Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-162/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirlkən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, ev 26, mənzil 51-də yaşamış, hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəməiclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya – daxilində “Bakcell” danışıq kartı olan bir ədəd istifadəyə yararlı “Nokıa” markalı, “Mini Phone” modelli, “**********92344-**********92344” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və 07 noyabr 2019-cu il tarixdə saat 10:00 radələrində təcridxananın əməkdaşları tərəfindən həbsdə saxlanıldığı 3-cü rejim korpusunun 60 saylı kamerasında üzərinə və saxlanıldıqları kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman yoğun bağırsağında gizlətdiyi həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərindən (yoğun bağırsağından) aşkar edilərək götürülmüş daxilində danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə 16 oktyabr 2019-cu il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində olarkən orada olan təqsirləndirilən şəxslərin və məhkumların müvəqqəti saxlama yerindən oturacaqların altından tapdığını və yoğun bağırsağımda gizlədərək istifadə etməkdən ötrü təcridxanaya keçirdiyini, danışıq kartının hesabında pul olmadığına görə istifadə edə bilmədiyini və 07 noyabr 2019-cu il tarixdə təxminən saat 10:00 radələrində əvvəllər həbsdə saxlanıdığı 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən cəza çəkdiyi 3-cü rejim korpusunun 60 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman üzərindən gizlədilmiş vəziyyətdə aşkar olunaraq götürüldüyünü göstərmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təcridxanada həbsdə saxlanılan şəxs kimi tanıdığını, 07 noyabr 2019-cu il tarixdə, saat 10:00 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən hal şahidlərinin iştirakı ilə onun cəza çəkdiyi 3-cü rejim korpusunun 60 saylı kamerasında üzərində keçirilən axtarış-baxış tədbirləri zamanı üzərindən (yoğun bağırsağından) “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya – daxilində sındırılmış vəziyyətdə Bakcell GSM danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatı aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, 07 noyabr 2019-cu il tarixdə təxminən saat 10:00 radələrində işlədiyi təcridxananın əməkdaşları tərəfindən 3-cü rejim korpusunun 60 saylı kamerasında axtarış-baxış tədbiri keçirilərkən hal şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu, baxış zamanı həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən (yoğun bağırsağından) məhkumlar üçün istifdəsi və saxlanılması qadağan olunmuş əşya daxilində sındırılmış vəziyyətdə Bakcell GSM danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatının aşkar edilərək götürüldüyünü gördüyünü, bundan sonra təcridxananın əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakları ilə protokol tərtib edilmiş, həmin əşya qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan kompyuter-texniki ekspertizasının 17 dekabr 2019-cu il tarixli, 30101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Nokıa” markalı, “Mini Phone” modelli, “**********92344-**********92344” imei kodlu mobil telefon olmaqla, işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 noyabr 2019-cu il tarixli götürmə protokolundan görünür ki, saat 10:00 radələrində Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən 3-cü rejim korpusunun 60 saylı kamerasında keçirilmiş əməliyat axtarış-baxış tədbirləri zamanı orada həbsdə saxlanan Təqsirləndirilən şəxs üzərindən (yoğun bağırsağından) həbsdə olan şəxslərə saxlanması, gəzdirməsi, daşınması və istifadəsi qadağan olunmuş əşya mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 1(100)-31/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 204.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 30.04.2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan 08 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanınmaq haqqında” qərardan görünrür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd daxilində danışıq kartı olan “Nokıa” markalı, “Mini Phone” modelli, “**********92344-**********92344” imei kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 317- 2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 07 noyabr 2019-cu ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Göstərilən əsasla cinayət məsuliyyətinə cəlbetmə müddəti 07 noyabr 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317- 2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 59 manat 94 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələbinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcələnin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş istifadəyə yararlı bir ədəd “Nokia” markalı “Mini Phone” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 20 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-162/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-162/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver