Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-215/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “Gəncə Sukanal” TSC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə və xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri barədə istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, kanalizasiya xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26.03.2021-ci il tarixdə saat 10-11 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ə.Məmmədov küçəsi və Bayan küçəsində yerləşən bir ədədinin dəyəri 158.4 manat olan 2 ədəd 316.8 manat dəyərində kanalizasiya xəttinin quyusunun qapaqlarını gizli olaraq talayaraq ümumilikdə zərərçəkmiş şəxs “Gəncə Sukanal” TSC-yə 316.8 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26.03.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində dəyəri 158.4 manat olan 1 ədəd kanalizasiya xəttinin quyusunun qapaqlarını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Gəncə Sukanal” TSC-yə 158.4 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Digər Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, kanalizasiya xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26.03.2021-ci il tarixdə, saat 10-11 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ə.Məmmədov küçəsi və Bayan küçəsində yerləşən bir ədədinin dəyəni 158.4 manat olan 2 ədəd 316 manat dəyərində kanalizasiya xəttinin quyusunun qapaqlarını gizli olaraq talayaraq ümumilikdə zərərçəkmiş şəxş “Gəncə Sukanal” TSC-yə 316.8 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26.03.2021-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhən, Nizami rayonu, Bayan küçəsində dəyəri 138.4 manat olan 1 ədəd kanalizasiya xəttinin quyusunun qapağını gizli olaraq talayaraq zərərçəkmiş şəxs “Gəncə Sukanal” TSC-yə 158.4 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, özünə məxsus olan “Ford Fokus” markalı **-DA-*** nömrə nişanh avtomobili ilə fərdi şəkildə Gəncə şəhərində taksilik fəaliyyəti ilə məşğul olur. 26.03.2021-ci il tarixdə, saat 09 radələrində Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsində evinin yanında qonşusu, uzun müddətdir tanıdığı Eldənizlə qarşılaşmışdır. Həmin vaxt Eldəniz ilə söhbətləşən zaman Eldəniz ona pulu olmadığını demiş və onlar birlikdə pul əldə etmək üçün üç-dörd ədəd kanalizasiya quyularının qapaqlarını oğurlamaq barədə qabaqcadan razılaşmışlar. Daha sonra həmin günü 26.03.2021-ci il tarixdə saat 10 radələrində qonşusu Eldənizlə birlikdə ona məxsus olan “Ford Fokus” markalı avtomobili ilə Gəncə şəhəri Nizami rayonu, Ə.Məmmədov küçəsinə gedərək həmin küçədən bir ədəd kanalizasiya quyusunun qapağını gizli olaraq oğurlamışlar. Bundan sonra həmin günü, yəni 26.03.2021-ci il tarixdə saat 12 radələrində o, Eldənizlə ona məxsus Ford Fokus markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Bayan küçəsi istiqamətinə doğru getmişlər, bu zaman həmin küçədə qabaqlarına kanalizasiya quyusunun qapağı çıxmışdır. O, maşını yolun kənarında saxlamış və Eldənizlə birlikdə maşından düşərək həmin küçədən 1 ədəd kanalizasiya quyusunun qapağını gizli olaraq götürüb ona məxsus olan “Ford Fokus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmışlar. Sonra onlar yaşadıqları Gəncə şəhəri, Nizami rayonu Totanlı küçəsinə qayıtmışlar, Eldəniz maşından düşərək öz evlərinə getmiş, o, da öz evinə getmişdir. Həmin günü, yəni 26.03.2021-ci il tarixdə, saat 20 radələrində o, yaşadıqları Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsində Eldənizlə yenidən görüşmüş və yenidən pula ehtiyacları olduğuna görə ona məxsus olan “Ford Fokus” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təkrarən Gəncə şəhəri Bayan küçəsi istiqamətinə doğru getmişlər. Təxminən saat 21 radələrində həmin küçədə onlar başqa bir kanalizasiya quyusunun qapağını oğurlayaraq maşının yük yerinə qoymuşlar və dərhal sonra onlar yaşadıqları Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsinə gələrək öz evlərinə getmişlər. 27.03.2021-ci il tarixdə saat 12 radələrində o, yaşadıqları küçədə Eldənizlə görüşmüş və onlar Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən qara, əlvan-metal qəbulu sexinə, oğurladıqları üç ədəd kanalizasiya quyusunun qapağını satmağı qərarlaşdırmışlar. Onlar həmin sexə ona məxsus olan Ford Fokus markalı **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedərək həmin sexdə işləyən tanımadıqları şəxsə oğurladıqları 3 ədəd kanalizaiya quyusunun qapağını 33 manata satmışlar. Onlar satdıqları şəxsə həmin qapaqların öz yaşadıqları Gəncə şəhəri Totanlı küçəsindən tapdıqlarını bildirmişlər, həmin şəxs kanalizasiya quyusunun qapaqlarını oğurladıqlarını deməmişlər. Onlar həmin pula benzin, dönər və siqaret almışlar. Daha sonra isə polis əməkdaşları onu Nizami rayon polis idarəsinə dəvət etmişlər, polis idarəsində olarkən isə o, törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Sonda o, törətdiyi cinayət əməllərindən peşman olduğunu, oğurladıqları 3 ədəd kanalizasiya quyularının qapaqlarını qaytardıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır və fəhləlik edərək fərdi əməklə məşğul olur. 26.03.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsində uzun müddətdir tanıdığı qonşusu Qoşqarla qarşılaşmışdır. Həmin vaxt Qoşqar ilə söhbətləşən zaman o, Qoşqara pulunun olmamağını, eyni zamanda da Qoşqar da ona pulunun olmadığını demiş və onlar birlikdə pul əldə etmək üçün üç-dörd ədəd kanalizasiya quyularının qapaqlarını oğurlamaq barədə qabaqcadan razılaşmışlar. O, qonşusu Qoşqara məxsus olan Ford Fokus markalı **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 26.03.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Nizami rayonu Ə.Məmmədov küçəsinə getmişlər və bir ədəd kanalizasiya quyusunun qapağını həmin küçədən ikisi birlikdə gizli şəkildə oğurlayaq Qoşqarın avtomobilinin yük yerinə qoymuşlar. Bundan sonra həmin günü, yəni 26.03.2021-ci il tarixdə saat 12 radələrində onlar Qoşqara məxsus olan həmin avtomobillə Gəncə şəhəri Bayan küçəsi istiqamətinə doğru getmiş və həmin küçədə başqa bir kanalizasiya quyusunun qapağını görmüşlər. Qoşqar maşını yolun kənarında saxlamış və onunla birlikdə maşından düşərək həmin 1 ədəd kanalızasıya quyusunun qapağını götürərək avtomobilin yük yerinə qoymuşlar. Sonra onlar yaşadıqları Gəncə şəhəri, Nizami rayonu Totanlı küçəsinə qayıtmışlar, o, maşından düşərək öz evlərinə getmiş, Qoşqar da öz evinə getmişdir. Həmin günü, yəni 26.03.2021-ci il tarixdə saat 20 radələrində Qoşqarla yaşadıqları küçədə yenidən görüşmüşlər və yenidən pula ehtiyacları olduğuna görə Qoşqara məxsus olan avtomobil ilə təkrarən Gəncə şəhəri Bayan küçəsi isüqamətinə doğru getmişlər. Onlar saat 21 radələrində təkrarən həmin küçədə başqa bir kanalizasiya quyusunun qapağını oğurlayaraq maşının yük yerinə qoymuşlar və dərhal sonra yaşadıqları küçəyə gələrək öz evlərinə getmişlər. 27.03.2021-ci il tarixdə saat 12 radələrində yaşadıqları küçədə Qoşqarla görüşmüş və oğurladıqları üç ədəd kanalizasiya quyusunun qapaqlarını Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən metal qəbulu sexinə satmağı qərarlaşdırmışlar. Onlar daha sonra Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən əlvan metal qəbulu sexinə Qoşqara məxsus olan avtomobil ilə gedərək həmin sexdə işləyən tanımadıqları şəxsə həmin qapaqları biri 11 manat olmaqla, cəmi 33 manat pula satmışlar. Onlar aldıqları 33 manatı birlikdə xərcləyərək benzin, dönər və siqaret almışlar. 11.04.2021-ci il tarixdə Gəncə şəhəri, Nizami şayonu Totanlı küçəsində evlərinin yaxınlığında polis əməkdaşları onu saxlayaraq Nizami rayon polis idarəsinə dəvət etmişlər, polis idarəsində olarkən isə o, törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Onlar oğurladıqları 3 ədəd kanalizasiya quyusunun qapaqlarını satdıqları şəxsə həmin qapaqları öz yaşadıqları Gəncə şəhəri Totanlı küçəsindən tapmaqlarını bildirmişlər, oğurladıqlarını deməmişlər. O, Qoşqarla həmin cinayəti törətməklə və əldə edilən qazancı bölməkdə qabaqcadan razılığa gəlmişlər. Sonda o, törətdiyi cinayət əməllərindən peşman olduğunu, oğurladıqları 3 ədəd kanalizasiya quyularının qapaqlarını qaytardıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etiraf ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətində hüquq məsləhətçisi işləyir. 26.03.2021-ci il tarixdə Gəncə şəhəri, Bayan küçəsindən oğurlanan iki ədəd və Gəncə şəhəri, Ələmdar Məmmədov küçəsindən oğurlanan bir ədəd kanalizasiya quyusunun qapaqları “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsusdur. Həmin kanalizasiya quyusunun qapaqlarının bir ədədinin qiyməti 158.4 manatdır. Həmin hadisə nəticəsində Gəncə şəhər “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə ümumilikdə 475.2 manat maddi ziyan dəymişdir. Həmin qapaqların təhvil verilməsi barədə Hökmalı Əliyev tərəfindən qəbz imza edilsə də, həmin qapaqlar Cəmiyyətə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən X7 Təsərrüfat Mərkəzində yardımçı təsərrüfat işləri üzrə mütəxəssis işləyir. Göygöl rayonu Üçtəpə kəndində atası X1 məxsus əlvan metal qəbulu sexində atası yaşlı olduğuna görə ona kömək edir. 27.03.2021-ci il tarixdə saat 12 radələrində “Ford Fokus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəllər tanıdığı Qoşqar adlı şəxslə tanımadığı başqa bir şəxs üç ədəd dəmir kanalizasiya quyusunun qapağını gətirərək satmaq istədiklərini ona bildirmişlər. O, Qoşqardan həmin kanalizasiya quyusunun qapaqlarının oğurluq olub-olmamasını soruşanda sonuncu həmin qapaqların oğurluq olmadığını, həyətlərində olduğunu və pula ehtiyacı olduğuna görə satdığını demişdir. Həmçinin o, Qoşqarın ev ünvanını və telefon nömrəsini almışıdır. Daha sonra həmin ədəd kanalızasıya quyusunun qapaqlarını tərəziyə qoyaraq çəkmiş və üç ədəd dəmir kanalizasiya quyusunun qapağı 110 kiloqram gəlmişdir. O, dəmir metalın kiloqramı 25 qəpiyə olmaqla üç ədəd kanalizasiya quyusunun qapağı üçün cəmi 33 manat Qoşqar pul verərək almışdır. Daha sonra Qoşqar və tanımadığım digər şəxs avtomobilə minərək getmişlər. O, həmin kanalizasiya quyusunun qapaqlarının oğurluq olmasını və həmin kanalizasiya quyusunun qapağının birinin dəyərinin 158.4 manat olmasını bilməmişdir. Həmçinin həmin üç ədəd kanalizasiya quyusunun qapağını istintaqa könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26.03.2021 və 29.03.2021-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 3 ədəd kanalizasiya xəttlərinin qapaqları ünvan 4 ünvanın qarşısında və Ə.Məmmədov küçəsi, 2-ci döngə, ev 18 ünvanının qarşısında oğurlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan "xxxx" ASC "xxxx" MMC “Gəncə Sukanal” TSC tərəfindən verilmiş 02.04.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş qaimə-fakturadan görünür ki, kanalizasiya quyusunun qapağının 01 ədədinin dəyəri 158,40 manatdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 02.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə 02.04.2021-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04.04.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 04.04.2021-ci il tarixdə Gəncə şəhəri, Bayan küçəsində və Ələmdar Məmmədov küçəsində oğurladığı 03 ədəd kanalizasiya qapaqlarını yerini, həmin qapaqları satdığı Göygöl rayonu, Üçtəpə qəsəbəsində metal qəbulu sexini əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 04.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “götürmə haqqında” 05.04.2021-ci il tarixli protokoldan görünür ki, şahid İsayev X3 və Eldəniz adlı şəxslərdən aldığı “Gəncə Sukanal” TSC-yə məxsus 03 ədəd kanalizasiya quyusunun qapaqlarını könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 11.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə 11.04.2021-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12.04.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 12.04.2021-ci il tarixdə Gəncə şəhəri, Bayan küçəsində və Ələmdar Məmmədov küçəsində oğurladığı 03 ədəd kanalizasiya qapaqlarını yerini, həmin qapaqları satdığı Göygöl rayonu, Üçtəpə qəsəbəsində metal qəbulu sexini əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 12.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03.05.2021ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07.05.2021ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 28.04.2021-ci il tarixli 1314 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 18.05.2021-ci il tarixli 2058 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 18.05.2021-ci il tarixli 2061 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 29.04.2021-ci il tarixli 1169/2007 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 10.09.2007-ci il tarixdə dispanserə müraciət edib “Oyanıq tipli pxisopatiya” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 04.05.2021-ci il tarixli, 238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcbur müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26.06.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə yeni ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tamamilə ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 əməli də ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tamamilə ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzalarını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 02.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04.04.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 11.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12.04.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübutların - 03 ədəd kanalizasiya xəttinin qapaqlarının zərərçəkmiş şəxsin nümayəndəsi X2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 Təqsirləndirilən şəxs1, Müdafiəçi1 isə Təqsirləndirilən şəxs2 məhkəmədə 13 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 78 manat, cəmi 156 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların- 03 ədəd kanalizasiya xəttinin qapaqlarının zərərçəkmiş şəxsin nümayəndəsi X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 78 manat olmaqla cəmi 156 (yüz əlli altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-215/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-215/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver