Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-213/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı siqaret közü və əl zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol bazu nahiyəsinin yanıq yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17.06.2021-ci il tarixdə günorta saatlarında evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Günay ona cavab qaytardığı üçün o, əsəbləşərək sillə ilə sonuncunun sifətinə vurmuş, bundan sonra Günay otağa daxil olaraq qapını arxadan bağlamışdır. Bir müddət sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş və ona məlum olmuşdur ki, arvadı Günay onun barəsində DİN “102” xidmətinə müraciət etmişdir. Günay onun barəsində ərizə ilə müraciət edərkən o, əsəbləşərək sonuncunun qoluna siqaret közü basaraq yandırmışdır. Hazırda o, zərərçəkmişlə barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Aydınbəyov küçəsi ev 82 də qeydiyyatda olsa da, ünvan 2 ünvanda əri X2, azyaşlı qızı X1, qaynanası Şahid1 və qaynı Şahid2 ilə birlikdə yaşayır. X2 onun əridir. X3 isə onun qaynanasıdır. Orxan və Ürfət ilə heç bir ədavəti yoxdur. Orxanın bacısı Türkan Həsənovanın azyaşlı övladı Natiq Həsənov qaynanası Ürfət onlarla eyni evdə yaşayır. 16.06.2021-ci il tarixdə evdə azyaşlı qızı Mihrimah ilə azyaşlı Natıq Həsənov yollaşmadığı üçün o, qızı Mihrimah Savadovanı öz otağına salaraq evin digər otaqlarına keçməsinə icazə verməmiş, bu səbəbdən qaynanası Şahid1 17.06.2021-ci il tarixdə saat təxminən 09-10 radələrində birgə yaşadığı evdə ona nalayiq sözlər deyərək onu təhqir etmiş, bu barədə Orxana zəng edərək bildirib yaşadığı evə çağırmış və Orxanı çağırdıqdan sonra evdən getmişdir. Ürfət getdikdən təxminən 10-15 dəqiqə sonra saat 12:00 radələrində Orxan evə gələrək heç bir söz demədən onun sifət nahiyəsindən yumruq zərbələri vuraraq onu evin yataq otağında döymüşdür. Orxan onu döydükdən sonra anası Ürfətə zəng edərək çağırıb haraya getməsini soruşmuşdur. Təxminən 5-10 dəqiqə sonra Ürfət oğlu İzmir ilə birlikdə evə gəlmişlər. Evə gəldikdən sonra Ürfət onun ünvanına yenidən nalayiq təhqiredici sözlər işlədərək onu təhqir etmiş və onlar evdən getmişlər. Təxminən 30 dəqiqə sonra saat 13 radələrində Ürfət və İzmir yaşadığı evə qayıtmışlar. Ürfət evə girən kimi evin qonaq otağında onun saçından yolaraq onu yerə yıxmışdır. Ürfət onu döydükdən sonra İzmir evə gəlmiş. İzmir evə girən zaman Ürfət onu döymüşdür. İzmir də onu təhqir etmiş o, öz otağına keçərək ağlamışdır. Bu barədə DİN-nin 102 xidməti Zəng mərkəzinə müraciət etmişdir. Polis əməkdaşları gəldikdən sonra o, ərizə yazan zaman Orxan qəfil əlində olan siqareti onun sol qol nahiyəsinə basaraq yandırmışdır. Həmin vaxi Orxan və Ürfət onu döymüşdür. Lakin İzmir onu nalayiq sözlər ilə təhqir etdiyi üçün o, əsəbləşərək İzmirin də onu döyməsini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Günay onun oğlu Təqsirləndirilən şəxs arvadıdır, onlar birlikdə yaşayır. 17.06.2021-ci il tarixdə saat 09 radələrində Günayın qaşqabaqlı olduğunu görmüş və Günaydan nə üçün qaşqabaqlı olduğunu soruşmuş, həmin vaxt Günay ona kobud cavab vernmişdir. Bu səbəbdən Günayla arasında mübahisə yaranmış, o, həmin vaxt bu barədə oğlu Orxana zəng edərək bildirmişdir. Orxan evə gələn zaman o, evdə olmadığı üçün Orxan ona zəng edərək evə gəlməsini demiş, sonra o, evə getmişdir. O, evə gəldikdə Günayla arasında baş verənləri Orxana danışmışdır. Həmin vaxt o, Orxanı sakitləşdirərək Orxanla birlikdə evdən çıxmışlar. Təxminən 1 saat sonra oğlu İzmirlə evə qayıtmışlar. Evə gəldikdə Günayın öz otağında öz-özünə deyindiyini eşitmişdir. O, yenidən Günaya sakitləşməsini demiş, həmin vaxt Günayla arasında sözlə mübahisə yaranmışdır. Sonra evə polis əməkdaşları gəlmişdir. O, Orxanın Günayı vurmasını görməmişdir. Həmçinin o, həmin vaxt Günayı vurmamışdır. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 18.06.2021-ci il tarixli, 944 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – a) sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol yanaq, sağ said, sol bazu nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin qançırı - bərk küt əşyanın (əşyaların); b) sol bazu nahiyəsinin yanıq yarası isə yüksək hərarətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 17.06.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol bazu nahiyəsinin yanıq yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir; sol yanaq, sağ said, sol bazu nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin qançırı isə sağlamlığa vərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. O, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəmişdir. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamilə ödəyərək barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-213/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-213/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver