Məhkəmə qərarları › İş №1(044)-160/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-160/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-160/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X7, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 30 mənzil 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 (bundan sonra-Ç.Şahid2),13.01.2021-ci il tarixdə, saat 18 radələrində qızı Şahid3 yaşadığı ünvan 1 ünvanda olan zaman qudası Zərərçəkmiş şəxs 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuş mərhum oğlu X6 məxsus şəxsi əşyaları götürmək və mərhum oğlu X4 övladlarını görmək məqsədi ilə Şahid3 yaşadığı ünvanına gəlsə də sonuncu mənzilin qapısını açmadığı üçün Şahid3 və Zərərçəkmiş şəxs arasında münaqişə yaranmış, yaranmış münaqişə ilə əlaqədar hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs Şahid3 yaşadığı evə daxil olmaq istəyəndə o, Zərərçəkmiş şəxs evə buraxmamaq məqsədi ilə evin giriş qapısı ilə qəsdlə Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun sağ əli ilə dəmir barmaqlıqlar arasında qalıb sağ əlin əzilməsi (qançır və şişkinliyi), sağ said nahiyəsinin qançırı ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da X5, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilənəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun qızı Şahid3 və azyaşlı nəvələri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şahid3 2015-ci ildə mərhum X9 ilə ailə qurmuş və onların birgə evliliklərindən əkiz qız övladları dünyaya gəlmişdir. X12 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuşdur. Elnur Məmmədov şəhid olduqdan sonra qızı Şahid3 azyaşlı övladları ilə birlikdə onun yaşadığı ünvan 2 ünvanda yaşamağa başlamışlar, aradabir qudaları Zərərçəkmiş şəxs və Şahid1 onların yaşadıqları ünvana gəlib qızı Günay və nəvələri ilə görüşmüşlər. X12 şəhid olduqdan sonra bununla əlaqədar dövlət tərəfindən qızı Şahid3 10000 (on min) manat pul verilmiş, bundan sonra qudaları Zərərçəkmiş şəxs və Şahid1la aralarında narazılıq yaranmağa başlamışdır. Dövlət tərəfindən qızı Şahid3 verilmiş 10000 (on min) manat pulu qudaları onlardan tələb etməyə başlamışlar. 13.01.2021-ci il tarixdə, saat 18 radələrində qızı Şahid3 və azyaşlı nəvələri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında olan vaxt qudaları Zərərçəkmiş şəxs və Şahid1 yaşadıqları həmin ünvana gəlib səs-küy salaraq, mənzilin qapısını açmağı onlardan tələb etmişlər, onlar isə evin pəncərəsindən orada durmağın əhəmiyyətsiz olduğunu deyib qapını açmayacaqlarını bildirmişlər. Bundan sonra qudaları Zərərçəkmiş şəxs və Şahid1 qızı Şahid3 «sən kimsən ki şəhidin adından medal tələb edirsən» deyib binanın qarşısında səs-küy salmağa başlamışlar. Həmin vaxt qızı Günay qorxub DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, bir qədər keçdikdən sonra Nizami Rayon Polis İdarəsinin əməkdaşları onların yaşadıqları evə gəlmiş, həmin vaxt qudaları mərhum X12a məxsus əşyaları tələb etməyə başlamışlar, hadisə yerinə çağırılmış polis əməkdaşlarından biri mənzilə daxil olan vaxt qudası Zərərçəkmiş şəxs da güclə mənzilə daxil olaraq onun üstünə hücum etmək istəyəndə o, Mayisənin içəriyə daxil olmasına mane olmağa çalışmış və qapını qəsdlə itələyib örtdüyü üçün Mayisənin sağ əli qapı ilə dəmir barmaqlıqlar arasında qalıb xəsarət almışdır. Bundan sonra polis əməkdaşları qudaları Zərərçəkmiş şəxs və Şahid1la söhbət etdikdən sonra onlar oradan çıxıb getmişlər. Hadisə kənarda kimlərinsə narahatçılığına səbəb olmamış, hadisə yerinə kənar şəxlər toplaşmamış, hadisə zamanı qudaları onu və qızı Şahid3 döyüb xəsarət yetirməmişlər. Hadisə zamanı qızı Şahid3 ilə qudaları Zərərçəkmiş şəxs və Şahid1 arasında mübahisə baş verməmiş, Şahid3 qaynanası Zərərçəkmiş şəxs və qaynatası Şahid1 nalayiq sözlərlə təhqir etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun oğlu mərhum X9 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuşdur. Elnur Məmmədov şəhid olduqdan sonra bununla əlaqədar dövlət tərəfindən gəlini Şahid3 10000 (on min) manat pul verilmişdir. Bundan başqa gəlini Günayda 6000 (altı min) manat pul da olmuşdur. O, pulun xərclənməsinin qarşısını almaq məqsədilə gəlini Şahid3 tələb etmiş ki, həmin pulu uşağının adına banka qoysun. X16 Məmmədova 2015-ci ildə ailə həyatı qurmuşlar və birgə evlilikdən əkiz qız övladları dünyaya gəlmişdir. Elnur Məmmədov şəhid olduqdan sonra Şahid3 azyaşlı övladları ilə birlikdə anası X2 yaşadığı ünvan 2 ünvanda yaşamışlar. Onlar isə aradabir həmin ünvana gedib gəlini və nəvələri ilə görüşmüşlər. 13.01.2021-ci il tarixdə həyat yoldaşı Şahid1la birlikdə nəvələrini görmək məqsədilə gəlini Şahid3 valideynləri ilə birlikdə yaşadıqları beş mərtəbəli binanın birinci mərtəbəsində olan ünvan 2 ünvana getmişlər. Həmin mənzilin əsas giriş qapısından başqa mənzilə binanın ön tərəfindən də giriş üçün qapı vardır, mənzilin qabaq tərəfi dəmir məftillərlə hasara alınmış, mənzilin çöl giriş qapısında dəmir barmaqlıqlar, içəri tərəfində isə plastik qapı vardır. Onlar binanın ön tərəfindən mənzilin qarşısındakı dəmir məftillərlə hasara alınmış həyətə daxil olmuşlar. Pilləkənlə yuxarı qalxıb Şahid3 yaşadığı mənzilin plastik materialdan hazırlanmış qapısını döysək də qapını açan olmamışdır. onlar qapını döyən vaxt azyaşlı nəvəsi içəri tərəfdən gəlib plastik qapının yanında dayanıb onlara baxmış, həmin vaxt qudası Mehriban Axundova gəlib uşağı arxadan tutub kənara itələmişdir. Sonra isə gəlini Şahid3 gəlib plastik pəncərəyə yaxınlaşmış və onlara «sizə qapı açan deyiləm» demişdir. Onlar qapını döysələr də Şahid3 və anası Mehriban Axundova qapını açmamışlar. O, şəhid oğluna məxsus hərbi ayaqqabıların çöldə zibil qutusunun yanında olduğunu görmüş, bundan sonra onlar şəhid oğluna məxsus paltarları tələb etmiş, Mehriban Axundova onu və ailəsini nalayiq sözlərlə təhqir etməyə başlamış, həmin vaxt həyat yoldaşı Şahid1 DİN-nin 102 xidmətinə zəng edib baş vermiş mübahisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, polis əməkdaşları mənzilin qapısını açdırmış, o, şəhid oğluna məxsus paltarları götürmək məqsədilə içəriyə daxil olmaq istəyəndə qudası Mehriban Axundova qapını qəsdlə örtdüyü üçün onun sağ əli qapı ilə dəmir barmaqlıqlar arasında qalaraq xəsarət almış, həmin vaxt Mehriban Axundova ona qarşı «yaxşı elədim, sən içəriyə girməsəydin mən də qapını örtüb sənə xəsarət yetirməzdim» demişdir. Bundan sonra o, şəhid oğluna məxsus hərbi ayaqqabıları götürmüş və oradan çıxıb getmişdir. Hadisə kənarda kimlərinsə narahatçılığına səbəb olmamış, hadisə yerinə kənar şəxlər toplaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onun mərhum X9 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuşdur. Elnur Məmmədov şəhid olduqdan sonra bununla əlaqədar dövlət tərəfindən gəlini Şahid3 10000 (on min) manat pul verilmiş, bundan başqa gəlini Günayda 6000 (altı min) manat pul da olmuşdur. Onlar həmin pulun xərclənməsinin qarşısını almaq məqsədilə gəlini Şahid3 tələb etmiş ki, həmin pulu uşağının adına banka qoysunlar. X16 Məmmədova 2015-ci ildə ailə qurmuş və onların birgə evliliklərindən əkiz qız övladları dünyaya gəlmişdir. Elnur Məmmədov şəhid olduqdan sonra Şahid3 azyaşlı övladları ilə birlikdə anası X2 yaşadığı ünvan 2 ünvanda yaşamağa başlamışdır. Onlar da aradabir həmin ünvana gedib gəlini və nəvələri ilə görüşmüşlər 13 yanvar 2021-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə nəvələrini görmək məqsədilə gəlini Şahid3 valideynləri ünvan 2 ünvanda birinci mərtəbədə yaşayırlar, mənzilin əsas giriş qapısından başqa mənzilə binanın ön tərəfindən də giriş üçün qapı vardır, mənzilin qabaq tərəfi dəmir məftillərlə hasara alınmış, mənzilin çöl giriş qapısında dəmir barmaqlıqlar, içəri tərəfində isə plastik qapı vardır. Onlar binanın ön tərəfindən mənzilin qarşısındakı dəmir məftillərlə hasara alınmış həyətə daxil olmuşlar, pilləkənlə yuxarı qalxıb Şahid3 yaşadığı mənzilin plastik materialdan hazırlanmış qapısını döysələr də qapını açan olmamış, onlar qapını döyən vaxt gördmüşlər ki, azyaşlı nəvəsi içəri tərəfdən gəlib plastik qapının yanında dayanıb onlara baxır. Həmin vaxt qudası Mehriban Axundova gəlib uşağı arxadan tutub kənara itələmiş, daha sonra isə gəlini Şahid3 gəlib plastik pəncərəyə yaxınlaşaraq «sizə qapı açan deyiləm» demişdir. Onlar qapını döysələr də Şahid3 və anası Mehriban Axundova qapını açmamışlar. Onlar şəhid oğluna məxsus hərbi ayaqqabıların çöldə zibil qutusunun yanında olduğunu görmüşlər, bundan sonra onlar şəhid oğluna məxsus paltarları tələb etdikdə Mehriban Axundova onu və ailəsini nalayiq sözlərlə təhqir etməyə başlamış, həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş mübahisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, Polis əməkdaşları mənzilin qapısını açdırmış, Zərərçəkmiş şəxs şəhid oğluna məxsus paltarları götürmək məqsədilə içəriyə daxil olmaq istəyəndə qudası Mehriban Axundova qapını qəsdlə örtdüyü üçün arvadı Mayisənin sağ əli qapı ilə dəmir barmaqlıqlar arasında qalıb xəsarət almışdır. Bundan sonra onlar oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, 2020-ci ilin dekabr ayından Nizami Rayon Polis Bölməsində əməliyyat müvəkkili vəzifədə xidmət edir. 13.01.2021-ci il tarixdə, saat 18 radələrində DİN-nin 102 xidmətindən növbətçi hissəyə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 2 ünvana getmişlər və onlar çatanda adları, sonradan onlara məlum olan Zərərçəkmiş şəxs və Şahid1 binanın qarşısında mübahisə yaratdıqlarını görmüşlər. Zərərçəkmiş şəxs oğlu X4 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olduğunu, gəlib nəvələrini görmək istəsələr də gəlini Şahid3 və qudası Mehriban Axundovanın mənzilin qapısını açmadıqlarını, Şahid3 və Mehriban Axundova tərəfindən nalayiq sözlərlə təhqir olunduqlarını, Şahid3 hörmətsizlik edərək mərhum oğlu Elnur Məmmədova məxsus hərbi çəkmələri zibilliyə qoyduğunu bildirmişdir. Zərərçəkmiş şəxs şəhid olmuş oğluna məxsus əşyaları götürmək istədiyini bildirmiş və bundan sonra polis əməkdaşlarının evə girməsi üçün mənzil sahibi X5 mənzilin qapısını açanda Zərərçəkmiş şəxs güclə evə girmək istəyən vaxt X8 içəriyə daxil olmasına mane olmağa çalışmış və qapını qəsdlə itələyib örtdüyü üçün Zərərçəkmiş şəxs sağ əli qapı ilə dəmir barmaqlıqlar arasında qalaraq xəsarət almışdır. Bundan sonra profilaktiki söhbət edərək Zərərçəkmiş şəxs və Şahid1 sakitləşdirərək həmin şəxslərin ərazidən çıxıb getmələrini təmin etmişlər. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs Mehriban Axundova onun bacısıdır. 13.01.2021-ci il tarixdə saat 18 radələrində bacısı qızı Şahid3 ilə telefonda danışan vaxt səs-küy səsləri eşitmişdir. O, səbəbini Şahid3 soruşanda sonuncu ona bildirmişdir ki, qaynanası Zərərçəkmiş şəxs və qaynatası Şahid1 onların yaşadıqları ünvana gəlmişlər, zorla mənzilin qapısını açmağı tələb etmişlər və bunun üçün də səs-küy salmışlar. Şahid3 həyəcanlı halda telefonda onunla danışa bilməmiş və telefon zəngini bağlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs və Şahid1 ucadan səs-küy səslərini eşidib həyəcanlanmış, onların bacısı qızını döyəcəklərindən qorxub Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qaynanası və qaynatası tərəfindən Şahid3 döyülməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, azyaşlı uşaqları ilə birlikdə anası X5 ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, 2015-ci ildə mərhum X10 ilə ailə həyatı qurmuş və birgə nikahlarından əkiz övladları dünyaya gəlmişdir. Elnur Məmmədov 2-ci Qarabağ Müharibəsi zaanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuşdur. Elnur Məmmədov şəhid olduqdan sonra o, uşaqları ilə birlikdə anasının yaşadığı ünvan 5 ünvanda yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs onun qaynanası, Şahid1 isə qaynatasıdır və onlar hərdən yaşadıqları ünvana gələrək onlara baş çəkirlər, nəvələri ilə görüşürlər. Həyat yoldaşı Elnur Məmmədov şəhid olduqdan sonra bununla əlaqədar dövlət tərəfindən ona 10000 (on min) manat pul verilmiş, bundan sonra qaynanası və qaynatası ilə aralarında narazılıq yaranmağa başlamış, həyat yoldaşı şəhid olduğu üçün dövlət tərəfindən ona verilmiş 10000 (on min) manat pulu tələb etməyə başlamışlar. 13.01.2021-ci il tarixdə, saat 18 radələrində anası Mehriban Axundova və azyaşlı uşaqları ilə birlikdə yaşadıqları ünvan 5 ünvanda olan vaxt qaynanası Zərərçəkmiş şəxs və qaynatası Şahid1 yaşadıqları ünvana gələrək səs-küy salmışlar, mənzilin qapısını açmağı onlardan tələb etmişlər və şəhid olmuş həyat yoldaşına məxsus əşyaları götürmək istədiklərini bildirəndə onlar evin pəncərəsindən orada durmağın əhəmiyyətsiz olduğunu deyib qapını açmayacaqlarını bildirmişlər. Bundan sonra qaynanası və qaynatası ona qarşı “sən kimsən ki şəhidin adından medal tələb edirsən” deyib binanın qarşısında səs-küy salmağa başlamışlar. Həmin vaxt o, qorxub DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra Nizami rayon Polis İdarəsinin əməkdaşları onların yaşadıqları evə gəlmişlər. Hadisə yerinə çağrılmış polis əməkdaşlarından biri mənzilə daxil olan vaxt qaynanası Zərərçəkmiş şəxs da güclə mənzilə daxil olmaq istəyəndə onun anası Zərərçəkmiş şəxs içəriyə daxil olmasına mane olmağa çalışmış və qapını itələyib örtdüyü üçün qaynanası Zərərçəkmiş şəxs sağ əli qapı ilə dəmir barmaqlıqlar arasında qalaraq xəsarət almışdır. Bundan sonra qaynanasıgil mərhum həyat yoldaşı Elnur Məmmədova məxsus hərbi çəkmələri mənzilin çöl tərəfindən götürüb çıxıb getmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi Tədris” Birliyinin Gəncə şəhər şöbəsinin 15.01.2021-ci il tarixli, 68 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin əzilməsi (qançır və şişkinliyi), sağ said nahiyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.01.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.11.2019-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 5 ünvanda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs X1 şikayətçidir və onu, bir şəhid anasını döyüb xəsarətləndirdiyinə görə ona ən ağır cəza verilməsinin tələb edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında aydın olmuşdur ki, 13.01.2021-ci il tarixdə, saat 18 radələrində qızı Şahid3 yaşadığı ünvan 1 ünvanda olan zaman qudası Zərərçəkmiş şəxs 2-ci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə 02.10.2020-ci il tarixdə şəhid olmuş mərhum oğlu X6 məxsus şəxsi əşyaları götürmək və mərhum oğlu X4 övladlarını görmək məqsədi ilə Şahid3 yaşadığı ünvanına gəlsə də sonuncu mənzilin qapısını açmadığı üçün Şahid3 və Zərərçəkmiş şəxs arasında münaqişə yaranmış, yaranmış münaqişə ilə əlaqədar hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs Şahid3 yaşadığı evə daxil olmaq istəyəndə o, Zərərçəkmiş şəxs evə buraxmamaq məqsədi ilə evin giriş qapısı ilə qəsdlə Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun sağ əli ilə dəmir barmaqlıqlar arasında qalıb sağ əlin əzilməsi (qançır və şişkinliyi), sağ said nahiyəsinin qançırı ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X2 cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.04.2021-ci il tarixli qərardan görünür ki, X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxs X2 əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq X3 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxs X2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cinayət əməlini törətmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs X2 cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X5 Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X2 cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs X2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar