Məhkəmə qərarları › İş №1(044)-207/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-207/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-207/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda ünvan 2 təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,439 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin X1 daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən saat 13 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsində yerləşən X3 yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin sol ön döş cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.439 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitə heroini iynə ilə damarına vurmaqla istifadə etmişdir. 20.04.2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən çıxıb piyada Z.Tağıyev küçəsində yerləşən “Seyidin ocağı” adlanan ərazidə piyada gəzərkən yerdə bir ədəd gümüşü rəngdə siqaret falqasına bükülmüş bükülü tapmış, həmin bükülü diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxdıqda “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu müəyyən etmiş, ətrafına baxıb onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra həmin heroini götürüb əynində olan köynəyin sol ön cibinə qoymuş, həmin gün saat 13 radələrində X3 yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdığını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları olduqlarını bidirərək qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməkdə şübhəli olduğu üçün polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-yə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, Müdafiəçi oğu dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan köynəyin sol ön cibindən içərisində heroin olan bükülü aşkar edilmiş, verilən suallara cavab olaraq o, həmin bükülünün kokos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin gün saat 11 radələrində yaşadığı evdən çıxıb piyada Z.Tağıyev küçəsində yerləşən seyidin ocağı adlanan ərazidə piyada gəzərkən yerdən tapdığını bildirmiş, sonra üzərindən aşkar edilən kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin siqaret kağızı ilə birlikdə çəkisi 0,5 qram müəyyən edilmiş, bundan sonra 01 ədəd zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş narkotik vasitə zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,439 qram olan kustar üsulla hazırlanmış narktoik vasitə heroin olduğunu bildirmişdir. O, üzərindən aşkar edilərək götürülmüş heroini 20.04.2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən çıxıb piyada Z.Tağıyev küçəsində yerləşən seyidin ocağı adlanan ərazidə gəzərkən yerdən tapmış, həmin heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. O, əldə edib saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, həmin heroini özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan heroin əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Onu heç kəs narkotik vasitə heroin istehlak etməyə təhrik etməmiş, onun özünün narkotikə marağı yarandığı üçün istifadə etmiş, o da heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. Həmin vaxt hər hansı bir mobil nömrəni istifadə etməmişdir. Onun ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində yaşlı anasının olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.04.2021-cı il tarixdə Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, ev 73A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.M.Əhmədov küçəsində yerləşən X3 yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan köynəyin sol ön döş cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə toz şəkilində narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəkinin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tutulduğu gün saat 10-11 radələrində 6 nömrəli tam orta məktəbin yaxınlığında olan Z.Tağıyev parkında yerləşən “Seyidin ocağı” kimi tanınan yerin yaxınlığından tapdığını bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə ümumi çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Sonra zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeyd uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin həqiqətən Təqsirləndirilən şəxs məxsus olub-olmamsını soruşmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitənin həqiqətən özünə məxsus olmasını bildirmiş, bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Sədiyə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs də, hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Baş Polis İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Etibar Abbasov tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki köyəyin sol döş cibindən qızılı rəngli siqaret falqasına bükülmüş bir ədəd bükümdə ümumi çəkisi 0,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə qanunla nəzərdə tutulmuş qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 aprel 2021-ci il tarixli, 16/365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,439 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09.06.2021-ci il tarixli, 685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08.06.2021-ci il tarixli 294 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu, özünükəsmələr XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.4 və 22-ci maddələrinin təsi altına düşmr və onun hazırda tibbi xarakterli məcburi tədbirlərinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkələrinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-207/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 15:00-da Gəncə şəhəri Nizami rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 1(044)-207/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədiqiq edilmiş iş materiallarında olan Gənə şəhər Nizami RPİnin 07 oktyabr 2021-ci il tarixli, 121-33198-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci ildə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Məhkəmə iclasında tədiqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İT-nın 08 oktyabr 2021-ci il tarixli, 17/39-5142 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, və 04 iyul 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14 sentyabr 2005-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində yaşlı anasının olmasını (Ağır Cinayətlərə dair işlər üzrə Azəbaycan Respublikasının Məhkəməsinin 22 iyul 2009cu il tarixli hökmü ilə müəyyən edilmişdir) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci ildən 22 aprel 2021-ci ilədək tutulduğu iki gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 4(044)- 42/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq cəzaçəkmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 oktyabr 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0.439 qram narkotik vasitə olan heroin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 10 saat hüquqi yardıma görə 60(altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 aprel 2021-ci ildən 22 aprel 2021-ci ilədək tutulduğu 02 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07(yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, 07 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,439 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar