Məhkəmə qərarları › İş №1(044)-21/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-21/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-21/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, S.Vurğun küçəsi ev 100-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar zərər çəkmiş şəxsin cibindən və çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 mart 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsinin yaxınlığında olan dayanacaqdakı 4 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minən X1 əyinində olan paltonun sağ yan cibindən sonuncuya məxsus 1 ədəd 150 manat dəyərində “Samsung A10” markalı mobil telefonu içərisindəki 1 ədəd 5 manat dəyərində “**********” saylı və 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrələrlə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 mart 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Nizami prospekti istiqamətində 1 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində dayanmış Zərərçəkmiş şəxs2 üzərində olan çantasının içərisindən sonuncuya məxsus 1 ədəd 650 manat dəyərində “İphone 8 Plus” markalı mobil telefonu içərisindəki 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 655 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ki, o, əvvəllər oğurluq, soyğunçuluq, quldurluğa görə və narkotik maddə olan heroindən istifadəyə görə bir-neçə dəfə məhkum olunmuşdur. O, oğurluğu adətən insanların sıx olduğu yerlərdə, avtobuslarda cibə girməklə və əşyalarını oğurlamaqla etmişdir. Hazırda ona elan edilmiş ittihamdan xəbəri yoxdur, istintaq zamanı müstəntiq tərəfindən o, əvvəllər məhkum olunduğu üçün boynuna qoyulmuşdur. Həmin hadisələr baş verən zaman o, xəstəliyi ilə əlaqədar olaraq xəstəxanada olmuşdur. Zərərçəkmişləri tanımır, zərərçəkmişlər də onu üzdən tanımırlar. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq, soyğunçuluq, quldurluq etdiyinə görə, həmçinin qanunsuz olaraq narkotik vasitə olan heroin istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Son zamanlar işi olmadığına görə maddi baxımdan sıxıntıçəkmiş və buna görə də oğurluq etməyə qərar vermişdir. O, oğurluğu adətən şəxslərin üzərindən, cibindən, çantasından və digər əl yüklərindən əşyalarınıçıxartmaqla etmiş, həmin üsulla oğurluğu isə insanların sıx olduğu və hiss etmədikləri yerdə, yəni sərnişin avtobuslarında etmək mümkündür. O, 10 mart 2021-ci il tarixdə yenə cibgirlik edib qazanc əldə etmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində yaşadığı evdən çıxıb piyada Gəncə şəhəri, H.Əliyev prospekti ilə Nizami prospetkinin kəsişməsində yerləşən avtobus dayanacağına getmişdir. Həmin dayancaqda 4 saylı xətt üzər hərəkət edən sərnişin avtobusu dayanmışdı. Həmin vaxt bir nəfər təxminən 40-45 yaşlarında qadının avtobusa minmək istədiyini, qalının əynində olan paltonun sağ yan cibində isə telefon olduğunu görüb həmin qadının dərhal arxasına yaxınlaşmışdır. Həmin qadının yanında balaca uşaq olmuş və qadın uşağı avtobusa mindirən anda diqqəti cibindən yayınmışdır. Həmin vaxt heç kəsin onu görmədiyini, ətrafdakıların onun oğurluq edəcəyinə hiss etmədiklərinəəmin olduqdan sonra dərhal həmin qadının paltosunun sağ cibindən mobil telefonu götürüb cibinə qoyaraq dərhal avtobusun arxasına keçmiş, həmin qadın isə heçnə hiss etməyib avtobusa minmişdir. Bundan sonra o, ətrafdakışəxslər şübhələnməsin deyə dərhal həmin yerdə dayanmış digər 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. O, avtobusda baxıb telefonun qırmızı rəngli “Samsung A10” markalı mobil telefon olduğunu görmüşdür. Həmin avtobusla bir neçə dayanacaq getdikdən Gəncə Asan xidmətin qarşısında avtobusdan düşüb yolun digər tərəfinə keçmişdir. Bundan sonra qərar vermişdir ki, Gəncəşəhər Mərkəzi Univermağa qayıdıb həmin mobil telefonu satsın. Bu məqsədlə həmin yerdən keçən 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmiş, avtobusa mindikdən sonra Gəncə Dövlət Universitetinin bərabərliyində 1 nəfər təxminən 25 yaşlarında hicablı qız onun ardınca avtobusa minmişdir. O, həmin vaxt avtobusda ayaq üstə dayanmış, həmin qadın da onun yanına, yəni sol tərəfinə gələrək ayaq üstə dayanmışdır. Həmin vaxt o, qadının çiynindəki çantanın sepinin bir hissəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, sepin açıq hissəsindən çantanın içərisində mobil telefon olduğunu görmışdır. O, həmin mobil telefonu da oğurlayaraq hər ikisini birlikdə satıb daha çox qazanc əldə etmək qərarına gəlmişdir. Bundan sonra ətrafa nəzər yetirərək onu heç kəsin görmədiyini, ətrafdakıların onun oğurluq edəcəyini hiss etmədiklərinəəmin olduqdan sonra xəlvətcə həmin qadının çantasının sepini açmış, sepi açanda çantanın içərisində pul qabı və 1 ədəd qara rəngli “İphone 8 Plus” markalı mobil telefon olduğunu görmüşdür. O, həm mobil telefonu, həm də pul qabını götürəcəyi halda qadının hiss edəcəyindən ehtiyat edərək dərhal çantada olan 1 ədəd qara rəngli “İphone” markalı mobil telefonu götürüb cibinə qoyaraq dərhal “Skonnu” deyilən yerdə avtobusdan yerə düşmüşdür. Bundan sonra o, H.Əliyev prosepkti ilə piyada üzü Gəncə şəhəri Mərkəzi Univermaq istimqaətində getmiş, yolun sağ kənarı ilə piyada hərəkət edə-edə mobil telefonların üzərində olan nömrələri çıxarıb sındıraraq kənara atmışdır. Bundan sonra Gəncə şəhəri Mərkəzi Univermağa getmiş, orada adı sonradan ona məlum olan telefon alqı-satqısı ilə məşğul olan Əli adlışəxsə yaxınlaşaraq pula ehtiyacı olduğunu, xəstə olduğu üçün dərman alacağı üçün özünə məxsus mobil telefonları satmaq istədiyini, “İphone 8 plus” markalı mobil telefonun isə “İcloud” şifrəsində olduğunu və şifrəni bilmədiyini demişdir. Həmin şəxs telefonlara baxdıqdan sonra razılaşa biləcəyini demişdir. O, oğurladığı “Samsung A10” və “İphone 8 plus” markalı mobil telefonları təqdim etmiş, Əli ona Samsung A10” markalı mobil telefonu 90 manat və “İphone 8 plus” markalı mobil telefonu isə 100 manat qarşılığında ala biləcəyini bildirəndə o, Əli ilə razılaşdıqdan sonra sonuncu ona 190 manat ödəniş etmişdir. O, həmin mobil telefonları Əliyə təqdim edərək dərhal oradan uzaqlaşıb getmiş, əldə etdiyi pullarışəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla, özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla onun ittihamda olan oğurluq əməllərini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 09 mart 2021-ci il tarixdə qardaşı Rövşən Nəbiyevgilin yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində qaldıqdan sonra, səhərisi gün saat 10 radələrində həmin evdən 2013-cü il təvəllüdlü qızı Nuray Nəbiyeva ilə birlikdə 20 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minərək təxminən saat 11 radələrində Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığına gəlmiş, orada olan zaman əvvəlcə Mərkəzi Univermağın yaxınlığında olan “Sevimli” adlı kafeyə girmişlər və qızına yeməsi üçün dönər almışdır. Bir qədər orada olduqdan sonra evə getmək məqsədi iləözünə məxsus “Samsung A10” markalı mobil telefonunu əynindəki paltonun sağ yan cibinə qoyaraq 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmək üçün H.Əliyev prospekti ilə Nizami prospketinin kəsişməsində yerləşən dayanacağa gəlmişdir. Təxminən 10 dəqiqə orada gözlədikdən sonra 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu gəlib dayanmışdır. Bundan sonra o, avtobusa minmək üçün qapıya yaxınlaşmış, həmin vaxt sıxılıq olmuş və bir neçə nəfər tanımadığışəxslər də onunla bərabər avtobusa minməyəçalışmışlar. Bundan sonra onlar növbə ilə avtobusa minməyə başlamışlar. O, avtobusa minərkən əlini cib tərəfindən çəkib hər iki əli ilə qızı Nurayı arxadan tutaraq avtobusa qaldırıb mindirmiş, ardı ilə isə özü də avtobusa minərək boş oturacaqda əyləşmişlər. O, avtobusa oturan anda cibində yüngüllük hiss etmiş, həmin vaxt əlini paltosunun sağ yan cibinə atdıqda oraya qoyduğu “Samsung A10” markalı mobil telefonunu tapmamış və dərhal anlamışdır ki, o, avtobusa minən anda naməlum şəxs cibindən telefonunu oğurlamışdır. Bundan sonra dərhal növbəti dayancaqda düşərək oradan Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gedib baş vermiş hadisəni bildirmiş və polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Sonradan ona məlum olmuşdur ki, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə, saat 11 radələrində o, 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minərkən paltosunun cibindən həmin mobil telefonunu içərisindəki mobil nömrələrlə birlikdə oğurlamışdır. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs o, 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən dayanacaqda minərkən paltosunun sağ yan cibindən gizli olaraq, onun icazə və xəbəri olmadan mobil telefonunu götürmüşdür. Həmin oğurluq hadisəsi nəticəsində onun bir ədəd 150 manat dəyərində “Samsung A10” markalı mobil telefonu, içərisindəki bir ədəd 5 manat dəyərində “**********” saylı və bir ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrələrlə birlikdə oğurlanaraq ümumilikdə ona 160 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa onun hər hansı bir əmlakı talanmamış, məhv olmamış və ya zədələnməmişdir. Təqsirləndirilən şəxs ona məxsus mobil telefonunu içərisindəki mobil nömrələrlə birlikdə oğuralamasını nə o, nədəki hər hansı bir başqa şəxs görmüş və Təqsirləndirilən şəxs onun xəbəri olmadan həmin oğurluğu etmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilərək barışdıqlarını, heç bir şikayət və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan edilmiş və videogörüntü ilə məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Gəncə şəhəri Mərkəzi Univermaq tərəfə getmək qərarına gəldiyi üçün həmin gün saat 12 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Kəpəz” kurslarının qarşısında 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmiş, həmin vaxt onun çiynində çantası olmuş və çantasının içərəsində 1 ədəd “İphone 8 Plus” markalı mobil telefonu olmuşdur. O, dayanacaqda avtobusa mindikdən sonra avtobus hərəkətə başlamış, həmin vaxt avtobusda sərnişin çox olduğuna görə oturacaqlarda yer olmamış və buna görə də o, hər iki əli ilə salondakı tutacaqdan tutub dayanmışdır. Onun əllərinin hər ikisi tutacaqda olduğu üçün çantasına nəzarəti itmişdir. Avtobus H.Əliyev prospekti ilə R.Qasımov küçələrinin kəsişməsindəki dayanacaqda dayandıqda bir nəfər arıq, uzunboy, başında papaq olan yaşlı kişi ona dəyərək (sanki itələyirmiş kimi) dərhal avtobusdan düşmüşdür. Həmin vaxt o, heç bir şübhəli məqam hiss etmədiyi üçün buna elə də fikir verməmiş, sərnişin avtobusu Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Elmlər Akademiyasının qarşısındakı dayancaqda dayandıqda o, avtobusdan yerə düşmüşdür. Bundan sonra o, zəng etmək üçün telefonunu çantasından götürmək istəyəndəçantasının sepinin açıq olduğunu, içərisində isə “İphone 8 Plus” markalı mobil telefonunun olmadığını müəyyən etmiş və anlamışdır ki, avtobusda olarkən naməlum şəxs çantasından bir ədəd 650 manat dəyərində “İphone 8 Plus” markalı mobil telefonunu içərisindəki bir ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrə ilə birlikdə oğurlamışdır. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və o, mövcud hadisəni polis əməkdaşlarına danışdıqdan sonra müvafiq sənədləşmələr aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, əvvəllər tanımadığıTəqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə, saat 12 radələrində mən 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunada olarkən onun çantasının içərisindən həmin mobil telefonunu içərisindəki mobil nömrə ilə birlikdə oğurlamışdır. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs o, 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə H.Əliyev prospekti iləüzü Nizami prospekti istiqamətində hərəkətdə olarkən çiynində olan çantanın içərisindən mobil telefonu gizli olaraq, onun icazəsi və xəbəri olmadan götürmüşdür. Hadisə nəticəsində onun bir ədəd 650 manat dəyərində “İphone 8 Plus” markalı mobil telefonu, içərisindəki bir ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrə ilə birlikdə oğurlanaraq ümumilikdə ona 655 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa hər hansı bir əmlakı talanmamış, məhv olmamış və ya zədələnməmişdir. Təqsirləndirilən şəxs ona məxsus mobil telefonunu içərisindəki mobil nömrə ilə birlikdə oğurlamasını nə o, nədəki hər hansı bir başqa şəxs görmüş və Təqsirləndirilən şəxs onun xəbəri olmadan həmin oğurluğu törətmişdir. Sonda o, təqsirləndirilən şəxsi bağışladığını və sonuncu iləbarışdıqlarını, heç bir şikayət və tələbi olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermaqdakı telefon mağazasında işlənmiş telefon alıb sataraq qazanc əldə edir. 10 mart 2021-ci il tarixdə, saat 13 radələrində mağazada olarkən adını Rövşən kimi bildiyi bir nəfər qaraşın, uzunboy, əynində uzun palto, başında papaq olan, arıq yaşlı kişi mağazaya yaxınlaşaraq pula ehtiyacı olduğunu, buna görə dəözünə məxsus mobil telefonları satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə telefona baxıb yoxladıqdan sonra alıb-ala bilməyəcəyini bildirdiyi üçün həmin şəxs telefonun üzərində olduğunu deyib ona bir ədəd qırmızı rəngli “Samsung A10” markalı və “İphone 8 Plus” markalı mobil telefonları təqdim edərək “İphone 8 plus” markalı mobil telefonun isə “İcloud” şifrəsində olduğunu, şifrəni bilmədiyini demişdir. O, həmin mobil telefonlara baxdıqdan sonra “Samsung A10” markalı mobil telefonu 90 manat və “İphone 8 plus” markalı mobil telefonu isə “İcloud” şifrəsində olduğu üçün 200 manat qarşılığında ala biləcəyini bildirmişdir. Rövşən adlı şəxs onunla razılaşdıqdan sonra həmin şəxsə 290 manat ödəniş etmiş, Rövşən də həmin mobil telefonları ona təqdim edərək oradan uzaqlaşıb getmişdir. O, isə həmin mobil telefonları vitrinə qoyaraq satışa çıxarmışdır. Bundan sonra Nizami Rayon Polis İdarəsinin əməkdaşları onun işlədiyi yerə gələrək ona Rövşənin xarici görünüşünü təsvir edərək adlarını qeyd etdiyi mobil telefonları satıb-satmadığını soruşanda o, həmin mobil telefonları aldığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşlarının ona izahından sonra o, bilmişdir ki, Rövşənin satdığı bir ədəd “Samsung A10” markalı, qırmızı rəngli mobil telefonu və “İphone 8 Plus” markalı qara rəngli mobil telefon oğurluq olmuşdur. Bundan sonra həmin mobil telefonları götürərək Nizami Rayon Polis İdarəsinə gedib polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi hadisəyədək tanımamış, sonuncu ilə hər hansı bir ədavəti, düşmənçili, borcu olmamışdır. Təqsirləndirilən şəxs həmin telefonları ona satarkən özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin telefonların oğurluq olmasını bilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla əvvəlcədən aralarında hər hansı bir razılaşma olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11.03.2021-ci il tarixli və 13.03.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollordan görünür ki, hadisə yerlərinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Şahid 21 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 1 ədəd “Samsung A10” markalı və 1 ədəd “İphone 8 Plus” markalı mobil telefonları istintaqa təqdim etmiş, həmin əşyalar iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Heydər Əliyev tərəfindən götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. - Şahid istintaqa təqdim etdiyi 1 ədəd “Samsung A10” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin mobil telefon 10.03.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsindəki 4 saylı marşurt xətt üzrə hərəkət edən sərnişin avtobusuna minməyə çalışan zaman əynində olan paltosunun sağ yan cibindən oğurlanmış ona məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefondur. - Şahid istintaqa təqdim etdiyi 1 ədəd “İphone 8 Plus” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin mobil telefon 10.03.2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Nizami prospekti istiqamətində hərəkətdə olan 1 saylı marşurt xətti üzrə hərəkət edən sərnişin avtobusunda çiynindəki çantanın içərisindən oğurlanmış ona məxsus 1 ədəd “İphone 8 Plus” markalı mobil telefondur. - Şahid istintaqa təqdim etdiyi 1 ədəd “Samsung A10” markalı və 1 ədəd “İphone 8 Plus” markalı mobil telefonları Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin əşyaları tanıyıb göstərərək bildirmişdir ki, “Samsung A10” markalı mobil telefon 10.03.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsindəki 4 saylı marşurt xətt üzrə hərəkət edən sərnişin avtobusuna minməyə çalışan qadının paltosunun sağ yan cibindən oğurladığı mobil telefondur, “İphone 8 Plus” markalı mobil telefon isə 10.03.2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Nizami prospekti istiqamətində hərəkətdə olan 1 saylı marşurt xətt üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində dayanmış qadının çiynindəki çantasının içərisindən oğurladığı mobil telefondur. - şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. - "xxxx" MMC-dən alınmış arayışdan görünür ki, 2021-ci ilin mart ayı üçün 1 ədədişlənmiş vəziyyətdə olan “Samsung A10” markalı mobil telefonun 150 manat dəyərində, 1 ədəd işlənmiş vəziyyətdə olan “İphone 8 Plus” markalı mobil telefon 650 manat dəyərində, -“**********” saylı və “**********” “Bakcell” şəbəkəsində istifadə olunan və 1 ədəd “**********” “Azercell” şəbəkəsində istifadə olunan mobil nömrələrin dəyəri isə 5 manadır. - Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əmlakı satdığı şəxslərin dairəsi, oğurluq yolu ilə əldə edilmiş əmlakı qabaqcadan alacağı barədə hər hansı bir şəxsin vəd verməsi, ona qeyd olunan cinayətlərin törədilməsində kiminsə köməklik göstərməsi və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kameralarının olması müəyyən edilməmişdir. Həmçinin bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, oğurlanmış əşyaların qalanının yerini müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakışəhər Nəsimi Rayon Xalq Məhkəməsinin 23.12.1981-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 2-ci hissəsinəəsasən 02 il,Kirovabad şəhər gəncə Rayon Xalq Məhkəməsinin 06.04.1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 145-ci maddəsinin 2-ci hissəsinəəsasən 10 il, BakıŞəhər Binəqədi rayon məhkəməsinin 13.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 69.3-cü maddəsinəəsasən 05 ay 29 gün, Bakışəhər Nəsimi rayon məhkəməsinin 17.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinəəsasən 04 il 06 ay, Türkiyə Respublikası Bakırköy 1-ci ədliyyə Cəza Məhkəməsinin 30.01.2018-ci il tarixli hökmü ilə X2 142/2B,35,62/2-ci maddələrinəəsasən 02 il 01 ay azadlıqdan məhrum edilmiş, Şəmkir rayon məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.5,69.3-cü maddələrinəəsasən barəsində 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 05 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə təyin edilmiş 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 08 ay 14 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 01 il 04 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gün - 05.05.2021-ci il tarixdən hesablanmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 1(001)-28/2021 saylı, 03.03.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 66.2, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 05.05.2021-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 15.03.2021-ci il tarixli və Gəncə şəhər Narkoloji Dispanserinin 15.03.2021-ci il tarixli arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəhazırki cinayətin müstəntiq tərəfindən yazılmasını,cinayəti etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir.Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş vəfotoşəkillər çəkilməklə müdafiəçinin iştirakı iləonda olan oğurluq əşyalar götürülmüşdür. Həmin sənədlərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. 12.03.2021-ci ildə ilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində13.03.2021-ci il tarixdə tutularkən, şübhəli şəxs qismində 13.03.2021-ci il tarixdə ifadəsi alındıqdan sonra, 14.03.2021-ci il tarixdə ifadəsi yerində yoxlanarkən, 13.03.2021-ci il tarixdə əşyanın tanınmaya təqdim edilərkən fotoşəkillər çəkilərkən əşyaları göstərməsi, təqsirləndirilən şəxs qismində15.03.2021-ci il tarixdəcəlb edilərkən, 15.03.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmişdir.Hər iki ifadə bir-biri iləüst-üstə düşür və təqsirləndirilən şəxs oğurluq cinayətini etiraf etmişdir. Sonra təqsirləndirilən şəxs bu dəfəözünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilir və eyni ifadəni təkrar edir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü177.2.2, 177.2.5--ci maddələri ilə təqsirli bildiyini göstərmişdir. Bundan başqa təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bildiyini, oğurluq etdiyini bildirmişdir. Bundan başqa oğurluq etməəəmmmişdirsə zərərçəkmişlərə məxsus əşyalar hardan onun evindən çıxmış və özü tərəfindən təqdim edilmiş və zərərçəkmişlərə dəymiş ziyanı hansı səbəbdən ödəmişdir.Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin vəşahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin etdiyi oğurluq cinayəti sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5--ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onlarla barışmasını, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamalarını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı cinayət əməllərindən sonra da oğurluqlar etmiş, həmçinin ağır cinayət törətmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 1(001)-28/2021 saylı, 03.03.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, 13.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan və həbsdə saxlanıldığından cəzasının əvvəli həmin tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutların: 1 ədəd “Samsung A10” markalı telefonun və 1 ədəd “iPhone 8 Plus” markalı telefonun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna ibtidai istintaq zamanı 09 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 54 manat və 150 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-28/2021 saylı, 03.03.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların: 1 ədəd “Samsung A10” markalı telefonun və 1 ədəd “iPhone 8 Plus” markalı telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən müvafiq olaraq Müdafiəçi1 üçün 54 (əlli dörd) manat və Müdafiəçi2 üçün 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi gündən) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar