Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-216/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Vardenis rayonu, Nərimanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 17.03.2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanında yerləşən Gəncə şəhəri Apellyasiya Məhkəməsinin qarşısında anası X1 gəlinləri Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol əlinin barmaqlarını əli ilə sıxıb ona sol əlin İİİ barmağının qançır və şişkinliyi qismində qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs yuxarıda şərh olunan cinayətin törədilməsində aidiyyəti və həmin cinayəti törətməkdə təqsirliliyi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qardaşının keçmiş arvadı, Şahid1 qardaşının keçmiş qaynanası, Şahid2 isə onun anasıdır. Belə ki, 2019-cu il tarixidə qardaşı X2 ilə ailə həyatı qurmuşdur. Onlar evləndikdən bir ay sonra qardaşı Pərvin Rusiya Federasiyasına getmişdir. Həmin vaxt qardaşı Pərvin keçmiş gəlinləri Gövhəri özü ilə birlikdə Rusiya Federasiyasına aparmamışdır. Bundan sonra gəlinləri Gövhər qardaşı Pərvin Rusiya Federasiyasında olduğu üçün atasıgilə gedib orada qalmışdır. Daha sonra Gövhəri atasıgilin evindən götürüb evələrinə gətirmişlər. Daha sonra qardaşı Pərvin Rusiya Federasiyasından geri qayıtmışdır. Həmin vaxt qardaşı Pərvin ilə gəlinləri Gövhər arasında narazılıq yarandığı üçün Gövhər onlarla birlikdə yaşamaqdan imtina edərək atasıgilin evinə getmişdir. Daha sonra Gövhər qardaşı Pərvindən ayrılmaq istədyini deyib gətirdiyi cehiz və qızıl-zinət əşyalarını geri tələb etmişdir. Həmin vaxt anası Familə cehiz əşyalarını verməyə razılıq versədə qızıl zinyət əşyalarını məhkəmə yolu ilə verəcəyini bildirmişdir. Belə ki, keçmiş gəlinləri Gövhər qızıl zinyət əşyalarını iddia edərək Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsi gəlinləri Gövhərin lehinə qərar çıxardığı üçün anası həmin qərardan narazı olmuş və Göygöl Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi üçün Gəncə şəhər Apeliyasıya məhkəməsinə müraciət etmişdir. 17.03.2021-ci il tarixdə Gəncə şəhəri Apellyasiya Məhkəməsində məhkəmə baxışı təyin olmuş və həmin günü saat 12-15 radələrində məhkəmə baxışı başlamalı olduğu halada müəyyən səbəblərə görə məhkəmə baxışı gecikmişdir. Bir müddət sonra məhkəmə baxışı başlamışdır. Məhkəmə baxışı başlayan zamanı onu məhkəmə zalına burxamamışdılar. Həmin vaxt o, keçmiş qudası Gülnarənin məhkəmə zalında oturduğunu görüb, Gülnarənin məhkəmə zalına girməsinə icazəsi olmadığını deyib onundan məhkəmə zalından çıxarılmasını tələb etmişdir. Həmin vaxt o və keçmiş qudası Gülnarəni məhkəmə zalından çıxartmışlar. Daha sonra keçmiş qudası Gülnarənin məhkənin gözləmə zalında oturub gözləmişdir. O, isə həmin vaxt onunla aralarında mübahisə yaranmaması üçün çölə çıxmışdır. O, çölə çıxdıqdan bir müddət sonra içəridən anasının ağlayaraq uca səslə danışmasını eşitmiş və həmin vaxt məhkəmənin gözləmə zalına daxil olaraq anasını qucaqlayaraq məhkəmə zalından çölə çıxartmışdır. Onlar Apellyasiya məhkəməsinin qarşısına çıxan zaman anası ilə Gülnarə arasında sözlü mübahisə davam etmişdir. Həmin vaxt onlar bir birlərini vurmaq istəsələr də, o anası Familəyə imkan verməmişdir. Həmin vaxt keçmiş gəlinləri Gövhər əlində olan gödəkçə ilə anasının baş nahiyyəsinə vurmuşdur. Mübahisə zamanı o, Gövhərin əlindən tutub geriyə tərəf sıxmamış, ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun barəsində dedikləri şər böhtan xarakterli olduğunu bildirmişdir. Məhkəmədən onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Göygöl rayonu Yeni Zod kəndində ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 onun anası, X8 onun keçmiş qaynanası, Təqsirləndirilən şəxs onun keçmiş qaynıdır. 2019-cu ildə o X10 ilə ailə həyatı qurmuşdur. Onlar evləndikdən bir həftə sonra həyat yoldaşı Pərvin Rusiya Federasiyasın getmişdir. Həmin vaxt Pərvin onu özü ilə birlikdə Rusiya Federasiyasına aparmamış, 1 ildən sonra geri qayıdıb onu özü ilə birlikdə aparacağını bildirmişdir. Həyat yoldaşı Pərvin Rusiya Federasiyasın getdiyi üçün o öz valideyinlərinin evinə qayıtmışdır. Bundan sonra həyat yoldaşı Rusiya Federasiyasından geri qayıtmadığı üçün O Pərvindən ayrılmaq qərarına gəlmişdir. Onların arasında anlaşılmazlıqlar olduğu üçün ayrılmışlar. Bundan sonra o keçmiş həyat yoldaşı Pərvindən ayırdığı üçün Pərvinin evində qalan qızıl zinyət əşyalarını və cehiz əşyalarını geri qaytarmalarını tələb etmişdir. Həmin vaxt qaynanası Familə ona məxsus qızıl-zinyət əşyalarını və cehizlik əşyaları verməkdən imtina etmişdir. Daha sonra o qızıl zinyət əşyalarını və cehiz əşyalarını geri almaq üçün Göygöl Rayon Məhkəməsinə mürcaiət etmiş və Göygöl Rayon Məhkəməsi onun lehinə qərar qəbul etdiyi üçün, qayananası Şahid2 həmin qərara Apellyasiya şikayəti vermişdir. Qaynanası Şahid2 müraciəti əsasında 17.03.2021-ci il tarixində Gəncə şəhər Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçirilmişdir. 17.03.2021-ci il tarixində saat 14:00 radələrində Gəncə şəhər Apellyasiya Məkməsindən çıxan zaman Apellyasiya Məhkəməsinin qarşısında Familə onun barəsində həqiqətə uyğun olmayan sözlər deməsi səbəbindən anası Gülnarə ilə qaynanası Familə arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı qaynanası Familə əlində olan əl çantası ilə anasının qol nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra onları aralamaq məqsədi ilə onların arasına girmiş və həmin vaxt o qaynanasını anasından uzaqlaşdırmaq məqsədi ilə qaynanası Familənin hər iki qolundan tutub arxa tərəfə itələmişdir. Həmin vaxt qaynı Yalçın araya girərək onun sol əl barmaqlarından tutub geriyə doğru sıxaraq ona xəsarət yetirmişdir. Bundan sonra qaynanası Familə ona qarşı nalyaiq sözlər deyərək təhqir etmişdir. Daha sonra müəyyən müddət aralarında sözlü mübahisə davam etmişdir. Bundan sonra orada olan tanımadıqları digər şəxslər onları ayırmış və oradan uzaqlaşmışlar.Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Zod kəndində ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq Göygöl rayonu Yeni Zod kənd orta məktəbində xadiməçi olaraq işləyir. Zərərçəkmiş şəxs, Şahid2 keçmiş qudası, Təqsirləndirilən şəxs qızının keçmiş qaynıdır. 2019-cu ildə qızı X3 ilə ailə həyatı qurmuşdurlar. Onlar evləndikdən bir həftə sonra X12 Federasiyasına getmişdir. Həmin vaxt kürəkəni Pərvin qızı Gövhəri özü ilə birlikdə Rusiya Federasiyasına aparmamış, 1 ildən sonra geri qayıdıb qızını özü ilə birlikdə aparacağını bildirmişdir X12 Federasiyasına getdiyi üçün qızı Gövhər onların yanına geri qayıtmışdır. Bundan sonra X12 Federasiyasından geri qayıtmadığı üçün qızı ayrılmaq qərarına gəlmişdir. Qızı ilə kürəkəni arasında anlaşılmazlıq olduğu üçün ayrılmışlar. Bundan sonra qızı Gövhər ayrıldığı üçün kürəkəni Pərvinin evində qalan qızıl-zinət əşyalarını və cehiz əşyalarını geri qaytarmalarını tələb etmiş, lakin keçmiş qudası Familə qızına məxsus qızıl-zinət əşyalarını və cehizlik əşyalarını verməkdən imtina etmişdir. Daha sonra qızı Gövhər qızıl-zinət əşyalarını və cehiz əşyalarını geri almaq üçün Göygöl Rayon Məhkəməsinə müraciət etmiş və Göygöl Rayon Məhkəməsi qızı Gövhərin lehinə qərar qəbul etdiyi üçün keçmiş qudası Şahid2 həmin qərardan narazı qaldığı üçün Apellyasiya şikayəti vermişdir. Qudası Şahid2 müraciəti əsasında 17.03.2021-ci il tarixində Gəncə şəhəri Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçirilmişdir. 17.03.2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Apellyasiya Məhkəməsindən çıxan zaman Apellyasiya Məhkəməsinin qarşısında qudası Familənin qızı barəsində həqiqətə uyğun olmayan sözlər deməsi səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı qudası Familə əlində olan əl çantası ilə qol nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra qızı Gövhər onları aralamaq məqsədi ilə aralarına girmişdir. Həmin vaxt qızı Gövhər keçmiş qudası Familəni ondan uzaqlaşdırmaq məqsədilə Familənin hər iki qolundan tutub arxa tərəfə itələmişdir. Həmin vaxt qızının keçmiş qaynı Yalçın araya girərək qızının sol əli barmaqlarından tutub geriyə doğru sıxaraq xəsarət yetirmişdir. Bundan sonra qudası Familə onlara qarşı nalayiq sözlər deyərək təhqir etmişdir. Daha sonra müəyyən müddət aralarında sözlə mübahisə davam etmiş və orada olan tanımadıqları digər şəxslər onları ayırmış, daha sonra uzaqlaşıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu, Yeni Zod kəndində ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs keşmiş gəlini, Şahid1 onun keçmiş qudası, Təqsirləndirilən şəxs isə oğludur. 2019-cu ildə oğlu X2 ilə ailə həyatı qurmuşdur. Onlar evləndikdən bir ay sonra oğlu Pərvin Rusiya Federasiyasına getmişdir. Həmin vaxt oğlu Pərvin keçmiş gəlini Gövhəri özü ilə birlikdə Rusiya Federasiyasına aparmamışdır. Bundan sonra gəlini Gövhər oğlu Rusiya Federasiyasında olduğu üçün atasıgilə gedib orada qalmışdır.. Daha sonra Gövhəri atasıgildən götürüb evə gətirmişlər. Daha sonra oğlu Pərvin Rusiya Federasiyasından geri qayıtmış və həmin vaxt oğlu Pərvin ilə gəlini Gövhər arasında narazılıq olduğu üçün Gövhər onlarla birlikdə yaşamaqdan imtina edərək, atasıgilin evinə getmişdir. Daha sonra Gövhər oğlundan ayrılmaq istədiyini deyib gətirdiyi cehiz və qızılzinət əşyalarını geri tələb etmişdir. Həmin vaxt mən cehiz əşyalarını verməyə razılıq versə də qızıl-zinət əşyalarını məhkəmə yolu ilə verəcəyini bildirmişdir. Bundan sonra keçmiş gəlini Gövhər qızıl-zinət əşyalarını iddia edərək Göygöl Rayon Məhkəməsinə müraciət etmiş və Göygöl Rayon Məhkəməsi gəlini Gövhərin lehinə qərar çıxardığı üçün o, həmin qərardan narazı olduğu üçün Göygöl Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi üçün Gəncə şəhəri Apellyasiya Məhkəməsinə müraciət etmişdir. 17.03.2021-ci il tarixdə Gəncə şəhəri Apellyasiya Məhkəməsində məhkəmə baxışı təyin olunmuşdur. Həmin günün saat 12 radələrində məhkəmə baxışı başlamalı olduğu halda müəyyən səbəblərə görə məhkəmə baxışı gecikmişdir. Bir müddət sonra məhkəmə baxışı başlamış və məhkəmə baxışı bitdikdən sonra onlar məhkəmənin gözləmə zalına keçmişdirlər. Onlar məhkəmənin gözləmə zalına keçən zaman anidən qudası Gülnarə əli ilə onun boyun nahiyyəsinə vurmuş və həmin vaxt məhkəmə zalında qudası ilə onların arasında sözlü mübahisə yaranmışdır. Daha sonra oğlu Yalçın məhkəmənin gözləmə zalına daxil olaraq onu çölə çıxartmışdır. Onlar Apellyasiya Məhkəməsinin qarşısına çıxan zaman təkrarən aralarında mübahisə yaranmış və mübahisə zamanı Gülnarə onu təhqir etmiş, onun üstünə hücum etmişdir. Həmin vaxt keçmiş gəlini Gövhər əlində olan gödəkçə ilə onun baş nahiyəsinə vurmuşdur. Bundan sonra oğlu Yalçın onların aralarına girərək, Şahid2 oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2016-cı ildən X6 xidmət edir, hazırda isə X11 İdarəsinin polis nəfəri, polis serjantı vəzifəsində xidmətini davam etdirir. 17.03.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində xidmətdə olan zaman saat təxminən 14 radələrində tanımadığı şəxslərin, yəni üç nəfər qadının məhkəmənin gözləmə zalında mübahisə etdiklərini görmüşdür. Lakin mübahisə çox qısa davam etmişdir. Şahid4 onları sakitləşdirmək, məhkəmənin inzibati binasında nizam intizamı pozmamaqları barədə xəbərdarlıq etmək üçün onlara yaxınlaşan zaman həmin şəxslər məhkəmə gözləmə zalını tərk etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun sol əlinin 3-cü barmağının bütövlükdə şişkin olduğu, əllə əllədikdə kəskin ağrılı olması, barmağın dəri səthinin göyümtül-bənövşəyi rəngli, qançırla əhatə olunması, sol əlin 3-cü barmağının R-qrammasında sümük tamlığının pozulmamasını müəyyən etdim. Barmaqda olan həmin qançır və şişkinlik əzilmə hesab olunduğu üçün sağalmağı 6 gündən artıq 21 günədək davam etdiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı”nın 3.1.1-ci bəndində əsasən yüngül xəsarət hesab edilir və həmin xəsarət Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə, yəni sol əl barmağının geriyə doğru sıxılması nəticəsində yarana bilər. Məhkəmə iclasında tədqiq elimiş iş materiallarında olan 19 mart 2021-ci il tarixli, 399 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol əlin İİİ barmağının qançır və şişkinliyi - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 17.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ediməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserin 25.06.2021-ci il tarixli, 2531 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanserin 23.06.2021-ci il tarixli, 2064 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun törətdiyi cinayət əməli zərər çəkmiş şəxsin, şahidlərin ifadələroi, ekspertiza rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən himayəsində iki az yaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Ona görə də məhkəmə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 358, 384- 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-216/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-216/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver