Məhkəmə qərarları › İş №1(044)-154/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-154/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-154/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, M.Hacıyev küçəsi,4-cü döngə,ev 2A ünvanında qeydiyyatda olan və Gəncə şəhəri,S.Qazıyeva küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində M.C.Paşayev küçəsində yerləşən “Yanacaq Doldurma” məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək yumruqla qəsdən vuraraq, onun sol göz nahiyəsinin hematoması, burun nahiyəsinin əzilməsi, sol dirsək oynaqı nahiyəsinin sıyrığı, sol qılça nahiyəsinin qançırı yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir,fərdi əmək kimi fəhləliklə məşğul olur, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Əvvəllər aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində özünə məxsus VAZ 21011 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşını təmir etdirmək üçün Gəncə şəhər Yeni Gəncə qəsəbəsində avtomobillərin təmiri emalatxanasına gedən zaman yolda dayısı oğlu Elyar ilə qarşılaşmış, həmin vaxt Elyar ondan hara getdiyini soruşmuşdur. O, avtomaşını təmir etdirməyə getdiyini bildirmişdir. Həmin vaxt Elyar azyaşlı oğlu ilə birlikdə onun idarə etdiyi avtomaşına əyləşmiş ,birlikdə avtomobillərin təmiri yerinə getmişdirlər. Orada usta avtomaşını təmir edən zaman Elyar azyaşlı oğlu ilə avtomaşında əyləşib gözləmişdir. Elşən isə yerdə usta ilə söhbət etmişdir. Həmin vaxt Elyarın oğlu avtomaşının siqnalını bir neçə dəfə səsləndirdiyi üçün Elyardan xahiş etmişdir ki, uşağına nəzarət etsin. Bundan sonra Elyar ilə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elyar avtomaşından düşərək onun üstünə gəlmiş, Elyarın azyaşlı oğlu isə avtomobildə qalmışdır. Həmin vaxt Elyar nalayiq ifadələr işlətdiyi üçün, yumruq zərbəsi ilə Elyarın sifət nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Elyar azyaşlı oğlu Şəhriyarı götürüb oradan getmişdir. Sonra Elyarın əqli qüsurlu olan qardaşı Əbili onun yaşadığı evə gələrək mübahisə yaratmışdır. Hadisədən sonra hərəkətlərindən peşman olmuş və Elyardan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. Elşənlə əvvəllər aralarında heç bir ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində azyaşlı oğlu Şəhriyarla birlikdə küçə ilə gedərkən Elşənlə qarşılaşmış həmin vaxt Elşən idarə etdiyi VAZ 21011 markalı qırmızı rəngli avtomobilini saxlayıb onunla görüşmüş sonunda avtomobili təmir etdirmək üçün Gəncə şəhəri M.C.Paşayev küçəsində yerləşən maşın təmiri sexinə getmişlər, orada Elyarın oğlu Şəhriyar Elşənin avtomobilinin siqanlını səsləndirmişdir. Buna görə Elşən Şəhriyara nalayiq ifadələr işlətmişdir. Bundan sonra yolun kənarında Elşənlə aralarında mübahisə yaranmış, mübahisə zamanı Elşən yumruqla onun sol göz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra o, azyaşlı oğlu Şəhriyarı götürüb yaşadığı evə getmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər Şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 1654 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol göz nahiyəsinin hematoması,burun nahiyəsinin əzilməsi,sol dirsək oynaqı nahiyəsinin sıyrığı,sol qalça nahiyəsinin qançırı– bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində M.C.Paşayev küçəsində yerləşən “Yanacaq Doldurma” məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək yumruqla qəsdən vuraraq,onun sol göz nahiyəsinin hematoması,burun nahiyəsinin əzilməsi,sol dirsək oynağı nahiyəsinin sıyrığı,sol qılça nahiyəsinin qançırı yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin fakt üzrə barəsində cinayət təqibi rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsmüdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi2 tərəfindən 5 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Müdafiəçi2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Cinayət əməlini törətmiş şəxsTəqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülsün (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Nünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar