Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-161/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ş massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 111 saylı yaşayış evinin bərabərliyində, tanışı Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanan hərəkətlər etməsi, yəni sonuncunun ona kobud cavab verməsindən və nalayiq ifadələr işlətməsindən əsəbiləşərək aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət və dodaq nahiyələrinə bir neçə zərbə vurub sonuncuya sağ gözətrafı nahiyəsinin qançırışişkinliyi, burun sümüyünün xətti, yerdəyişməmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı-şişkinliyi, alt çənədə 1 dişin travmatik qopması, alt dodağın və alt çənə nahiyələrinin səthi əzilmiş-çırılmış yaraları xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özü Rusiya Federasiyasına gedibgəlir, bir müddət də orada yaşamışdır. Təxminən 7-8 il bundan əvvəl Rusiya Federasiyasında olarkən tanışı, Rusiya Federasiyasının vətəndaşı Mehman adlı şəxslə birgə Moskva şəhərində mağaza götürüb işlətmiş, o, mağazaya pul qoymuş, 2 ilin içində ziyan etmiş, Mehman onun ziyanına şərik olmamışdır. O, Mehmanla xeyrə şərik olduğu kimi, ziyana da şərik olmaqları barədə razılaşmışdır. Mehman onun ziyanına görə təxminən 100000 (yüz min) ABŞ dolları ona pul verməli olmuş, sonuncu verəcəm demiş, ancaq verməmişdir. Sonra Mehmanın özü başqa bir iş işləmiş, həmin mağazada işləyib pul qazanmış, lakin yenə də onun pulunu verməmiş, bu səbəbdən aralarında narazılıq yaranmışdır. O, da çıxıb Azərbaycana gəlmiş, Gəncə şəhəri Totanlı qəsəbəsində Təzə Məhəllələr yaşayış yerində bir torpaq alıb yarımtikili tikmiş, tanışı İlqarla birlikdə çörək pulu qazanmaq üçün cücə alıb saxlamağa başlamışlar. Təxminən il yarım bundan əvvəl qonşu kimi münasibətləri olduğu Şahmərdanla Moskva şəhərində söhbət zamanı sonuncu onun Mehmanla olan söhbətini soruşmuş, o da Şahmərdana Mehmanın onu aldatdığını, hələ də pulunu vermədiyini demişdir. Şahmərdan ona Moskva şəhərində tanışları olduğunu, sözü keçən adam olduqlarını, Mehmandan onun pulunu ala biləcəyini təklif etmişdir. O, həmin şəxslərin kim olduğunu soruşmuş, Şahmərdan da həmin şəxslərin “Lotu Quli” ilə birlikdə fotoşəkillərini ona göstərib sözü keçərli adamlar olduğunu demişdir. O, da buna razılıq vermiş, Şahsmərdan onu, sonradan adlarını Qələndər və Zamiq kimi bildiyi şəxslərin yanına aparmış, o, da söhbəti danışmış, Qələndər və Zamiq də yarıya yarı alacaqlarını, Şahmərdan da pulu alanda ona da hörmət edəcəyini demiş, o, da razılaşmışdır. O, orada 4 aya kimi qalmış, Şahmərdan da orada onunla qalmış, amma Mehman yenə də pulu verməmişdir. O, orada işin alınmadığını görmüş, Şahmərdana həmin yoldaşlara bu işi bağlamalarını dermişdir. Belə ki, o, Şahmərdanın tanış etdiyi Qələndər və Zamiqlə də görüşmüş, onlardan bir səs çıxmadığını görmüş, həm də o, Mehmanla çörək kəsdiyi üçün Mehmanı incitmələrini istəməmiş, Mehman da həmin Qələndər və Zamiqə pul verməmişdir. O, çıxıb Azərbaycana gəlmiş, gəlməmişdən əvvəl də Mehmanla danışığı ayda imkanı düşən qədər ona pul göndərəcəyi olmuşdur. Bu minvalla Mehman ona 360000 rubl, təxminən 7000 manata yaxın pul göndərmişdir. Mehman ona ayda 300-400 manat göndərdiyi üçün o, Şahmərdana bir daha tanışlarına Mehmanla işləri olmamasını, bu söhbəti də bağlamalarını demişdir. 2020-ci ilin dekabr ayının 3-də o, Moskva şəhərinə gedəndə Şahmərdan həmin şəxslərə onun oraya gəlməyini demiş, həmin şəxslər də onu orada axtarıb ondan pul tələb etmək istəmişlər. O, oradan Şahmərdana zəng vurub onun Moskaya getməsini nə üçün həmin şəxslərə deməsini soruşmuş, həmçinin Şahmərdanın bacanağı Siyafəddinə də zəng vurub borc edib getdiyini, Şahmərdanın həmin şəxsələrə zəng edib ondan əl çəkməsini isdəmiş, Şahmərdan isə həmin şəxslərə zəng vurmamışdır. O, da məcbur olub işlərini yarımçıq qoyaraq 23 yanvar 2021-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, Şahmərdanla həmin gün görüşə bilməmiş, sonuncunun bacanağı Seyfəddinlə görüşüb xahiş etmişdir ki, Şahmərdanla danışıb görüşsünlər, həmin yoldaşlara bir daha desin ki, o, da sərbəst gedib-gələ bilsin. Siyafəddin də əvvəl Şahmərdanı tapa bilməmiş, o, Siyafəddin və İlqar Şahmərdanın ata evi olan Samux rayonunun Alabaşlı qəsəbəsinə getmiş, orada görüşmüş, zəng edib Moskva şəhərinə həmin uşaqlara deməsini xahiş etmişdir. Şahmərdan da onlara sabah özü Gəncə şəhərinə gəlib danışacağını demişdir. 26 yanvar 2021-ci il tarixdə günorta saatlarında Siyafəddinlə o, görüşüb Şahmərdana zəng edib Gəncə şəhərinə gəlməsini soruşmuş, Şahmərdan da axşam gələcəyini bildirmişdir. Həmin gün saat 22 radələrində o, Şahmərdanla danışmış, Ordubadi küçəsi tərəfdə baldızıgildə olduğunu, küçəyə tərəf gəlmələrini demiş, o və İlqar Şahmərdanın yanına getmişlər, O, Şahmərdana Moskva şəhərinə zəng vurmasını demiş, Şahmərdan da acı cavab vermiş, sonucunun sözünü dəyişməsi, həmin şəxslərin tərəfini tutataraq onun üstünə qışqırıb ona nalayiq ifadələr işlətməsinə görə aralarında mübahisə yaranmış, ona “eləmirəm, get, özün cavab ver” demişdir. Şahmərdan ona qışqırdığı üçün o, sonuncuya bir yumruq vurmuş, Şahmərdan yerə yıxılmış, bir-iki təpik yumruq da vuranda İlqar araya keçib onu sakitləşdirmiş, Şahmərdan onu vurmamışdır. Daha sonra o, da İlqarla birlikdə Şahmərdanı yerdən qaldırmış, o, oradan Siyafəddinə zəng vurub çağırmış, Siyafəddin gələndə Şahmərdanın döyüldüyünü görmüş, bir yerdə oturub söhbət etməyi, küçədə danışmamağı bildirmiş, o, razılaşaraq onun Totanlı küçəsindəki məhəlləsinə getməyi təklif etmiş, o, İlqar, Siyafəddin və Şahmərdan tanımadığı taksi ilə onun Totanlı qəsəbəsindəki yeni tikdirdiyi yerə getmiş, orada söhbət etmişlər. O, Şahmərdana “nə qədər vaxtdır ki, sənə yalvarıram, niyə zəng etmirsən? niyə mənim çörəyimə bais olursan? niyə sən məni ilin günün bu vaxtı 200000 (iki yüz min) rubl ziyana saldın” demiş, o, ziyana salmaq deyəndə yol pulunu və oradan Qələndərgilin qorxusundan, çəkinib yarımçıq çıxıb gəlməyini nəzərdə tutmuşdur. Şahmərdanla bacanağı Siyafəddin də danışmış, Siyafəddin də Şahmərdanı danlamış, bundan sonra Şahmərdan niyyəti guya ona köməklik etmək olduğunu, indi danışa biləcəyini demişdir. O, da internetdən, telefondan anlayışı olan tanışı Rəşadı oraya çağırmış, Rəşad gəlib onun mobil telefonunda “Whatsapp” sosial şəbəkəsini açmış, onun telefonu ilə Zamiqə zəng vurmuş, onun məsələsini dayandırmalarını, bu işə son vermələrini demişdir. Onlar da tam açıqlığı ilə danışmamış, şəbəkə yaxşı tutmamışdır. X5 götürüb aparmışdır. Sonra Şahmərdanın arvadı da gedib İlqarın qardaşı Elşadgilə bir az orada mübahisə edib, Elşadın anasını itələyib, mübahisə edib, orada səs-küy salmışlar. İlqar Şahmərdanı vurmamışdır, Şahmərdanı o, vurmuş, sadəcə İlqarla birlikdə getmiş, İlqar əksinə onu sakitləşdirmişdir. Şahmərdanı heç kəs hədələməmiş, heç kəs pul tələb etməmişdir. Mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə çəkmiş, qonşulardan və kənar şəxslərdən orada heç kəs olmamış, yanlarına da heç kəs gəlməmiş, hadisəni də ayrı kimsə də görməmişdir. Hazırda o, zərərçəkmişlə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid2 15 ilə yaxındır ki, tanıyır. İlk olaraq İlqarı tanımış, İlqar həmçinin onun bacanağı Siyafəddinin kirvəsidir. Hər ikisi münasibəti əvvəllər normal olmuşdur, heç biri ilə əvvllər aralarında narazılığı, ədavəti olmamışdır. 2019-cu ilin yay aylarında o, Rusiya Federasiyasının Moskva şəhərində taksilik edərkən Elcan da Moskva şəhərində olmuş, onu görəndə ona təxminən 7-8 il əvvəl Elcan, Moskva şəhərində Mehman adlı şəxslə mağaza işlədiblər, ziyanlıq ediblər demiş, Mehman Elcana 120000 ABŞ dolları borcu olduğunu, Mehman həmin pulu vermədiyini demişdir. O, Elcanla söhbət edən zaman Elcan onun telefonunda tanış şəkillərə, videolara baxırmış, birdən onun həmkədliləri, Moskva şəhərində yaşayan Qələndər və Zamiqin videosunu görüb ondan həmin şəxslərin kim olmasını soruşmuş, həmin videoda Qələndərlə Zamiq “Lotu Quli” kim tanınan şəxslərlə bir yerdə çəkilişləri olmuşdur. O, da X11 Quliyə yaxın şəxslərdir, söz-söhbətə baxırlar demişdir. Elcan özü ondan Elcanı Qələndərgillə görüşdürməsini istəmiş, Mehmandan həmin pulu yarıyayarı alsınlar demişdir. O, da Elcanın xahişi ilə Elcanı Qələndərgilin yanına aparmış, Elcan başına gələnləri həmin şəxslərə danışmış, özləri öz aralarında razılığa gəlmiş, alınan pul yarıya yarı olması barədə razılaşmışlar. Onun orada heç bir marağı olmamış, o, Elcanı tanıdığı üçün Elcana yaxşılıq etmək məqsədilə həmin şəxslərin yanına aparmışdır. Sonra elə oldu ki, o, Azərbaycana gəlmiş, (Covid-19) pandemiyası ortaya düşmüş, qayıdıb Rusiyaya gedə bilməmişdir. Sonra elə oldu ki, Elcan da çıxıb Azərbaycana gəlmiş, burada Elcanla görüşüb danışanda Elcan ona özü Mehmanla barışdığını, Mehmandan hissəhissə 380000 rubl, təxminən 6-7 min manat pul aldığını demişdir. Mehman da bir qismini ayabaay göndərəcəyinə söz verdiyini demişdir. Buna görə də Elcan ona Qələndərgilə o məsələnin başını buraxmalarını deməsini istəmişdir. O, da Elcanla danışandan sonra Qələndərgillə danışıb Mehmanın anası rəhmətə getdiyini, yas yerində Elcanla barışdıqlarını, Elcana da bir qisim pul göndərildiyini, bu məsələni bağlamaları demişdir. O, bu söhbətləri 2021-ci ilin yanvar ayının 25-i, 26-sı günləri etmiş, Qələndirgil də ona 26 yanvar 2020-ci 11 tarixdə saat 22 radələrində zəng Vurub görüntülü özləri Elcanla danışacaqlarını demiş, hələ buna qədər Elcan onun bacanağı Siyafəddinlə Şəmkir rayonunun Könüllü kəndinə ata evinə gəlmiş, o, orada da 26-sı günü görüşüb danışdıracağını demişdir. Bunu ondan bacanağı Siyafəddin də bu məsələ qurtarmarsını xahış etmişdir. Həmçinin o, 26 yanvar 2021-ci il tarixdə bacanağı Həsəngildə olarkən Elcan dəfələrlə ona zəng vurmuş, o, “Həsəngildəyəm” demiş, Elcan və İlqar İlqargilin evinin qarşısına gəlməsini demiş, o, da birazdan gələcəyini demişdir. O, evdən çıxıb həmin yerə gəlmiş, o, görüşən zaman İlqar “ay Şahmərdan, niyə belə edirsən?” demiş, o, da “bir hövsələniz olsun, danışmışam, saat 22-00-da o, şəxslər zəng vuracaqlar” demişdir. Ona Elcan və İlqar “Elcanı sən 200000 rubl ziyana salıbsan” demişlər. Bu sözü deyəndən sonra İlqar onun çənəsinin alt hissəindən bir zərbə vurmuş, İlqarın zərbəsi nəticəsində çənəsinin alt hissəsindən xəsarət almış, şiş yaranmış, ardınca da Elcan sağ sifət nahiyəsindən vurmuş, o, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Elcan onun üstünə çıxıb yumruqla ağız nahiyəsinə bir neçə zərbə vurmuşdur. İlqar da təpiklə başına vurmuşdur. Onun ağız nahiyəsindəki, dişlərindəki, dodaq nahiyəsindəki və sifətindəki xəsarətləri onu Elcan təpik yumruqla yetirmiş, başındakı və çənəsinin alt hissəsindəki xəsarətləri də ona İlqar yumruq, təpiklə yetirmişdir. O, heç birini vura bilməmiş, onu küçədən dalana tərəf cammat görməsin deyə sürümüşlər. İlqar tutub onu saxlamış, Elcan onun bacanağı Siyafəddinə zəng vurmuş, təxminən bir neçə dəqiqədən sonra bacanağı Siyafəddin gəlib oraya çıxmış, Siyafəddin gələndə o, ayağa qalxmış, Siyafəddin onu belə etməkləri barədə iradlarını bildirmişdir. Elcanla İlqar onu Opel markalı, tanımadığı bir sürücünün idarə etdiyi taksi avtomobili ilə bacanağı Siyafəddin də avtomobilə əyləşməklə Elcangil onu Totanlı qəsəbəsindəki evinə aparıb orada ona əgər polisə düşsə, yəni şikayət etsə, onlara gəlib onu ailəlikcə məhv edəcəyini, yəni, onu və ailə üzvləri ilə şikayət edəcəyi təqdirdə öldürməklə hədələmişdir. Elcanın sözlərini adını bilmədiyi sonradan oraya gələn dayısı da təsdiq etmişdir. Sonra Elcangil o, Moskvaya Qələndərgilə yanında zəng vurmasını demiş, o, öz telefonu ilə internet vasitəsi ilə Votshapp sosial şəbəkə üzərindən zəng vurmuş, əvvəl set yaxşı tutmamış, oraya tanımadığı bir cavan oğlan çağırmışlar, setə baxmış, quraşdırmış, yenə zəng vurmuş, bir az danışmış, yenidən əlaqə kəsilmiş, tam danışa bilməmişdir. Sonra o, Elcangilə saat 11-00-da yenidən Elcanın Totanlıdakı evinə gəlib yenidən Qələndərgilə zəng vuraraq məsələni tam şəkildə bağlayaq, həm də Elcanın ziyanlıq pulunu gətməsi barədə razılaşmışlar. O, bacanağı Siyafəddinlə çıxıb ilk olaraq Siyafəddingilə gəlmiş, bir az durmuş, sonra Həsəngilə gəlmiş, həyat yoldaşı Samirə onu görüb DİN-nin 102 Xidmətinə məlumat vermiş, şikayət etmiş, Samirə İlqargilə niyə onu vurmasını soruşmaq üçün getmiş, İlqar evdə olmamış, orada da aralarında səs-küy yaranmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, hazırda da Elcanla birlikdə Elcanın məhəlləsində cücə saxlayır, fəhləlik edir. Elcanı uşaqlıq dövründən tanıyır, yoldaşlıq, dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs da çoxdan tanıyır, Şahmərdan ailə qurandan, yəni, Samirə ilə evlənəndən tanıyır, Samirə də onların qonşusudur. Qonşu kimi münasibətləri normal olmuşdur. Samirə bacısı Manya ilə bir sinifdə oxumuş, sinif yoldaşı olduqları üçün də oğlunun kirvəsidir, bir-birinə gedişgəlişləri vardir. Siyafəddinlə də uşaqlıq dostudur, bir küçədə yaşamışlar. O, Elcan təxminən 10-12 il bundan əvvəl Rusiya Federasiyasının Moskva şəhərində Mehman adlı şəxslə birlikdə şərikeli mağaza işlətmiş, ziyana getmiş, Elcan çıxıb gələndən sonra Mehman özü mağazanı işlətmişdir. Elcan da ona Mehman Elcana pul verməli olduğu halda verməmişdir. Sonra 2019-cu ildə X10 şəhərində olarkən Şahmərdan Elcana telefonda Qələndər və Zamiq adlı şəxslərin fotoşəkillərini göstərib həmin şəxslər qohumu olduğu ona məlum olmuş, pul almaq işlərinə baxdıqları, Qələndərgilin lotu Quli ilə şəklini də göstərib, güclü şəxslər olduğuna Mehmandan o pulu yarıya yarı ala biləcəklərinə inandırmışlar. Elcan da Şahmərdanın təklifi ilə razılaşmışdır, Şahmərdan Elcanı həmin şəxslərlə Rusiyada görüşdürmüş, söhbət etmişlər, Şahmərdana Elcan pulu alınsa Şahmərdana Elcan hörmət edəcəyinə söz vermişlər. Sonra Mehman həmin şəxslərə pul verməmiş, Mehmanın özü Elcanla görüşüb pulu olmadığını, ziyan etdiyini demiş, Mehman Elcana təxminən 4-5 min manata kimi hissə-hissə pul vermişdir, Qələndərgilə də pul verməmişdir. Elcan da ona Şahmərdana həmin məsələninin başını buraxmalarını, Mehmanın elə pulu olmadığını, həm də Mehmanla özləri barışdıqlarını dermişlər. Bu söhbətləri ona Elcan danışmışdır. 2020-cı ilin dekabr ayında Elcan imkansızlığa görə işləmək üçün Rusiyaya getmiş, o da işləyə bilməmişdir, 2021-ci ilin yanvar ayında qayıdıb gələndə Qələndərgil Elcanı hədələdiyini, Elcan da qorxusundan yarımçıq çıxıb gəldiyini demişdir. Elcan bunu ona deyəndə o da kirvəsi Siyafəddinə demiş, Siyaəddin və Elcan Şahmərdana zəng vurub bəs, Qələndərgil Elcanı işləməyə qoymamışalr demiş, Elcan qorxusundan yarı-yarımçıq çıxıb gəlmişdir. Onlar şahmərdandan Qələndərgillə danışmalarını, bu məsələni qurtarmalarını demiş, Şahmərdan da yalandan guya danışdığını demişdir. Onlar bunu dəqiqləşdirmək üçün Elcan, o və Siyafəddin, Siyafədinin təklifi və bələdçiliyi ilə Samux rayonunun Alabaşlı qəsəbəsinə getmiş, orada Şahmərdanla danışanda Şahmərdan narahat olmayın, özü sabah Qələndərgillə danışacaq demişdir. Şahmərdana zəng vuranda qonaqlıqda olmasını, işi olmasını bildirmiş, özü Gəncə şəhərinə gələndə danışacağını demişdir. 26 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şahmərdana Elcan bir neçə dəfə zəng vurandan sonra Ordubadi küçəsinin yuxarı tərfində olmasını demiş, o və Elcan söhbət etmək üçün Şahmərdanın yanına gəlmiş, Şahmərdan Qələndərgillə danışıb, bu məsələ bağlansını xahiş etmişlər. O və Elcan Şahmərdanın yanına gələndə Şahmərdan həmin pulu verməli olduğunu Qələndərgilə o sözü deyə bilməyəciyini deyib Elcanın üstünə bozarmış, Şahmərdan Elcanın üstünə bozarıb nalayiq formada qışqırması, Elcanın ünvanına nalayiq ifadə işlətməsinə görə Elcan əsəbiləşib yumruqda Şahmərdanın sifətinə bir zərbə vurmuşdur. Şahmərdan yerə yıxılmış, Elcan da üstünə yıxılıb bir-iki zərbə vuranda o, Elcanın tutub kənara çəkmiş, Elcanı skakitləşdirmiş, Şahmərdanı da yerdən qaldırmışdır. Elcan Şahmərdan şikayət etməsin deyə zəng vurub Siafəddini oraya çağırıb Şahmərdanı vurduğunu demiş, bir neçə dəqiqdən sonra Siyafədin yaxın olduğu üçün oraya gəlmiş, gələndə Şahmərdan bir az xəsarət aldığını görmüşdür. Siyafəddin Şahmərdana “neçə gündür ki, sənə yalvarırıq ki, zəng elə, etmirsən”demiş, Sonra Siyafəddin yolun ortasında danışmamağı, sakit bir yer Elcanın Totanlıdakı evidir, oraya gedib söhbət etməyi, bu məsələni sakitliklə yoluna qoymağı təklif etmiş, sonra onlar yolnan keçən tanımadıqları bir Opel markalı taksini saxlatdıq, qabaqda Elcan oturmuş, o, Şahmərdan, Siyafədien də arxada oturub Elcanın yaşadığı evə gəlmişlər. Evdə heç kəs olmamışdır. Onlar evə girəndə Şahmərdanın sifəti bir az qanamış, Şahmərdan əl-üzünü yumuşdur. O, çay qoymuş, Özü hamıya çay vermiş, Şahmərdan da çay içmişdir. Sonra Şahmərdan zəng vuracağını bildirmiş, orada danışıb Şahmərdan ilk olaraq Elcanın üstünə qışqırmış, Elcana nalayiq ifadə işlətmişdir. Şahmərdan da nə isə olan oldu, başqa bir fikri və marağı olmamışdır, bu dəqiqə də Qələndərgilə zəng vurub danışa bilmirəm demiş, Elcan da telefonunun Votshapp sosial şəbəkəsi yenilənmədiyini bilmiş, bundan da anlayışı olmadığı üçün tanışları Rəşada zəng vurub oraya çağırmışdır. Bir neçə dəqiqədən sonra Rəşad oraya gəlmiş, Elcanın telefonunun Votshapp sosial aşəbəkəsini yeniləmiş, lakin internetin seti zəif olduğu üçün Şahmərdan həmin əxslərlə tam danışa bilməmişdir. Sonra onlar sabah Gəncə şəhərində Nizami kinoteatrı tərəfdə görüşmək, Şahmərdan yenidən Qələndərgillə Elcanın yanında danışıb Elcanı onlara tapşıracaqları barədə razılığa gəlmişlər. Şahmərdan da şikyaət etməyəcəyini demiş, Elcan da Şahmərdandan vurduğuna görə üzr istəmiş, Siyafəddinlə Şahmərdan çıxıb getmişlər. O və Elcan orada qalmış, ertəsi günü Şahmərdan evlərinə gedəndə Samirə onların evə gəlib səs-küy salıb, anası Həqiqəti itələyəib, sonra da şikayət etdikləri ona məlum olmuşdur. Sonra qardaşının yoldaşı İlhamə də Samirədən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacanağıdır, Təqsirləndirilən şəxs və Şahid2 da tanıyır, münasibətləri normaldır, İlqar onun oğlunun kirvəsidir. Hər iki tərəflə hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. Təxminən bir ildən çoxdur ki, o, bacanağı Şahmərdanla söhbət edərkən Şahmərdan ona Elcanın Rusiya Federasiyasında əvvəlki şəriki Mehmanın Elcana atdığı pulu dirildəcəyini demiş, o, nətər dirildəcəysən? deyə soruçmuş, Şahmərdan isə ona qohumları Qələndər və Zamiq adlı şəxslər Moskvada reketliklə məşğul olurlar, clotu Qulinin? adamlarıdır, həmin şəxslər Mehmandan pulu alacaqlarını demişdir. O da Şahmərdana Elcan yaxşı oğlandır, ala bilsələr yaxşı olar demişdir. Şahmərdan da həmin pulu yarı-yarı alacaqlar, ELcan da hörmət edəcək, həmin şəxslər də hörmət edəcəklər demişdir. Sonra o, Şahmərdanlar bu barədə danışmamış, təxminən 4-5 ay bundan əvvəl Elcan ona Moskva şəhərindən zəng vurub Şahmərdanın qohumları X3 axtardıqlarını və hədələdiklərini demiş, o, “səni niyə hədələyirlər” demiş, Elcan isə ona bir ildir ki, pulunu ala bilmədiklərini, həm də Mehmanı kimsə də incitmələrini istəmiş, ona görə də Şahmərdana bu işi dayandırmalarını demişdir. Şahmərdan isə o şəxslərə deməmiş, Elcan ona birtəhər Rusiyaya gəlməsini xahiş etmiş, orada işləri olduğunu, Qələndərgilin qorxusundan orada işləyə bilmədiyini demişdir. O da Şahmərdanla görüşüb həmin şəxslərə bu iş dayandırmalarını, camaaata mərdimazarlıq etməmlərini deməsini istəmişdir. Şahmərdan da deyəcəyini, Qələndərgilin Samux rayonunun Kolayır kəndində yaşayan qohumlarıgilə getdiyini demişdir. Amma qohumlarının adını bilməmiş, Şahmərdan da ad çəkməmişdir. Ondan sonra Elcan yenə də ona zəng vurub imkan vermədiklərini demiş, Elcan da 2020-ci ilin denkabr yaında Moskva şəhərindən qaçıb buraya gəlmişdir. Elcan gələndən sonra ona zəng vurub Şahmərdan bu işi, yəni, Rusiyada Mehmandan pulu tələb etmə işini dayandırmadığını demiş, indi də həmin şəxslərə çatası 60000 (altmış min) ABŞ dolları Elcan verməli olduqlarını demiş, guya oğru qanunlarına görə Elcan dala durursa, pulu Elcan verməli olduğunu bildirmişlər. O da Şahmərdana zəng vurub “ayıb deyilmi, bu nə hərəktdir, niyə o şəxslərə zəng vurub Elcandan əl çəkmələrini deməmisən” demiş, Şahmərdan Samux rayonuun Alabaşlı qəsəbəsində ata evində olmasını dediyi üçün 0, Elcan və İlqar onlara getmişlər. Orada Şahmərdanla söhbət zamanı Şahmərdan onlara işi qurtardığına söz vermiş, Elcan qurtarmadığını, həmin şəxslər axtarırlar demişdir. Şahmərdan onlara ertəsi günü, yəni, 26 yanvar 2021-ci il tarixdə saat 15 radələrində onlara gəlib, onlardan internetlə həmin şəxsləri yığıb danışacağına, məsələni bağlayacaqlarına söz vermişdir. Onlar da inanıb Gəncə şəhərinə qayıtmışlar. Həqiqətən Şahmərdan saat 15 radələrində onlara gəlmiş, evlərində o, həyat yoldaşı X8 da evdə olmuşdur. Şahmərdan onların evdən öz mobil nömrəsi ilə internetlə Votshaap sosial şəbəkəsi ilə həmin şəxslərlə danışmış, “Şahmərdan söhbətdəyik, çıxıb sənə cavab verəcik” deyə səs atmış, o da narahat olmasın deyə danışıb bu məsələni həll edəcəyini demək üçün səsi Elcana göndərmiş, Şahmərdan qızı Nərmingilə getdiyini, görüşüb gələcəyini, həmçinin Şahmərdan onun həyat yoldaşı Manyaya ərinə, bu işə qarışmamasını demək üçün eetmiş, bunu Şahmərdan gedəndən sonra yoldaşı ona demiş, o da evdə qalmış, sonra Şahmərdan həmin şəxslərlə qızıgildə nə danışıb bilməmiş, ama həmin şəxslər Şahmərdana razılıq vermədiklərini düçünmüşdür. Sonra həmin gün axşam saat 20 radələrində Elcanla Şahmərdan telefonla danışıb görüşdükləri ona məlum olmuş, Ordubadi küçəsinə, onun o biri bacanağı Həsənin evinin yaxınlığında danışıb görüşmüş, Elcanın yanında İlqar da olmuş, o, bildiyinə görə Qələndərgil Şahmərdana cyoxə? demiş, həmin şəxslərin Gəncə şəhərində də adamları olduğunu demişdir. Bu səbəbdən də Şahmərdan Elcanla kobud danışmış, Elcan da Şahmərdan da vurmuşdur. Onu Elcan zəng vurub küçəyə çağırmış, Şahmərdan sözünü dəyişmişdir. O, tez oraya gəlmiş, gələndə Şahmərdan, Elcan və İlqar küçədə durmuş, Şahmərdanın ağız nahyiəsində xəsarəti olmuş, burunu qanamışdır. O, Şahmərdanı kim vurduğunu soruşmuş, Elcan da Şahmərdanı vurduğunu demişdir. Şahmərdan da Elcanla dalaşmasını demiş, İlqarın adı çəkilməmişdir. O, Elcana və Şahmərdana küçədə söhbət etməyək demiş, Şahmərdan “gedək mən o şəxslərə zəng vurub dayandıracam” demiş, ona görə də onlar taksiyə oturub Elcanın Totanlı qəsəbəsindəki evinə getmişlər. Elcan orada çay dəmləmiş, onlar Şahmərdanla həmin şəxsləri danışdırmaq istəmiş, əvvəl danışa bilməmiş, səs yaxşı getməmiş, Elcan oraya bir nəfər internetdən anlayışı olan adını bilmədiyi cavan oğlan çağırmış, sonra yığmış, həmin şəxslərin, Qələndərgilin səsi yaxşı gəlməmiş, ertəsi günü Nizamı kinoteatrın yanından həmin şəxslərlə danışmaq qərarına gəlmişlər. Orada da Şahmərdan əl-üzünü yumuş, onlarla bərabər çay içmiş, heç bir narazılıq, mübahisə, davadalaş olmamışdır. O da Şahmərdanı oradan götürüb öz evlərinə gətirmiş, sonra baldızı, Samirə zəng vurub evə çağırmış, sonra Elcangildən Şahmərdan şikayət etdiklərini eşitmiş, baldızı Samirə də İlqarın ata evinə gedib orada bir az səs-küy salmışdır. O, oraya gələndə İlqar, Elcan və Şahmərdanı görmüş, orada heç kəs olmamış, o, gələndə dava-dalaş qurtarmışdır. Şahmərdan tamamilə yalan deyir, heç kəs Şahmərdanı hədələməmişdir. O, dava-dalaşdan sonra getsə də Şahmərdanla Elcanın üstü toz içində olduğunu görmüş, İlqarın üstündə heç nə yoxdur, həm də İlqarı tanıdığı üçün, özü oraya gedəndə danışıqlarını bildiyi üçün İlqar onu vurmamışdır. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 27.01.2021-ci il tarixli, 121 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözətrafı nahiyəsinin qançırı-şişkinliyi, burun sümüyünün xətti, yerdəyişməmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırışişkinliyi, alt çənədə 1 dişin travmatik qopması, alt dodağın və alt çənə nahiyələrinin səthi əzilmiş-çırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26.01.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilirlər. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 19.03.2021-ci il tarixli tələbnamədən görünür ki, X6 məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, sonuncu ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. O, zərərçəkmiş şəxsə vurulan maddi və mənəvi zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə bаrışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamilə ödəyərək barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-161/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-161/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver