Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-199/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki az yaşlı uşağı olan, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, 1-ci döngə ev 27-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, 1-ci döngə ev 31-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd sellofan torbada təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və Gəncə şəhər, Nizami RPİ-in əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 03 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində yerləşən “İmperial” çay evinin yaxınlığında müəyyən edilib Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi şəxsi istehlak miqdarından artıq çəkidə, 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, həmçinin narkotik vasitə olan marixuananın yabanı halda Kür çayı ətrafında bitdiyini bilmişdir. Təxminən 1 il əvvəl Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinə getmiş və orada yabanı halda bitən marixuana kollarını torbaya yığmış, ətrafda olan yarımtikililərin içərisinə sərib qurutduqdan sonra sellofan torbaya qoymuş və hissə-hissə istifadə etməyə başlamış, əvvəl marixuananı sellofan torbada evlərinin yaxınlığında gizlətmişdir. 28.04.2021-ci il tarixdə saat 17 radələrində isə o, marixuananı gizlətdiyi yeri dəyişib başqa yerdə gizlətmək üçün götürüb Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində olan “İmperial” çay evinin yanı ilə gedən zaman 2 nəfər polis əməkdaşı mülkü geyimdə ona yaxınlaşıb özlərini təqdim edərək onu Nizami RPİ-nə dəvət etmişlər. Polis idarəsində üzərində narkotik vasitə gəzdirməyi və daşımağında şübhəli bilindiyi üçün saxlanldığı ona izah edilmiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutaraq həmin qərarla tanış etmişlər. Bundan sonra o, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmuş, ona video çəklişlə hüquq və vəzifələri izah edilmiş, sonra polis əməkdaşları və adını sonradan bildiyi vəkil Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əlində olan göy rəngli sellofan torbada bükülmüş vəziyyətdə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzisində çəkilmiş, həmin kütlənin çəkisi 475 qram olmuş, həmin kütlə zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur, O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunan sellofana bükülmüş halda olan narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur və həmin narkotik vasitən olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamış, yalnız özü istifadə etmiş, həmin gün isə başqa yerdə gizlətmək üçün aparmaq istəmişdir. O, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, yalnız onda olan narkotik vasitə üzərində aşkar olunmuş narkotik vasitədir. Onun narkotik vasitə qəbul etməyi barədə heç kimin xəbəri olmamışdır. O, həmin narkotik vasitəni bir il əvvəl Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bitən yabanı çətənə kollarını yığıb qurudaraq əldə etmiş və özü istifdə etmək üçün saxlamışdır. Onun narkotik vasitə saxlamağı və istifadə etməyi barədə ailə üzvlərinin məlumatı olmamışdır. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 Qaşay oğlu ifadəsində göstərmişdir ki, 2011ci ildən X9 xidmət edir, 2017-ci ildən isə Gəncə şəhər Nizami RPİ-in CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 28.04.2021-ci il tarixdə saat 17:45 radələrində Nizami RPİ-in CAŞ-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə keçirilən əməliyyat tədbiri nəticəsində vətandaş Təqsirləndirilən şəxs Gəncə şəhəri, P.Səmədov küçəsində yerləşən “İmperial” çay evinin yaxınlığında saxlanılaraq Nizami RPİnə gətirilmişdir. Gəncə şəhər Nizami RPİ-in inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əlində olan göy rəngli bir ədəd sellofan torbada kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bidirmişdir ki, həmin kütlə narkotik vasitə olan marixuanadır və ona məxsusdur, özü istifadə etmək məqsədilə üzərində saxlayıb istifadə edir. Həmin “marixuana”nı 2020-ci ildə Kür çayının Samux rayon ərazisindən keçən hissəsindən yığıb qurutmuşdur. Təqsirləndirilən şəxs əlində olan bir ədəd göy rəngli sellofan torbada olan kütlə elktron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 475 qram gəlmiş, həmin kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhəri BPİ-in NRPİ-in CAŞ-in əməkdaşı X10, məhkəmə iclasında dindirilmiş Şahid1 Qaşay oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır. Ceyhun məhkum olmamışdan əvvəl avtomobillərin təmiri sexində rəngsaz işləmişdir. Qardaşı Ceyhun 2019-cu ildə narkotik vasitə qəbul etdiyinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ceyhun narkotik vasitə aludəçisi olduğuna görə bir dəfə müalicə almışdır. 28.04.2021-ci il tarixdə Ceyhun günorta saat 12 radələrində evdən çıxıb getmiş, sonuncu evə gec gəldiyinə görə harada olması barədə maraqlanmış, sonradan bilmişdir ki, Ceyhunu polislər tutub aparmış, üzərindən narkotik vasitə aşkar edildiyinə görə polis idarəsində saxlamışlar. O, Ceyhunun kiməsə narkotik vasitə satmasını, almasını eşitməmiş, elə bir hal olmamışdır. O, Ceyhunla bir evdə yaşamış, əgər elə bir hal olsaydı bilərdi və hiss edərdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.04.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-in NRPİ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və onun əlində olan göy rəngli selofan torbadan tünd yaşıl rəngli kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 16/399 nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddi sübut” yazı və imzalar olan bir ədəd kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09.06.2021-ci il tarixli, 674 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloii dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.05.2021-ci il tarixli “35 saylı evlər üçlüyü”nün xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə nikah evi tərəfindən verilmiş AZ-İ № 495317 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 14 noyabr 2009-cu il tarixdə 357 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişdirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19 yanvare 2007-ci il təvəllüdlü X7 adlı və 21 iyun 2012-ci il tarixdə doğulmuş X11 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Psixoloji Dispanserinin 22.05.2021-ci il tarixli 1692 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.05.2021-ci il tarixli 2146 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserin arayışından görünür ki, Paşayev X3 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 19.05.2021-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddələsndə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 15.09.2021-ci il tarixli 03/20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 26 gün hissəsi çəkilməmiş olaraq qalmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilmiş və hazırda 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-146/2019 nömrəli 05.12.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 ay 26 günü bir günə iki gün hesablanmaqla 03 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 4(044)-78/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 454,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 (on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli 1(044)-146/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 ay 26 gün hissəsi bir günə iki gün hesablanmaqla 03 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 454,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-199/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-199/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver