Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-190/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mehman oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını təkrar açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə 17 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospekti 734 ünvanının qarşısında sonuncuya yaxınlaşıb xırda pulunun olub-olmamasını bəhanə edib özünə məxsus 233 manat pulu içərisində xırda pul olub-olmamasına baxan zaman sonuncunun əlindən pulu dartıb alaraq həmin yerdən qaçaraq uzaqlaşmış, xx.xx.1938-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 233 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə 11 mart 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Oba” marketin qarşısında yaxınlaşıb “Beynəlxalq” bank bankomat kartından pul çıxarmaq üçün Zərərçəkmiş şəxs1 kartı alaraq həmin kartdan 400 manat pul çıxarmaqla həmin puldan 100 manatını Zərərçəkmiş şəxs1 qaytarmasına baxmayaraq 300 manat pulu özündə saxladıqdan sonra sonuncu pulu sayıb pulun əskik olmasını başa düşməsinə görə qaçaraq həmin yerdən uzaqlaşmış, xx.xx.1948-ci il təvəlüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 300 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək təkrar soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübut, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, Gəncə şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində fəhlə vəzifəsində işləmiş, aylıq olaraq 240 manat maaş almışdır. Himayəsində olan 4 uşağa həmin 240 manat pul vasitəsi ilə baxmaqda çətinlik çəkmişdir. Bu səbəbdən də ailəsi ilə bağlı olaraq bəzən onun maddi sıxıntıları olmuşdur. Ona elan olunmuş ittihamla əlaqədar olaraq bildirir ki, o, həqiqətən də Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini törətsə də, Zərərçəkmiş şəxs2 qarşı heç bir cinayət əməli törətməmişdir. O, 11.03.2021-ci il tarixdə günorta saat 13 radələrində yaşadığı evdən çıxıb “Mərkəzi Univermaq” istiqamətində gedən zaman, Gəncə şəhəri Nizami prospektində, 6 saylı orta məktəbin yaxınlığında yerləşən “Oba” marketin yanındakı bankomatın yanında bir nəfər tanımadığı, əlində bazar çantası olan yaşlı şəxs ona yaxınlaşmış, bankomatdan pul çıxara bilibbilmədiyini ondan soruşmuşdur. O isə həmin şəxsə bankomatdan pul çıxara bildiyini demişdir. Həmin şəxsdən kartı götürüb bankomata daxil etmiş, həmin şəxs ona xatırlamadığı 4 rəqəmli kodu demiş, o, həmin 4 rəqəmli kodu yığdıqdan sonra kartda 500 manatdan çox pul olduğunu görmüşdür. Həmin vaxt kartda xatırladığı qədəri ilə ya 565, ya da ki 595 manat pul olmuşdur. O, bankomatdan 300 manatdan çox pul çıxarıla bilmədiyini düşündüyündən bankomatda 300 manat məbləği yazmış, 300 manat pulu çıxardıqdan sonra həmin şəxs ona orada 500 manatdan çox pul olduğunu demişdir. O isə həmin şəxsə dəqiq bilmədiyini deyib kartı yenidən bankomata daxil etmiş, bankomatdan daha 100 manat pul çıxarmışdır. Həmin şəxs isə ondan nə baş verdiyini soruşmuş, o isə ona bankomatdan yaxşı başı çıxmadığı üçün bu cür etdiyini həmin şəxsə demişdir. O, ilkin olaraq kartı bu cür salıb-çıxarmaqla həmin şəxsə bankomatda pulun olmadığını demək istəmiş, pulu çıxaran zaman həmin şəxs pulu gördüyündən o, həmin şəxsə kartda pul olmadığını deyə bilməmişdir. O, həmin pulu necə götürəcəyi barədə düşünmüş, bankomatdan çıxan 5 və 10 manatlıq əskinasları sayıb bir hissəsini əli ilə barmağının arasında gizlətmiş, bir hissəsini isə həmin şəxsə vermiş, pulu verdikdən sonra həmin şəxs pulu saymaq istəmiş, elə bu zaman oradan bir nəfər tanımadığı, əlində uşaq olan qadın keçdiyindən o, həmin pulunu götürdüyü şəxsə kənara çəkilməsini demiş, həmin şəxsin başının qarışmasından istifadə edərək oradan qaçaraq uzaqlaşmışdır. O, qaçan zaman həmin şəxs arxası ilə qışqıraraq onu səsləmiş, o isə dayanmayaraq oradan uzaqlaşmışdır. Gəncə şəhər 27 saylı orta məktəbə gəlmiş, orada ağacların arasında bir müddət gizlənmiş, təxminən yarım saat sonra isə ağacların arasından çıxıb getmişdir. O, 27 saylı orta məktəbdə olan zaman pulu saymış, orada 295 manat pul olduğunu görmüşdür. Sonradan oradan gedərək həmin pul ilə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, ona elan edilmiş ittihamla əlaqədar bildirir ki, o, Zərərçəkmiş şəxs2 qarşı heç bir cinayət əməli törətməmişdir. Belə ki, o, Gəncə şəhər Nizami rayon Polis İdarəsində olan zaman polis əməkdaşları ona təzyiqlər göstərdiyi üçün o, ibtidai istintaq zamanı ilkin ifadəsində həmin qadına qarşı da soyğunçuluq etdiyini demişdir. O, nə müstəntiqə bu barədə bildirməmiş, nə prokurorluqda olan zaman bu barədə deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 11.03.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində yerləşən “Qrand Qafqaz Ticarət Mərkəz”ində işləri olduğu üçün Gəncəyə gəlmiş, işlərini həll edib qurtardıqdan sonra saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində olan 6 saylı tam orta məktəbin sağ tərəfində yerləşən “Oba Market”in qarşısındakı Azərbaycan Beynəlxalq bankına məxsus bankomatın yanına getmişdir. O, bankomatın yanında olarkən pensiya kartından pulu özü çıxara bilmədiyi üçün pensiya kartını orada olan tanımadı şəxsə verib həmin kartda olan 500 manat pulu kartdan çıxarıb ona verməsini xahiş etmişdir. Həmin şəxs kartı götürdükdən sonra o, kartın şifrəsini həmin şəxsə demiş, bundan sonra kartı verdiyi şəxs kartından 400 manat pulu çıxarmış, həmin puldan bir hissəsini ona vermişdir. O, pullar xırda olduğundan ilkin olaraq orada nə qədər pul olduğunu bilməmiş, lakin pulu əlinə alan zaman orada 400 manat pul olmadığını hiss etmişdir. O, pulu saymağa başlayanda oradan bir nəfər əlində uşaqla qadın keçmiş, o, kənara çəkilmiş, elə bu zaman həmin şəxs oradan uzaqlaşaraq qaçmağa başlamış, o, həmin şəxsin arxası ilə qaçıb səsləsə də həmin şəxs ona əhəmiyyət verməyərək hadisə yerində uzaqlaşmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, aylıq 233 manat təqaüd alır. O, həmin təqaüdü adətən özü Gəncə şəhəri, Nizami prospektində, 6 saylı orta məktəbin yaxınlığında yerləşən bankomatdan çıxarır. Hər ay olduğu kimi 17.12.2020-ci il tarixdə saat təxminən 13 radələrində o, yenə də Gəncə şəhəri, Nizami prospektində, 6 saylı orta məktəbin yaxınlığındakı “Oba” marketin yanında olan Beynəlxalq Bank bankomatına getmiş, oradan özünə məxsus olan plastik kart ilə 233 manat təqaüdünü çıxartmışdır. Təqaüdü çıxardıqdan sonra 11 saylı şəhər xətt avtobusuna əyləşərək yaşadığı ünvan 2 ünvanın qarşısına gedib orada avtobusdan düşmüş, bu zaman onun arxası ilə bir nəfər tanıma dığı gənc oğlan da düşmüşdür. O, avtobusdan düşüb yaşadığı evin qapısına tərəf gedən zaman orta yaşlı, arıq bədən quruluşlu həmin gənc ona yaxınlaşaraq xırda pulunun olubolmadığını, onunla qonşuluqda yaşadığını ona demiş, o, həmin şəxsə xırda pulunun olmadığını deyən zaman həmin gənc israrla ona puluna baxmağını istəmiş, o isə paltarının arasında olan bir müddət əvvəl bankomatdan çıxardığı 233 manat pulunun hamısını çıxararaq pula baxan zaman həmin gənc ona daha da yaxınlaşaraq pulu ona göstərməyini istəmişdir. O isə əlində olan pulu bir qədər həmin gəncə tərəf uzadaraq xırda pulunun olmadığını demiş, həmin gənc onun əlində olan 233 manat pulu əlindən dartaraq almış, yaşadığı evin qarşısından 41 saylı məktəb istiqamətinə gedərək oradan uzaqlaşmış, ona qarşı soyğunçuluq etmişdir. O isə orada qışqıraraq pulunun tanımadığı şəxs tərəfindən aparıldığını demiş, bu barədə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona 233 manat maddi ziyan dəymiş, o, soyğunçuluq edən şəxsi əvvəllər heç bir yerdə görməmiş, həmin şəxs onun pulunu ələ keçirən zaman tək olmuşdur. İstintaq zamanı 4 nəfər şəxsin fotoşəkilləri ona təqdim edilmiş və o, onların arasında Təqsirləndirilən şəxs oğlunun ona qarşı cinayət törətmiş şəxs olduğunu tanımışdır. Həmçinin onunla Təqsirləndirilən şəxs oğlu arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı o, hadisə vaxtı ona məxsus 233 manat pulu götürərərək hadisə yerindən qaçdığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Hazırda da həmin ifadələrini bir daha təsdiq edir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tələb etmir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Nizami prospekti 734 ünvanında və ünvan 3ketin qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 mart 2021-ci il tarixli təqsirləndirilən fhfəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 aprel 2021-ci il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi” haqqında protokldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli iş üzrə cinayət prosesinin iştirakçıları ilə heç bir əlaqəsi olmayan 3 nəfər digər şəxsin fotoşəkilləri arasında Zərərçəkmiş şəxs2 təqdim edilmiş və Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 4 ədəd fotoşəkil arasında Təqsirləndirilən şəxs oğluna məxsus fotoşəkli tanıyaraq bildirmişdir ki, həmin fotoşəkildə olan şəxs 17.12.2020ci il tarixdə, Gəncə şəhəri, Nizami prospekti 734 ünvanında ondan 233 manat pulu alaraq hadisə yerindən qaçan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 aprel 2021-ci il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun fotoşəkli iş üzrə cinayət prosesinin iştirakçıları ilə heç bir əlaqəsi olmayan 3 nəfər digər şəxsin fotoşəkilləri arasında Zərərçəkmiş şəxs1 oğluna təqdim edilmiş və Zərərçəkmiş şəxs1 təqdim edilmiş 4 ədəd fotoşəkil arasında Təqsirləndirilən şəxs oğluna məxsus fotoşəkli tanıyaraq bildirmişdir ki, həmin fotoşəkildə olan şəxs 11.03.2020-ci il tarixdə, Gəncə şəhəri, Nizami prospektində yerləşən “Oba” marketin yanında ona məxsus 300 manat pulu götürərərək hadisə yerindən qaçan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 hadisə vaxtı ona məxsus 233 manat pulu götürərərək hadisə yerindən qaçdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 hadisə vaxtı ona məxsus 300 manat pulu götürərərək hadisə yerindən qaçdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu ruhi-əsəb dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya başqa təzyiqlərə məruz qalıb-qalmamasının müəyyən edilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilməsi və məhkəməyə məlumat verilməsi barədə Gəncə şəhər Prokurorluğuna məktub göndərilmişdir. Gəncə şəhər Prokurorluğunda qeyd edilən hallarla əlaqədar araşdırma aparılmış və bununla əlaqədar qəbul edilmiş qərar Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinin edilməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 17 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospekti 734 ünvanının qarşısında sonuncuya yaxınlaşıb xırda pulunun olub-olmamasını bəhanə edib özünə məxsus 233 manat pulu içərisində xırda pul olub-olmamasına baxan zaman sonuncunun əlindən pulu dartıb alaraq həmin yerdən qaçaraq uzaqlaşmış, xx.xx.1938-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 233 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə 11 mart 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaqla ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Oba” marketin qarşısında yaxınlaşıb “Beynəlxalq” bank bankomat kartından pul çıxarmaq üçün Zərərçəkmiş şəxs1 kartı alaraq həmin kartdan 400 manat pul çıxarmaqla həmin puldan 100 manatını Zərərçəkmiş şəxs1 qaytarmasına baxmayaraq 300 manat pulu özündə saxladıqdan sonra sonuncu pulu sayıb pulun əskik olmasını başa düşməsinə görə qaçaraq həmin yerdən uzaqlaşmış, xx.xx.1948-ci il təvəlüdlü qoca və köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxsin ümumilikdə 300 manat məbləğində pulunu aşkar surətdə ələ keçirərək təkrar soyğunçuluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs2 heç bir cinayət əməli törətmədiyini göstərməsini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadəsində Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq etdiyini göstərməsinin səbəbinə dair bildirmişdir ki, o, Gəncə şəhər Nizami rayon Polis İdarəsində olan zaman polis əməkdaşları ona təzyiqlər göstərdiyi üçün bu cür ifadə vermişdir, lakin məhkəmə araşdırması zamanı onun ifadəsində göstərdikləri ilə əlaqədar araşdırma aparılması üçün Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş, bununla əlaqədar araşdırma aparılmış və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq cinayətini törətməməsinə dair ifadəsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, şəxsin tanınmaya təqdim edilməsi haqqında, üzləşdirmə kimi istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə tam təkzib edilmiş və Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirliliyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə müəyyən dilmiş cinayət əməlini törətməsi cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi cinayətin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar sürətdə qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Bunadn başqa məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın olmasını, eləcə də cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.05.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Naftalan şəhər Məhkəməsinin 09.03.2018-ci il tarixli hökmü ilə həmin Məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mehman oğlu tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Mehman oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Mehman oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-190/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-190/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver