Məhkəmə qərarları › İş №1(044)-189/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-189/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-189/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 05 yanvar 1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda AR ƏN-nin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2020-ci İl tarixdə, saat 15 radələrində orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində yaşadığı ünvan 2 ünvanında özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 1935-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurub sonuncuya sağ said nahiyəsinin yumşaq toxumalarının əziyi və hemotoması, sağ mil və dirsək sümüklərinin qapalı yeridəyişməmiş sınığı, hər iki gözətrafı, üst dodaq, hər iki yanaq, boyun, hər iki əl pəncəsi və sol said nahiyələrinin qançırları xəsarətləri ilə müşayiət olunmaqla sağlamlığın üzün müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 127.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-in 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında anası Zərərçəkmiş şəxs və qardaşı X3 ilə birlikdə yaşamışdır. Son zamanlar anası Gülənbər və qardaşı Zakir yaşadıqları evdən ona düşən mülkiyyət payından onların xeyrinə imtina etməyini tələb edirlər. O, da onlarla razılaşmır və bu səbəbdən onların aralarında bir neçə dəfə mübahisələri olmuşdur. Onlara onun münasibəti baş tutmadığı üçün o, yaşadıqları evin ikinci mərtəbəsində tək yaşamış, anası və qardaşı isə evin birinci mərtəbəsində yaşayırlar. 03.06.2020-ci il tarixdə o, spirtli içki qəbul etmiş və yaşadığı evə olmuş, həmn vaxt anası Gülənbər qardaşını bir neçə dəfə çağırmış, qardaşı Zakir cavab vermədiyi üçün o, da əsəbləşib evin birinci mərtəbəsinə düşmüşdür. O, qardaşı Zakirə irad bildirib nə üçün anasına cavab vermirsən demişdir, Bunun üstündə qardaşı Zakirlə onun aralarında mübahisə olmuş, mübahisə zamanı qardaşı Zakirlə aralarnında dava yaranmışdır. Həmin vaxt ganorta saat 14 radələri olmuşdur. Dava zamanı qardaşı Zakir yerdən daş götürərək evin həyətində onun başına vurmuş alın nahiyəsindən xəsarət almışdır. O, da Zakirin onu döymək isitədiyini görüb Zakirin üzərinə getmiş, yumuruqla Zakiri vurmaq istədikdə anası Gülənbər onları aralamaq istəyən zaman yumruğu anasının üz nahiyəsindən dəymiş, həmin vaxt anası yaşlı qadın olduğu üçün özünü saxlaya bilməmiş və pilləkəndən yerə yıxılmşdır. Bundan sonra qardaşı Zakir evdən çıxıb getmiş və o, yerə yıxılmış yaşlı anasına qucağına götürüb evdə çarpayısına uzatmışdır. Özü isə sərxoş vəziyyətdə olduğunu və özünü yaxşı hiss etmədiyi üçün otağına gedib yatıb uzanmışdır. Bundan təxminən bir saat sonra qardaşı Zakir ondan şikayət etdiyi üçün polis əməkdaşları gəlib onu polis idarəsinə dəvət etmişlər və onlarla Nizami RPİ-nə getmişdir. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Nizami RPİ-də izahat verərkən o, sərxoş vəziyyətdə olmuş və izahatı yalnış qeyd olunmuşdur. Belə ki, o, qardaşı Zakiri vurarkən anası onları aralamaq istədikdə yumruğu anasına dəymimş və anası pilləkəndən yerə yıxılmışdır. Ola bilsin ki, anası bədənində olan xəsarətləri yerə yıxılarkən almışdır. Həmin dava-dalaş 03.06.2020-ci il tarixdə günorta saatlarında baş vermiş, həmin vaxt orada onlardan başqa heç kim olmamış və 10-15 dəqiqə davam etmişdir. Məhkəmədən himayəsində 2 əkiz az yaşlı uşaqlarının, 2 nəfər isə yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, oğlanları X6 və Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Kiçik oğlu Təqsirləndirilən şəxs son zamanlar tez-tez spirtli içki qəbul edib yaşadıqları evdə onunla mübahisə yaradır. Ona görə də digər oğlu Zakirlə birlikdə evin birinci mərtəbəsində Məhərrəm isə 2-ci mərtəbədə yaşayır. 03.06.2020-ci il tarixdə saat 15 radələrində kiçik oğlu Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində spirtli içki qəbul etmiş, o, isə evin birinci mərtəbəsində yatmış, həmin vaxt böyük oğlu Zakir isə evdə olmamışdır. Oğlu Məhərrəm spirtli içki içib sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt Məhərrəmə spirtli içki qəbul etməsini irad tutduqda Məhərrəm daha da əsəbləşərək onun üzərinə gəlib sinəsinin üstünə çıxaraq sifətinə və bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq onu döymüşdür. Bundan sonra digər oğlu Zakir yaşadığı evə gəlib, onun üz nahiyəsində və bədəninin müxtəlif nahiyələrindəki xəsarətləri görmüşdür. Daha sonra isə oğlu Zakir DİN-nin 102 xidmətinə zəng mərkəzinə və Nizami RPİ-nə bu barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq Gəncə şəhəri, Nizami RPİ-də araşdırma aparılmış, oğlu Məhərrəm barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi Nizami Rayon məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri, Nizami Rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmündən narazı qaldığı üçün Gəncə Apellyasiya məhkəməsinə vəsatət vermişdir. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etmiş, çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də onları narahat edib onu döyüb xəsarət yetirəcəyindən qorxur. Ona görə ki, Məhərrəm 2019-cu ildə onu döyüb xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən Məhərrəmi bağışlamışdır. Buna baxmayaraq Məhərrəm əməllərindən əl çəkməyərək yenə də hərəkətlərini davam etdirmişdir. 03.06.2020-ci il tarixdə Məhərrəm yenə də onu döyərək ona ağır bədən xəsarətləri yetirmişdir. Məhərrəmin hərəkətlərindən artıq bezmişlər, ona ən ağır cəza verilməsini istəyir. X2 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, mübahisə yaşadıqları evin birinci mərtəbəsində baş vermişdir, təxminən 30-40 dəqiqə davam etmiş, mübahisə zamanı evdə o və oğlu Məhərrəm olmuş, böyük oğlu Zakir isə evdə olmamışdır. Məhərrəmlə onun aralarında yaranmış mübahisə qurtardıqdan sonra Zakir evə gəlib onun sifətinin və bədəninin müxtəlif nahiyələrindəki xəsarətləri görmüşdür. 03.06.2020-ci il tarixdə oğlu Məhərrəm onun sifət, dirsək, baş, hər iki əl nahiyələrinə və bədəninin digər nahiyələrinə əl zərbələri ilə vuraraq xəsarətlər yetirmişdir. 03.06.2020-ci il tarixdə oğlu Məhərrəm onu yaşdıqları evdə çarpayıda onun üzərinə çıxaraq onu döymüşdür. O, qoca və xəstə olduğuna görə oğlu Məhərrəmə hər hansı bır müqavimət göstərə bilməmiş və Məhərrəmə heç bir xəsarət yetirməmişdir. Məhərrəm onu davamlı olaraq əl zərbələri ilə vurub xəsarət yetirərkən kömək çağırsa da evdə heç kim olmamış və onun səsini heç kim eşitməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Məhərrəm həbs olunmazdan əvvəl onlarla birikdə yaşamışdır. Təqsirləndirilən şəxs evdə olarkən tez-tez spirtli içki qəbul edib yaşadıqları evdə onlarla mübahisə yaradırmış, ona görə də o, anası Zərərçəkmiş şəxs ilə birlikdə evin zirzəmisində şərait yardıb orada yaşayırlar, qardaşı Məhərrəm isə zirzəminin üstündə yaşayış otaqlarında yaşayır. Qardaşı Məhərrəm yaşadıqları evdə özünü apara bilmir, tez-tez spirtli içki qəbul edib heç bir əsas olmadan anası və onunla münaqişə yaratmışdır. Məhərrəm onunla və anası ilə heç bir əsas olmadan münaqişə yaradıb mübahisə etmişdir. Məhərrəm anasını 2019-cu ildə döyüb xəsarət yetirmiş, Məhərrəmə Gəncə şəhər Nizami Rayon Məhkəməsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 03.06.2020-ci il tarixdə anasının səhhətində problemlər olduğu üçün səhər saat 9 radələrində anası ilə birlikdə Gəncə şəhər 3 saylı xəstəxanaya getmişlər. Onlar həkimdən evə qayıtdıqda həmin vaxt kiçik qardaşı Məhərrəm evdə olmamışdır. Anası özünü pis hiss etdiyinə görə o, anasına yemək vermiş, sonra isə anası yuxuya gedib yatmış, o, evin həyətyanı sahəsinə çıxmışdır. Təxminən saat 15 radələrində qardaşı Məhərrəm evə sərxoş vəziyyətdə gələrək onunla mübahisə etməyə başlamış, Məhərrəm onunla dava-dalaş etmək istəmişdir. O, həmin vaxt küçəyə çıxdıqda Məhərrəm onun arxasınca gələrək mübahisə etməyə davam etdikdə o, yerdən daş götürüb Məhərrəmə tərəf atmışdır. Onun atdığı daş Məhərrəmin alın nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Bundan sonra o, 102 xidmətinə və Nizami RPİ-nə kiçik qardaşı Məhərrəmin evdə dava-dalaş etməyi barədə məlumat vermişdir. O, polis əməkdaşları ilə birlikdə evə getdikdən sonra qardaşı Məhərrəmin onun evdə olmadığı vaxtı anası Gülənbərin sifət nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə vuraraq döydüyünü görmüşdür. O, anasından niyə bu vəziyyətdə olmasını soruşanda anası ona demişdir ki, o evdə olmadığı müddətdə kiçik qardaşı Məhərrəmin onu yumruqla zərbələr vurub döydüyünü bildirmişdir. Bundan sonra o, anasına tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Onların müraciətləri əsasında araşdırma aparılmış, Məhərrəm anasına xəsarət yetirdiyinə görə Nizami Rayon Məhkəməsində Məhərrəmin barəsində 9 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Məhkəmənin hökmündən narazı qaldıqları üçün anası X9 Məhkəməsinə şikayət etmiş və Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etmişdir. Çünki, Məhərrəm azadlığa çıxdıqdan sonra yenə onları narahat edib döyüb onlara xəsarətlər yetirəcəyindən qorxurlar. Ona görə ki, Məhərrəm 2019-cu ildə anası Gülənbəri döyüb xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə anası onu bağışlamışdır. Lakin Məhərrəm əməllərindən əl çəkməyərək yenə hərəkətlərini davam etdirmiş, 03.06.2020-ci il tarixdə Məhərrəm yenə də anası Gülənbəri döyərək xəsarətlər yetirmişdir. 03.06.2020-ci il tarixdə qardaşı Məhərrəmin anası Gülənbəri döyərkən həmin vaxt o, evdə olmamış, evə gəldikdən sonra anasının xəsarət aldığını görmüşdür. Anası Gülənbərdən soruşanda ona demişdir ki, çarpayıda yatdığı yerdə Məhərəm anasını döyərək xəsarətlər yetirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan Gəncə şəhər rayonlararası Narkoloji Disoanserdən alınmış 03.06.2020-ci il tarixli sərxoşluq aktından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 03 iyun 2020-ci il tarixli, 817 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ said nahiyyəsinin yumşaq toxumasının əziyi və hematoması, sağ mil və dirsək sümüklərinin qapalı yeridəyişməmiş sınığı, hər iki gözətrafı, üst dodaq, hər iki yanaq, boyun, hər iki əl pəncəsi və sol said nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.06.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiqi olunmuş iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyun 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qərarına əsasən barəsində olan AR CM-nin 128-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə AZ CM-nin 128-ci maddəsi təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 1(044)-118/2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o məhkəmə iclas zalında həbsə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2020-ci il tarixli Qərarı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 1(044)-118/2020-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin baxış mərhələsinə qaytarılmış, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilmiş, icraat materialı Gəncə şəhər prokrorluğuna qaytarılmış, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 05 iyun 2021-ci ilədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddədə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 13-cü bəndinin 2-ci abzasında qeyd edilir ki, köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxs özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həqiqtən də anasına qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinə hüquqi qiymət verərək onu qeyd edir ki, göründüyü kimi CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməllər aşkar surətdə qoca, yəni köməksiz vəziyyətdə olmuş şəxsə qarşı törədilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi (qəsdən sağlamlığa az ağır zərər vurmanın ağırlaşdırıcı tərkibi) ilə ittiham verilmişdir. Bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün əvvəlcə şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud olmalıdır. Əks halda şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkibi də istisna edilir. Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin təqsirliyi bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza növü nəzərdə tutulmasa da, təqsirli şəxsin ailədə mənfi davranışı, yəni, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi cəza təyin edilərkən onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər anası Zərərçəkmiş şəxs döyməsi ilə bağlı əməlinin təkrar baş verməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, həyat və sağlamlıq əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi vaxtdan, 23 sentyabr 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar