Məhkəmə qərarları › İş №1(044)-19/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-19/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-19/2022 24.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndələri Şahid1 və X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, 26 sentyabr 1988-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ikinci qrup əlil, Göygöl rayonu, Pənahlılar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə saat 10 radələrində X5 məxsus Vaz 21065 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 12.04.2016-cı il tarixli, AE 116550 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında sürücülük hüququ və nəqliyyat vasitəsinə sərəncam verilməsi hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş baş etibaraməsi olmaqla idarə edib Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə idarə etməməli və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq onun sağlamlığına sol körpücük sümüyünün yerdəyişmiş sınığı, sol incik sümüyünün sınığı, qasıq və oma sümüklərinin sınıqları, L4, L5 fəqərələrinin sol yan çıxıntı sınıqları, sol bud nahiyəsinin qançırı ilə müşahidə edilən xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işinin materialları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Adına “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. VAZ-21065 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 ay əvvəl baş etibarnamə əsasında almışdır. 29 dekabr 2020ci il tarixdə saat 10 radələrində VAZ-21065 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avatomobili ilə dostu Şahid2 evindən götürüb Gəncə şəhəri Mərkəzi Univermağın yanına aparırmış. O, Gəncə şəhəri Nizami rayonu, S.Rəhimov küçəsində avtomobilini idarə edən zaman təxminən 25-30 metr məsafədən adını sonradan bildiyi Zərərçəkmiş şəxs yolu sağdan sola keçmək istədiyini görmüşdür. O, dərhal avtomobilin səs siqnalından istifadə edib eyni zamanda da avtomobilin əyləncindən istifadə etmiş, lakin hadisənin qarşısını ala bilməyərək idarə etdiyi VAZ-21065 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobilin təsirindən Aytən yolun sol tərəfində olan otluq əraziyə düşmüş, o, avtomobili yolun sağ tərəfində saxlayıb dərhal Aytənə yaxınlaşmış, bundan sonra dostu Nicat yoldan keçən tanımadığı avtomobili saxlamış, Nicatla köməkli Aytəni həmin avtomobilə qoyub X3 aparmışlar. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt piyada Zərərçəkmiş şəxs yolu onun hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfinə keçməsini təxminən 25-30 metr məsafədən görmüş, onun üçün təhlükə həmin andan yaranmış və hadisənin qarşısını almaq üçün əyləcdən və səs siqanalından istifadə etsə də, avtomobilimin sürəti çox olduğu üçün hadisənin qarşısını ala bilməmiş, hadisə zamanı avtomobilini təxminən saatda 70 km/saat sürətlə idarə etmiş, idarə etdiyin avtomobilin texniki vəziyyəti saz vəziyyətdə olmuşdur. Mülki ddia ilə bağlı onu qeyd edir ki, o iddia tələbini qismən qəbul edir. Belə ki, onun tərəfindən zərərçəkmiş şəxsin müalicəsinə 4790(dörd min yeddiz yüz doxsan) manat məbləğində vəsait sərf edilmişdir. Təqsirləndirilən şəxs Asif oğlu 2-ci qrup əlil olduğunu nəzərə alaraq barəsində “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.15 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndələri qismində dindirilmiş Şahid1 göstərdi ki, 29.12.2020-ci il tarixdə qızının şəhər mərkəzində, özünün isə Avtozavod qəsəbəsi, S.Rəhimov küçəsində bir qədər işləri olduğu üçün qızı Aytənlə saat 10 radələrində yaşadıqları ünvandan çıxıb evlərinin yaxınlığında olan dayanacaqdan 20 saylı səmişin avtobusuna minmişlər. Təxminən bir dayanacaq sonra Aytən S.Rəhimov küçəsində lazım olan yerə çatdığı üçün avtobus dayandıqdan sonra avtobusdan düşmüş, düşdükdən sonra yolun sol tərəfinə baxaraq, hər hansı bir avtomobilin gəlmədiyini görüb yolu piyada yeriyərək keçib yolun mərkəzində olan, belə ki, yolun hərəkət istiqamətini bir-birindən ayıran torpaq sahəyə çatmaq istəyəndə sol tərəfindən sürətlə gələn qırmızı rəngli avtomobil orta hissəsi ilə onu vurub torpaq sahəyə yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və anası yanına gəlib onu oradan keçən bir avtomobilə mindirib Beynəlxalq xəstəxanaya aparmışlar, Həmin vaxt Beynəlxalq Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, daha onra isə əməliyyat üçün X10 Mərkəzinə aparılmış və orada əməliyyat olunmuşdur. Hadisənin baş verməsinə səbəb Aytənin yolu keçərkən təxminən 10 metrdən artıq addımla yeriyərək yolun orta hissəsində olan torpaq sahəyə çatan zaman sol tərəfdən gələn avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yüksət sürətlə avtomobili idarə etməsi və nəticədə avtomobili saxlaya bilməyib onu vurması olmuşdur. Məhkəmədən mülki iddianın təmin edilməklə, Təqsirləndirilən şəxs barədə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X1 Yeganə Şahnəzər qızının izahatı ilə oxşar məzmunlu izahat verərək məhkəmədən mülki iddianın təmin edilməklə, Təqsirləndirilən şəxs barədə ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur və onlar qonşuluqda yaşayır. 29 dekabr 2020-ci il tarixdə 09 radələrində dostu Vasifə zəng edib onu gəlib iş yerinə aparmasını istəmişdir. Təxminən 30 dəqiqədən sonra Vasif VAZ- 21065 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avatomobili ilə onu yaşadığı evdən götürmüş və onlar yola düşmüşlər. O, Vasifin avtomobilində Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsində hərəkətdə olarkən avtomobildə qabaq şərnişin oturacağında əyləşib telefonuna baxan zaman, Vasif anidən avtomobilin əyləcindən istifadə etmiş, həmin vaxt o, qarşıya baxanda yolu sağdan sola keçən adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt Vasif əyləclə bərabər, avtomobilin səs siqnalından da istifadə etmiş, lakin, hadisənin qarşısını ala bilməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobilin təsirindən Aytən yolun sol tərəfində olan otluq əraziyə düşmüş, Vasif avtomobili yolun sağ tərəfində saxlamış və onlar dərhal Aytənə yaxınlaşmış və o, yoldan keçən tanımadığı avtomobili saxlayıb, Vasiflə köməkli Aytəni həmin avtomobilə qoyub X3 aparmış, həmin vaxt o, heç bir xəsarət almamışdır. İbtidai İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X2 ifadəsində göstərmişdir ki, o, 29.12.2020-ci il tarixdə anası Şahid1 şəhər mərkəzində, onun isə Avtozavod qəsəbəsi, S.Rəhimov küçəsində bir qədər işləri olduğu üçün anası ilə saat 10 radələrində yaşadıqları ünvandan çıxıb evlərinin yaxınlığında olan dayanacaqdan 20 saylı sərnişin avtobusuna minmişlər. Təxminən bir dayanacaq sonra o, S.Rəhimov küçəsində lazım olan yerə çatdığı üçün avtobus dayandıqdan sonra avtobusdan düşmüş, düşdükdən sonra yolun sol tərəfinə baxaraq, hər hansı bir avtomobilin gəlmədiyini görüb yolu piyada yeriyərək keçib yolun mərkəzində olan, belə ki, yolun hərəkət istiqamətini birbirindən ayıran torpaq sahəyə çatmaq istəyəndə sol tərəfindən sürətlə gələn qırmızı rəngli avtomobil orta hissəsi ilə onu vurub torpaq sahəyə yerə yıxmışdır. Bundan sonra adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs və anası yanına gəlib onu oradan keçən bir avtomobilə mindirib Beynəlxalq xəstəxanaya aparmışlar, həmin vaxt Beynəlxalq Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, daha onra isə əməliyyat üçün X10 Mərkəzinə aparılmış və orada əməliyyat olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt avtomobil onu vurduqdan sonra hadisə yerində çantası əlindən yerə düşmüş, çantanın ağzı açıq olduğu üçün içərisində olan sənəd və digər əşyalar yerə tökülmüş, həmin vaxt 135 manat pulu orada itərək tapılmamışdır. Hadisənin baş verməsinə səbəb onun S.Rəhimov küçəsində yolu keçərkən təxminən 10 metrdən artıq addımla yeriyərək yolun orta hissəsində olan torpaq sahəyə çatan zaman sol tərəfdən gələn avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yüksək sürətlə avtomobili idarə etməsi və nəticədə avtomobili saxlaya bilməyib onu vurması olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş MTEnın 27 yanvar 2021-ci il tarixli 124 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün yerdəyişmiş sınığı, sol incik sümüyünün sınığı, qasıq və oma sümüklərinin sınıqları, L4, L5 fəqərələrinin sol yan çıxıntı sınıqları, sol bud nahiyəsinin qançırı-bərk Küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 29.12.2020-ci il tarixli YNH-nə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 29 yanvar 2021-ci il tarixli 8/106 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən ”VAZ-21065” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müsütəntiqi Fərid Alıyevin tərtib etdiyi 29 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan göründüyü kimi, 29 dekabr 2020-ci il tarixdə saat 13:04 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21065” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Nizami rayonu S.Rəhimov küçəsində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan atomobilin ön hissəsi ilə vurmuşdur. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Protokolda eyni zamanda hadisə yerinin yaxınlığında, ətrafda TŞ kameralarının və obyektlərin kameralarının olmaması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 13 yanvar 2021-ci il tarixli, 313-136-1221 saylı məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx xxxx 1988-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 12 aprel 2016-cı il tarixdə (12 aprel 2026-cı il tarixədək müddətə etibarlı olan) AE seriyalı 116550 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş 29 dekabr 2020-ci il tarixli 1584 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21065” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Zərərçəkmiş şəxs 30 aprel 2019-cu ildən X12 və X7 ansamblının solisti vəzifəsində işləyir. İş materiallarında olan əmək qabiliyyətinin olmamasına dair vərəqələrdən görünür ki, Zərərçəkmiş şəxs 29.12.2021-ci ildən 01 mart 2021-ci ilədək əmək qabiliyyətli olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X4 barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.15 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən əməldir və onun təqsirli bilindiyi əməl barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21120” markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın və sağlamlığına çəkilmiş xərcin əvəzi olaraq 6000 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində təqsiri müəyyən edildiyindən o zərərçəkmiş şəxsə vurmuş ziyana görə məsuliyyət daşıyır və ona görə də dəymiş ziyanın ödənilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımla bağlı "xxxx" MMC-yə 4490 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxsə göstərilmiş tibbi xidmətin davamı olaraq zərərçəkmiş şəxsin anası tərəfindən onun müalicəsinə əlavə olaraq 1960 manat məbləğində vəsait xərclənmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilməlidir. Məhkəmə iddia tələbinin zərərçəkmiş şəxsin işə çıxmaması ilə bağlı qazancından məhrum olması ilə bağlı ona dəymiş ziyanla bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs 30 aprel 2019-cu ildən X12 və X7 ansamblının solisti vəzifəsində işləyir və 29.12.2021-ci ildən 01 mart 2021-ci ilədək əmək qabiliyyətli olmamışdır. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs 2017-ci ilin 14 sentyabrından əmək fəaliyyətinə başlamaqla hazırki vaxtadək ümumi əmək stajı 5 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli ,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Həmin Əsasnamənin 6-cı bəndində qeyd edilmişdir ki, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Odur ki, göründüyü kimi iddiaçı əmək qabiliyyətini itirməsinə görə qazancından məhrum edilməmiş və itirilmiş qazancın tam və ya qismən kompensasiya edilmək imkanları mövcuddur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmə baxışı zamanı müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 15 iş saatına görə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.15 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21065” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçının səhhətinə dəymiş maddi ziyana görə 1960 (min doqquz yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1990 (min doqquz yüz doxsan) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar