Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-197/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 3da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,336 qram, 0,376 qram, 0,339 qram, 0,374 qram, 0,448 qram olmaqla, ümumilikdə 5 bükümdə 1,873 qram psixotrop maddə olan metamfetamini və ayrı-ayrılıqda 0,322 qram, 0,314 qram, 0,305 qram, 0,342 qram olmaqla, ümumilikdə 1,283 qram narkotik vasitə heroini əldə edib əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamış və daşımış, 22 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Zərrabi küçəsində “Beynəlxalq bank”ın yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda 0,336 qram, 0,376 qram, 0,339 qram, 0,374 qram, 0,448 qram olmaqla, ümumilikdə 5 bükümdə 1,873 qram psixotrop maddə olan metamfetamini və ayrıayrılıqda 0,322 qram, 0,314 qram, 0,305 qram, 0,342 qram olmaqla, ümumilikdə 1,283 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası ilə Ermənistan arasında başlanmış müharibədə iştirak etmək üçün könüllü olaraq müharibəyə getmişdir. Mübahibədə yaralanmış və bir müddət müalicə almışdır. Döyüşlərdə yaralandıqdan sonra Füzuli rayonunda hərbi hospitalda olarkən özünü pis hiss etdiyi üçün adını hazırda xatırlamadığı əsgər yoldaşı ona narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyi təklif etmişdir. O da öz razılığı ilə qəbul etmiş və həmin əsgər yoldaşı ona bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə melamfetamin vermişdir. O da həmin narkotik vasitə və psixotrop maddələrin qəbul edilmə qaydasını öyrənmiş və qəbul etməyə başlamışdır. Həmin vaxtdan narkotik vasitə qəbul etmişdir. Həmin əsgər yoldaşından aldığı narkotik vasitə və psixotrop maddələrin bir qismini istifadə etmiş, lakin bir qismi əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində qalmışdır. 22 yanvar 2021-ci il tarixdə o, döyüş yoldaşları Bəxtiyar, Elnur və Nicatla birlikdə Gəncə şəhərində yerləşən “Beynəlxalq bank”dan pul çıxarmağa getmişlər. Həmin vaxt narkotik vasitə heroin və psixotrop maddə metamfetamin üzərində olmuşdur. Onlar bankomata yaxınlaşıb pul çıxarmaq istəyərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş və onu Gəncə şəhəri Nizami rayon polis idarəsinə dəvət etmişlər. O cümlədən onunla birlikdə olan digər şəxsləri də idarəyə dəvət etmişlər. Bundan sonra Gəncə şəhəri Nizami rayon Polis idarəsinə getmişlər. Orada ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, o şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra öz razılığı ilə vəkil Müdafiəçi1 ona müdafiəçi təyin edilmişdir. Müdafiəçi1 gəldikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 büküm içərisində isə 4 büküm olmaqla ümumilikdə 5 büküm psixotrop maddə metamfetamin və 4 büküm heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa qanunla qadağan olunmuş digər hər hansı əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bükümlər zərflərə qoyularaq qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Füzuli rayonunda olarkən adını xatırlamadığı əsgər yoldaşından öz istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmin narkotik vasitələri alarkən bükümlərdə ayrılmış vəziyyətdə olmuşdur. O, özü həmin narkotik vasitə və psixotrop maddələri bükümlərə ayırmamışdır. O, demək olar ki, hər gecə həmin narkotik vasitə və psixotrop maddələrdən qəbul etmişdir. Lakin neçə qram qəbul etdiyini dəqiq bilməmişdir. Ona narkotik vasitə verən əsgər yoldaşının təxminən 30-35 yaşı olmuşdur. Ona narkotik vasitə və psixotrop maddələri pay vermişdir. Törətdiyi əməlindən peşmançılıq keçirməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. 29 sentyabr 2020-ci il tarixdə başlanmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsində iştirak etmişdir. 22.01.2021-ci il tarixdə saat 17 radələrində o, döyüş yoldaşları Bəxtiyar və Eşqinlə birlikdə şəhid olmuş döyüşçü yoldaşlarını ziyarət etmək qərarına gəlmişlər. Bundan sonra o, Eşqin, Bəxtiyar və Nicat Gəncə şəhərində yerləşən “Beynəlxalq bank”ın yaxınlığında görüşmüşlər. Saat təxminən 19 radələrində polis əməkdaşları onlara yaxınlaşmış, Eşqinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onları öz razılığı ilə Gəncə şəhəri Nizami rayon Polis İdarəsində dəvət edib aparmışlar. Gəncə şəhəri Nizami rayon Polis İdarəsində Eşqin şübhəli şəxs qismində saxlanılmışdır. Eşqinin üzərində şəxsi axtarış aparılmış və onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün deməsinə görə 2020-ci ilin sentyabr ayında başlanılmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda əsgər yoldaşından öz istifadəsi üçün əldə etmişdir. Şəxsi axtarış keçirildikdən sonra bu barədə protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Gəncə şəhər BPİ-nin Nizami rayon polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Zərrabi küçəsində “Beynəlxalq bank”ın yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə dəvət edib aparmışlar. Həmin vaxt onunla birlikdə olan Nicat, Elnur və Bəxtiyar adlı şəxsləri də Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Eldəniz Məmmədov tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. X6 Əhmədova üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Eşqin Əhədovun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Müdafiəçi1 Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təhqiqatçı X6 Əhmədovun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 5 büküm psixotrop maddə metamfetaminə oşxar kütlə, 4 büküm isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunla qadağan olunmuş digər əşya və predtmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Heroinə oxşar kütlənin çəkisi 1,53 qram, metamfetaminə oxşar kütlənin çəkisi isə 2,15 qram təşkil etmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və metamfetamini özünün deməsinə görə 2020-ci ilin sentyabr ayında başlanılmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsi zamanı adını xatırlamadığı Əsgər yoldaşından Füzuli rayonunda olarkən istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri, həmçinin ətraf rayon ərazilərində başqa hər hansı cinayət hadisəsi törətməsi barədə bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin onun hər hansı başqa cinayət hadisəsi törətməsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, hal-hazırda heç bir yerdə işləmir. 29 sentyabr 2020-ci il tarixdə başlanmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsində iştirak etmişdir. 22.01.2021-ci il tarixdə saat 17 radələrində o, döyüş yoldaşları Bəxtiyar, Elnur və Eşqinlə birlikdə şəhid olmuş döyüşçü yoldaşlarını ziyarət etmək qərarına gəlmişdir. Bundan sonra o, Eşqin, Bəxtiyar və Elnur Gəncə şəhərində yerləşən “Beynəlxalq bank”ın yaxınlığında görüşmüşlər. Saat təxminən 19 radələrində polis əməkdaşları onlara yaxınlaşmış, Eşqinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onları öz razılığı ilə Gəncə şəhəri Nizami rayon Polis İdarəsində dəvət edib aparmışlar. Gəncə şəhəri Nizami rayon Polis İdarəsində Eşqin şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra onlar bilmişlər ki, Eşqinin üzərində şəxsi axtarış aparılmış və onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün deməsinə görə 2020-ci ilin sentyabr ayında başlanılmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda əsgər yoldaşından öz istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, hal-hazırda heç bir yerdə işləmir. 29 sentyabr 2020-ci il tarixdə başlanmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsində iştirak etmişdir. 22.01.2021-ci il tarixdə saat 17 radələrində o, döyüş yoldaşları Elnur və Eşqinlə birlikdə şəhid olmuş döyüşçü yoldaşlarını ziyarət etmək qərarına gəlmişdir. Bundan sonra o, Eşqin, Elnur və Nicat Gəncə şəhərində yerləşən “Beynəlxalq bank”ın yaxınlığında görüşmüşlər. Saat təxminən 19 radələrində polis əməkdaşları onlara yaxınlaşmış və Eşqinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onları öz razılığı ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsində dəvət edib aparmışlar. Gəncə şəhəri Nizami rayon Polis İdarəsində Eşqin şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra onlar bilmişlər ki, Eşqinin üzərində şəxsi axtarış aparılmış və onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün deməsinə görə 2020-ci ilin sentyabr ayında başlanılmış və 2020-ci ilin noyabr ayında qurtarmış ikinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda əsgər yoldaşından öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra video çəkiliş ilə Polis İdarəsində Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd falqa kağızına bükülmüş vəziyyətdə, şəffaf rəngli kəskin iyli, beş ədəd şəffaf rəngli sellofona bükülmüş vəziyyətdə və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə və tünd qəhvəyi rəngli, kəskin iyli, dörd ədəd sellefona bükülmüş vəziyyətdə və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli, 16/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən götürülmüş 5 büküm narkotik vasitə metamfetaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 4 (dörd) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda 0,336 qram, 0,376 qram, 0,339 qram, 0,374 qram, 0,448 qram, ümumi təmiz çəkisi 1,873 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən götürülmüş 4 büküm tünd qəhvəyi rəngli heroinə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 4 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda 0,332 qram, 0,314 qram, 0,305 qram, 0,342 qram, ümumi təmiz çəkisi 1,283 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2021-ci il tarixli, 99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,623 qram psixotrop maddə metamfetamin və 1,083 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir, bundan başqa 1 ədəd video görüntülərin əks olunduğu disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıya əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, həmçinin heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 03.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri- azyaşlı uşağı, arvadı və anası onun himayəsindədirlər. Təqsirləndirilən şəxs məxsus AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.11.2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə baş atıcı vəzifəsində iştirak etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək hərbi xidmət keçmiş, o, 08.11.2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmuşdur . Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X7 21.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs posttravmatik stress pozuntusu xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16588 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəstəliklərin “hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxs A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının 04.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası –cərrahiyyə şöbəsinin sarğı tibb bacısı X1 29.09.2020-ci il tarixdən 18.10.2020-ci il tarixə qədər öz ixtisası üzrə yaralı əsgərlərə tibbi xidmət göstərmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları zamanı ikinci Qarabağ müharibəsində iştirak etməsini və döyüş əməliyyatları nəticəsində onun posstravmatik stress pozuntusu xəstəliyindən əziyyət çəkməsini, onun üçüncü dərəcəli əlil olmasını və əlilliyinin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi ilə əlaqədar olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, evli olmasını), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22.01.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 yanvar 2021-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X4 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının İİ hissəsinin 3.2ci bəndinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olduğundan o, narkomaniyadan məcburi müalicəyə cəlb edilməməlidir. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2021-ci il tarixli 99 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,623 qram psixotrop maddə metamfetamin və 1,083 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü və cinayət işinin materiallarına əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,623 qram psixotrop maddə metamfetamin və 1,083 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-197/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-197/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver