Məhkəmə qərarları › İş №1(044)-175/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-175/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-175/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şahsevənlər küçəsi,1-ci döngə,ev 29-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə saat 11 radələrində tamah məqsədi ilə Gəncə şəhəri,Gülüstan qəsəbəsi,AKTA 6 ətrafında yerləşən usta işlədiyi Zərərçəkmiş şəxs məxsus qış gödəkçəsinin cibindən 1200 ABŞ dollarını gizli şəkildə oğurlayıb oradan uzaqlaşmış və həmin pulu milli valyutaya çevirib xərcləmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-in 177.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Adil oğlu ilə yaxından tanışlığı yoxdur,onunla heç bir şəxsi ədavəti olmamışdır. O usta işləyir, təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs zəng etmiş Gəncə şəhəri Gülüstan qəsəbəsində içərisində təmir işləri aparılan fərdi yaşayış evinin olmasını və həmin evin üzərində sement suvağı vurmasını və rənglənməsini bildirmiş etiraz etməmişdir. Həmin gün Zərərçəkmiş şəxsla birlikdə onun evinə getmiş, görüləcək işə baxmış və görüləsi işin müqabilində Zərərçəkmiş şəxs zəhmət haqqı olaraq 1300 manat istəmiş Zərərçəkmiş şəxs da razılaşmışdır. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində işə başlamışdır. Evin həyətində işlədiyi üçün paltarını həyətdə olan evdə dəyişmiş, yeməyini də həmin evdə yeyirmiş. 20 gün müddətinə evin qabaq hissəsinin suvağını demək olar ki, vurub qurtarmış, 08.03.2021-ci il tarixdə işə gəlmiş, ehtiyacı olduğu üçün ev sahibi Zərərçəkmiş şəxs 50 manat pul istəmiş, evin üzərinə vurmuş olduğu sement suvağı tam qurumadığı üçün rəngi vura bilməmiş, 2 gün sonra sement suvağı tam quruduqda rəng vuracağını demişdir. Zərərçəkmiş şəxs 50 manat verdikdən sonra çıxıb getmişdir. 10.03.2021-ci il tarixdə saat 11 radələrində işin davamını işləmək üçün gəlmiş, həyətə daxil olanda Ədalət xalası oğlu Elçinlə evin çardağında döşəmənin taxtalarını vurduqlarını gömüşdür. Həyətə daxil olduqda Zərərçəkmiş şəxs niyə tək gəldiyini soruşmuş Zərərçəkmiş şəxs gördüyü işə görə köməkçiyə ehtiyacı olmadığını demiş, sonra əynini dəyişmək üçün həyətdə olan evə daxil olmuşdur. Evə daxil olduqdan sonra əvvəl sanitar qovşağına keçmiş, sanitar qovşağından çıxanda otaqda stolun üzərində Zərərçəkmiş şəxs məxsus qış gödəkçəsini görmüş, gödəkçənin cibinə baxanda 1200 ( min iki yüz ) ABŞ dolları görmüş və həmin pulu götürüb cibinə qoymuş, paltarını dəyişmədən və Zərərçəkmiş şəxs heç bir söz demədən evdən çıxıb getmişdir. Evdən çıxdıqdan bir qədər sonra Zərərçəkmiş şəxs dəfələrlə mobil telefonuna zəng vurmasına baxmayaraq Zərərçəkmiş şəxs telefonuna cavab verməmiş Ədalətin cibindən oğurladığı 1200 dolları hissə-hissə milli valyutaya dəyişmiş və xərcləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onun evinə gəldiyini və onu axtardığını bilmişdir. Sonradan Nizami RPİ-ə dəvət olunanda Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı yaxın vaxtlarda qaytaracaqdır. Odur ki, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdr ki, təxminən 2 ay əvvəl Orxan adlı ustaya zəng vurub danışmış,Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən yeni tikili fərdi yaşayış evinin üzərinə sement suvağı vurdurmaq istədiyini bildirmiş, sonra Orxanla görüşmüş, birlikdə yeni tikilmiş təmir işləri görüləcək fərdi yaşayış evinə gəlmişlər. Orxan işə baxmış görəcəyi təmir işinin müqavilində ondan 1300 manat pul istəmiş,razılaşmışlar.Razılaşdıqdan sonra 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs işə başlamışdır.Təxminən işin 90 faizini görüb qurtarandan sonra mart ayının əvvəllərində 50 manat pul istəmiş,Orxana 50 manat pul vermişdir. Orxan evin üzərinə vurduğu sement suvağının tam qurumadığını, iki gün müddətində suvax tam quruduqdan sonra suvağın üzərini rəngləyəcəyini deyib getmişdir.10.03.2021-ci il tarixdə saat 11 radələrində xalam oğlu Elçinlə evin çardağında döşəmənin taxtalarını vuran zaman Orxanın gəldiyini görmüş,niyə tək gəldiyini soruşmuş, Orxanda yüngül işlərinin qaldığını ona görə tək işləyəcəyini və işə başlaması üçün paltarını dəyişmək məqsədilə həyətdə yerləşən evə keçməsini bildirmişdir.Bir qədər keçdikdən sonra Orxanın işləmədiyini və həyətdə olmadığını görüb səsləmiş,Orxan cavab vermədikdə çardaqdan həyətə düşmüş,evdədə olmadığını bilmiş,otağa keçib stolun üzərinə qoyduğu qış gödəkçəsini götümüş cibinə baxanda cibində olan 1200 ABŞ dollarının olmadığını evində usta işləyən Təqsirləndirilən şəxs onun cibindən 1200 dollarını götürüb çıxıb getdiyini bilmiş və həmin vaxt onun istifadə etdiyi telefonuna bir neçə dəfə zəng vurmuş, Təqsirləndirilən şəxs telefonuna cavab verməmişdir. Sonradan onun qardaşı ilə əlaqə saxlamış, qardaşı da bildirmişdir ki,narahat olma götürübsə qaytarar bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evindən qış gödəkçəsinin cibindən oğurladığı 1200 ABŞ dollarını qaytarmadığı üçün Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-yə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs hər hansı başqa bir əşyasını oğurlamadığını bildirmişdir. Orxan ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barədə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid Oktay oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur.3 aydır ki,xalası oğlu Zərərçəkmiş şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən yeni tikilmiş evinə təmir işləri görür.İşlədiyi müddətdə Təqsirləndirilən şəxs da evin fasadına sement suvağı vururdu. Sonuncu dəfə 10.03.2021-ci il tarixdə saat 11 radələrində xalası oğlu Zərərçəkmiş şəxsla birlikdə evin çardağında döşəmənin taxtalarını vururdular,həmin vaxt Təqsirləndirilən şəxs həyətə daxil oldu,Ədalət niyə tək gəldiyini soruşdu Təqsirləndirilən şəxs yüngül işlərinin qaldığını ona görədə köməkçiyə ehtiyacı olmadığını bildirdi.Sonra paltarı dəyişmək üçün həyətdə olan evə keçdi,bir qədər sonra Orxan işləmədiyi üçün Ədalət onu səslədi Orxan cavab verməyəndə Zərərçəkmiş şəxs çardaqdan həyətə düşmüş və Orxanın olmadığını,getmiş olduğunu,bir qədər sonra isə evdə qış gödəkçəsinin cibində oaln 1200 ABŞ dollarının olmadığını Orxanın həmin pulu götürərək getmiş olduğunu demiş,sonra dəfələrlə Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurmuş,amma Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 1200 dollar pulu oğurladığı yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 29.04.2021-ci il tarixli 1330 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 03 may 2021-ci il tarixli 1854 N-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayonu, Şahsevənlər küçəsi,döngə 1,ev 29 ünvanında qeydiyyatdadır və ailə üzvləri-arvadı X2 və qızı 2015-ci il təvəllüdlü X1 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 03 may 2021-ci il tarixli 1855 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 01 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məsuliyyət elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin tərkibi olmadığından həmin fakt üzrə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və sadələşdirilmiş icraat zamanı verdiyi ifadəsi, protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-in 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 04.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən himayəsində az yaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini,gənc olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri Şahsevənlər küçəsi 1-ci döngə, 29 nömrəli evində axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 8 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Şahsevənlər küçəsi,1ci döngə,ev 29-da yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar