Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-188/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki az yaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 3-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 24.65 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özünə məxus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilinin qabaq sağ hissədə yerləşən önlüyün içərisində qara rəngli sellofan kəsiyinə bükülmüş halda avtomobilində daşıyaraq saxlayarkən, 09 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər BPİnin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” adlı super marketin qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib ona məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin qabağ sağ hissəsində olan önlükdən qara rəngli sellofana bükülmüş halda 24,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Barəsində cinayət işi başlandıqdan təxminən 15-20 gün əvvəl Göygöl rayonu ərazisində olan “Azos” adlanan ərazidə çayın kənarından narkotik vastə hesab edilən “nəşə” kimi tanıdığı “marixuana” tapmış və yığıb özü istifadə etmək üçün idarə etdiyi “İnfiniti FX-35” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobilin önlüyünün saxlanc yerində saxlamış və həmin narkotik vasitədən bir dəfə də qəbul etmişdir. 09.02.2021-ci il tarixdə saat təxminən 18 radələrində o, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” ticarət mərkəzinin yaxınlığında olarkən mülkü geyimdə üç nəfər ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim edib onlarla Gəncə şəhər BPİ-nə gəlməyi üçün onu dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarə etdiyi “İnfiniti FX-35” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olmadığını bildirmişdir. O, idarə etdiyi “İnfiniti FX-35” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobilinin ön saxlanc yerində marixuana olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axrarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onun idarə etdiyi “İnfiniti FX-35” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi “İnfiniti FX-35” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilinin ön saxlanc yerindən iştirakçıların və müdafiəçinin yanında “marixuana” aşkar edilib götürülmüşdür. Həmin bükülüdəki narkotik vasitə olan “marixuana”ya oxşar kütlə müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkildikdə ümumi çəkisi 35 qram olmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni Göygöl rayonu ərazisində olan “Azos” adlanan çayın kənarından yığdığını bildirmişdir. Həmin narkotik vastədən heç kimə nə satmamış, nə də ki, istifadə etmək üçün verməmişdir. Həmin narkotik vastə hesab edilən “marixuana”nın onda olması barədə heç kimin məlumatı olmamışdır. Bundan sonra onun idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə hesab edilən kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən X6 və hazırda tutduğu vəzifədə 2021-ci ildən xidmət edir. Onlara ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində və avtomobilində daşımaq və gəzdirməklə istifadə etdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o və Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 09.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs özünə məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai propektində yerləşən “Bolmart” adlı supermarketin qarşısında olan zaman onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər BPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi zamanı Xəyala məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilin salonundakı qabaq sağ hissədəki saxlanc yerindən qara rəngli sellofana bükülmüş halda olan, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 35 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Göygöl rayon ərzisində olan “Azos” adlanan yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən X6 və hazırda tutduğu vəzifədə 2015-ci ildən xidmət edir. Onlara ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində və avtomobilində daşımaq və gəzdirməklə istifadə etdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o və Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 09.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs özünə məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai propektində yerləşən “Bolmart” adlı supermarketin qarşısında olan zaman onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər BPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin salonundakı qabaq sağ hissədəki saxlanc yerindən qara rəngli sellofana bükülmüş halda olan, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 35 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Göygöl rayonu ərzisində olan “Azos” adlanan yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, o, 2012-ci ildən X6 və hazırda tutduğu vəzifədə 2021-ci ildən xidmət edir. Onlara ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində və avtomobilində daşımaq və gəzdirməklə istifadə etdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o və Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkili Şahid3 və kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 09.02.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs özünə məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai propektində yerləşən “Bolmart” adlı supermarketin qarşısında olan zaman onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər BPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Daha sonr Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi barədə ərizə ilə müraciət edəndən sonra Xəyala məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin salonundakı qabaq sağ hissədəki saxlanc yerindən qara rəngli sellofana bükülmüş halda olan, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 35 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Göygöl rayonu ərazisində olan “Azos” adlanan yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Həmin vaxt o da öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 fevral 2021-cu il tarixli avtomobilə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İnfiniti FX35” markalı, **-EC-*** nömrə nişanlı avtomobilin qabaq ön saxlanc yerindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 fevral 2021-ci il tarixli, 16/125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunan marixuanaya oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi -24,65 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 may 2021-ci il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadən epizotik istifadə etmə halları olub. Narkomaniya xətəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin 27 fevral 2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin alıq-satqısı ilə məşğul olması, eləcə də avtomobilindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı kiməsə verməsi, həmçinin onun avtomobilindən aşkar edilmiş marixuananı kimdən əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.05.2021-ci il tarixli, 2174 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.05.2021-ci il tarixli, 1722 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşaqları var. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə, saxlamasına və satmasına istinad edilən hər hansı bir sübut və dəlil aşkar edilmədiyindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində qeyd edilən maddə ilə cinayət təqibinin başlanması əməlində cinayət tərkibinin olmaması əsasən görə rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni əkib becerməsinə istinad edilən hər hansı bir sübut və dəlil aşkar olunmadığından onun barəsində Azərbaycan Respublikasının CM-nin 237-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonra qalıq çəkisi 24,6 qram iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, eləcə də himayəsində iki az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (onun əvvəllər məhkum olunmamasını, evli olmasını, himayəsində az yaşlı uşaqlarının olmasını), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09.02.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11 fevral 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X7 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 may 2021-ci il tarixli, 575 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 24,6 qram narkotik vasitə olan marixuanana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 24,6 qram narkotik vasitə olan marixuanana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-188/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-188/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver