdaşı tərəfindən məlumat verildikdən sonra bu barədə məlumatı olmuş, Orxan ona xəstəliyə yoluxması barədə məlumat verməmişdir. İşdə olan ondan başqa Orxanla intensiv əlaqədə heç kim olmamış, müştərilər avtomobillərini yumaq üçün verib məntəqənin kənarında gözləmiş və ya çıxıb getmişlər. O, testdən keçməmiş və səhətində hər hansı narahatçılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdr ki, o, Gəncə şəhər 5 saylı poliklinikada sahə həkimi vəzifəsində çalışır. İxtisası terapevtdir. Koronavirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstəliyinin vəziyyəti ilə ilə maraqlanmış, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada, stasionar şəkildə, vəziyyəti yüngül olanlar esə ev şəraitində müalicə almışlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyatı üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilmiş və klinikanın ərazisində yaşayan həmin sakinlərə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət etmişlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Ələd etdikləri tibbi məlumatlarəsasında və praktiki olaraq həmin 14 gün müddətində müalicə əsasında xəstəsağalmalı olduğunu müəyyən etmişlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 3 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə vermiş olduğu COVİD -19 testinin nəticəsinin 21.12.2020-ci il tarixdə pozitiv çıxdığını və ev şəraitində müalicəalmalı olmasını müəyyən etmişdir. 21.12.2020-ci il il tarixdə şəxsin adına ambulator xəstənin tibbi kartası açılmış, bundan sonra istifadəsində olan 055 585 79-19 nömrə ilə Təqsirləndirilən şəxsn un istifadəsində olan 055 685 61 50 saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmış, bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyi bildirilərək yaşayış yerini tərk etməməyi, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstəliyinə yoluxduracağını bildirmişdir. Təqsirləndirilən şəxsla telefon danışıqlarından sonra Orxanın evinə onlar tərəfindən dərman paketi göndərilmiş, həmin dərman paketi göndərildikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlanılaraq dərman preparatlarından hansı qaydada istifadə etməli olduğunu bildirmişdir. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 04.01.2021-ci il tarixdə onun səhhətində hər hansı bir narazılıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs Ayaz oğlunda “COVİD 19” virusu aşkar edilmiş. Və 21.12.2020-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə Orxanın özünə məlumat verilmiş, həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək karantin rejimi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs 21.12.2020-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və ev şəraitində müalicə almalı olmuş, Orxanın 21.12.2020-ci il tarixdən etibarən özünütəcrid müddətində yaşadığı evi tərk etməməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Şahid1 ifadəsindən görünür ki, onunla birlikdə həmin evdə yoldaşı Təqsirləndirilən şəxs, 2011-ci il təvəllüdlü X1 və 2012-ci il təvəllüdlü oğlu X2 yaşamış və o, Gəncə şəhəri mərkəzi klinik xəstəxanasında arxiv operatoru işləmişdir. 15.12.2020-ci il tarixdə qonşuluqda yaşayan bir nəfər qadına tibbi yardım göstərilməsi üçün gələn təcili yardım işçiləri tərəfindən yoldaşı Orxanın xahişi ondan yaşadıqları evdə “COVİD-19” xəstəliyinə yoluxub-yoluxmamasını müəyyən etmək üçün burnundan sülik nümunələri götürülmüşdür. O, işlədiyi xəstəxanada test vermiş və on un testi veqativ çıxmış, buna görə də testdən keçməmişdir. 21.12.2020ci il tarixdə axşam saatlarında Orxan yaşadıqları evə gələn zaman ona “COVİD 19“ testinin pozitiv çıxması ilə bağlı mobil telefonuna gəlmiş mesajı göstərmiş, 22.12.2020-ci il tarixdə sahə həkimi tərəfindən zəng edilərək “COVİD 19” testinin pozitiv çıxması bildirilərək Orxanın səhhəti barədə maraqlanılmışdır. Orxan özünü normal hiss etdiyini bildirmiş, Orxana xəstəliyin müalicəsi ilə bağlı tövsiyyələr verilmiş və dərman preparatları göndəriləcəyi bildirilmişdir. Həkim tərəfindən Orxana yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, daha sonra yaşadıqları ünvana dərman preparatları göndərilmişdir. Lakin Orxan özünü yaxşı hiss etdiyi üçün xəstəliyə yoluxmasına baxmayaraq mütəmadi olaraq 22.12.2020-ci il tarixdən yenədə öz istədiyi avtoyuma məntəqəsində getmişdir. Orxan özünü təcrid müddətində mütəmadiolaraq yaşadıqları evi tərk edərək işlədiyi avtoyuma məntəqəsində, müxtəlif mağazalara, apteklərə, tərəvəz mağazalarına getmiş və ictimai nəqliyyatdan istifadə etmişdir. Bundan sonra 05.01.2021-ci il tarixdə Orxanın mobil telefonuna mesaj gəlmiş və ona özünü təcrid müddətinin başa çatması bildirilmişdir. Orxan xəstəliyi ağır keçirməmiş, həmin gün həkim tərəfindən Orxana bir daha zəng edilərək özünütəcrid müddətinin başa çatması bildirilmişdir. Orxandan başqa ailə üzvlərindən heç kəs xəstəliyə yoluxmamışdır. Orxan mütəmadi olaraq 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixə kimi öz işlədiyi avtoyuma məntəqəsində getmiş, Orxanın başqa haralara getməsini və Orxanın hansı şəxslərlə intensiv əlaqədə olmasını bilməmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid- Şahid3 ifadəsindən görünür ki, o, 2009-cu ildən X3, 2020-ci ilən isə tutduğu vəzifədə xidmət etmişdir. Polis Əmkdaşlarının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də yayılmış, “COVİD !(“ virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmu və ambulator müalicəyə buraxılmışxəstənin sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilmişdir. Bununla bağlı X4 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin Məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 13.01.2021-ci il tarixdə onlar tərəfindən Gəncəşəhəri, Cavadxan küçəsi, 2-ci döngə, ev 2-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs “COVİD 19” pozitiv çıxdığı üçün 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək tətbiqedilmiş özünütəcrid müddətində mütəmadi olaraq yaşadığı evi tərk edərək işlədiyi Gəncə şəhəri M.Bağı qəsəbəsində yerləşən avtoyuma məntəqəsinə getmişdir. Bundan sonra həmin gün, yəni 13.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 055 685 61 50 saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs işlədiyi avtoyuma məntəqəsində olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinə getmiş, Təqsirləndirilən şəxs 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək “COVİD 19” xəstəsi olduğu üçün tətbiq edilmiş karantin tədbirləri zamanı yaşadığı evi tərk edib-etməməsi barədə soruşulan zaman Təqsirləndirilən şəxs həmin müddət ərzində mütəmadi olaraq yaşadığı evi tərk etməsini bildirmişdir.Təqsirləndirilən şəxs iştirakı ilə avtoyuma məntəqəsinin müşahidə kameralarının götürülməssiə baxış keçirilmiş, texniki səbəblərdən ancaq 4 gününü görüntülərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 28.12.2020, 30.12.2020, 31.12.2020 və 01.01.2021-ci il tarixlərdə avtoyuma məntəqəsində olduğu müəyyən edilmişdir. Ortxan Məmmədovava onlar tərəfindən yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək karonavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və İXM-nin müvafiq maddəsi ilə nəsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra həmin faktla raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs mütəmadi olaraq özünü təcrid müddətində yaşadığı evi tərk edərək ictimai yerlərdə olması barədə məlumat olsa, həmin ictimai yerlər konkret olaraq müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixinevroloji Dispanserinin 15.01.2021-ci il tarixli verilmiş 395 saylı arayışdan görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən 30.01.2021-ci il tarixdə verilmiş 344 saylı arayışdan görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 15.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müşahidə kameralarının vaxt görünümü ilə 28.12.2020, 30.12.2020, 31.12.2020 və 01.01.2021-ci il tarixlərdə avtoyuma məntəqələrində olmuş və müxtəlif avtomobilləri yumuşdur. Görüntülərdən Təqsirləndirilən şəxs avtomobil yuyan zaman tibbi maskadan istifadə etmədiyi müəyyən edilir. Təqsirləndirilən şəxs görüntülərdə avtomobil yuyan şəxsin ğzü olmasını bildirdi. Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə də məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06.03.2021-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 1 ədəd “Ambulator tibbi kartaya” baxış zamanı tibbi kartanın 1-ci vərəqində tibbi kitabça 22.12.2020-ci il tarixdə “COVİD-19 testi pozitiv çıxmış 1990-cı il təvəllüdlü, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs aadına açılmışdır. Tibbi kartoçkanın növbəti vərəqələrində görünür ki, 22.12.2020-ci tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanılmış, xəstənin və ziyyəti və şikayətləri öyrənilmiş, evdən çıxmaması və müalicəni davam etdirməsi bildirilmişdir. Xəstənin deməsinə görə, şikayətlərinin döş qəfəsində ağrılarının, 37.5 dərəcı hərarətin olması, dad və iy bilmənin olmamasıdır. Bundan başqa Təqsirləndirilən şəxs Ayaz oğlu ilə 24.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə şikayətləri tez-tez tərləmədən, döş qəfəsindəki ağrıların olmasındadndır. Bundan başqa Təqsirləndirilən şəxs ilə 27.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə şikayətləri tez-tez tərləməsi və iştahın olmamasıdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə 30.12.2020-ci il tarixdə telefon əlaəsi saxlanılmış, xəstəyə evdə qalmaq, ətraf mühitlə əlaqə saxlamamaq, təmizliyə riayət etmək tapşırılmışdır. Xəstənin vəziyyəti kafidir, tənəffüsündən, iştahının zəif olmasındandır. Bundan başqa Təqsirləndirilən şəxs ilə 13.01.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstəyə evdə qalmaq, ətraf mühitlə əlaqə saxlamamaq tapşırılmışdır. Xəstənin vəziyyəti yaxşılaşmışdır. 05.012021-ci il tarixdə xəstə sağlamlığı üçün ambulator tibbi karta bağlanır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Qeydiyyat kitbçasına görə baxış zamanı 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21.12.2020-ci il tarixdə 5 saylı poliklinikada qeydiyyata alınması müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 21.12.2020-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək özünütəcrid müddətini yaşadığı evdə keçirməli olduğu halda 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək olan özünütəcrid müddəti ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 20-ci küçədə yerləşən fərdi yaşayış evini mütəmadi olaraq tərk edib işlədiyi Gəncə şəhəri, M.Bağı. 14 saylı binanın arxasında yerləşən avtoyuma məntəqəsinə getməklə və istintaq zamanı müəyyən edilməmiş digər yerlərdə olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozaraq yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli 1(044)-70/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdulaşdırılması cəsasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdulaşdırılması cəsasına məhkum edilməsi hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 18.03.2021-ci il tarixli 944 saylı məktubdan görünür ki, COVİD – 19 Milli Məlumat bazasında ünvan 3-də yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21.12.2020-ci ildə Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Hərarəti olduğu üçün 16.12.2020-ci ildə yaxma götürülmüşdür. Xəstənin müalicə müddəti 21.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək evdə olmuşdur. Ailə kontaktı–yoldaşı: Şahid1 Nurəddin qızı, övladları- Məmmədzadə Ayaz Orxan oğlu, X2. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmaması və cəzasını yüngülləşdirən halların mövcudluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 7(043)-44/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-70/2019 saylı, 20.05.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 24 (iyirmi dörd) günü , Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimlicəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 26.04.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və o, məhkəmə iclas zalından dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılması və qərarın icrasının Gəncə şəhəri Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdən cəzasını çəkib qurtarmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan19.03.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-153/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-153/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver