Məhkəmə qərarları › İş №1(044)-202/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-202/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-202/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə 09 avqust 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 28.03.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 29.03.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 16 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X2”na, bundan başqa 01.04.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanında, bundan başqa 05.04.2021-ci il tarixdə saat 19 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 4ci il tarixdə saat 16 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 5şqa 12.04.2021-ci il tarixdə saat 17 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 6ya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 27.03.2021ci il tarixdə onun anidən hərarəti yüksələrək 37 dərəcə olmuş, o, ilkin olaraq qrip olduğunu zənn etmiş və ev şəraitində təbii vitaminlər qəbul etmişdir. Lakin növbəti gün, yəni 28.03.2021-ci il tarixdə o, özündə daha da narahatçılıq hiss etməyə başlamış və hərarəti düşmədiyi üçün səhhətindən narahat qalaraq həmin gün təxminən saat 10 radələrində 103 TTY xidmətinə zəng etmişdir. Bir qədər sonra həkimlər yaşadığı ünvan 1 ünvanına gələrək koronavirusa yoluxduğunu ehtimal edərək onun nəfəs boşluğundan yaxma nümunəsi götürmüşlər. Növbəti gün saat təxminən 20 radələrində “İTS.GOV.AZ”-dan onun istifasində ola ********** saylı mobil nömrəsinə gələn mesajdan onun Covid-19 test nəticəsi pozitiv çıxdığını öyrənmişdir. Həmçinin o və ailə üzvlərinin yaşayış yerini tərk etməməli olduqlarını, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq da mesaj mətnində qeyd olunmuşdur. Bundan sonra həmin gün bir nəfər xatırlamadığı nömrədən ona zəng edərək Səhiyyə Nazirliyindən olduğunu bildirərək Covid- 19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi tərk etməməli olduğunu bildirərək sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyini bildirmişdir. O, yaşadığı evdə qalaraq sağalmağını gözləmişdir. Daha sonra sahə həkimi ona zəng edərək yaşadığı evə dərman paketi göndərmiş və həmin dərmanları həkim qeyd etdiyi formada qəbul etmişdir. O, hərbi xidmətdə pnevmaniya xəstəliyinə tutulduğundan koronavirusa yoluxduqdan sonra da, ağ ciyərinin zədələnməsindən narahat qalmış və ağ ciyərini yoxlatmaq üçün KT müayinəsindən keçməyə qərar vermiş, bu məqsədlə 31.03.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən idarə etdiyi “Tavriya” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X5”sına getmiş, klinikanın qarşısında avtomobilini dayandırdıqdan sonra üzündə tibbi maska ilə avtomobildən düşərək piyada klinikaya daxil olaraq qəbul şöbəsinə yaxınlaşaraq KT müayinəsindən keçmək istədiyini bildirmiş, bundan sonra orada işləyən məsul şəxs onu qeydiyyata almış və onun yönlədirməsi ilə KT müayinəsindən keçmişdir. Müayinədən keçdikdən sonra cavabın 2 saat sonra çıxacağı bildirilmiş, sonra o, həmin klinikadan çıxıb avtomobilinə əyləşərək yaşadığı evə qayıtmış və təxminən 2 saat sonra yenidən həmin klinikaya qayıdaraq müayinənin nəticələrini götürüb yenidən evə qayıtmışdır. Həmin gündən sonra o, bir daha yaşadığı evi tərk etməyərək karantin qaydalarına əməl edib ev şəraitində müalicəsini davam etdirmişdir. 14 aprel 2021-ci il tarixdə isə İTS.GOV.AZ”-dan onun istifasində olan ********** saylı mobil nömrəyə gələn mesajda onun evdən təcrid müddətinin bitdiyi bildirilmişdir. Həmin gündən sonra o, yaşadığı evi tərk edərək öz gündəlik işləri ilə məşğul olmuşdur. O, 29.03.2021-ci il tarixdən “Covid-19” virusuna yoluxduğunu öyrənmişdir. Onun 29.03.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv çıxdıqdan sonra sadəcə bir gün, yəni 31.03.2021-ci il tarixdə yaşadığı evi tərk edərək ağ ciyərini yoxlatmaq məqsədilə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X5”sına getmişdir. Həmin klinikada isə o, adlarını bilmədiyi tibb işçiləri ilə təmasda olmuşdur. Digər vaxtlarda o, yaşayış yerini tərk etməmişdir. Törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X2”nın qəbul şöbəsində qeydiyyatçı vəzifəsində işləyir. Gündəlik olaraq səhər saat 09 radələrindən 18 radələrinədək işdə olur. Vəzifəsi klinikaya müraciət edən şəxslərin qeydiyyatını həyata keçirməkdən ibarətdir. Həmin qaydaya uyğun olaraq 31.03.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs klinikaya daxil olub qəbul şöbəsinə yaxınlaşaraq Döş qəfəsinin KT-si üçün müraciət etmişdir. Həmin müraciət əsasında o, Təqsirləndirilən şəxs qeydiyyatını həyata keçirdikdən sonra müvafiq şöbəyə yönəltmiş və həmin şəxs KT müayinəsindən keçərək çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün təxminən saat 14 radələrində bir daha klinikya müraciət edərək KT müayinəsinin nəticələrini götürüb getmişdir. Daha sonra o, həmin şəxsi görməmişdir. Təqsirləndirilən şəxs ona “Covid-19” virusuna yoluxması barədə heç bir məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs “Covid- 19” virusuna yoluxmasını bilməmişdir. Həmin vaxt qəbul şöbəsində onunla ünsiyyətdə olmuşdur. O, təmasda olarkən tibbi maskadan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 aprel 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung A5” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonun mesajlar bölməsində 29.03.2021-ci il tarixdə “İTS.GOV.AZ” saytından gələn mesajda qeyd olunmuşdur ki, “Hörmətli Təqsirləndirilən şəxs, sizin 28.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz test nəticəsi pozitivdir. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqsınız. Bundan sonra 14.04.2021-ci il tarixdə “İTS.GOV.AZ” saytından gələn mesajda qeyd olunmuşdur ki, “Hörmətli Təqsirləndirilən şəxs, siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. “Sağlamlığınızı qoruyun” məzmununda mesaj mətni gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 may 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə saat 12:09 radələrində idarə etdiyi “Tavriya” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə üzü Nizami prospekti istiqamətində hərəkət edərək “İstanbul Genetics klinkası”nın qarşısında saxlayaraq avtomobildən yerə düşüb küçədə olan çoxlu sayda insanların yanından ötüb keçərək piyada klinikaya daxil olur. Daha sonra isə 31.03.2021-ci il tarixdə saat 12:14 radələrində Təqsirləndirilən şəxs klinikadan çıxaraq piyada eyni qaydada avtomobilinə doğru gedib sükan arxasında əyləşərək üzü Nizami prospketi istiqamətində hərəkətini davam etdirir. Bununla da, görüntü bitir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 may 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, “Ambulator xəstənin tibbi kitabça”sına baxış keçirilmiş, baxış zamanı “ambulator tibbi kitabça”nın 1-ci vərəqindən müəyyən edilmişdir ki, tibbi kitabça 29.03.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1995-ci təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərindən görünür ki, Təqsirləndirilən şəxs 29.03.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 30.03.2021-ci il tarixdən 12.04.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ilk günlər özünü halsız hiss etmiş, iyibilmə və dadbilməsi itmiş, növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmiş, 12.04.2021-ci il tarixdə isə karantin müddəti bitdiyi üçün sərbəst hərəkət edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 may 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu bir ədəd “DVD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə saat 11 radələrindən 16 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X2”na, bundan başqa 01.04.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanında, bundan başqa 05.04.2021-ci il tarixdə saat 19 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 4ci il tarixdə saat 16 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 5şqa 12.04.2021-ci il tarixdə saat 17 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, R.Qasimov küçəsi, 2-ci dalan, ev 20 ünvanında olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə “COVİD-19” analizi vermiş və verdiyi analizdə “COVİD-19” virusu aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinə verilmiş müvafiq sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 29.03.2021-ci il tarixdən 12.04.2021-ci il tarixədək olan müddət ərzində karantin rejimində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “X2”na verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə klinikaya Döş qəfəsinin KT-si üçün müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarışdan görünür ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X8 Sindromu (X7 Syndrome Coronavirus - MERS- CoV) ve X4 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusu insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk və Təhlükəsiz şəhər kameralarından əldə edilmiş törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş materiallarında olan digər sənədlər ilə Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar