Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-182/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 oğunun və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Elyar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1994-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Elyar oğlu, özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən 13.02.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri İ.Məmmədov küçəsində dayanmış dəyəri 1000 (min) manat, 2016-cı il istehsalı olan, TG- 200 modelli 1 ədəd “Muravey”i gizli yolla talayaraq oğurlamışlar. Bununla da, Təqsirləndirilən şəxs1 Elyar oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən 13.02.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri İ.Məmmədov küçəsində dayanmış dəyəri 1000 (bir min) manat olan 2016-cı il istehsalı, TG-200 modelli 1 ədəd “Muravey”i gizli yolla talayaraq oğurlamışlar. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 Elyar oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, atası Elyar ağır yataq xəstəsidir, atasına və ailəsinə o, baxır. Fəhləlik edərək ailəsini dolandırır. O, işləmədiyi üçün evə qazanc gətirən yoxdur. 13.02.2021-ci il tarixdə axşam saat 22-23 radələrində Arzuman adlı tanışı ona zəng edib Gəncə şəhərinə gəldiyini demiş, o, da Arzumana çatanda xəbər etməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Arzuman ona zəng edib Gəncə şəhərində olduğunu demişdir. O, X11 qəsəbəsində olduğunu demiş və Arzuman gəldiyi taksi ilə onu da götürmüşlər. Gəncə şəhər mərkəzində olan “95 aptek” adlanan aptekin qarşısına çatdıqda o, və Arzuman avtomaşından düşüb taksi sürcüsündən onları gözləməsini xahiş etmiş, təxminən 30 dəqiqəyə gələcəklərini demişlər. Avtomobildən düşdükdən sonra Univermağın yaxınlığına getmiş, univermağın arxasında yerləşən küçədə o, sahibsiz “Muravey” olduğunu görüb Arzumana həmin Muraveyi oğurlamağı təklif etmiş, Arzuman onunla razılaşmış və “Muravey” sürə bildiyi üçün “Muraveyi” çalışdırmaq istəmiş, həmin vaxt alınmadıqda Arzumana itələməsini demişdir. O, Muraveyin mühərrikini çalışdırıb hərəkətə gətirib sürüb yaşadığı evə aparmış, Arzuman isə çıxıb getmişdir. “Muravey” onun yaşadığı evin həyətində qalmışdır. Onlar satdıqdan sonra pulunu bölmələri barədə razılaşmışlar. O, münasib müştəri tapa bilmədiyi üçün sata bilməmiş, “Muravey”in kuzovu əlavə dəmir qaynaqlanaraq taxta ilə artırılmışdır. O, həmin artırılmış hissəni sahibi “Muravey”i görərsə tanımasın deyə etmişdir. 17 fevral 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu Sevinc qəsəbəsində saxlayıb Gəncə şəhər Nizami rayon polis idarəsinə gətirmişlər. Orada ondan etdiyi hadisə barədə soruşduqda o, Arzumanla birlikdə törətmiş olduğu oğurluq hadisəsini etiraf etmişdir. Həmin “Muravey”in üzərində hər hansı xüsusi əlamət olmamışdır. Sadəcə kuzovu dəmir və taxta əlavə olunmaqla artırılmışdır. O, da həmin artırılmış hissəni sökmüşdür və hazırda “Muravey” onun yaşadığı evin həyətindədir. Farizin, onun və Arzumanın oğurluq etməsindən hər hansı məlumatı olmamışdır. Həmin “Muravey”i o, və Arzuman oğurlamışlar. Farizin bu oğurluqda iştirakı və digər köməkliyi olmamışdır. Onun və Arzumanın “Muravey”i oğurlamasından başqa heç kimin xəbəri olmamışdır. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Daşkəsən rayonunda yaşasa da, Gəncə şəhərində fəhləlik edərək, çörək pulu qazanır. Təqsirləndirilən şəxs1 onun Daşkəsən şəhərindən tanışıdır. Şahid isə Daşkəsən şəhərində taksi sürücüsü kimi tanımışdır. Farizlə yaxınlığı olmasada taksi lazım olduqda Farizin əl nömrəsinə zəng edib Gəncə şəhərinə gedib-gəlmiş, heç bir yerdə işləmir və hər hansı şəxsi qazancı yoxdur. 13.02.2021-ci il tarixdə axşam saat 22 radələrində Farizə zəng edib Gəncə şəhərinə gedib qayıtmaq istədiyini demiş, Farizə onu Gəncə şəhərinə aparıb gətirməsi üçün 15 manat pul vermişdir. Onlar yola çıxdıqda o, Bəxtiyara zəng edib Gəncə şəhərinə gəldiyini demiş, Bəxtiyarda Gəncə şəhərinə çatdıqda Bəxtiyarıda götürməsini xahiş etmiş, onlar da Gəncə şəhərinə çatdıqda Bəxtiyarıda avtomaşına götürmüşlər. Gəncə şəhər mərkəzində “95 aptek” adlanan aptekin qarşısına çatdıqda o, və Bəxtiyar avtomaşından düşüb taksi sürcüsünə onları gözləməsini xahiş etmiş, təxminən 30 dəqiqəyə gələcəklərini demişlər. Avtomobildən düşdükdən sonra Univermağın yaxınlığına getmiş, fikirləri gəzişmək və söhbət etmək olmuşdur. Univermağın arxasında yerləşən küçədə Bəxtiyar sahibsiz “Muravey” olduğunu görüb ona həmin “Muravey”i oğurlamağı təklif etmişdir. O, da Bəxtiyarla razılaşmış və Bəxtiyar “Muravey” sürə bildiyi üçün “Muravey”i çalışdırmaq istəmiş, həmin vaxt alınmadıqda ona itələməsini demişdir. Bəxtiyar, “Muravey”in mühərrikini çalışdırıb hərəkətə gətirib sürmüş, o, isə taksinin onları gözlədiyi istiqamətə çıxıb getmişdir. Bəxtiyar “Muraveyi” sürüb yaşadığı evə aparmış, “Muravey” həmin vaxtdan Bəxtiyarın yaşadığı evin həyətində qalmışdır. Oğurluqdan bir gün sonra Bəxtiyarla əlaqə saxlayıb “Muravey”i satıb satmadığını soruşmuş, Bəxtiyar ona münasib müştəri tapa bilmədiyi üçün sata bilmədiyini demişdir. 17.02.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu Daşkəsən şəhərində saxlayıb Gəncə şəhər Nizami rayon Polis idarəsinə gətirmişlər. Orada ondan etdiyi hadisə barədə soruşduqda o, Bəxtiyarla birlikdə törətmiş olduqları oğurluq hadisəsini etiraf etmişdir. Həmin “Muravey”in üzərində hər xüsusi əlamət olmamışdır. Bəxtiyarın deməsinə görə sadəcə kuzovu dəmir və taxta əlavə olunmaqla artırılmışdır. Bəxtiyar da həmin artığı sökmüşdür. “Muravey” hal-hazırda Bəxtiyarın yaşadığı evin həyətindədir. Farizin onun və Bəxtiyarın oğurluq etməsindən hər hansı məlumatı olmamışdır. Həmin “Muravey”i o, və Bəxtiyar oğurlamışdır. Farizin bu oğurluqda iştirakı və digər köməkliyi olmamışdır. Əməlindən peşmandır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, hal-hazırda heç bir yerdə işləmir. Onun özünə məxsus dövlət nömrə nişanı olmayan “Muravey”i var və təxminən 3 il bundan əvvəl 1000 manat almışdır. Həmin “Muravey”lə onun atası Qalib Gəncə şəhərində Dubay bazarı adlanan bazarda yük daşıma ilə məşğul olub pul qazanır. 13.02.2021-ci il tarixdə axşam saat 19 radələrində “Muravey”lə Gəncə şəhərinə çıxıb öz işlərini görmüş və yaşadığı evə qayıtmış və yaşadığı evin yerləşdiyi İ.Məmmədov küçəsi ev 61 qarşısında “Muravey”i saxlamış və evə getmişdir. 14.02.2021-ci il tarixdə saat 01 radələrində o, siqaret çəkmək üçün həyətə çıxmış, həyətə çıxdıqda “Muravey”in yerində olmadığını görmüş, o, evə gedib bu barədə atası Qalibə məlumat vermiş, daha sonra isə Nizami rayon polis idarəsinə gedib ərizə ilə müraciət etmişdir. “Muravey”i alarkən sənədi olmamış, o, “Muravey”i sənədsiz qeydiyyat nömrəsiz idarə etmişdir. O, “Muravey”i 3 il bundan əvvəl 1000 manata almışdır. Hazırda isə onda olan məlumata əasən həmin “Muravey”in bazar qiyməti 400 manatdır. Ona oğurluq nəticəsində təxminən 400 manat maddi ziyan dəymişdir. O, “Muravey”in hazırki bazar qiymətini ərizəsində göstərmişdir. Ona görə ərizəsində 400 manat qeyd etmişdir. Həmin “Muravey” 2016-cı il istehsalıdır və modeli TG-200-dür. Ona məxsus “Muravey”in ramasında qaynaq izləri vardır. Kuzovun hündürlüyünü dəmir və taxta ilə artırmışdır. Taxtanın üzərinə rezin vurulmuşdur. Həmin əlamətlərdən o, “Muravey”ini digərlərindən ayıra bilər. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, o, hal-hazırda etibarnamə əsasında ona məxsus “VAZ 2106” markalı, ** CA *** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti göstərib ailəsini dolandırır. 13.02.2021-ci il tarixdə təxminən axşam saat 23 radələrində Daşkəsən şəhərindən Arzuman adlı şəxsi sifarişlə Gəncə şəhərinə gətirmiş. Arzumanla o, Gəncə şəhərinə çatdıqda Yeni Gəncə qəsəbəsində Azpetrol adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığında Arzumanın tanışı Bəxtiyar adlı şəxs də onun avtomaşınına minmiş, Bəxtiyar avtomaşına mindikdən sonra X8 şəhərinin mərkəzinə olan “95 aptek” adlanan aptekin yanına gətirmiş, orada Bəxtiyar və Arzuman avtomaşından enmiş, Bəxtiyar və Arzuman gözləməyini xahiş etmiş, o, da təxminən 30 dəqiqə onları həmin yerdə gözləmişdir. Bəxtiyar və Arzumanın gəlmədiyini gördükdə, avtomaşını hərəkətə gətirib Daşkəsən şəhərinə qayıtmaq istəmiş, hərəkətdə olarkən yolun kənarında Arzumanı görmüş və avtomaşını saxlamış, Arzuman avtomaşına yaxınlaşıb avtomaşında əyləşmiş, o, Arzumandan Bəxtiyarın harada olduğunu soruşmuş, Arzuman ona Bəxtiyarın işi çıxdığını demişdir. Bundan sonra o, və Arzuman Daşkəsən şəhərinə qayıtmış, Daşkəsən şəhərində Arzuman düşüb getmiş, o, isə öz yaşadığı evə getmişdir. 16.02.2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhərində polis əməkdaşları onu saxladıb Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə polis əməkdaşları ona avtomaşını ilə oğurluq edən şəxsləri daşıdığını bildirmişlər. O, isə belə şəxslərdən xəbərinin olmadığını demişdir. Bundan sonra ona 13.02.2021-ci il tarixdə gecə saatlarında gətirdiyi şəxsləri soruşmuşlar. O, da Bəxtiyar və Arzumanın adlarını polis əməkdaşlarına vermişdir. Bəxtiyar və Arzumanın isə hər hansı oğurluq hadisəsi törətməsi barədə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.02.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Muravey” modeli TG-200 Moterellərin oğurlandığı yerə baxış keçirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 19.02.2021-ci il tarixli götürmə aparılması haqqında protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Elyar oğlundan oğurladığı 1 ədəd “Muravey” markalı TG-200 madelli motosikl götürülmüşdür. 19.02.2021-ci tarixli protokoldan görünür ki, maddi sübut kimi tanınmış 1 ədəd “Muravey” markalı TG-200 madelli motosikl Zərərçəkmiş şəxs saxlanca verilmişdir. İşdə olan AA0297412 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 07 yanvar 2019-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021-ci il tarixli 9/1333 saylı ekspert rəyindən görünür ki, 1 ədəd 2016-cı il istehsalı olan, “Muravey” markalı, TG-200 modelli motosiklin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1000 manat müəyyən edilmişdir (ekspertiza xərci 50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Elyar oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlunun və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlunun və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğluna və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlunun və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 Elyar oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxslərin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğluna və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlunun və Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlunun və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Elyar oğlunun üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Elyar oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 18.02.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 Elyar oğlu saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 18.02.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Elyar oğlu və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 16.02.2021-ci il tarixdən 18.02. 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Elyar oğlunun, hazırkı cinayət işi ilə bağlı 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Elyar oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə sübut kimi tanınmış 1 ədəd “Muravey” markalı TG-200 madelli motosikl Zərərçəkmiş şəxs saxlanca verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Sevinc qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 16.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Daşkəsən rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd “Muravey” markalı TG-200 madelli motosikl Zərərçəkmiş şəxs saxlanca verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 manat və Təqsirləndirilən şəxs2 25 manat tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-182/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-182/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver