Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-201/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, ev 45-də qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi əvvəli 22 oktyabr 2018-ci il tarixdən hesablanmaqla, 25.06.2012-ci il təvəllüdlü X2 və 20.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Məmmədova) Sahibə Vidadi qızına verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.04.2019-cu il tarixli, 2(044)-309/2019 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 14.05.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 29.07.2019-cu il, 21.08.2019-cu il, 16.06.2020-ci il, 06.07. 2020-ci il, 22.07.2020-ci il və 25.12.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12.01.2021-ci il tarixinədək cəmi 6240,00 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə evlənib rəsmi ailə qurmuş, evli olduqları müddətdə 25.06.2012-ci il təvəllüdlü Məmmədzadə Nazlı və 20.11. 2015-ci il təvəllüdlü Məmmədzadə Zeynəb adında övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Sahibə ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər. Sahibə boşanmaq və alimentin alınması üçün məhkəmyə müraciət etmiş, qızlarını götürüb öz valideynlərinin yanına köçərək orada yaşamışdır. Ayrılandan sonra övladlarının saxlanılması ilə əlaqədər maddi imkanı olmadığından sonuncuya maddi kömaklik göstərməmişdir. Sahibə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 17.04.2019-cu il tarixli, 2(044)- 309/2019 saylı qətnaməsinə əsasən ondan 22.10.2018-ci il tarixdən hesablanmaqla, uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120,00 manat, iki uşağa görə cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddət verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Ona məlumdur ki, barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilən 12.01.2021-ci il tarixə kimi 6240,00 manat aliment borcu yaranmışdır. Fərdi qaydada sərnişin daşıması fəaliyyəti ilə məşğul olmaqla aylıq qazancı 300-400 manat olmasına baxmayaraq, yaranmış borcdan heç bir ödəniş etməmişdir. Lakin sonradan həmin qətnamə üzrə olan borcdan cəmi 250 (iki yüz əlli) manat ödəniş edə bilmişdir. Qətnamə üzrə olan qalan borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmır. İmkanı olanda həmin borcu hissə-hissə ödəməyə çalışacaqdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənib nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 25.06.2012-ci il təvəllüdlü X4 və 20.11.2015-ci il təvəllüdlü X3 adında iki övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ona qarşı kobud və pis rəftar etmiş, sonuncu ilə birlikdə təxminən 7 il yaşamış, Təqsirləndirilən şəxs qazandığı pulu özünə sərf etmiş, uşaqlarına baxmamış, bu səbəbdən ayrılmaq qərarına gəlmiş və ayrıldıqları vaxtdan övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Onlar ayrıldıqdan sonra Təqsirləndirilən şəxs övladlarının saxlanılması üçün ona maddi kömaklik göstərməmişdir. O isə övladlarını təkbaşına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 17.04.2019-cu il tarixli, 2(044)-309/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22.10.2018-ci il tarixdən hesablanmaqla, 25.06.2012-ci il təvəllüdlü Məmmədzadə Nazlının və 20.11.2015-ci il təvəllüdlü Məmmədzadə Zeynəbin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aliment ödəmədiyi səbəbindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 14.05. 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilən 12.01.2021-ci il tarixə kimi 6240,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmasına və yetərli qazancının olmasına baxmayaraq, alimenti ödəmək üçün heç bir cəhd etməmişdir. Təqsirləndirilən şəxs sonradan borcundan cəmi 250 manat ödəniş etmişdir. Borclu məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırdığından və dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-309/2019 nömrəli, 17.04.2019-cu il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 25.06.2012-ci il tarixdə andan olmuş X2 və 20.10.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 22.10.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 120.00 manat olmaqla, cəmi 240.00 manat sabit pul məbləğində aliment iddiaçı Məmmədova (Əliyeva) Sahibə Vidadi qızının xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsi 23.04.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 25.04.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişləri qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs 14.05.2020-ci il tarixə yaranmış aliment üzrə 4320.00 manat borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırdığı üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-205/2020 nömrəli, 14.05.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclunun hərəkətsizliyi nəticəsində tələb və aliment üzrə borcu icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin məlum qətnaməsini, ona inzibati həbs tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, aliment üzrə borcunu ödəməmişdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli icra vərəqəsi üzrə 2020-ci ilin dekabr ayı daxil olmaqla aliment üzrə borcu 6240.00 manat təşkil edir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Buna görə də, borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-309/2019 nömrəli, 17.04.2019-cu il tarixli qətnaməsinin icrası Şahid1 icraatında olmuşdur. İcra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs qətnamənin icrası ilə bağlı dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Buna görə də borclu Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.04.2019-cu il tarixli, 2(044)-309/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 22.10.2018-ci il tarixdən hesablanmaqla, 25.06.2012-ci il təvəllüdlü X4 və 20.11.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.04.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.04.2019-cu il tarixli, 2(044)-309/2019 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 8(044)-573/2019 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 3(044)-205/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 iyun 2020-ci il tarixli, 06 iyul 2020-ci il tarixli və 22 iyul 2020-ci il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq”dan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlığı şəxsən imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi əvvəli 22 oktyabr 2018-ci il tarixdən hesablanmaqla, 25.06.2012-ci il təvəllüdlü X2 və 20.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120,00 manat, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Məmmədova) Sahibə Vidadi qızına verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.04.2019-cu il tarixli, 2(044)-309/2019 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 14.05.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 29.07.2019-cu il, 21.08.2019-cu il, 16.06.2020-ci il, 06.07. 2020-ci il, 22.07.2020-ci il və 25.12.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12.01.2021-ci il tarixinədək cəmi 6240,00 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” 02.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə tutulmuşdur və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin X6 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən həmin tarixdə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 iyun 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində Bakı şəhəri Nərimanov RPİ-nin X5 tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək, yəni 03 (üç) gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-201/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-201/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver