Məhkəmə qərarları › İş №1(044)-174/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-174/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-174/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, himayəsində 1 azyaşlı uşağı olan, Gəncə şəhəri, 2-ci mikrorayon, ev 3, mənzil 2-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 288.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 05 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin Gəncə şəhəri 28 may küçəsində yerləşən inzibati binasına gələrək həmin idarənin icra məmuru vəzifəsində işləyən, İİİ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs icraatında olan, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1504 saylı qərardadına əsasən cavabdeh X6 ilə iddiaçı Təqsirləndirilən şəxs nikahının pozulması mübahisəsi həll olunana qədər birgə evliliklərindən dünyaya gələn 06.06.2009-cu il təvvəlüdlü Sadiq Abdullayevin saxlanılması üçün cavabdeh Ruslan Abdullayevdən 22 may 2020-ci ildən başlayaraq müvəqqəti olaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Təqsirləndirilən şəxs verilməsi barədə icra işi ilə bağlı xidməti vəzifəsini icra edən Zərərçəkmiş şəxs qeyd olunan ünvanda yerləşən iş otağına daxil olaraq sonuncunun mobil telefonda onunla danışıq tərzindən, eləcə də aliment işi üzrə keçmiş əri Ruslan Abdullayev ödəməli olduğu, lakin tam şəkildə ödəmədiyi aliment borcunu ödətdirməməsini bəhanə edərək qeyd olunan icra işi ilə bağlı xidməti vəzifəsini icra edən vəzifəli şəxsə heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlərlə söyüb təhqir etməklə əsassız olaraq mübahisə yaratmış, həmin vaxt orada olan İdarənin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid3 və həmin İdarənin icra məmurları- İ dərəcəli ədliyyə qulluqçusu Şahid1, İİİ dərəcəli ədliyyə qulluqçusu Şahid5 onu intizama dəvət etmələrinə baxmayaraq masanın üzərindəki iş sənədlərini yerə ataraq, Zərərçəkmiş şəxs qalstukundan tutub özünə tərəf çəkib dırnaqları ilə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən sol almacıq, sol gözaltı, sağ bilək nahiyələrinin və sağ əlin İ barmağının sıyrıqları ilə müşayiət edilən xəsarətləri yetirməklə Gəncə şəhər Nizami Rayon məhkəməsinin 2(044)-1504 saylı qərardadının icrası ilə bağlı xidməti vəzifəsini yerinə yetirən Gəncə şəhər İcra İdarəsinin icra məmuru Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 288.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, T.Abbasov küçəsi,bina 4, mənzil 10-da tək yaşayır. Əvvəllər Bakı şəhərində gözəllik salonunda çalışmış, lakin hazırda heç bir yerdə işləmir. Ruslan Abdullayev onun keçmiş əri olmuş, 2020-ci ilin noyabr ayında o, əri Ruslanla rəsmi qaydada boşanmış, Ruslanla nikahlarından olan 2009-cu il təvəllüdlü Sadiq Abdullayev onun himayəsinə verilmiş, boşandıqdan sonra məhkəmə qətnaməsinə əsasən, Ruslan Abdullayevdən hər ay 160 manat aliment pulu tutulması qət edilmiş və həmin pulun tutulması 2020-ci ilin may ayından hesablanmışdır. Daha sonra Ruslan Abdullayev onun bank hesabına aliment pulunu ödəməyə başlamışdır. Lakin Ruslan 2020-ci ilin may ayından noyabr ayınadək olan müddət ərzində yığılmış aliment pullarını ödəməmişdir. Həmin icra işi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zərərçəkmiş şəxs icraatında olmuşdur. Bununla yanaşı o, Zərərçəkmiş şəxslə alimentin gecikdirilməsinə görə bir neçə dəfə telefonla da danışmış və Zərərçəkmiş şəxs alimentin gecikdirilmiş hissəsinin ödətdirilməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs məsələ ilə maraqlanmamışdır. 2020-ci ilin oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı onunla telefon danışığı zamanı Ruslanın işləmədiyini və alimenti ödəmək iqtidarında olmadığını bildirmiş, o, isə Zərərçəkmiş şəxs əgər alimenti ödəyə bilmirsə Ruslanın həbs edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Ruslanın həbs ediləcəyi təqdirdə alimenti ümumiyyətlə ödəyə bilməyəcəyini bildirərək telefonda onunla kobud danışmış və telefon danışığı zamanı Kamal ona “uzaq başı alimenti Ruslanın aldığı 110 manat pensiyanın 70 faizinə yönəldərəm, onda görərsiz” deyərək telefonu söndürmüşdür. Təxminən 10 gün sonra, yəni 05.11.2020-ci il tarixdə o, Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş və Zərərçəkmiş şəxslə üz-üzə danışmaq, alimentin ödənilməsini təmin etmək üçün həmin gün, saat 10 radələrində Gəncə şəhəri üzrə İcra İdarəsinin binasına gedib birbaşa Zərərçəkmiş şəxs çalışdığı xidməti iş otağına daxil olmuş, həmin vaxt otaqda dörd nəfər tanımadığı kişi icra məmurları, bir nəfər isə gənc qadın olmuş, o, otaqda olan şəxslərdən Zərərçəkmiş şəxs onlardan hansı olmasını soruşduqda əynində icra məmurunun geyimi olan bir nəfər 28 yaşlarında gənc oğlan ayağa qalxıb özünü təqdim edərək, Zərərçəkmiş şəxs olduğunu bildirmiş və onun üzünə gülümsəyərək başını aşağı salmışdır. O, isə Zərərçəkmiş şəxs özünü təqdim edərək nə üçün güldüyünü, nə üçün onunla telefonda kobud danışdığını və nə üçün aliment borcunu Ruslanın təqaüdünə yönəldəcəyini soruşmuş, həmin vaxt o, əsəbləşib masanın üzərində olan sənədləri götürüb yerə atmışdır. Zərərçəkmiş şəxs isə onun səsini kəsməsini tələb etmişdir. Hadisə vaxtı o, Kamalı nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt orada olan icra məmurları və Zərərçəkmiş şəxs onu otaqdan dəhlizə çıxartmışlar, Ələmdar müəllim də oraya gəlib onu sakitləşdirməyə çalışaraq öz xidməti otağına dəvət etmişdir. O, Ələmdar müəllimin otağında Zərərçəkmiş şəxs və polis əməkdaşları ilə söhbət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs telefonda onunla kobud danışaraq “alimenti Ruslanın pensiyasının 70 faizinə yönəldim, sən də gör” deyə bildirməsini özünə təhqir hesab etmişdir. Özü isə telefon danışığı zamanı Kamaldan nə üçün onun telefonlarına cavab vermədiyini, nə üçün alimenti ödətdirmədiyini soruşmuşdur. Həmin vaxt Kamal ona kobud tərzdə cavab vermişdir. Lakin Zərərçəkmiş şəxs onun şəxsiyyətini alçaldan heç bir ifadə işlətməmişdir. Hadisə vaxtı isə əsəblərinə hakim ola bilmədiyi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin binasında xidməti iş otağında sənədləri yerə atmışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı orada icra idarəsinin işçiləri, eləcə də tanımadığı vətəndaşlar olmuşdur. Hadisə vaxtı o, Kamala “şərəfsiz” demiş və o, qışqıra-qışqıra danışarkən orada olan icra məmurları və Zərərçəkmiş şəxs onu sakit olmağa çağırmış, lakin o, əsəbi olduğu üçün hərəkətlərinə hakim ola bilməmişdir. Məhkəmədən əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində bildirdi ki, 18.08.2020-ci il tarixdə tələbkar Təqsirləndirilən şəxs aliment işi icraatına daxil olmuşdur. Həmin icraat üzrə o, borclu Ruslan Abdullayevlə aliment borcunu ödəməsi üçün bir neçə dəfə danışmışdır. 28.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək alimentinin ödənilmədiyini bildirmişdir. O, isə öz növbəsində borclu Ruslan Abdullayev ilə telefon əlaqəsi yaradaraq alimenti gecikdirməsi barədə Ruslana xəbərdarlıq etmişdir. Ruslan Abdullayev 30.09.2020-ci il tarixdə ödəməli olduğu alimenti ödəyərək ödəniş çeklərini ona göstərmişdir. 05.11.2020-ci il tarixdə, saat 10 radələrində tələbkar Təqsirləndirilən şəxs xidməti iş otağına gələrək ona özünü təqdim etmiş, o, isə Elnarəni üzbəüz görmədiyi üçün sonuncuya onu tanımadığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı nalayiq sözlər işlədərək neçə vaxtdır telefonuna cavab vermədiyini iddia etmişdir. O, nalayiq sözlər işlətməməsini xahiş edib Elnarəni nizam-intizama dəvət edərək nə baş verdiyini soruşduqda Elnarə onun üzərinə qalxaraq dırnaqları ilə sifət nahiyəsini cırmaqlayaraq ona xəsarətlər yetirmiş, həmin vaxt xidməti iş otağında olan iş yoldaşları, yəni icra məmuru Şahid5, böyük icra məmuru Şahid3, icra məmuru Şahid1, onun köməkçisi Şahid2, icra məmuru Şahid5 köməkçisi Şahid4 tələbkar Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışır, nizam-intizamlı olmağa dəvət edirmişlər. Həmin vaxt Elnarə öz xuliqanlıq hərəkətlərini davam etdirərək əsəbi halda onu, işlədiyi idarənin rəhbər və işçi kollektivini nalayiq sözlərlə təhqir edərək onun qalstukundan tutub özünə tərəf çəkmiş və yenə dırnaqları ilə onun sağ əl nahiyəsini cırmaqlamağa başlamışdır. Həmin vaxt orada olan iş yoldaşları onu Elnarənin əlindən almışlar. Bununla kifayətlənməyən Təqsirləndirilən şəxs onun xidməti iş otağında təxminən 10-15 dəqiqədən artıq iş rejimini pozaraq xidməti iş otağında olan masanın üzərindəki icra və digər materialları onun üzərinə ataraq qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Həmin vaxt onların xidməti iş otağında bir neçə nəfər mülki şəxslər də olmuş, Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri nəticəsində onlara xidmət göstərilməsi bir qədər ləngimişdir. Bundan sonra idarə rəisinin müavini Şahid7, Elnarənin səs-küyünü eşidib onun xidməti iş otağına gəlmişdir. Ələmdar müəllim Elnarəni sakitləşdirməyə çalışarkən Elnarə sakitləşməyərək qışqırıb telefonla danışarkən guya onun Elnarəni təhqir etdiyini iddia edirmiş. Ələmdar müəllim, icra idarəsində xidmət aparan X13 İdarəsinin polis nəfəri, polis serjantı Şahid6 və digər əməkdaşlar olanları aydınlaşdırmaq üçün Elnarəni Ələmdar müəllimin xidməti iş otağına aparmışlar. Buna qədər Elnarə artıq onun əlini, qolunu və sifət nahiyəsini dırnaqları ilə yaralamamışdr. Ona görə o, da Ələmdar müəllimin xidməti iş otağına getmişdir. Elnarə orada yenidən onu nalayiq sözlərlə təhqir edərək Ələmdar müəllimin iş otağında olan oturacağı götürüb onu vurmaq istəyərkən Ələmdar müəllim və polis əməkdaşı Şahid6 oturacağı Elnarənin əlindən almışlar. Həmin vaxt o, Ələmdar müəllimin iş otağından çıxıb polisə zəng etmiş və Gəncə şəhər Nizami RPİ-nin əməliyyat qrupunu hadisə yerinə çağırmışdır. O, Təqsirləndirilən şəxs onun şəxsiyyətini alçalda biləcək heç bir təhqiramiz ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı etdiyi hərəkətlər heç bir motivə söykənmir, sadəcə qərəzli xarakter daşmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, onun barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərdi ki, o, 05.11.2020-ci il tarixdə, saat 10 radələrində xidməti iş otağında olmuş, həmin vaxt Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12, icra məmuru Zərərçəkmiş şəxs, Şahid5, icra məmuru köməkçisi Şahid4 və icra məmuru köməkçisi Şahid2 da onunla eyni otaqda idi. Həmin vaxt adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs xidməti iş otağında daxil olaraq Kamal müəllimin kim olduğunu soruşmuş, onlar isə Elnarəyə, Zərərçəkmiş şəxs göstərmişlər. Zərərçəkmiş şəxs özünü Elnarə xanıma təqdim etdikdə Elnarə “şərəfsiz sən kimsən ki, telefonuna cavab vermirsən, təhqir edirsən” deyə qışqıraraq Kamala müraciət etmiş və dırnaqları ilə Kamalın sifət nahiyəsini cırmaqlayaraq Kamala xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs isə Elnarəni nizam- intizamlı olmağa dəvət edərək tanımadığını, birinci dəfədir ki, gördüyünü bildirmişdir. Həmin vaxt Kamal, Elnarədən təhqir deyəndə nəyi nəzərdə tutduğunu soruşduqda Elnarə “mən telefonda deyəndəki, niyə Ruslandan alimentimi alıb vermirsən, sən niyə dedin ki, qanunvericilik vətəndaşın əmək haqqının 70 faizinədək məbləğin tutularaq tələbkara verilə bilməsini nəzərdə tutur, Ruslanı öldürməli deyiləm ki ?”- deyə cavab vermiş və bu kimi sözlərlə təhqir olunduğunu bildirmişdir. Bundan sonra Elnarə əsəbi halda Kamalı, işlədiyi idarənin rəhbər və işçi kollektivini nalayiq sözlərlə təhqir edərək Kamalın qalstukundan tutub özünə tərəf çəkmiş və yenə dırnaqları ilə Kamalın sağ əl nahiyəsini cırmaqlamağa başlamışdır. Həmin vaxt o və orada olan iş yoldaşları gücbəla ilə Zərərçəkmiş şəxs Elnarənin əlindən almışlar. Bununla kifayətlənməyən Təqsirləndirilən şəxs onların xidməti iş otağında təxminən 10-15 dəqiqədən artıq iş rejimini pozaraq xidməti iş otağında olan masanın üzərindəki icra və digər materialları Zərərçəkmiş şəxs üzərinə ataraq qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş. Həmin vaxt onların xidməti iş otağında bir neçə nəfər mülki şəxslər də olmuş və Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri nəticəsində vətəndaşlara xidmət göstərilməsi bir qədər ləngimişdir. Bundan sonra idarə rəisinin müavini Şahid7, Elnarənin səs-küyünə xidməti iş otağına gəlmiş və Elnarəni sakitləşdirməyə çalışarkən Elnarə sakitləşməyərək qışqırıb telefonla danışarkən Zərərçəkmiş şəxs tərəfindən təhqir edildiyini iddia etmişdir. Ələmdar müəllim, icra idarəsində xidmət aparan X13 İdarəsinin polis nəfəri, polis serjantı Şahid6 və digər əməkdaşlar olanları aydınlaşdırmaq üçün Elnarəni Ələmdar müəllimin xidməti iş otağına aparmışlar. Buna qədər Elnarə artıq Zərərçəkmiş şəxs əlini, qolunu və sifət nahiyəsini dırnaqları ilə yaralamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs də Ələmdar müəllimin xidməti iş otağına getmişdir. O, isə öz işlərilə məşğul olmuş və sonradan olanları görməmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan xidməti iş otağında Zərərçəkmiş şəxs, idarənin rəhbərliyini nalayiq sözlərlə təhqir edib dırnaqları ilə Kamalın sifət, əl və qol nahiyələrinə xəsarətlər yetirmiş, xidməti iş otağında olan sənədləri qərəzli şəkildə Kamalın üzərinə doğru fırlatmışdır. Elnarə bununla idarənin iş fəaliyyətini pozmuşdur. Elnarə onların nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əsəbi halda öz əməllərini davam etdirmişdir. Həmin vaxt hadisə yerində xidməti iş yoldaşları, eləcə də tanımadığı vətəndaşlar olmuşdur. Vətəndaşlar xidməti iş otağına öz işləri ilə əlaqədar olaraq gəlmişlər. Lakin Təqsirləndirilən şəxs xuliqanlıq əməlləri nəticəsində vətəndaşlara xidmət göstərilməsi baş tutmamışdır. Hadisə onların xidməti iş otağında təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir əşyaya zərər yetirməsə də, sənədləri Zərərçəkmiş şəxs üzərinə atmış və dırnaqları ilə Kamala xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid5, həmin İdarənin icra məmuru Şahid1, Şahid3 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, 2019-cu ildən Gəncə şəhəri üzrə İcra İdarəsində könüllü xidmət edir. İcra məmuru Zərərçəkmiş şəxs icraatında olan aliment işi üzrə tələbkar Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onların idarəsində gələrək öz işi ilə maraqlanmış,lakin Zərərçəkmiş şəxs həmin vaxt başqa xidməti işi ilə əlaqədar olaraq idarədə olmadığından Təqsirləndirilən şəxs icra məmuru Zərərçəkmiş şəxslə üzbəüz görüşü baş tutmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs nı o, özü qəbul etmişdir. 05.11.2020-ci il tarixdə saat 10 radələrində könüllü kimi çalışdığı icra məmuru Zərərçəkmiş şəxsxidməti iş otağında olmuş, həmin vaxt Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid3, icra məmuru Zərərçəkmiş şəxs, Şahid5, icra köməkçisi Şahid4 da onunla eyni otaqda olmuşdur. Həmin vaxt Elnarə Ab dullayeva çalışdıqları iş otağına daxil olmuş və onlardan Kamil Babayevin kim olduğunu soruşmuş, onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göstərmişlər. Bu zaman Zərərçəkmiş şəxs özünü Təqsirləndirilən şəxs təqdim etmiş. Təqsirləndirilən şəxs isə “şərəfsiz sən kimsən ki, mənim telefonuma cavab vermirsən, məni təhqir edirsən” deyə qışqıraraq müraciət etmiş və dırnaqları ilə Kamalın sifət nahiyyəsini cırmaqlayaraq ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs nizam-intizamlı olmağa dəvət etməklə, onu tanımadığını, birinci dəfədir ki, gördüyünü bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs də rəis müavininin xidməti iş otağına getmişdir. O, otaqda qalıb öz işləri ilə məşğul olmuşdur. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. İdarənin icra məmuru köməkçisi vəzifələrində çalışan şahid Dəmirova X9 icra məmuru köməkçisi vəzifələrində çalışan Şahid4 ilə eyni məzmunlu ifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, 05.11.2020-ci il tarixdə, saat 10 radələrində Gəncə şəhəri üzrə İcra İdarəsinin inzibati binasında ictimai asayış qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, eləcə də binanın qorunması üzrə vəzifələrini yerinə yetirərkən binanın üçüncü mərtəbəsində qışqırıq səsləri eşidib yuxarı qalxmış və icra məmuru Zərərçəkmiş şəxs xidməti iş otağında adının Elnarə olduğunu sonradan öyrəndiyi bir nəfər sarı saçlı qadının qışqırıb nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs üzərinə hücum etdiyini, əlləri ilə Kamalın sifət nahiyəsinə xəsarətlər yetirdiyini görmüşdür. Həmin vaxt otaqda olan digər icra məmurları Elnarəni sakitləşdirməyə, nizam-intizama dəvət etməyə çalışmışlar, Elnarənin qarşısına keçib Kamala hücum etməsinə mane olmuşlar. Həmin vaxt otaqda icra məmurları və köməkçilər olduğundan o, qapıdan bayırda Elnarəni səsləyib çölə çıxartmış və Elnarəni sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq, Elmarə, sakitləşməmiş, nalayiq ifadələr işlətməkdə davam etmişdir. O, və icra məmurları gücbəla ilə Elnarəni rəis müavini Ələmdar müəllimin otağına aparmışlar. Orada da Elnarə yenə sakitləşməyərək icra məmuru Zərərçəkmiş şəxs üzərinə hücum etməyə çalışırmış. Lakin onlar buna mane olmuşlar. Daha sonra Gəncə şəhər Nizami RPİ-dən polis əməkdaşları gəlib Elnarəni aparmışlar. O, hadisənin necə və hansı səbəbdən başladığını görməsə də, sonradan Elnarənin heç bir səbəb olmadan İcra İdarəsinin inzibati binasında səs-küy salıb nalayiq ifadələr işlətdiyini və icra məmuru Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini öyrənmişdir. O, xidməti iş otağına daxil olduqda otaqdakı sənədlərin yerlə bir olduğunu görmüşdür. Hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. Elnarə sadəcə olaraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Nə özü, nə də icra məmurları, eləcə də də Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tədbiq etməmişlər. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, 05.11.2020-ci il tarixdə, saat 10 radələrində xidməti iş otağında olarkən bir nəfər qadının qışqırıq səslərini eşidib iş otağından dəhlizə çıxmış və icra məmuru Zərərçəkmiş şəxs iş otağında Elnarə adlı tələbkarın təhqiramiz ifadələr işlədərək səs-küy yaratdığını, icra məmurları Şahid1, Şahid5 və icra məmuru köməkçilərinin nizam-intizama dəvətinə baxmayaraq öz əməllərini davam etdirdiyini görmüşdür. Həmin vaxt o, icra məmuru Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Zərərçəkmiş şəxs sifət nahiyəsində və əl nahiyəsində sıyrıqların olduğunu və gərgin vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa iş otağında sənədlər yerə dağılmış vəziyyətdə olmuşdur. Həmin vaxt o, Elnarə xanımı nizam-intizama dəvət edərək öz xidməti iş otağına dəvət etməyə çalışmış, elə həmin vaxt oraya mühafizə polisinin əməkdaşı Şahid6 da gəlmişdir. Beləcə onlar birlikdə Elnarə xanımı sivil şəkildə öz xidməti iş otağına aparmağa müvəffəq olmuşlar. Elnarə xanım onun xidməti iş otağında da səs-küy yaradaraq əsəbi halda danışmış, icra məmuru Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir qanunsuz hərəkət etməməsinə baxmayaraq, sanki Zərərçəkmiş şəxs nəyinsə qisasını almaq istəyirmiş. O, Elnarə xanımın sakitləşməyəcəyini, öz əməllərinə davam edəcəyini anladığı üçün bu barədə DİN-in 102 xidmətinə müraciət etmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Elnarə xanım polis əməkdaşları tərərindən aidiyyəti üzrə Gəncə şəhər Nizami RPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan icra məmuru Zərərçəkmiş şəxs xidməti iş otağında Zərərçəkmiş şəxs, idarənin rəhbərliyini nalayiq sözlərlə təhqir edib dırnaqları ilə Kamalın sifət, əl və qol nahiyələrinə xəsarətlər yetirmiş, xidməti iş otağında olan sənədləri qərəzli şəkildə Kamalın üzərinə doğru fırlatmışdır. Elnarə Abduullayeva bununla idarənin iş fəaliyyətini pozmuşdur. Elnarə onların nizam-intizama dəvətinə məhəl qoymamış, əsəbi halda öz əməllərini davam etdirmişdir. Həmin vaxt hadisə yerində idarənin əməkdaşları, eləcə də tanımadığı vətəndaşlar olmuşdur. Hadisə təxminən 20-30 dəqiqə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir əşyaya zərər yetirməsə də, sənədləri Zərərçəkmiş şəxs üzərinə atmış və dırnaqları ilə Kamala xəsarətlər yetirmişdir. O, bunu birbaşa görməsə də içəri daxil olduqda Zərərçəkmiş şəxs sifətində və əl nahiyəsində sıyrıqları olduğunu, sənədlərin isə yerdə dağılmış vəziyyətdə olduğunu görmüş, bütün bunları Təqsirləndirilən şəxs etməsi isə sonradan ona məlum olmuşdur. Bundan başqa, nə özü, nə də idarənin əməkdaşları, eləcə də Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tədbiq etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.11.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərək, Təqsirləndirilən şəxs onu vurub və söyüb təhqir etdiyi 16 saylı otaqda baş vermişdir. Zərərçəkmiş şəxs hadisə yerini göstərməsi barədə protokol tərtib olunmuş və fotoşəkilər protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.11.2020-ci il tarixli 2(044)-1504/2020 sylı qətnamənin surətindən görünür ki, Abdullayeva (Aslanova) Elnarə Bəxtiyar qızı ilə cavabdeh X6 arasında 21.06.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 515 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 06 iyun 2009-cu il tarixdə anadan olmuş X7 nikahın pozulmasından sonra iddiaçı Abdullayeva (Aslanova) Elnarə Bəxtiyar qızının himayəsində saxlanılması, 06 iyun 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22.05.2020-ci il tarixdən başlayaraq, cavabdeh X2 hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı Abdullayeva (Aslanova) Elnarə Bəxtiyar qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 05.11.2020-ci il tarixli 1727 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol almacıq, sol gözaltı, sağ bilək ahiyyələrinin və sağ əlin barmaqlarının sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.12.2020-ci il tarixli 3607 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.12.2020-ci il tarixli 4049 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23.09.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş və cərimə tam ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.03.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində tərtib olunmuş soyadın dəyişdirilməsi haqqında sənəddən görünür ki, soyad dəyişdirilərək Təqsirləndirilən şəxs kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.01.2021-ci il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.04.2021-ci il tarixli xidmətii xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində işlədiyi müddət ərzində işinin öhdəsindən bacarıqla gəlmiş, icraatına daxil olan sənədləri vaxtında, tam və düzgün icrasını təmin etmiş, öz şəxsi nümunəsi, işə olan məsuliyyəti və davamiyyəti ilə seçilmiş, ondan heç bir şikayət daxil olmamış, zahirən səliqəli, geniş dünya görüşünə və intellektual səviyyəyə malik olan bir əməkdaşdır. İdarənin işində nümunəvi və fəaldır. Xidməty etdiyi müddətdə heç bir intizam tənbehi yoxdur. İcra sənədlərini vaxtında və dəqiq icra edərək Zərərçəkmiş şəxs böyük məsuliyyət və peşəkarlıq nümayiş etdirir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.08.2020-ci il tarixli 2(044)-1504/2020-ci il tarixli alimentin müvəqqəti tutulması haqqında qərardadın surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X3 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 06 iyun 2009-cu il tarixdə anadan olmuş X1 üçün 22.05.2020-ci il tarixdən başlayaraq, cavabdehdən müvəqqəti olaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı Təqsirləndirilən şəxs verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs qızı tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədə bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onunla bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən bildirmişdir ki, 05.11.2020-ci il tarixdə alimentin tam ödənilmədiyi və keçirdiyi xəstəlik ilə əlaqədar əsəbi olduğu üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zərərçəkmiş şəxs şikayət etmiş, icra məmuru Zərərçəkmiş şəxs və digər əməkdaşlar tərəfindən ona xəsarət yetirilməmiş və heç bir qanunsuz hərəkət edilməmişdir. O, hal-hazırda icra məmuru Zərərçəkmiş şəxs ilə barışmış, onunla bağlı heç bir şikayət və tələbi yoxdur və nəzərə alınmasını xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 288.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 288.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur və o qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.03.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından 06 iyun 2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.04.2021-ci il tarixli 1654 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır və oğlu 2009-cu il təvəllüdlü X7. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.08.2021-ci il tarixli Ambulator kartdan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 09.08.2021-10.08.2021-ci il tarixlərdə müayinə olunmuş və ona D32.0-Baş beyin qişalarının xoşxassəli yenitörəməsi A-əsas diaqnozu, baş – beyin meningioması diaqnozları qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək müalicə almışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, cinayət əməlini etiraf edərək, əməlindən səmimim peşman olması və Baş beyin qişalarının xoşxassəli yenitörəməs, baş – beyin meningioması diaqnozları ilə xəstə olmaqla müalicə alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 288.3-cü maddəsinin, bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 288.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.01.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 288.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, xəstə olmasını, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə CM-in 70-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İşi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar