Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-178/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Dəyirmanlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 16.12.2020-cı il tarixdə və 21.12.2021-ci il tarixlərində evdə müalicə olunmalı olduğu halda qeyd olunan tarixlərdə iki dəfə yaşadığı Goranboy rayonu Dəyirmanlar kəndində yerləşən evi tərk edib Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən “İstanbul Genetics” klinikasına gedərək epidemiya əleyhinə, eləcə də sanitar, gigiyena və karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun istifadəsində heç bir mobil telefon və mobil nömrə yoxdur. Onda yüksək şəkərli diabet, əsəb xəstəliyi olduğundan o, mütəmadi olaraq müalicə almış, tez-tez Bakı şəhərinə, Gəncə şəhərinə həkimlərin yanına müayinəyə getmiş, 08.12.2020-cı il tarixdə o, bir qədər özünü pis hiss etdiyi üçün Covid-19 ilə bağlı olaraq test vermək qərarına gəlmiş, Goranboy rayonu Mərkəzi xəstəxanasında Covid ilə bağlı olaraq test vermiş, bundan bir neçə gün sonra təxminən 12.12.2020-ci il tarixdə o, Covid 19 olduğunu bilmiş, o, həmin virusu tutduğu müddətdə onunla aidiyyəti səhiyyə təşkilatlarından ümumiyyətlə heç kim maraqlanmamış, ona heç kim kömək etmək üçün yaşadığı evə getməmiş, o, isə həm şəkəri olduğundan həm də ona yaşadığı evdə tutduğu virus ilə əlaqədar olaraq heç bir həkim kömək üçün getmədiyindən məcburiyyət qarşısında qalıb 21.12.2020-cı il tarixdə Gəncə şəhərində yerləşən DNK kilnikasına müayinə olunub müalicə almaq üçün getməli olmuş, o, bütün stasionar postlardan özü keçərək getdikdən sonra Gəncə şəhər H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsinə çatdıqda orada olan stasionar posta yaxınlaşmış, bu zaman orada olan polis əməkdaşları onun şəxsiyyət vəsiqəsini yoxlamış, onun Covid-19 xəstəsi olduğu üçün evdən çıxmamalı olduğu barədə ona demiş, sonradan bir müddət onunla sənədləşmə işləri aparılmış, video çəkiliş olmuş, o, isə polis əməkdaşları onu DNK klinikası istiqamətinə getməyinə icazə vermədikləri üçün məcbur olub Gəncə şəhər İstanbul Genetics klinikasına geriyə qayıtmış, oradan rentgendən keçmiş, Səbinə adlı həkimin yanında olub müayinə olunduqdan sonra oradan çıxıb yaşadığı Goranboy rayonuna getmişdir. O, bu müddət ərzində yaşadığı evdən cəmi 2 dəfə xəstəxanaya getmək üçün çıxmış, İstanbul Genetics klinikasına 2 dəfə getməsindən başqa o, yaşadığı evi tərk etməmişdir. O “Covid-19” virusuna yoluxduğu müddətdə 2 dəfə 16.12.2021-ci il tarixdə saat təxminən 14 radələrində, 21.12.2021-cl il tarixdə isə saat təxminən 17 radələrində Gəncəyə, İstanbul Genetics klinikasına gedəndə yaşadığı evdən çıxmış, xəstəxanaya oğlu Vasiflə getmiş, xəstəxanada isə ətrafda bir çox sayda şəxslər olmuşdur. Məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ziyad oğlu ifadəsində göstərmişdir ki, polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirlir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. 21.12.2020-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev prospekti ilə Gəncə şəhər Nizami prospektinin kəsişməsində yerləşən stasionar postda olan zaman həmin postu keçməyə çalışan Goranboy rayonu Dəyirmanlar kənd sakini Təqsirləndirilən şəxs Covid-19 virusunun daşıyıcısı olduğundan saxlanılmış, bu zaman onun və Nizami RPİ-nin sahə rəisi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs ilə şifahi söhbət zamanı onun 11.12.2020-ci il tarixdə Covid-19 virusuna yoluxduğu,yaşadığı Goranboy rayonu Dəyirmanlar kəndindən “DNK” klininikasına getmək üçün çıxdığı məlum olmuş, bundan başqa Təqsirləndirilən şəxs video çəkiliş zamanı Covid-19 virusuna yoluxduğu barədə məlumatlı olduğunu,müayinə üçün Gəncə şəhərinə gəldiyini bildirmiş, videoçəkiliş həyata keçirildikdən sonra müvafiq sənədləşmə işləri aparılmış, Təqsirləndirilən şəxs evə getməsi barədə təlimatlandırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid3 Ziyad oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatlar bir daha təsdiq etmişdir . İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır, O, 11.12.2020-ci il tarixdə Covid-19 virusuna yoluxmuş, həmin virusa yoluxduqdan sonra yaşadığı evdə müalicə almağa başlamış, 16.12.2020-ci il tarixdə anası xəstəlikləri ilə bağlı olaraq müayinə olunmaq üçün ondan Gəncə şəhər İstanbul Genetics klinikasına getməklərini xahiş etmiş, o, da özünə məxsus olan avtomobilə əyləşib anası ilə birlikdə Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən İstanbul Genetics klinikasına getmiş, anası orada həkim Səbinə Əhmədovanın yanında olub müayinə olunduqdan sonra onlar birlikdə Goranboy rayonu Dəyirmanlar kəndinə qayıtmış, sonradan 21.12.2020-ci il tarixdə yenə anası müayinə olunmaq üçün onunla birlikdə “DNK” klinikasına gedən zaman Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən stasionar postda onları saxlayıb yoxlama aparılanda anası Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxduğu üçün onların həmin klinikaya getməyinə icazə verməmiş, polis əməkdaşları tərəfindən orada sənədləşmə işləri aparılmış, bundan sonra polis əməkdaşları onlara xəbərdarlıq edərək oradan yaşadıqları ünvana getməli olduqlarını demiş, onlar oradan yenə də İstanbul Genetics klinikasına, həkim Səbinə Əhmədovanın yanına getmiş, sonra onlar yaşadıqları Goranboy rayonu Dəyirmanlar kəndinə geri qayıtmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş koronavirusinfo.az” saytından “Covid, 9” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X1 və Azərbaycan Respublikasının irbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X10 Sindromu (X9 Syndrome Coronavirus - MERS-CoV) ve X3 Sindrom (SARSCoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Goranboy rayon X4 hüquqi şəxs tərəfindən verilmiş 16.04.2021-ci il tarixli, 1032 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs COCİD 19 virus infeksiyasına görə 12.12.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək evdə mülaicəyə cəlb olunmuşdur.26.12.2020-ci il tarixdə qənatəbəxş vəziyyətlə(neqativ) adı sistemdən çıxarılmışdır. Goranboy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 16.04.2021-ci il tarixli, 196 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 09.12.2020-ci ildə götürülən test analizinin nəticəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğu məlum olmuşdur.11.12.2020-ci ildən müşahidəyə götürülüb, müşahidə 25.12.2020-ci ildə başa çatmışdır. 21.12.2020-ci il tarixli “baxışın aparılması haqqında” protokoldan və CD diskə əlavə edilmiş məlumatlardan məlum olur ki, korono virusundan qorunmaq məqsədilə xüsusi geyim və maskada olan polis əməkdaşı Təqsirləndirilən şəxs hansı səbəbdən icazəsiz olaraq karona xəstəsi olduğu halda yaşadığı evi tərk etmə səbəbini soruşaraq yoluxucu xəstəliyə tutulması barədə rəsmi qeydiyyatının olmasından və evi tərk etməsinə qadağa qoyulması barədə məlumatlandırılmasına baxmayaraq yaşadığı evi tərk etdiyi üçün məsuliyyətə cəlb olunacağını izah edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, qadın olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X6 Təqsirləndirilən şəxsnsa məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X6 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-178/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-178/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver