Məhkəmə qərarları › İş №1(044)-203/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-203/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-203/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxslər X2 və X4 iştirakı ilə Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında X2 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair, X1 xüsusi ittiham qaydasında şikayətinə işin materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X3 tərəfindən, X2 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, X5 və X8 onun şərəf, ləyaqət və işgüzar nüfuzunu kütləvi informasiya vasitələrində ləkələmişlər. Belə ki, təhsil nazirinin rəsmi saytında onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldurlar. Onlar onun başının rüşvət almağa qarışdığını, buna görə də şəhidləri yad etmədiyini bildirmişlər. Bundan başqa, onun yaşlılara hörmətsiz yanaşdığını qeyd edirlər. Gəncə şəhərində olan bütün məmurların “onun öz adamları olduqlarını” bildirən X5 və X4 məqsədi onu təhqir etmək və işgüzar nüfuzunu ləkələmək olmuşdur. Buna görə də şikayətində göstərilənlərin nəzərə alınaraq, X5 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, eyni zamanda xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında şikayət vermiş şəxs X3, barəsində şikayət verdiyi şəxslər X5 və X6 qarşı xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini bildirmiş, buna görə də xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş X5 və X8 da məhkəmənin hazırlıq iclasında şikayət vermiş X1 şikayətindən imtina etdiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, o, X5 və X6 qarşı şikayətindən imtina edir, buna görə də xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsində məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməsi ilə əlaqədar əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, “...Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.” Beləliklə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində şikayət verdiyi şəxslər X5 və X6 qarşı şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.8, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 X5 və X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması haqqında xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar