Məhkəmə qərarları › İş №1(044)-155/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-155/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-155/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs İsmayılov Vüqar Cəmil oğlunun iştirakı ilə, 10 may 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxt və şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, ümumi təmiz çəkisi 436,097 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPİ-nə daxil olmuş məlumat əsasında 27 fevral 2021-ci il tarixdə saat 19:00-da Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, M.Müşfiq küçəsi, APU-nun korpusunun yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol qoltuqaltı hissəsindən 1 ədəd üzərində “Bravo” sözü yazılmış sellofan torbanın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, təmiz çəkisi 435 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə 2017-ci il tarixdə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş və 2019-cu il tarixdə azadlığa çıxmışdır. Onun bədənində olan ağrılarını, əsəblərini sakitləşdirmək üçün bəzən narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə çay kənarında yabanı halda bitmiş kollardan yığmaqla əldə etmişdir. Sonuncu dəfə 2020-ci ilin təxminən yay aylarında o, narkotik vasitə əldə etmək üçün Kür çayının Samux rayon hissəsindən keçən kənarına gedib oradan yabanı halda bitmiş və artıq quru halda olan marixuana kollarından bir qədər yığıb yaşadığı evə gətirmiş və az-az istifadə etməyə başlamışdır. Həmin kütləni sellofanın içərisində çox vaxt üzərində saxlayırmış ki, kiminsə əlinə düşməsin və lazım olan kimi istifadə etsin. 27.02.2021-ci il tarixdə saat 19 radələrində o, evinə gedərkən marixuana kütləsi üzərində olmuşdur. O, Gəncə şəhəri, M.Müşfiq küçəsi, APU-nin korpusunun yaxınlığında olarkən iki nəfər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Nizami RPİ-nə dəvət etmişlər. O, artıq cinayət əməlinin ifşa olunduğunu başa düşüb onlarla razılaşmış və Nizami rayon polis idarəsinə getmiş, şübhəli şəxs qismində tutularaq müdafiə hüquqları təmin edilməklə müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli qış gödəkçəsinin sol qoltuqaltı hissəsində saxladığı şəffaf rəngli sellofan torbanın içərisində olan marixuana aşkar edilmişdir. Sorğu zamanı o, həmin kütləni 2020-ci ilin yay aylarında Kür çayının sahilindən yığdığını və özü istifadə etmək üçün saxladığını bildirmiş, üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmiş, o, həmin narkotik vasitə olan marixuananı təxminən 2020-ci ilin yay aylarında Kür çayının Samux rayonu ərazisindən keçən hissəsindən çöllük ərazidən özü istifadə etməsi üçün yığmış, əldə etdiyi narkotik vasitədən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Həmin narkotik vasitəni yığarkən o, tək olmuşdur. Onun narkotik vasitə olan marixuana əldə etməysindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.02.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, həmin şəxsin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və saat 19:00-da X5 şəhəri, M.Müşfiq küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin korpusunun yaxınlığında müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs dərhal saxlamış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək Nizami RPİ-nə gəlməsini xahiş etmişlər. X6 ilə birlikdə Nizami RPİ-nə gəlmişlər və idarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüqar İsmaylovun üzərinə baxış keçirilmiş və əynində olan tünd göy rəngli qış gödəkçəsinin içərisindən, sol qoltuqaltında saxladığı sellofan torba aşkar edilmiş, həmin torba açıldıqda isə içərisində spesifik iyə malik olan, yaşıl rəngli, narkotik vasitə olan marixuanaya oxşar bitgi kütləsinin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzrəinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və üzərindən aşkar edilmiş kütlə yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, hazırda Gəncə şəhər Nizami RPİ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.02.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, Vüqar İsmaylovun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmış, həmin tarixdə idarənin əməkdaşı, yəni, kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və saat 19:00-da X5 şəhəri, M.Müşfiq küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin korpusunun yaxınlığında müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs dərhal saxlamış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək Nizami RPİ-nə gəlməsini xahiş etmişlər. X6 ilə birlikdə Nizami RPİ-nə gəlmişlər və idarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüqar İsmaylovun üzərinə baxış keçirilmiş və əynində olan tünd göy rəngli qış gödəkçəsinin içərisindən, sol qoltuqaltında saxladığı sellofan torba aşkar edilmişdir. Həmin torba açıldıqda isə içərisində spesifik iyə malik olan, yaşıl rəngli, narkotik vasitə olan marixuanaya oxşar bitgi kütləsinin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzrəinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və üzərindən aşkar edilmiş kütlə yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tütülmüş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.02.2021-ci il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli qış gödəkcəsinin içərisində sol qolaltında saxladığı güllü sellofan torbanın içərisində tünd-yaşıl rəngli, qurudulmuş vəziyyətdə spesifik iyə malik olan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.03.2021-ci il tarixli video diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə kimyəvi ekspertizasının 28.02.2021-ci il tarixli, 16/197 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri yazılmış polietilen torbadakı, digər bir ədəd polietilan torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə, narkotik vasitə olan qurudulmuş marixuanadır (təmiz çəkisi-435 qram, tədqiqata cəmi sərf edildi 0.2 qram, qalıq 434.8 qram). Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 5(044)-37/2021 saylı qərarının surətindən görünür ki, Gəncə şəhər baş Polis İdarəsinin İstintaq və Təqhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27.02.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 15.03.2021-ci il tarixli 1091 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 1234 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 13.03.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, Gəncə şəhər BPİ-nin MSY-nin “Mersedes- Sprinter” markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomaşınına əyləşib sürücü Gəncə şəhər BPİ-nin MSY-nin polis nəfəri X2 avtomaşını Kür çayının Samux rayonundan keçən hissəsinə getməyi təklif etmiş, Samux rayonu ərazisində Kür çayından bir qədər aralıda Təqsirləndirilən şəxs avtomaşını saxlatdırıb maşından enərək həmin əraziyə gəldiyini və orada yabanı halda bitmiş narkotik tərkibli bitkilərdən özü istifadə etmək məqsədi ilə bir qədər yığdığını bildirmiş, yabanı halda bitmiş narkotik tərkibli bitkilərdən yığdığı yeri göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 25.03.2021-ci il tarixli, 294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli 1(044)-26/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 29.10.2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 09.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarına əsasən 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəza müddəti 29.04.2019-cu il tarixdə bitmişdir. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.01.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Nizami Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 27.02.2021-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.5-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 434.8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: İsmayılov Vüqar Cəmil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 434.8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum İsmayılov Vüqar Cəmil oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar