Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-16/2022 14.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şəhriyar küçəsi ev 41-də qeydiyyatda olan və Gəncə şəhəri, Şəhriyar küçəsi ev 45-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 14.11.2020-ci il tarixdə saat 08 radələrində vətəndaş Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvanda yerləşən evindən ona məxsus elektron məlumat daşıyıcısı hesab edilən təqaüd kartını əl çantasından gizli olaraq oğurlayıb 14.11.2020-ci il tarixdə saat 09:15-də Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 191A ünvanında yerləşən “Mərkəzi kitabxana”-nın qarşısında olan "xxxx"-a məxsus bankomata daxil edərək həmin məlumat daşıyıcısındakı Zərərçəkmiş şəxs məxsus 353 (üç yüz əlli üç) manat olan təqaüd pulunu bankomatdan çıxarıb gizli yolla talayaraq zərəçəkmiş şəxsə 353 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs (bundan sonra- Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Tamaranın ünvan 3 ünvanında yerləşən evinin həyətində olan yardımçı evində kirayədə qalmışdır. Zərərçəkmiş şəxs yaşlı qadın olduğu üçün evində tək qalmışdır. Zərərçəkmiş şəxs təqaüd kartının kod nömrəsini yaddan çıxardığından kod nömrəsini dəyişmək fıkrinə düşmüş və təxminən 10.11.2020-ci il tarixdə saat 15 radələrində kartın kod nömrəsini dəyişmək üçün banka getmişdir. Həmin vaxt o da Tamara ilə birlikdə getmişdir. Onlar birlikdə "xxxx"a getmiş və orada Tamara pensiya kartının kod nömrəsini dəyişmiş, həmin vaxt o, Tamaranın yanında olmuş və kartın kod nömrəsini bilmişdir. Bundan sonra o, Tamaranın evində olarkən otaqda heç kimin olmamasından istifadə edərək kartı Tamaranın çantasından gizlicə götürmüşdür. 14.11.2020-ci il tarixdə o, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində olan “Mərkəzi kitabxananın” qarşısındakı "xxxx"a məxsus bankomata kartı salmış və “4242” saylı şifrəni yığmış, bu zaman ekranda karta 353 manat pul yükləndiyi göstərilmişdir. O da pulu bankomatdan çıxarmış və maddi imkanı yaxşı olmadığı üçün pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra bir daha həmin evə qayıtmamışdır. Sonra Tamaragilin onu polisə şikayət edəcəyini bildiyi üçün həbs olunmaqdan qorxmuş və Bakı şəhərində gedib orada gündəlik evlərdə qalmağa başlamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəmiş və zərərçəkmiş şəxs onunla barışmışdır. Törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclası zamanı ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, onun evinin həyətində yardımçı evi var və həmin yardımçı evi Mübariz adlı şəxsə kirayəyə vermişdir. 2 ilə yaxındır ki Mübariz oğlu Pərvizlə orada yaşayır. Mübariz və Pərviz tez-tez onun yaşadığı evə gəlmişdir. Onun təqaüd kartı qızı Şəlalədə olmuş, Şəlalə onun pensiya katından pulu hər ay çıxarıb ona gətirmişdir. Hadisədən bir neçə gün əvvəl Şalalədən kartını özü almışdır. Kartın kod nömrəsini yaddan çıxardığından kod nömrəsini dəyişmək fıkrinə düşmüş və təxminən 10.11.2020-ci il tarixdə saat 15 radələrində kartın kod nömrəsini dəyişmək üçün banka getmiş, həmin vaxt Pərviz yanında olmuşdur. O, Pərvizlə "xxxx"a getmiş və orada pensiya kartının kod nömrəsini dəyişmiş, həmin vaxt Pərviz yanında olmuş və kartının kod nömrəsini bilmişdir. Bundan sonra Pərviz onun evinə demək olar ki, hər gün gəlmişdir. 14.11.2020-ci il tarixdə isə qızı Şəlalə onlara gəlmiş və onlar kartı axtarmağa başlamışlar. Lakin həmin vaxt o, pensiya kartını tapa bilməmişdir. Sonra Pərvizin oğurlamasından şübhələnmiş və Pərvizi axtarmışlar. Lakin Pərviz artıq evdən çıxıb getmişdir. Sonra atası Mübarizdən Pərvizi soruşsa da yerini bilmədiyini demiş, daha sonra "xxxx"a zəng etmiş və oradan onlara 13.11.2020-ci il tarixdə kartdan 353 manat pul çıxarıldığını bildirmişlər. Həmin vaxt onlar kartın nömrəsini dəyişmək üçün banka Pərvizlə birlikdə gedəndə Pərviz kartın nömrəsini bilib və kartı oğurlayıb onun pulunu çıxardığından tam əmin olmuşlar. Lakin Pərvizi nə atası Mübariz, nə də ki onlar tapa bilməmişlər. Ona görə də bu barədə polisə şikayət etmişdir. Həmçinin göstərmişdir ki, Pərviz onunla "xxxx"-da kodunu dəyişdirəndə yanında olmuşdur. Həmin plastik kartın “4242” nömrəli kodunu da həmin vaxt Pərviz bilmişdir. Kartı isə evdə olan çantasından gizlin götürmüşdür. Çünki Pərviz onların evdə kirayədə yaşadığı üçün evə rahat girib çıxmışdır. Pərvizin evə və otaqlara girib çıxmasına icazə vermişdir. Həmin vaxt isə ondan gizlin kartı götürüb gedib pulu bankomatdan çıxararaq oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs ünvan 1-də tək yaşayır. Anasının yaşadığı evin həyətində başqa yardımçı evi vardır. Həmin evi isə Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Təqsirləndirilən şəxs iki ilə yaxındır ki onların evlərində kirayədə yaşamışdır. Anası Tamaranın təqaüd kartı daima bacısı Şəlalədə olmuş və Şəlalə hər ay təqaüdü çıxarıb anası Tamaraya vermişdir. 2020-ci ilin noyabr ayının əvvəlində anası Tamara Şəlalədən kartı geri almış və özündə saxlamışdır. Həmçinin anası kartın nömrəsini unutduğu üçün kirayədə yaşayan Təqsirləndirilən şəxslə birlikdə "xxxx"-a gedib kartın kodunu dəyişmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kartın kodunun nömrəsini bilmişdir. 14.11.2020-ci il tarixdə təqaüd yükləndiyi üçün pulu bankomatdan çıxarmaq üçün Şəlalə anasının evinə getmiş, lakin plastik kartı tapa bilməmişdir. Bundan sonra onlar "xxxx"-a getmiş və orada onlara kartdan pulun çıxarılması barədə çıxarış verilmişdir. Çıxarışa baxan zaman 14.11.2020-ci il tarixdə saat 09 radələrində pulun kartdan çıxarıldığı məlum olmuşdur. Həmin vaxt onların evinə yalnız Təqsirləndirilən şəxs gəldiyini bildikləri üçün kartı da Pərvizin oğurladığını bilmişlər. Bundan sonra evə getmiş və Pərvizə kirayəyə verdikləri evə baxmışlar. Lakin Pərviz evdə olmadığı, evi tərk edib getdiyi məlum olmuşdur. Pərvizin evi tərk etməsinə görə və Pərvizi tapa bilmədiklərinə görə də kartı Pərvizin oğurladığını dəqiq bilmiş və anası Tamara Pərvizin barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs ünvan 1-də tək yaşayır. Anasının yaşadığı evin həyətində başqa yardımçı evi vardır. Həmin evi isə Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Təqsirləndirilən şəxs iki ilə yaxındır ki, onların evlərində kirayədə yaşayır. Anası Tamaranın təqaüd kartı daima onda olmuş və hər ay təqaüdü çıxarıb anası Tamaraya vermişdir. 2020-ci ilin noyabr ayının əvvəlində anası Tamara kartı ondan istəmiş və o da anasının xətrinə dəyməmək üçün kartı vermişdir. Sonradan anası ona kartın nömrəsini unutduğu üçün kirayədə yaşayan Təqsirləndirilən şəxslə birlikdə "xxxx"-a gedib kartın kodunu dəyişmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kartın kodunun nömrəsini bilmişdir. 14.11.2020-ci il tarixdə təqaüd yükləndiyi üçün pulu bankomatdan çıxarmaq üçün anasının evinə getmiş, lakin plastik kartı tapa bilməmişdir. Bundan sonra onlar "xxxx"-a getmiş və orada onlara kartdan pulun çıxarılması barədə çıxarış verilmişdir. Çıxarışa baxan zaman 14.11.2020-ci il tarixdə saat 09 radələrində pulun kartdan çıxarıldığı məlum olmuşdur. Həmin vaxt onların evinə yalnız Təqsirləndirilən şəxs gəldiyini bildikləri üçün kartı da Pərvizin oğurladığını bilmişlər. Bundan sonra evə getmiş və Pərvizə kirayəyə verdikləri evə baxmışlar. Lakin Pərvizin evdə olmadığı, evi tərk edib getdiyi məlum olmuşdur. Pərvizin evi tərk etməsinə görə və Pərvizi tapa bilmədiklərinə görə kartı Pərvizin oğurladığını dəqiq bilmiş və anası Tamara Pərvizin barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Pərvizlə təxminən 2 ilə yaxın müddətdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən evində kirayədə qalmış, işləri ilə əlaqədar olaraq səhər evdən çıxıb axşam evə gəlmişdir. 14.11.2020-ci il tarixdə axşam saatlarında Tamara və qızı Şəlalə qaldığı evə gəlmiş, Pərvizin harda olduğunu soruşmuş, həmin vaxt Pərviz evdə olmadığı üçün onun harada olduğunu bilmədiyini demişdir. Bundan sonra Şəlalə oğlu Pərvizin Zərərçəkmiş şəxs kartını evdən götürüb və gedib bankomatdan Zərərçəkmiş şəxs məxsus 353 manat təqaüdü çıxarıb oğurladığını demişdir. Bu barədə məlumatı olmadığını onlara demişdir. Bundan sonra Pərvizin evə gəlməsini gözləsə də, Pərviz evə gəlib çıxmamış və sonradan onun oğurluq etdiyi üçün həbs olunmaqdan qorxub gəlmədiyini bilmişdir. Təqsirləndirilən şəxs pulu oğurlaması barədə əvvəldən məlumatı olmamış və Təqsirləndirilən şəxs ona pul verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Kapital Bankın 19 noyabr 2020-ci il tarixli ödəniş üzrə çıxarışından görünür ki, 14 noyabr 2020-ci il tarixdə kartda olan 353 manat pul Gəncə şəhəri, Nizami propektində olan “Mərkəzi kitabxana”-nın qarşısındakı bankomatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus plastik pul kartından 353 manat pulu bankomatdan çıxaran şəxsin müəyyən edilməsi və fotoşəkillərinin verilməsi üçün "xxxx" ASC-nə sorğu verilmiş və "xxxx" ASCdən bir ədəd “CD” diskdə Zərərçəkmiş şəxs məxsus plastik pul kartından Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Mərkəzi Kitabxana”-nın qarşısında olan bankomatdan pul çıxaran şəxsin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqqında protokoldan görünür ki, "xxxx" ASC-dən məktubla daxil olan “CD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bir ədəd “CD” diskdə cəmi 12 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərə ayrı-ayrılıqda baxıldıqda fotoşəkildə olan şəxsin başında papaq, əynində isə gödəkçə olduğu, həmin şəxs əlində olan plastik kartı bankomata salaraq kodu yazdığı və bundan sonra bankomatdan müəyyən məbləğdə pulu götürüb getdiyi, bütün şəkillərin sol aşağı küncündə isə həmin günün tarixi, yəni “14.11.2020” rəqəmləri və 09 radələrinə aid dəqiqələr göstərilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin fotoşəkillərdə olan şəxs onun özüdür və 14.11.2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs məxsus plastik təqaüd kartını Gəncə şəhəri, Nizami prospektində “Mərkəzi kitabxana”-nın qarşısında olan bankomata salaraq “4242” saylı kodu yığmış və kartda olan 353 manat təqaüd pulunu bankomatdan çıxarıb oğurlamışdır. Sonra isə kartı zibil qabına atmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı həmin plastik kartı ona özünün vermədiyini, plastik kartı evdən Pərvizin özünün götürdüyünü və bankomatdak pulunu çıxarıb oğurladığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus plastik kartdan pulu çıxartdığını, Gəncə şəhəri, Nizmai Gəncəvi prospekti 191A ünvanında yerləşən “Mərkəzi kitabxana”-nın qarşısında olan "xxxx"-a məxsus bankomatın yerini əyani surətdə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispnaserin 06 yanvar 2021-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 11 yanvar 2021-ci il tarixli, 115 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, yeri müəyyən edildikdə tutulub Gəncə şəhər BPİ-nin MSY-nə təqdim olunmasına dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 fevral 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(044)-130/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan olunmaqla həbs qəimkan tədbiri seçilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilib, təqsirləndirilən şəxsi bağışlamış, onlar barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini və səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 14.11.2020-ci il tarixdə saat 08 radələrində vətəndaş Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvanda yerləşən evindən ona məxsus elektron məlumat daşıyıcısı hesab edilən təqaüd kartını əl çantasından gizli olaraq oğurlayıb 14.11.2020-ci il tarixdə saat 09:15-də Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 191A ünvanında yerləşən “Mərkəzi kitabxana”-nın qarşısında olan "xxxx"-a məxsus bankomata daxil edərək həmin məlumat daşıyıcısındakı Zərərçəkmiş şəxs məxsus 353 (üç yüz əlli üç) manat olan təqaüd pulunu bankomatdan çıxarıb gizli yolla talayaraq zərəçəkmiş şəxsə 353 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in -in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmişin ona qarçı heç bir şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxslə barışmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, evli olmasını), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı axtarışda olması nəticəsində 01 (bir) gün müddətində tutulmuş, eləcə də məhkəmə araşdırması zamanı barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi nəticəsində o, hazırki tarixədək 03 (üç) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün, eləcə də məhkəmə araşdırması zamanı barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilərək hazırki tarixədək həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 07 (yeddi) ay 12 (on iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün, eləcə də həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 07 (yeddi) ay 12 (on iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-16/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-16/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver