Məhkəmə qərarları › İş №1(044)-171/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-171/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-171/2021 31.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Qorçuzadə Xanım Məhəmməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkum olunmamış, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-İ.M. Əliyev) 22.04.2021-ci il tarixdə saat 13:40 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Təzə Şəmkir” avtovağzalı adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs, tanışı Zərərçəkmiş şəxs qəsdən əli ilə sifətinə vuraraq ona “sol gözün yumşaq toxumalarının əzilməsi və hematoması, sol gözün qapaqlarının şişkinliyi, konyuktivalı qansızma” ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdii ki, Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır. Onun Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi ilə sərhəddə yerləşir. O, özünə məxsus həmin torpaq sahəsində 2002-ci il tarixdən indiyədək əkin əkib ailəsini dolandırmışdır. Sonradan Gülüm ona məxsus torpaq sahəsinə iddia qaldırıb torpaq sahəsini məhkəmə qaydasında ondan almağa çalışmışdır. Hal-hazırda Gədəbəy Rayon Məhkəməsində Gülümün iddiası əsasında onların arasında olan mülki məsələyə baxılır. O, 22.04.2021-ci il tarixdə səhər saatlarında Gədəbəy rayonundan şəxsi işləri olduğu üçün Gəncə şəhərinə gəlmiş, həmin günü saat 13:40 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Təzə Şəmkir” avtovağzalına getmiş və avtovağzalın qarşı tərəfində yolun kənarında dayanmışdır ki, oradan Gədəbəyə gedən yol maşını olsa saxlayıb evinə getsin. Həmin vaxtı Gülümün kənarda onun ünvanına qarğışlar edib ona yaxınlaşmasını görmüşdür. Gülüm onun yanına gəlmiş və ona “sən mənim torpaq sahəmi qanunsuz zəbt etmişən” deyə bildirmişdir. O, da cavabında Gülümə “işimizə məhkəmədə baxılır, məhkəmə kimin xeyrinə qərar qəbul etsə torpaq onun olacaq” deyə bildirmişdir. Bu zaman Gülüm qəsdən təpiklə onun sol ayağından vurmuşdur. Ona görə də o, da yumruqla Gülümün üzündən vurmuş, Gülüm yerə yıxılmışdır. Sonra isə o, oradan kənarlaşıb getmişdir. O, sonradan Gülümün onun barəsində polisə şikayət etməsini bilmişdir. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada o, və Gülüm olmuş, başqa şəxslər olmamışdır. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Onun Gədəbəy rayonu Söyüdlü kəndində Təqsirləndirilən şəxslə qonşuluqda 0.34 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində əkin edib dolanır. Sonradan yəni 2009-cu ildə ona məxsus torpaq sahəsininin bir hissəsini İlham qanunsuz olaraq zəbt edib istifadə etmiş və bu səbəbdən də onlar arasında mülki mübahisələri yaranmışdır. O, 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq Təqsirləndirilən şəxs torpaq sahəsinin geri qaytarmasını tələb etmişdir. 16.04.2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsi həmin mübahisəli torpaq sahəsi ilə bağlı onun xeyrinə qərardad qəbul etmişdir. O, 22.04.2021-ci il tarixdə saat 13:40 radələrində Gədəbəy rayonundan avtobusla Gəncə şəhərinə gəlmiş və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Təzə Şəmkir” avtovağzalında avtobusdan düşmüş və orada avtobus gözləmişdir ki, minib Gəncə şəhərində yerləşən Qrand Qafqaz adlı ticarət mərkəzinə getsin. Həmin vaxtı avtovağzalın yaxınlığında İlhamla təsadüfən qarşılaşmış, İlham ona “məni Məhkəmə ilə hədələmə torpaq mənimdir” demiş, o, da cavabında İlhama qanunsuz olaraq torpağını zəbt etdiyini, ona görə də məhkəmənin onun xeyrinə qərar qəbul etdiyini demişdir. Bu zaman İlham onunla mübahisə edib nalayiq ifadələrlə onu söyüb təhqir etmiş, sonra isə qəsdən yumruqla onun üzündən vurub onu yerə yıxmış, o, yerə yıxılan zaman İlham təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurub onu döyüb xəsarət yetirmişdir. Həmin vaxtı o, İlhama barəsində polisə şikayət edəcəyini bildirdikdə İlham çıxıb getmiş və o, da özünə məxsus mobil telefonla Azərbaycan Respublikasının DİN-in 102 zəng xidmətinə müraciət edib məlumat vermişdir. Mübahisə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Təzə Şəmkir “ avtovağzalı adlanan ərazidə baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA Birliyi Gəncə şöbəsi tərəfindən verilmiş 22.04.2021-ci tarixli 569 saylı rəydən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gözün yumşaq toxumalarının əzilməsi və hematoması, sol göz qapaqlarının şişkinliyi, konyuktivalı qansızma-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlməsi, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.04.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.04.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi hadisəsi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Təzə Şəmkir” avtovağzalı adlanan ərazidə, yolun kənarında baş vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarda haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz saat) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar