Məhkəmə qərarları › İş №1(044)-194/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-194/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-194/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə Gəncə şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilərək Gəncə şəhər Nizami rayon Məhkəməsinin 09.10.2018-cı İl tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılarkən X1 İntizam Qaydaları ilə qadağan edilmiş əşya sayılan 1 ədəd Nokıa markalı “BM105” modelli, **********92344, **********92344 imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və 13.08.2019-cu İl tarixdə saat 11-30 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 3-cü rejim korpusun 67-ci kamerasında əynində olan şalvarın sağ cibində həmin qadağan edilmiş əşya daxilində danışıq kartı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin 13.02.2020 ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120,1-ci maddəsi ilə təqsirli bilinərək, 7 il, 10 ay, 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03.05.2021-cl il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmış, hazırda Penitensiar Xidmətin 7 saylı Cəzaşəkmə Müəssisəsində cəza çəkir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan zaman 13.08.2019-cu il tarixdə, təxminən saat 11:30 radələrində təcridxanada onun da saxlandığı 3-cü rejim korpusunun 67 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya əməkdaşlar tərəfindən axtarış-baxış tədbiri keçirilməmişdən əvvəl hər hansı bir qadağan olunmuş əşyanın olubolmaması soruşulmuş, varsa təhvil verilməsi təklif edilmişdir, özündə olan 1 ədəd “Nokia” markalı mobil telefon barədə nəzarətçilərə məlumat verməmiş və axtarış-baxış tədbiri aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən daxilində danışıq kartı olan 1 ədəd həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra hal şahidlərinin və təcridxana əməkdaşlarının iştirakı ilə həmin qadağan olunmuş əşya olan mobil telefonun aşkar edilməsi barədə protokol tərtib edilmiş, telefon isə zərfə qoyulmuş və möhürlənmişdir. Həmin mobil telefonu təcridxanada keçirilən baxış-axtarış tədbirindən 1-2 gün əvvəl gəzinti zaman tapmış, təcridxana əməkdaşlarından və kamera yoldaşlarından gizlətməklə özündə saxlamış, lakin qohumlarına məxsus telefon nömrələri yadında olmadığından istifadə edə bilməmişdir. Ona məlumdur ki, mobil telefon təcridxanada qadağan olunmuş əşya hesab edilir. Məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsiözünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, eləcə də ekspert rəyi ilə də sübut olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı X2- Nəzarət Şöbəsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 13.08.2019-cu il tarixdə saat 11:30 radələrində əldə olunmuş əməliyyat məlumatı əsasında təcridxananın 3-cü reijm korpusun 67 saylı kamerasında həbsdə saxlanılan şəxslərin üzərinə və saxlanıldıqları kameraya əməkdaşlar tərəfindən keçirilmiş axtarış-baxış tədbirləri zamanı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibində daxilində danışıq kartı olan 1 ədəd mobil telefonu tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinin böyük inspektoru Şahid4, təcridxananın komendantı Şahid2 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompyuter-texniki ekspertizasının 14 oktyabr 2019-cu il tarixli ’’24628’’ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı, “BM105” modelli **********92344, **********92344 imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, aşkar olunub götürülmüş 1(bir) ədəd “Nokia” markalı, “BM105” modelli **********92344, **********92344 imei kodlu mobil telefon, 1(bir) danışıq kartı maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 İntizam Qaydaları”nın təsdiq edilməsi barədə 26 fevral 2014-cü il tarixli 63 №li qərarının 3 nömrəli əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara və ya təqsirləndirilən şəxslərə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Cinayət işinin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 07 (yeddi) il, 10 (on) ay, 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, qeyd edilən sübutların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 317-2.1- ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08.04.2002-ci il tarixli qərarında göstərilmişdir ki, Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 13 avqust 2019-cu ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 13 avqust 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd “Nokia BM-105” markalı “**********92344”, “**********92344”imei kodlu mobil telefon və bir ədəd GSM nömrə dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRAR VERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “Nokia” markalı, “BM105” modelli **********92344, **********92344 imei kodlu mobil telefon, 1 (bir) ədəd danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, X6 oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: ********** Qərardan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar