Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-21/2021 26.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 19 saylı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs məxsus 5500 manat dəyərində, ağ rəngli, 2005-ci il buraxılışlı, “VAZ 21070” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, həmin avtomobilin salon hissəsində olmuş “SİNNAO” markalı, “SN-6005” model, istifadə edilmiş, işlək vəziyyətdə olan, 40 manat dəyərində 1 ədəd maqnitafonu və “Pioneer” markalı, “TS- A6972E” model, istifadə edilmiş, işlək vəziyyətdə olan, hər biri 15 manat dəyərində 2 ədəd səsgücləndiricini, ümumilikdə isə zərərçəkmiş şəxsin 5570 manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 19 saylı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs məxsus 4500 manat dəyərində, ağ rəngli, 2005-ci il buraxılışlı, “VAZ 21070” markalı, **- DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, həmin avtomobilin salon hissəsində olmuş “SİNNAO” markalı, “SN-6005” model, istifadə edilmiş, işlək vəziyyətdə olan, 40 manat dəyərində 1 ədəd maqnitafonu və “Pioneer” markalı, “TS-A6972E” model, istifadə edilmiş, işlək vəziyyətdə olan, hər biri 15 manat dəyərində 2 ədəd səsgücləndiricini, ümumilikdə zərərçəkmiş şəxsin 4570 manat dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində atası, anası və qardaşı ilə birlikdə yaşayır. O, Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Əvvəllər avtomobil oğurladığı üçün məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. O, avtomobil oğurlamaq vərdişindən əl çəkə bilməmiş və pul əldə etmək məqsədilə yenidən avtomobil oğurlayıb alverçiyə satıb pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərində tanışı və qonşusu Heydərlə görüşüb axşam saatlarında Gəncə şəhərinə gedəcəyini Heydərə bildirmiş və onunla birlikdə Gəncə şəhərinə gedibqayıtmaqda yol yoldaşı olmasını Heydərdən xahiş etmişdir. Heydər ondan hansı məqsədlə Gəncə şəhərinə getmək istədiyini soruşarkən o, Gəncə şəhərində bir nəfər şəxsdə banka məxsus olan və üzərinə həbs qoyulmuş “VAZ 21074” markalı avtomobil olduğunu, həmin avtomobili qeyd edilən şəxsdən pul müqabilində alıb Mingəçevir şəhərinə gətirəcəyəni Heydərə bildirmişdir. Heydər də onunla birlikdə Gəncə şəhərinə getməyə razılaşmışdır. Bundan sonra o, Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında əvvəllər tanıdığı Aqillə telefon əlaqəsi yaradaraq Gəncə şəhərinə müştəri gətirəcəyini və görüşmək istədiyini Aqilə bildirmişdir. Aqil çatanda xəbər etməsini demişdir. O, tanışı Heydərlə birlikdə xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Mingəçevir şəhərindən özünə məxsus “VAZ 21074” markalı avtomobillə Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Həmin gün saat 23:30 radələrində gəldiyi Hacıməlik qəsəbəsinin kənarından keçən yolla Gəncə şəhəri, Göygöl rayonuna, “Azos” kimi tanınan yerin yaxınlığına, oradan isə Gülüstan qəsəbəsinə gəlib çatmışdır. Əvvəlcədən Aqilə bildirmişdir ki, Gülüstan qəsəbəsində, “İstiqlal” adlanan parkın yanında onu gözləyir. O, həmin yerdə Aqillə görüşmüşdür. Aqil oraya “VAZ 2106” markalı, tünd rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gəlib onu gözləmişdir. Aqillə görüşdükdən sonra o, öz avtomobilini sürüb Heydərlə birlikdə Mingəçevir şəhərinə getmələri üçün Aqilə vermiş, özü isə bir nəfər şəxsdə olan banka məxsus avtomobili ucuz qiymətə alıb arxalarınca gələcəyini bildirmişdir. Aqil də öz avtomobilini yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlayıb ona məxsus avtomobili idarə edərək Heydərlə birlikdə Mingəçevir şəhərinə yola düşmüşdür. O isə əvvəllər oğurladığı avtomobili Gülüstan qəsəbəsində olan şəxslərə satdığı üçün həmin yeri tanıdığından bir qədər piyada gedib xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində tanımadığı binaların yanına çatmış və binanın qarşısında avtomobillər dayandığını müşahidə etmişdir. Həmin vaxt o, orada dayanmış vəziyyətdə olan ağ rəngli, “VAZ 21074” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilin qapısına yaxınlaşaraq əvvəlcədən özü ilə gətirdiyi qapı açarından və avtomobilin mühərrikini işə salan açardan istifadə etməklə əvvəlcə avtomobilin qapısını açıb salona əyləşmiş, sonra isə mühərriki işə salıb oradan bir qədər uzaqlaşıb yeni tikili həyət evlərinin yanında saxlamışdır. Bundan sonra avtomobildən düşüb özü ilə əvvəlcədən gətirdiyi vintaçanla avtomobilin qabaq nömrə nişanını açmış və oraya tullamışdır. Bundan sonra isə əvvəlcədən özü ilə gətirdiyi **-BB-*** dövlət qeydiyyat nömrə nişanlarından birini avtomobilin qabaq nömrə nişan yerinə bərkitmiş, avtomobilin arxa qeydiyyat nömrə nişanını sökmək istəyərkən oradan başqa bir avtomobil keçdiyi üçün qorxub avtomobilə əyləşmişdir. Həmin vaxt o, avtomobili yenidən bir qədər irəli sürüb saxlamış və orada avtomobilin arxa qeydiyyat nömrə nişanını da söküb özü ilə gətirdiyi **-BB-*** dövlət qeydiyyat nömrə nişanını avtomobilin arxa nömrə yerinə bərkitmişdir. Avtomobilin özünə məxsus arxa qeydiyyat nişanını, eləcə də avtomobilin salon hissəsində günlüyün altında olan sürücülük vəsiqəsini, qeydiyyat şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini, siğorta sənədlərini, həmçinin işıq idarəsinə məxsus vizitkanı isə elə oradaca tullamışdır. Bundan sonra avtomobili hərəkətə gətirib avtomobil yoluna çıxmaq istəsə də, həmin yerləri yaxşı tanımadığından yolu tapa bilməyib həyət evlərinin kənarında yol axtarmağa çalışmışdır. Sonra oğurladığı avtomobili yüksək sürətlə sürüb Mingəçevir şəhərinə çatmış və oğurladığı həmin avtomobili qorxduğu üçün Mingəçevir şəhərində “karyer” yolu kimi tanınan yolun kənarında saxlayıb yoldan keçən tanımadığı taksi avtomobili ilə yaşadığı binanın qarşısına getmişdir. Bundan yarım saat sonra Aqilgil həmin binanın qarşısına gəlmişlər. O, Aqil və Heydərə avtomobili binanın yaxınlığında saxladığını bildirmişdir. Daha sonra o, özünün avtomobili ilə Aqili aparıb Stansiya Mingəçevir adlanan yerdən Gəncə şəhərinə yola salmış, Heydər isə öz evinə getmişdir. Ertəsi gün o, yolun kənarında qoyduğu oğurluq avtomobilin yanına getmiş və avtomobili tanışı Vüsalın yaşadığı Mingəçevir şəhərindəki evinin qarşısına aparmışdır. Həmin vaxt Vüsalla görüşüb bildirmişdir ki, avtomobil banka məxsusdur, üzərinə həbs qoyulub, ucuz qiymətə Gəncə şəhərindən almış və satacaqdır. Ona görə də Vüsaldan həmin avtomobilin müvəqqəti olaraq evinin həyətində qalmasını xahiş etmişdir. Vüsal isə buna icazə verməyib “mənə problem yaratma” deyə bildirmişdir. O da Vüsaldan avtomobili evinin yaxınlığında qalmasını xahiş etmiş və avtomobilin qapısını açıq, açarı isə mühərrikin üzərində saxlayaraq Vüsala “ara-sıra sən də sür, müştəri tap, satmaq istəyirəm” deyə bildirmişdir. Vüsal da onunla razılaşmışdır. Bundan sonra o, bir-iki dəfə avtomobilin yanına gedib avtomobili şəhərdə sürərək bir neçə şəxsə avtomobili satdığını bildirmiş, ancaq heç kim almamışdır. xx.xx.2020-ci il tarixdə isə polis əməkdaşları ona yaxınlaşıb Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Onun həmin avtomobili oğurlamaqda məqsədi sonradan satıb pul qazanmaq olmuşdur. Tanışları Heydər və Aqil isə onun oğurluq etmək istədiyini bilməmişlər. Aqil və Heydərə Gəncə şəhərində banka məxsus olan avtomobil olduğunu, həmin avtomobili pul verib ucuz qiymətə alıb Mingəçevir şəhərinə aparacağını bildirmiş, onların yalnız bundan xəbərləri olmuşdur. O, Mingəçevir şəhərindən özü ilə birlikdə gətirdiyi avtomobil qeydiyyat nişanlarını və vintaçanı Aqil və Heydər görməmişlər. Çünki o, qeydiyyat nişanlarını əynində olan uzun paltonun iç hissəsində gizlətmiş, vintaçanı isə cibinə qoymuşdur. Onun oğurluq etməyini Heydər və Aqilin bilməməsi üçün onları özünə məxsus avtomobillə əvvəlcədən Mingəçevir şəhərinə göndərmişdir. Bundan başqa, o, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlarını, təxminən 6 il əvvəl Mingəçevir şəhərində Seymur adlı şəxsdən pulsuz almış, hazırda həmin şəxs vəfat etmişdir. Həmin dövlət qeydiyyat nömrə nişanının aid olduğu “VAZ 2101” markalı avtomobil qəza törətdiyi üçün istismara yararsız bir avtomobil olmuşdur. **-BB-*** dövlət qeydiyyat nömrə nişanının məxsus olduğu “VAZ 2101” markalı avtomobilin sahibini isə tanımır. Hesab edir ki, oğurladığı həmin “VAZ 21070” markalı avtomobilin dəyəri 4000-4500 manatdan artıq ola bilməz. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və X10 Şəbəkəsi İdarəsinin təhlükəsizlik texnikası üzrə aparıcı mühəndis vəzifəsində çalışır. “VAZ 2107” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, 2005-ci il istehsalı olan ağ rəngli avtomobil ona məxsusdur. O, həmin avtomobili 2018-ci ildə Zaur Quliyevdən 4200 manata almış və etibarnamə əsasında idarə edir. O, avtomobilini həmişə yaşadığı binanın qarşısında saxlayır, qapılarını isə kilidləyirmiş. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində işdən çıxıb yaşadığı binanın qarşısına getmiş və avtomobilini binanın qarşısında park edib qapılarını bağlayaraq evinə getmişdir. Həmin vaxt onun avtomobilinin yanında başqa avtomobillər də var imiş. Ertəsi gün, yəni xx.xx.2020-ci il il tarixdə, saat 07:30-da evdən çıxıb işə getmək üçün binanın qarşısına düşərkən avtomobilini orada aşkar edə bilməmişdir. Həmin vaxt o, binanın ətrafında avtomobilini axtarmağa başlamış, ancaq tapa bilməmişdir. Ona görə də bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Orada hadisə yerini göstərmiş və təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmişdir. Avtomobilinin içərisində, yəni salon hissəsində günlüyün altında avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, çalışdığı idarənin vizitkası, avtomobilin siğorta sənədləri və şəxsiyyət vəsiqəsi olmuşdur. Avtomobilində pul və ya digər qiymətli əşya isə olmamışdır. Avtomobilinin qanunsuz olaraq ələ keçirilməsi nəticəsində ona 4500 manat və 40 manat dəyərində “SİNNAO” markalı, SN-6005 model, istifadə edilmiş, işlək vəziyyətdə olan 1 ədəd maqnitafon, 30 manat dəyərində “Pioneer” markalı, “TS-A6972E” model, istifadə edilmiş, işlək vəziyyətdə olan 2 ədəd səsgücləndiricilər oğurlanaraq, ona ümumilikdə 4570 manat maddi ziyan dəymişdir. Həmin avtomobili 2018-ci ildə 4200 manata alsa da, sonradan avtomobilə təxminən 1000 manatdan artıq xərc çəkmişdir. Bu səbəbdən ibtidai istintaq zamanı o, ona 5500 manat ziyan dəydiyini bildirmişdir. Lakin avtomobilinə xərc çəkdikdən sonra xeyli müddət ərzində həmin avtomobili istismar etmiş, ona görə də avtomobilinin oğurlanan vaxta qiyməti 4500 manatdan artıq ola bilməzdi. İbtidai istintaq zamanı ifadə verərkən bu xüsusatları, yəni avtomobilinin işlənib köhnəlməsini nəzərə almamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 23:30-da tanımadığı polis əməkdaşı zəng edib onu yaşadığı binanın qarşısına çağırmış və qardaşı Vüsalın lazım olduğunu bildirmişdir. O, qardaşı Vüsalın evdə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Vüsala oğurluq yolu ilə ələ keçirilmiş avtomobil verildiyini bildirmişlər və onu Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O da öz razılığı ilə xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gəlib izahat vermişdir. O, qardaşı Vüsalın tanışı Məhəmmədin Gəncə şəhərində avtomobil oğurlamasını və Vüsala verməsini sonradan öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində yaşayır və heç bir yerdə işləmir. Əvvəllər törətdiyi qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Məhəmməd onun yaşadığı binanın yaxınlığındakı binada yaşayır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona Gəncə şəhərində bir nəfər şəxsdə banka məxsus avtomobil olduğunu və həmin avtomobili pul müqabilində ucuz qiymətə almaq üçün Gəncə şəhərinə getməli olduğunu bildirmiş və ondan Gəncə şəhərinə birlikdə getməyi xahiş etmişdir. O da Məhəmmədə yol yoldaşı olmaq üçün birlikdə Gəncə şəhərinə gəlməyə razılaşmışdır. Hər ikisi xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Məhəmmədin “VAZ 21074” minik markalı, ağ rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili ilə Gəncə şəhərinə yol düşmüş, gecə saatlarında isə Gəncə şəhərinə çatmışlar. Yolda olarkən Məhəmməd bir nəfər şəxsə zəng edib Gəncə şəhərinə avtomobil almaq üçün gəldiyini, görüşmək istədiyini bildirmişdir. O, həmin danışıqdan elə başa düşmüşdür ki, həmin şəxs Məhəmmədin Gəncə şəhərində yaşayan tanışıdır. Onlar Gəncə şəhərinə çatdıqda xatırlamadığı bir parkın yaxınlığında Məhəmmədin adının Aqil olduğu bir nəfər dostu ilə görüşmüşlər. Həmin vaxt Məhəmməd özünün avtomobilini Aqilə verib onunla birlikdə Mingəçevir şəhərinə getmələrini istəmiş və onlar banka məxsus olan həmin avtomobili alıb bir qədər sonra gəlib onlara çatacağını bildirmişdir. O və Aqil Məhəmmədlə razılaşıb sonuncunun avtomobili ilə Mingəçevir şəhərinə yola düşmüşlər. Onlar hələ Gəncə şəhərindən çıxmamış Məhəmməd zəng edib davtomobili aldığını, lakin yolu tapa bilmədiyini demiş, Aqil də Məhəmmədin avtomobilini sürüb onunla birlikdə Məhəmmədin olduğu yerə getmişdir. Oradan isə ardarda Mingəçevir şəhərinə yola düşmüşlər. Yolda Məhəmməd idarə etdiyi banka məxsus olduğunu bildirdiyi ağ rəngli “VAZ 21074” markalı avtomobillə onları ötüb keçmişdir. Onlar gecə saatlarında Mingəçevir şəhərinə çatmışlar. Oraya çatanda Məhəmməd artıq əvvəlcədən çatmışdı. Onlar Mingəçevir şəhərində Məhəmmədlə görüşmüş, bundan sonra isə o, yaşadığı evə getmişdir. Daha sonra nə olduğunu bilməmişdir. Sonradan isə öyrənmişdir ki, Məhəmməd Gəncə şəhərindən apardığı avtomobili oğurlayıbmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır və onlar birlikdə yaşayırlar. Məhəmmədin “VAZ 21074” markalı, ağ rəngli, **-KA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. O, həmin avtomobili qardaşı Məhəmmədə alıb verib ki, taksi fəaliyyəti ilə məşğul olsun. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Məhəmməd evdə yox imiş. Daha sonra xx.xx.2020-ci il tarixdə, gecə saatlarında Məhəmməd yaşadığı evə gəlmişdir. Qardaşı Məhəmmədin oğurluq etməsindən əvvəlcədən xəbəri olmamışdır. Məhəmməd xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, Məhəmmədin Gəncə şəhərindən “VAZ 2107” minik markalı avtomobil oğurladığını bilmişdir. Qardaşı Təqsirləndirilən şəxs oğurluq etmək məqsədilə Gəncə şəhərinə kiminlə birlikdə gəlməsi və necə oğurluq etməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə olarkən tanıyır. Həmin vaxt onunla birlikdə Məhəmməd də həmin təcridxanada həbsdə olmuşdur. xx.xx.2020-ci il tarixdə, günorta saatlarında tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Gəncə şəhərinə gələcəyini, Göygöl rayonuna müştəri gətirəcəyini bildirmişdir. O isə Məhəmmədə gələndə xəbər etməsini, görüşəcəyini bildirmişdir. Həmin gün gecə saat 23 radələrində yaşadığı evdə olarkən Məhəmməd ona zəng etmiş və Gülüstan qəsəbəsində olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O da qardaşına məxsus “VAZ 2106” markalı avtomobillə Gülüstan qəsəbəsinə gedib orada Məhəmmədlə görüşmüşdür. Həmin vaxt Məhəmmədin yanında bir nəfər də tanımadığı şəxs var idi. Məhəmməd həmin vaxt oraya idarə etdiyi “VAZ 2107” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Məhəmməd ona Gəncə şəhəri, Gülüstan qəsəbəsində bir nəfər şəxsdən banka məxsus avtomobil alacağını demiş və ondan idarə etdiyi “VAZ 2107” markalı avtomobili sürüb adını Heydər kimi qeyd etdiyi şəxslə birlikdə Mingəçevir şəhərinə getməyini istəmişdir. O da Məhəmmədlə razılaşıb sonuncunun avtomobilinə əyləşib idarə edərək Heydər adlı həmin şəxslə birlikdə Mingəçevir şəhərinə getmişdir. O, Mingəçevir şəhərinə çatdıqda artıq xx.xx.2020-ci il, saat 03 radələri idi. Onlar Mingəçevir şəhərində tanımadığı bir binanın yaxınlığına getmişlər. Ona yolu isə Heydər izah etmişdir. Onlar Mingəçevir şəhərinə çatanda Məhəmməd artıq orada idi. Həmin vaxt Məhəmməd avtomobilini götürüb onu Gəncə şəhərinə yola salmış və o, yoldan keçən taksi avtomobili ilə Gəncə şəhərinə qayıtmışdır. Daha sonra o, Məhəmmədin Gəncə şəhərindən apardığı avtomobili oğurladığını öyrənmişdir. Onun bundan xəbəri olmamış, Heydər də ona bu barədə heç bir söz deməmişdir. Bundan başqa o, həmin avtomobili Məhəmmədə yolu göstərmək üçün yanına gedərkən görmüşdür. Belə ki, o, Məhəmmədlə Gəncə şəhəri, İstiqlal parkının yanında görüşdükdən sonra sonuncunun idarə etdiyi özünə məxsus avtomobili sürüb Heydərlə birlikdə Mingəçevir şəhərinə yola düşmüşdür. Buna görə də Məhəmmədin haradan və hansı qaydada avtomobil götürməsini görməmişdir. Sonradan Məhəmməd ona zəng edib yolu tapa bilmədiyini bildirmiş, ona görə də geri qayıdıb Məhəmmədin olduğu yeri tapmış və Məhəmmədə yolu göstərmişdir. Beləcə, onlar Gəncə şəhərindən birlikdə çıxmışlar. Yolda isə Məhəmməd avtomobili sürətlə idarə edib onu keçib getmişdir. Bundan başqa, həmin gün Məhəmmədin əynində uzun palto var idi. O, həmin vaxt Məhəmmədin üzərində avtomobilə aid dövlət qeydiyyat nömrə nişanı və ya vintaçan görməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, avtomobilin üzərinə iki ədəd **-BB-*** dövlət qeydiyyat nömrə nişanları bərkidilmiş avtomobilin bütün zəruri ehtiyyat hissələri üzərində görsənir və tamlığı pozulmamış, salon hissəsində 1 ədəd maqnitafon, 2 ədəd səsgücləndirici yeri boşdur, yəni qeyd edilən avadanlıqlar yoxdur. Avtomobilin mühərrikini işə salan kilidin yerləşdiyi naqillər panelinin qoruyucu üzlüyü sökülü vəziyyətdədir. Avtomobilin qabaq sərnişin oturacaqlarının ortasında yerləşən saxlanc qutusunun içərisində, eləcə də qoruyucu günlüklərin altında hər hansı bir əşya, sənəd və sair yoxdur. Avtomobilin cihazlar panelinin saxlanc qutusunda isə 1 ədəd dezodorant var. Avtomobilin yük yerinə baxış keçirildikdə orada 1 ədəd ehtiyat təkər, qaldırıcı kran, yağ qutusu, dəmir açarlar, boş sellofan torbalar və sair bu kimi predmetlər aşkar edilmişdir. Avtomobildə qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşka edilməmişdir. Avtomobilin motorxana hissəsinə baxış keçirildikdə ban nömrəsinin XTA**********0266 olması müəyyən edilmişdir. Baxış və götürmə zamanı avtomobilin yerini və avtomobilin özünü təqdim edən Şahid3 bildirmişdir ki, avtomobilin yerini ona Vüsal adlı şəxs bildirib. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, avtomobilin qabaq alın şüşəsinin sağ hissəsində və radiator barmaqlığında kiçik çatlar var. Avtomobilin salon hissəsində maqnitafon yeri və səsgücləndiriclərin yerləri boşdur. Avtomobilin mühərrikini işə salan kilidin yerləşdiyi naqillər panelinin qoruyucu üzlüyü sökülmüş vəziyyətdədir. Baxış zamanı zərərçəkmiş şəxs qeyd edilən xüsusatlara toxunub öz avtomobilini tanımış və hadisədən sonra naməlum şəraitdə maqnitafonun, səsgücləndiricilərin çıxarılaraq götürüldüyünü, kilidin yerləşdiyi naqillər panelinin qoruyucu üzlüyünün isə söküldüyünü bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/162 saylı rəyindən görünür ki, ağ rəngli, 2005-ci il buraxılışlı “VAZ 21074” minik markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti, təxminən 4500 manat, “SİNNAO” markalı, SN-6005 model, istifadə edilmiş, işlək vəziyyətdə olan 1 ədəd maqnitafon 40 manat, “Pioneer” markalı, “TS-A6972E” model, istifadə edilmiş, işlək vəziyyətdə olan 2 ədəd səsgücləndiricilərin hər biri 15 manat olmaqla, ümumilikdə 30 manat müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin kameralarından əldə edilmiş və içərisində hadisənin görüntüləri olan 1 ədəd DVD diskə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Belə ki, qeyd edilən protokolun məzmunundan görünür ki, DVD diskdə olan görüntüdə iki ədəd “VAZ 2107” markalı, ağ rəngli avtomobillər ardarda Gəncə şəhəri, Göygöl yolu istiqamətində şəhər ərazisindən çıxırlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkətləri zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin üsul və mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 Gəncə RQİ və TBŞ-nin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, XTA**********266 ban nömrəsi Gəncə şəhəri, Şərəfxanlı küçəsi, ev 6A-da qeydiyyatda olan X5 adına qeydiyyatda olan “VAZ 21070” minik markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına məxsusdur. Bununla yanaşı, **-BB- *** dövlət qeydiyyat nişanı Tərtər rayonu, Düyərli kəndində qeydiyyatda olan X3 adına qeydiyyatda olan “VAZ 2101” markalı avtomaşına məxsusdur. Həmin avtomaşının üzərində isə heç bir həbs və qadağa yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş etibarnamənin surətindən görünür ki, “VAZ 21070” minik markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, ağ rəngli avtomobil X5 adına rəsmiləşdirilmiş və o, həmin avtomobilin üzərindəki səlahiyyətlərini xx.xx.2019-cu il tarixdə 01 il müddətinə Zərərçəkmiş şəxs etibar etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin məhkumluğu ödənilmişdir. Bundan başqa, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonra o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun” tətbiq edilərək barəsində qəti olaraq 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, onun sonuncu məhkumluqları ödənilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21070” markalı avtomobil, onun 1 ədəd **-DV-*** dövlət qeydiyyat nömrə nişanı, həmçinin 2 ədəd **-BB-*** dövlət qeydiyyat nömrə nişanları cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və “VAZ 21070” markalı həmin avtomobil, onun 1 ədəd **-DV-*** dövlət qeydiyyat nömrə nişanı saxlanılması üçün sahibinə qaytarılmış, 2 ədəd **-BB-*** dövlət qeydiyyat nömrə nişanları isə Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılması nəzərə nəzərə alınmışdır. X8 və Şahid2 barələrində isə həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanması rədd edilərək bu barədə material ayrılmışdır. X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir və bu barədə material ayrılmışdır. Şəxsiyyəti istintaqa məlum olmayan Seymur adlı şəxsin barəsində Cinayət Məcəlləsinin 32,177.2.4-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir və bu barədə müvafiq material ayrılmışdır. Şahid4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-yə göndərilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/162 saylı rəyi ilə müəyyən olunmuşdur ki, oğurlanmış həmin avtomobilin qiyməti 4500 manat, avtomobildə olmuş maqnitafon 40 manat və 2 ədəd səsgücləndiricilərin hər biri 15 manat olmaqla, ümumilikdə 30 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 4570 manat məbləğində zərər dəydiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsində müəyyən edilmişdir:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 4570 manat məbləğində, yəni beş min manatdan artıq olmayan ziyan vurulduğundan Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, eləcə də cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən və Cinayət Məcəlləsinin həmin maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olduğundan onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 03 (üç) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21070” markalı avtomobilin və onun 1 ədəd **-DV-*** dövlət qeydiyyat nömrə nişanının saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, eləcə də Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan 2 ədəd **- BB-*** dövlət qeydiyyat nömrə nişanları Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təhvil verilməlidir. Eyni zamanda iş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, yəni 01 (bir) il 03 (üç) gün həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilmiş hesab edilsin. Hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkilib başa çatdığından onun üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21070” markalı avtomobilin, onun 1 ədəd **-DV-*** dövlət qeydiyyat nömrə nişanının hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılması nəzərə alınsın, eləcə də Gəncə Şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan 2 ədəd **-BB-*** dövlət qeydiyyat nömrə nişanları Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təhvil verilsin. İş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Roman Ələkbərli