Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-172/2021 31.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Qorçuzadə Xanım Məhəmməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X2, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26.04.2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları Gəncə şəhəri, Gəncə çayının sağ sahilində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq sol göz qabaqlarının hemotoması və ağlı qişaya qansızma, buynuz qışasının eroziyası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır və onunla heç bir ədavəti yoxdur. 26.04.2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngə ilə Gəncə çayının ətrafında əkdiyi bostana gedən zaman bostanın yanında Famili görmüş, o, Familə yaxınlaşan zaman Familin bostanın yerini ayaqladığını görmüş, ona öz iradını bildirərək belə hərəkət etmək olmaz sözlərini demiş, həmin vaxt Famil ona kobud cavab qaytarmış və guya oranın bostan olmadığını bildirmişdir. O, Familə oranı əlinin zəhməti ilə becərdiyini izah etməyə başlamış, lakin Famil ona öz dediyini sübut etməyə çalışmış, həmin vaxt Familin hərəkətlərinə əsəbləşmiş və Familin sol sifət nahiyəsində əli ilə yumruq vurmuş sonra oradan çıxıb getmişdir. Famil ilə aralarında mübahisə qısa müddətdə olmuş, mübahisə zamanı yanlarında və ətrafda heç kim olmamışdır. Hazırda əməlindən peşmandır. O, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir ədavəti yoxdur. 26.04.2021-ci il tarixdə saat 18 radələrində bir az hava alıb dincəlmək məqsədi ilə Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngə ilə Gəncə çayının sağ ətrafına piyada getmiş, Gəncə çayının sahilində gəzən zaman işıq transformatorunun yanında alça ağacı görmüş və ağacın üzərində meyvəsinin olub-olmadığını yoxlamaq üçün yaxınlaşmış, həmin vaxt kənardan bir nəfərin gəldiyini görmüşdür. Həmin şəxs onun yanına yaxınlaşan zaman İlham olduğunu görmüşdür. İlham ona yaxınlaşan kimi dayandığı yerin onun bostanı olduğunu demiş və guya onun bostanını ayaqladığını iddia etmişdir. İlham həmin yerin heç kimə aidiyyəti olmadığını izah etmək istəyən zaman İlham əli ilə onun sol göz nahiyəsinə vurub xəsarət yetirmiş, o, həmin vaxt özünü itirmiş, İlham onu orada qoyub çıxıb getmişdir. O, bir az sonra özünə gəlmiş və nəvəsi Cabirə zəng edərək harada olduğunu və başına gələni bildirmişdir. Cabir onun yanına gəlmiş, kömək etmiş və birlikdə əvvəl həkimə gedib yardım almış, sonra isə Nizami rayon Polis İdarəsinə gəlib ərizə yazmışdır. İlham onu döyən zaman yanlarında başqa heç kim olmamış, mübahisələri qısa müddətdə 2-3 dəqiqə ərzində olub qurtarmış, sol göz nahiyəsindən xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 27.04.2021ci il tarixli 596 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz qapaqlarının hematoması və ağlı qişaya qansızma, buynuz qişanın eroziyası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26.04.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, 26.04.2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Gəncə çayının sağ sahilində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq sol göz qabaqlarının hemotoması və ağlı qişaya qansızma, buynuz qışasının eroziyası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 29.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-172/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-172/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver