Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-20/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızınn katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, İ. Məmmədov küçəsi, ev 161-də qeydiyyatda olmaqla yaşayan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 1(043)-1/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 186.2.2 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 yanvar 2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı ünvan 1 ünvanının həyətində tanışı Şahid1 idarə etdiyi Mercedes Benz E 220 markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının qarşısındakı sandıqcanı avtomobilin açarından istifadə edərək açıb içərisində Caspos MMC-yə məxsus 2658,20 manat olan zərfi götürüb özgə əmlakını gizli olaraq talamaqla ümumilikdə zərərçəkmiş şəxs Caspos MMC-yə 2658,20 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 9 mm kalibrli, Ayzberg modelli, təyinatı dəyişdirilərək 9x18 mm kalibrli PM modelli Makarov konstruksiyalı tapançalar üçün nəzərdə tutulmuş patronlardan atəş açmaq üçün düzəldilmiş, hamar lüləli, yivsiz odlu silah hesab olunan, texniki cəhətdən saz, atəş üçün yararlı 1 ədəd Revolver tapançası və 11 ədədi 2010-cu, 05 ədədi 2011-ci ildə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan, atəş üçün yararlı ştat patronlar əldə edib saxlayaraq daşımış və üzərində gəzdirmiş, 05 fevral 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri Nizami RPİ-in cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsi ilə Şəddadilər küçəsinin kəsişməsində sərnişin qismində əyləşdiyi Şahid2 idarə etdiyi VAZ 21070 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın bel hissəsinə taxılmış qara rəngli kəmərə keçirdiyi həmin yivsiz odlu silah hesab olunan, atəş üçün yararlı 1 ədəd Revolver tapançası, əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 16 ədəd döyüş sursatı hesab olunan, atəş üçün yararlı ştat patronlar aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 177.1 və 228.1-ci maddələri ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs Şahid1 təxminən 10 ildən artıqdır ki, tanıyır. 28.01.2021-ci il tarixdə saat 01 radələrində Nizami idarə etdiyi ** ZP *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220 markalı avtomobil ilə onun evinə gəlmiş, o, darvazanı açmış və Nizami avtomobili onun yaşadığı fərdi yaşayış evinin həyətinə salmışdır. Nizami həmin avtomobil ilə Gəncə və Bakı şəhərlərinə sərnişin daşıyıb pul qazanmış, Nizami ilə yaşadığı evdə bir müddət oturub yemək yeyib vaxt keçirdikdən sonra o, siqaret almaq üçün Nizamidən idarə etdiyi avtomobilin açarlarını istəmiş, Nizami də etiraz etmədən avtomobilin açarlarını ona vermişdir. O, avtomobili işə salıb evdən çıxmış, evdən bir qədər uzaqlaşdıqdan sonra Nizami ona zəng edərək avtomobilin sandıqçasında əmanətinin olduğunu söyləmiş və əmanəti götürsün deyə ondan geri qayıtmasını istəmiş, Nizamiyə siqaret alıb tezliklə geri qayıdacağını söyləmişdir. Təxminən 20 dəqiqə sonra yəni 28.01.2021-ci il tarixdə saat 02 radələrində o evə qayıtmış, idarə etdiyi avtomobili həyətə saldıqdan sonra həmin avtomobildə ön sərnişin oturacağının qarşısında yerləşən sandıqçanın kilidini avtomobilin mühərrikini işə salan açarla açmış, sandıqçada ağ rəngli zərf olmuşdur. O, həmin zərfi götürüb əynində olan idman paltarının gödəkçəsinin ön sağ cibinə qoymuş, sonra isə evə daxil olmuş və onlar yeməyə davam etmişlər. Nizami həmin gün onun evində gecələmiş və səhər idarə etdiyi avtomobilə minib evdən getmişdir. Nizami getdikdən sonra o, Nizaminin idarə etdiyi avtomobilin sandıqçasından götürdüyü zərfi açıb içinə baxanda orada 2658.20 manat pulun olduğunu görmüşdür. O, zərfi zibilliyə tullamış və içərisindəki pulu özünə götürmüşdür. 28.01.2021-ci il tarixdə axşam saatlarında Nizami ona zəng edərək avtomobildən içərisində 2658.20 manat pul olan zərfin oğurlandığını söyləmiş, O, Nizami ilə telefonla danışan zaman ona pul barədə heçnə bilmədiyini və Nizaminin pulunu götürmədiyini söyləmişdir. Bir müddət sonra Nizami yaşadığı evə gələrək pul barədə onunla söhbət edib sorğu-suala tutsa da o, Nizamiyə pulu götürdüyünü etiraf etməmiş, növbəti gün yəni 29.01.2021-ci il tarixdə Nizami ona zəng edərək təkrar pulu götürüb-götürmədiyini soruşmuş, o da pulu götürdüyünü etiraf etməmişdir. O, həmin pulun 1708.20 manatını müəyyən borcuna və yeyib içməyə xərcləmişdir. 03.02.2021-ci il tarixdə Nizami rayon polis idarəsinə dəvət edilmiş, polis idarəsində təqsirini könüllü olaraq etiraf etmiş, yerdə qalan 19 ədəd 50 manatlıq əskinazdan ibarət olan 950 manat məbləğində pulu isə təqdim etmişdir. O, tək oğurluq etdiyini, heç kim kömək və ya təhrik etmədiyini bildirmişdir. Bundan sonra o, 05.02.2021-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdən çıxıb tanımadığı VAZ 2107 markalı taksiyə əyləşib Gəncə şəhər Mərkəzi Univermaq ticarət mərkəzinin yaxınlığına gedən zaman yolda, yəni Gəncə şəhəri Nizami prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində polis əməkdaşları onun sərnişin qismində əyləşdiyi taksini saxlatmışlar. Sonradan adı ona məlum olan taksi sürücüsü Şahid2 idarə etdiyi VAZ 2107 markalı avtomobili yol kənarında saxlamış, 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. Nizami RPİ-də müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın kəmərinə keçirtdiyi revolver tipli bir ədəd tapanca aşkar olunaraq götürülmüşdür. Daha sonra qara rəngli şalvarının sağ yan cibindən 16 ədəd patronlar aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına həmin tapançanı və patronları 15 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdən zibil atan zaman tapdığını və həmin silahı bəyəndiyi üçün üzərində saxladığını demişdir. Götürülmüş 1 ədəd tapança və 16 ədəd patron ayrı-ayrı zərflərdə kağız zərflərdə qablaşdırılmış, üzəri imzalanmış, möhürlənmiş, şəxsi axtarış aparılması barədə protokol tərtib edimiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. 1 ədəd tapançanı və 16 ədəd patronları tutulmamışdan təxminən 2 həftə əvvəl evin yaxınlığındakı zibillikdən tapmış, həmin tapançadan heç vaxt istifadə etməmiş və atəş açmamış, üzərində tapança və patronları daşımasından heçkimin məlumatı olmamışdır. Tapdığı tapancanı özü ilə götürüb üzərində saxlamış, tapancada güllə olmamış, lakin yanında 16 ədəd patron olmuş, silahı üzərində saxlamaqda məqsədi bəyənməsi olmuşdur. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Nümayəndə ifadəsində göstərmişdir ki, 27.01.2021-ci il tarixdə o, işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən ofisinə göndəriləcək 2658.20 manat pulu ağ rəngli zərfə qoymuş və sonra həmişəki kimi pulun göndərilişini tanışı Şahid1 həvalə etmək üçün telefonuna zəng etmişdir. Aralarında olmuş danışığa əsasən 27.01.2021-ci il tarixdə saat 20 radələrində Nizami idarə etdiyi Mercedes Benz markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmiş və o, 2658.20 manat pulu qablaşdırdığı zərfi Nizamiyə verib Bakı şəhərində Zərərçəkmiş şəxs şirkətinə çatdırmasını istəmişdir. Yol pulu müqabilində Nizamiyə 10 manat pul vermiş, aralarında olan danışığa əsasən Nizami 28.01.2021-ci il tarixdə Nizamiyə verdiyi pul zərfini ünvana çatdırmalı olmuşdur. 28.01.2021-ci il tarixə axşam saat 18 radələrində Nizami ona zəng edərək gecikdiyini, Bakı şəhərinə getməsinə baxmayaraq pulu çatdıracağı şirkətin həmin zaman iş saatının qurtarmış olacağını söyləmişdir. O da Nizamidən pulu 29.01.2021 -ci il tarixdə səhər saatlarına çatdırmasını istəmişdir. Bir müddət sonra, 28.01.2021-ci il tarixdə saat 20 radələrində Nizami ona təkrar zəng edərək çatdırmalı olduğu pul zərfinin oğurlanmış olduğunu söyləmiş, O, Nizamiyə pulun şirkətə aid olduğunu və gecikdirilmədən çatdırılmalı olduğunu söylədikdə Nizami pulu özünə qaytaracağını söyləmişdir. O, Nizami ilə arasında olan telefon danışığından sonra işlədiyi şirkətə zəng edib olanlar barədə məlumat vermiş və pulun çatdırılması üçün əlavə zamana ehtiyac yarandığını söyləyib bir neçə günlük möhlət almışdır. O, Nizami ilə təkrar danışdıqda Nizami oğurluğu dostu Təqsirləndirilən şəxs adlı şəxsin törətdiyini söyləmiş, Nizami aralarında olan danışıqlar zamanı idarə etdiyi avtomobili Eminə müvəqqəti sürmək üçün verdikdə Eminin salondakı sandıqçanın kilidini açaraq həmin pulu oğurladığını bildirmişdir. Oğurlanmış 2658.20 manat məbləğində pul Caspos MMC-yə məxsus olmuş, həmin pul vəsaiti 50 manatlıq əskinazlardan ibarət olmuşdur. Sonda o, dəymiş ziyanın 950 manatının qaytarıldığını, qalan ziyanı isə tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, O, ** ZP *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220 markalı, X4 məxsus avtomobili icarə əsasında idarə etmiş, həmin avtomobili Gəncə və Bakı şəhərlərinə sərnişin daşıyıb pul qazanmaq üçün icarəyə götürmüşdür. 27.01.2021-ci il tarixdə saat 20 radələrində o, Anar adlı tanışı ilə Gəncə şəhəri Mahrasa bağı yaşayış massivindəki evinin qarşısında görüşmüş, görüş zamanı Anar 2658.20 manat pulu ağ rəngli üzəri izolentlənmiş zərfdə ona vermiş və həmin pulu Bakı şəhərindəki Zərərçəkmiş şəxs şirkətinin ofisinə çatdırmasını istəmişdir. O da sifarişi qəbul edib pulun saxlandığı zərfi Anardan almış, o, həmin pul zərfini idarə etdiyi avtomobilin ön sərnişin oturacağının qarşısındakı yük yerinə qoyub qapağının kilidini avtomobilin açarı ilə bağlamışdır. 28.01.2021-ci il tarixdə saat 01 radələrində o, icarə əsasında idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs ünvan 7 ünvanına yollanmışdır. Emin qapını açmış və o, idarə etdiyi avtomobili evin həyətinə salmış, Emin evdə tək olmuşdur. O, evə keçməzdən əvvəl avtomobilin ön sərnişin oturacağının qarşısındakı yük yerini açarla açıb zərfin yerində olmasından əmin olduqdan sonra yenidən kilidi bağlamış və evə keçmişdir. Bir müddət sonra Emin şəhərdə işinin olduğunu söyləmiş və avtomobili bir müddətlik Eminə verməsini istəmiş, o da etiraz etmədən avtomobili Eminə vermişdir. Emin avtomobili sürüb həyətdən çıxdıqdan 1 dəqiqə sonra o, avtomobildə Anara məxsus pulun olduğunu xatırlamış və dərhal Eminə zəng edərək geri qayıtmasını, avtomobilin ön sərnişin oturacağının qarşısındakı yük yerində əmanət olduğunu söyləmişdir. O, Emindən avtomobili geri sürməsini və əmanəti yəni Anarın verdiyi pul zərfini götürdükdən sonra istədiyi yerə getməsini xahiş etmiş, Emin ondan həmin əmanətin nə olduğunu dəfələrlə soruşsa da, Eminə məlumat verməmişdir. Emin avtomobil ilə evdən yenicə çıxmasına baxmayaraq onun dəfələrlə Eminə zəng edib geri qayıtması üçün etdiyi xahişlərə məhəl qoymadan təxminən 40 dəqiqə sonra evə qayıtmışdır. O, avtomobilin saxlanc yerinə baxmamış, səhər saatlarında avtomobilə əyləşib öz evinə gedən zaman Gəncə şəhəri Gülüstan qəsəbəsində Anarın verdiyi zərf yadına düşmüş və dərhal avtomobili saxlayıb pulu qoyduğu saxlanc yerini açmış və saxlanc yerində Anarın verdiyi zərf olmamışdır. Sözügedən yük yerinin kilidi mühərriki işə salan kilidlə eyni olmuş, avtomobilin açarlarını Eminə verdikdən sonra Emin avtomobildə olan zaman həmin yük yerini açaraq oradan Anar adlı tanışının Bakı şəhərinə çatdırmaq üçün ona verdiyi içərisində 2658.20 manat olan zərfi qəsdən götürməklə oğurluq etmişdir. Aralarında olan danışıqdan sonra Emin saxlanc yerində əmanətin olduğunu onun özündən öyrənmiş, avtomobili başqa heç kimə verməmiş və avtomobilin açarları ikisindən başqa heç kimdə olmamışdır. Onun idarə etdiyi avtomobildən 2658.20 manat pulu Təqsirləndirilən şəxs qəsdən oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, VAZ 2107 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobil ona məxsus olmuş, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 05.02.2021-ci il tarixdə Gəncə şəhər İ.Məmmədov küçəsinin yaxınlığından keçən zaman adını sonradan bildiyi Emin adlı şəxs ona əl edərək avtomobili saxlamasını işarə etmiş, o, avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər Univermağın qarşısına getməsini sifariş etmiş, o da Eminlə həmin məsafəni 3 manata razılaşıb Emini Univermağın yaxınlığına aparan zaman Gəncə şəhəri Nizami küçəsi ilə Şəddadilər küçəsinin kəsişməsində polis əməkdaşları avtomobilə saxlamağını işarə etmişlər. Həmin vaxt polis əməkdaşları ona məxsus avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getməsini xahiş etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getmişdir. Ona da polis idarəsinə getməsini bildirdikləri üçün o da özünə məxsus avtomobillə polis idarəsinə getmiş, Polis İdarəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı gəzdirməkdə şübhəli olduğu ona məlum olmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən bir ədəd odlu silah və patronlar aşkar olunaraq götürülmüşdür. Həmin vaxt onun idarə etdiyi VAZ 21070 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə də öz razılığı ilə baxış keçirilmiş, baxış zamanı ona məxsus avtomobildən gəzdirilməsi və saxlanılması qadağan olunmuş əşya və kütlə aşkar edilməmiş, protokol tərtib olunaraq foto şəkillər çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatı gəzdirməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs müştəri kimi onun avtomobilində əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, polis əməkdaşları Şahid5, Şahid6 və Şahid4 iştirakları ilə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 05.02.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsi ilə Şəddadilər küçəsinin kəsişməsində sərnişin qismində əyləşdiyi VAZ 21070 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel hisəsinə taxdığı kəmərin sol hissəsində keçirilmiş üzərində konstruktiv dəyişiklər edildiyi üçün odlu silah hesab edilən 1 ədəd Revolver tapançası və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 16 ədəd patronlar aşkar edilmişdir. Daha sonra isə 1 ədəd tapança və 16 ədəd patronlar ayrı-ayrı kağız zərflərdə qablaşdırılmış və həmin zərflərin üzərləri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1 ədəd tapançanı və 16 ədəd patronları yaşadığı evin yaxınlığında zibillikdən taparaq öz istifadəsi üçün saxladığını, heç bir zaman istifadə etmədiyini bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs saxlandığı Şahid2 idarə etdiyi VAZ 21070 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və hər hansı qanunsuz dövriyyəsi və istifadəsi qadağa olunmuş əşya və kütlələr aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6, ibtdai istintaqda ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan olunmuş Şahid5 və Şahid4 digər Şahid3 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 05.02.2021-ci il tarixli protokoldan məlum olur ki, Nizami RPİ CAŞ-in baş əməliyyat müvəkkilləri, polis baş leytenantı X3, Şahid5, əməlyyat müvəkkilləri, polis leytenantları Şahid6, Şahid4 iştirakları ilə, Təqsirləndirilən şəxsnn qanunsuz odlu siilah saxlaması və gəzdirməsi baərədə məlumat əldə etdikdən sonar 05.02.2021-ci il tarixdə X1 şəhəri Nizami prospekti və Şəddadilər küçəsinin kəsişməsində saxlanılaraq Nizami RPİ-yə gətirilməklə üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman onun əynində olan qara rəngli şalvarın qara rəngli dəriyə bənzər materialdan olan kəmərinə keçirilmiş dəstəyi ilə birlikdə ümumi uzunluğu 19 sm, metal rəngli, metal tutacağının üzəri taxtaya bənzər qəhvəyi rəngli material ilə örtülmüş, üzərində heç bir rekvizit və ya seriya nömrəsi olmayan, 6 ədəd 9 mm çaplı hatron tutumlu, “Revolver” tipli tapança və əynində olan qara rəngli şalvarın 8ağ yan cibindən 16 ədəd patronlar aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06.02.2021-ci il tarixli, 21/107R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Nosi silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli, Ayzberg modelli təyinatı üzrə qaz pafronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, qaz revolverdir və odlu silah hesab edilmir. Lakin həmin revolverin hissələrinin üzərində yuxarıda göstərilən dəyişiklər edilərək ilkin təyinatı dəyişdirilmişdir və hal hazırda 9x18 mm kalibirli PM modelli Makarov konstruksiyalı tapançaları üçün həzərdə tutulmuş patronlardan atəş açmaq üçün düzəldilmiş, hamar lüləli, revolverdi, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 16 ədəd patronlar zavod üsulu ilə Azərbaycan dövlətində 11 ədədi 2010-cu, 05 ədədi 2011-ci illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Exsperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz xartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - Gəncə şəhər Narkoloji Dispanserin 06.02.2022-ci il tarixli 509 saylı arayışından görünür ki, Məmmədov X7 Dispanser qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 05.02.2021-ci il tarixli 929/2010 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-in Nizami Rayon Şöbəsinin 30.08.2010-cu il tarixli 2/25 saylı göndərişinə əsasən PND-də müayinədə olmuş “Aksentuasiya olunmuş şəxsiyyətdə vaxtaşırı müşahidə edilən nevrotik reaksiyala” Diqanozu ilə 218 saylı Akt tərtib edilmişdir. 10.12.2019-cu il tarixdə Gəncə şəhər BPY YTY-nin baş müstəntiqi Rauf Atakişyevin 09.12.2019-cu il tarixli qərarı əsasında AMPEK keçirilərək anlaqlı hesab edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir. - 04.02.2018-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan və 04 mart 2021-ci il tarixli qəbzdən görünür ki, B32834299, A44267869, B20736535, A88910911, A88041115, A68532539, B22417015, A86566096, A65781892, B01442342, A97143198, B31052543, A65154718, A54455436, B32639607, A71863522, A44231610, B15846181, B02761516 seriya nömrəli ümumilikdə 19 ədəd 50 manatlıq (cəmi 950 manat) əskinazlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və götürülərək, məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 15.03.2021-ci il tarixli, 134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Teyib oğlu, nevrotik reaksiyalarla müşayət olunan şəxsiyyətin aksentuasiyasi xəstəliyi keçirməsinə baxmayarq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) vəziyyətində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarda olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altını düşmir və onun hal-hazırda məcbüri müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 09.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-in 149.2.1, 149.2.3, 149.2.4, 29, 149.2.3, 29, 149.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2010-cu il tarixli qərarı ilə cəzadan 01 il 01 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Göygöl Rayon Məhkəməsinin 10.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.05.2015-ci il tarixli qərarı ilə cəzadan 02 ay vaxtından əvvəl şərti azad olunmuş, ********* nömrəli cinayət işi üzrə CM-nin 29,186.2.2 və 221.2.2-ci maddələri ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən 30.10.2019-ci il tarixdə həbs edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 1(043)-1/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 30 oktyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, 7(044)-24/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 11 gün hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-1/2021 saylı, 25.05.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş (Gəncə şəhər Nizami Rayon Məhkəməsnin 18.01.2022-ci il tarixli, 7(044)-24/2022 nömrəli qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 30.10.2019-cu il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə br gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, 1 ədəd Ayzberg modelli, yivsiz odlu silah hesab olunan, atəş üçün yararlı lüləli 1 ədəd Revolver tapançası, 13 ədəd 9x18 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən patronları xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan B32834299, A44267869, B20736535, A88910911, A88041115, A68532539, B22417015, A86566096, A65781892, B01442342, A97143198, B31052543, A65154718, A54455436, B32639607, A71863522, A44231610, B15846181, B02761516 seriya nömrəli ümumilikdə 19 ədəd 50 manatlıq əskinazların saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəs Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 və məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürosunun hesabına müvafiq olaraq 180 manat və 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-1/2021 saylı, 25.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqan məhrumetmə cəzası (Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30.10.2019-cu il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut olan, 1 ədəd Ayzberg modelli, yivsiz odlu silah hesab olunan, atəş üçün yararlı lüləli 1 ədəd Revolver tapançası, 13 ədəd 9x18 mm kalibrli olmaqla döyüş sursatı hesab edilən patronları xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan B32834299, A44267869, B20736535, A88910911, A88041115, A68532539, B22417015, A86566096, A65781892, B01442342, A97143198, B31052543, A65154718, A54455436, B32639607, A71863522, A44231610, B15846181, B02761516 seriya nömrəli ümumilikdə 19 ədəd 50 manatlıq əskinazların saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəs Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 və Müdafiəçi işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) müvaiq olaraq 180 (yüz səksən) manat və 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-20/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-20/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver