Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-205/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs2, tərcüməçi X9, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmü ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, ünvan 1 ünvanında müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar CM-in) 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs(bundan sonra Təqsirləndirilən şəxs)yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o,14.12. 2020-ci il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən Gəncə şəhər 2 nömrəli poliklinikada tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 saxlanc yeri sayılan və qapısı açıq vəziyyətdə olan 38 saylı xidməti iş otağına qanunsuz olaraq daxil olub masanın üzərində olan əl çantasından 1 ədəd 11 manat dəyərində “bugatti” markalı pulqabını, həmçinin həmin pulqabının içərisində olan 1850 manat pulu, ümumilikdə isə zərərçəkmiş şəxsin 1861 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 25.01.2021-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən X5 həkim-pediatr vəzifəsində çalışan Türkiyə Respublikasının vətəndaşı X1 yeri sayılan və qapısı açıq vəziyyətdə olan 101 saylı xidməti iş otağına qanunsuz olaraq daxil olub asılqandan asılmış gödəkçəsinin cibindən 1 ədəd 25 manat dəyərində “westpolo” markalı pulqabını, həmçinin həmin pulqabının içərisində olan 500 ABŞ dolları və 400 manat pulu, ümumilikdə isə zərərçəkmiş şəxsin 1275 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Mingəçevir şəhərində narkotik vasitə əldə etdiyinə görə saxlanılmış və həmin vaxtdan həbsdə saxlanılır. 2020-ciilin dekabr ayının ortalarında, dəqiq vaxtını və gününü xatırlamadığı tarixdə və vaxtda gözündən yenidən müalicə almaq üçün adını unutduğu, Gəncə şəhər 2 saylı poliklinikada işləyən həkimin yanına gəlmişdir. O, tibbi kartaya baxıb həkimin adını öyrənmək üçün əvvəlcə poliklinikada tibb qeydiyyatı yerinə yaxınlaşmışdır. Həmin vaxt tibbi qeydiyyatdan həkimin adını öyrənməli olduğunu bildirmişlər. O da həkimi sifətdən tanıdığı üçün poliklikanın 2-ci və 3-cü mərtəbəsinə qalxmış, otaqlardan birinə yaxınlaşaraq qapısının açıq olduğunu, içəridə isə heç kimin olmadığını görmüşdür. Otağa girəndə sol tərəfdə masanın üzərində əl çantası olduğunu görmüş və tez çantanın içərisindəki pulqabını açıb içərisinə baxaraq pul olduğunu aşkar etmişdir. O, pulqabını tez götürüb cibinə qoymuş və aşağı düşüb getmişdir. Poliklinikadan uzaqlaşarkən pulqabını açıb içərisində 1800 manata kimi pul və bir-iki dənə kart olduğunu müəyyən etmişdir. O, kartları və pulqabını yolda, yadında qalmayan yerə tullamışdır. Sonra isə pulun təxminən 1000 manata yaxın hissəsini İmamzadə qəbiristanlığında dəfn etdiyi anası X4 qəbirdaşının və ətraf hissələrinin təmirinə xərcləmiş, qalan pulu da özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2021-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı tarixdə isə X5 həkim otağından pul və pulqabı oğurlamışdır. Belə ki, oğurladığı pulqabının içərisində 400 ABŞ dolları və 250 manat pul olmuşdur. Qeyd edilən vaxtda, saat 11-12 radələrində X8 gedib hamı kimi içəri daxil olmuş və xəstəxananın dəhlizində gəzişməyə başlamışdır. Orada həkim otaqlarını bir-bir açıb içəri baxır və hansı otaqda heç kim olmadığını, həmçinin içəridə pul və qiymətli şeylər olduğunu gördükdə oğurluq etməyi düşünmüşdür. Otaqların birini açdıqda içəridə heç kim olmadığını və asılqandan kişi gödəkçəsinin açılmış olduğunu görüb yenə bir qədər ətrafa nəzər salaraq onu heç kimin görməyəcəyinə əmin olduqdan sonra gizlicə içəri daxil olmuşdur. Həmin otağın qapısı açıq vəziyyətdə olmuşdur. İçəri daxil olub tez gödəkçənin ciblərinə baxmış və pulqabı olduğunu görüb həmin pulqabını götürmüşdür. Bundan sonra isə gizlicə oradan çıxıb uzaqlaşmışdır. Xəstəxanadan çıxdıqdan sonra pulqabını açıb içərisinə baxanda içərisində 400 ABŞ dolları və 250 manat pul, həmçinin bank kartları olduğunu müəyyən etmişdir. Lazım olmadığı üçün pulqabını və kartları xatırlamadığı yerdə tullamışdır. Pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X17 göstərmişdir ki, Türkiyə Respublikası vətəndaşı olmaqla, milliyyətcə türkdür. Buna baxmayaraq, azərbaycan dilində yazıb oxumağı sərbəst bacarır. Belə ki, 2015-ci ildən Azərbaycan Respublikasında yaşayır və burada həkim işləyir. Çalışdığı yer Gəncə Beynəlxalq xəstəxanasıdır. Orada uşaq həkimi işləyir. Gəncə şəhərində isə kirayədə yaşayır. Çalışdığı xəstəxanada xəstələrin qəbulu ödənişlidir və növbəlilidir. Ödəniş olmadan otağına heç bir xəstə buraxılmır. Çalışdığı otağın yanındakı otaqda uşaq həkimi Xəyalə Əhmədova adlı həkim çalışır. 25.01.2021-ci il tarixdə, saat 11 radələrində xidməti otağında olan zaman Xəyalə Əhmədova ilə birlikdə direktorun yanına dəvət olunmuşlar. Orada təxminən 15-20 dəqiqə direktorla danışmışlar. Geri qayıtdıqda çalışdığı otaqda divardan asdığı qara rəngli gödəkçənin cibinə baxarkən gödəkçənin sol yan cibinə qoyduğu pulqabını yerində aşkar edə bilməmişdir. Pulqabının içərisində 500 ABŞ dolları, 400 manat pul və kredit kartları olmuşdur. Bundan sonra oğurluq olması barədə polisə şikayət etmişdir. Pulqabı “westpolo” markalı pulqabı imiş və qiyməti 25 manat olmuş, həmin pulqabını yeni almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna baxmayaraq cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 3 ildir Gəncə şəhər 2 nömrəli poliklinikada tibb bacısı işləyir. Həmin poliklinikanın 3-cümərtəbəsində həkim-nevropotoloq Səadət Hacıyeva ilə bir otaqda oturur. Özü bir neçə nəfərlə aylıq lotoreya oynayır, maaşından hər ay 50-100 manat olmaqla tanış şəxslər arasında danışıb həmin yığılan pulu hər ay növbəli şəkildə bir nəfər götürür. 2020-ci ilin dekabr ayının 11-dəmaaşlarını almış və lotoreya pulunu o özü yığmışdır. Dekabr ayında 1850 manat pul yığılmışdır. Onlar 8 nəfər şəxs olmaqla lotoreya oynamışlar. Həmin ayda o şəxslərdən biri, yəni, Oksana lotoreya pulunu götürməli idi. Həmin pulu 14 dekabr 2020-ci il tarixdə tam yığdığı üçün işə getməmişdən əvvəl pulu əl çantasına, yəni pul kissəsinə qoymuşdur. Həmin gün saat 09-20 dəqiqədə həyat yoldaşı Şahid1 ilə birlikdə Turalın Mercedes markalı, ** XE *** dövlət qeydiyyat nömrənişanlı avtomobili ilə evdən çıxmışlar. Tural bir az tələsidiyi üçün İ.Qayıbov küçəsi ilə 2 nömrəli poliklinikaya gedən küçənin kəsişməsində onu düşürmüş, o, avtomobildən düşüb piyada iş yerinə gəlmişdir. İş yerinə gəldikdən təxminən 2 saatdan sonra əl çantasını açanda pul kisəsinin çantada olmadığını aşkar etmişdir. Bunu görüb bərk həyəcanlanmış, otaqda orabura baxmış, lakin pul kisəsinin, içərisində olan 1850 manat pulun, üzərində 06-14 kodu yazılmış Beynəlxalq banka mənsub maaş kartı, üzərində 82-56 kodu yazılmış Zolotaya Korona pul köçürməsi üçün aldığı Ekspressbanka mənsub kartı və Kapital banka mənsub Bir kartkartının olmadığını aşkar etmişdir. Bir kartın üstündə kod yox olmamış, lakin digər kartların üzərində kodlar olmuşdur. Çantada olan kartlardan yalnız bir kart kartında pul olmuş, lakin kartın kodunu əzbərdən bildiyi üçün kartın üzərinə kod yazmamışdır. Həmin vaxt o, DİN-in 102 Xidmətinə zəng vurub pulunun oğurlanmasını bildirmiş, sonrada hadisə yerinə polislər gəlmişlər. O, oğurluqla bağlı ərizə vermiş, hadisə yerinin baxışında iştirak etmiş, yenədə pul kisəsi tapılmamışdır. Pulun oğurlanması ilə bağlı maddi ziyan ona dəymişdir. Belə ki, pulun oğurlanmasının lotoreya iştirakçılarına heç bir aidiyyəti olmamışdır. Ona görə də, sonradan həmin şəxslərə pullarını ödəmişdir. Oğurluq olmuş həmin otaqda həkim və ya digər tibbi işçiləri olmadığı halda kənar heç kim otağa daxil olmaq ixtiyarında deyildir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2017-ci ildən X6 İnformasiya və Texnologiyalar Şöbəsinin məsul şəxsi vəzifəsində çalışır. Belə ki, həmin xəstəxananın bütün informasiya və texnologiya sahəsinə aid olan məsələlər, o cümlədən xəstəxananın video müşahidə kameralar sistemi onun nəzarəti altındadır, onlara cavabdehlik daşıyır. X17 çalışdığı xəstəxanada həkim-pediatr vəzifəsində çalışır. 25.01.2021-ci il tarixdə, saat 11-12 radələrində həkim X17 ona müraciət edərək xəstəxanadakı xidməti iş otağından içərisində pul və kredit kartları olan pulqabının oğurlandığını bildirmiş və xəstəxananın video müşahidə kameralarına baxıb oğurluğu etmiş şəxsin kim olduğunu müəyyən etməyi xahiş etmişdir. O da həmin həkimlə birlikdə xəstəxananın video müşahidə kameraları tərəfindən qeydə alınmış video görüntüləri bir-bir nəzərdən keçirib müəyyən etmişdir ki, xəstəxanaya gözündə eynək, ağzında isə tibbi maska ilə daxil olan orta boylu, 45-50 yaşlarında şəxs özünü şübhəli aparır, xəstəxanada olan xidməti otaqların qapısını bir-bir açıb içəri boylanır, sonradan isə nə isə götürüb tələsik xəstəxanadan çıxıb uzaqlaşır. Xəstəxanadan çıxdıqdan sonra isə əlində pul qabını açıb içərisində olanlara baxır. Həmin görüntülərdə olan şəxs oğurluğu etmiş şəxs kimi onda şübhə yaratmışdır. O, həmin şəxsi real olaraq xəstəxanada görməmiş, kim olduğunu, harada yaşadığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2onun arvadıdır. Saidə Gəncə şəhər 2 saylı poliklinikada tibb bacısı vəzifəsində işləyir. Saidə hər ay iş yoldaşları və tanışları ilə birlikdə lotoreya oynayır, yəni hər ay bir nəfərə pul yığıb verirlər, həmin pulu da Saidə yığır, təşkilatçılığı da həmçinin arvadı edir. 14 dekabr 2020-ci il tarixdə, saat 09:20 radələrində Saidə ilə birlikdə evdən çıxmış, özünə məxsus olan Mercedes markalı avtomobili ilə Saidəni İ.Qayıbov küçəsi ilə 2 saylı poliklinikaya gedən yolun kəsişməsində düşürmüş, Saidə piyada işə tərəf getmişdir.Həmin gün saat 13 radələrində Saidə ona zəng edib lotoreya oyunu pulunun və kartlarının ya iş yerindən oğurlandığını, ya da özünün itirdiyini bildirmişdir. O, Saidənin iş yerinə gələndə çoxdandır ki tanıdığı Səadət həkiminotaqda olduğunu görmüşdür. Lakin Səadət həkimin oğurluq etməsinə, yaxud da oradakı şəxslərdən kiminsə oğurluq etməsinə inanmır. Ola bilsin ki, Saidə pulu və kartları itirmişdir. Saidənin özü də pulun oğurlanması, yaxud da itirilməsi barədə heç bir qənaətə gələ bilmir. Ancaq 1850 manat pul və kartlar yoxdur. Saidə sonuncu dəfə evdən çıxarkən çantasına baxanda pul çantada olmuşdur. Ondan sonra Saidə onun avtomobilinə minmiş, İ.Qayıbov küçəsi ilə iş yerinə gedən yolun kəsişməsində düşüb işə getmişdir. Lakin Saidə iş yerində çantasına baxmamışdır. Bununla belə, o, Saidənin pulqabının avtomobildə düşə biləcəyini ehtimal edərək avtomobilinə də baxış keçirmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi zərərçəkmiş şəxs X13 çalışdığı X6 onun sahiblik və istifadəsində olan iş otağında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Əşyanın götürülməsi haqqında” 18.02.2021-ci il tarixli qərardan görünür ki, X13 çalışdığı X6 onun sahiblik və istifadəsində olan iş otağında baş vermiş hadisənin xəstəxananın müşahidə kameraları ilə videogörüntülərini əks etdirən 1 ədəd DVD disk götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” 04.05.2021-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisəni əks etdirən 1 ədəd DVD diskə təqsirləndirilən şəxsin və vəkilinin iştirakı ilə ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntülər X6 qarşısında və içərisində olanları əks etdirir. Görüntülərdə özünü şübhəli aparan bir nəfər eynəkli və tibbi maskalı şəxs xəstəxanaya daxil olur, dəhlizdə gəzişir və otaqları açıb içəri baxır. Ara sıra telefonlar danışır, sonradan cibinə nə isə qoyub xəstəxanadan çıxır. Həmin şəxs xəstəxanadan çıxdıqdan sonra pulqabını açıb içərisində olanlara baxır. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şübhəli şəxsin özü olduğunu və oğurluq etmək üçün həmin vaxt xəstəxanada olduğunu, oradan 400 ABŞ dolları və 250 manat oğurldağını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin 12.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 12.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kirovabad şəhər Gəncə rayon xalq Məhkəməsinin 13.10.1986-cı il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 143 m. 2,3 his.; 38 maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 03 il müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuş, 03.12.1987-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Xalq Məhkəməsinin eyni tarixli qərarı ilə Azərbaycan SSR CMin 50-2 maddəsinə əsasən, 01 il 08 ay 26 gün şərti azad olunmuş, Rusiya Federasiyası Xabarovsk diyarı, Berebican Rayon Xalq Məhkəməsinin 19.05.1988-ci il tarixli hökmü ilə RSFSR CM-in 144 m. 2 his.; 41 maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 16.03.1992-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş,Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 17.09.1993-cü il tarixli hökmü ilə CM-in 143 m. 4 his. ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19.12.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 10.12.1999-cu il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad olunmuş,Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 09.03.2000-ci il tarixli hökmü ilə CM-in 226-1 m. 1 his.; 55 maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 15.11.2002-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş¸ 26.02.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.06.2005-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuş, 13.06.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli amnistiya qərarının 1.1 bəndinə əsasən,cəzadan azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19.01.2010-cu il tarixli hökmü ilə CM-in 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 20.06.2013-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin 20.06.2013-cü il tarixli qərarı ilə 03 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli hökmü ilə CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş,18.05.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19 may 2021-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, A.X.X2 çalışdığı X6 onun sahiblik və istifadəsində olan iş otağında və Zərərçəkmiş şəxs2 çalışdığı Gəncə şəhər 2 nömrəli poliklinikada onun sahiblik və istifadəsində olan iş otağında oğurladığı pullarınn yerini hadisə yerində əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 dekabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanında yerləşən Gəncə şəhər 2 nömrəli poliklinikada tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 sahiblik və istifadəsində olan iş otağında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittihama zərərçəkmiş şəxslərin bank, kredit və maaş kartları daxil edilməmiş, onun əməlləri cinayətin residivi kimi qiymətləndirilmiş və istintaq hərəkətləri protokolları, içərisində hadisənin videogörüntüləri olan 1 ədəd DVD disk, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biridigərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən Gəncə şəhər 2 nömrəli poliklinikada tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 saxlanc yeri sayılan və qapısı açıq vəziyyətdə olan 38 saylı xidməti iş otağına qanunsuz olaraqdaxil olub masanın üzərində olan əl çantasından 1 ədəd 11 manat dəyərində “bugatti” markalı pulqabını, həmçinin həmin pulqabının içərisində olan 1850 manat pulu, ümumilikdə isə zərərçəkmiş şəxsin 1861 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Eyni zamanda, o, təkrar 25.01.2021-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən X5 həkim-pediatr vəzifəsində çalışan Türkiyə Respublikasının vətəndaşı X1 yeri sayılan vəqapısı açıq vəziyyətdə olan 101 saylı xidməti iş otağına qanunsuz olaraq daxil olub asılqandan asılmış gödəkçəsinin cibindən 1 ədəd 25 manat dəyərində “westpolo” markalı pulqabını, həmçinin həmin pulqabının içərisində olan 500 ABŞ dolları və 400 manat pulu, ümumilikdə isə zərərçəkmiş şəxsin 1275 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. “X12 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X10 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X7 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-cü maddəsində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda - təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 1772.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Həmçinin məhkəmə göstərir ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs CM-in 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 07.04.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.01.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin təqsirləndirilən şəxsə cəza təyin edilən zaman onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmalıdır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və məhkumun islah edilməsinə nail olmaq olar. Cinayət işinin materiallarından və işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini onun barəsində Mingəçevir Şəhər Məhkəməsi tərəfindən 16 iyun 2021-ci il tarixdə çıxarılmış hökmdən əvvəl törətmişdir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun barəsində olan əvvəlki hökm üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsə alındığı 28 mart 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 28.03.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 30.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 28.03.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-in 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in (bundan sonra CPM-in) 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, CM-in 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, CM-in99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. CPM-in 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. CPM-in 346.1.17-ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə göstərir ki, hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manatməbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə təyin edilmiş 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X14 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin.Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-205/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-205/2021
30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver